Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3892/2024 24.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçının vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xırdalan şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 15030 manatlıq cehiz əmlakın və 2900 manatlıq qızıl-zinət əşyalarının, cəmi 17930 manat dəyərində cehizin Cavabdeh alınaraq ona qaytarılması və ya onun manatla dəyərinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər xx.xx.2019-cu il tarixdə Ağsu rayon Qeydiyyat Şöbəsində rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan övladları yoxdur. Tərəflərin ər-arvad kimi birgə yaşadıqları dövrdə ilk əvvəllər münasibətləri normal olsa da, sonradan xasiyyətləri heç cürə bir-birinə uyğunlaşmamış, aralarında olan ziddiyyətlər getdikcə kəskinləşərək ciddi xarakter almışdır. Ona görə də tərəflər 2021-ci ilin oktyabr ayının əvvəllərindən faktiki olaraq ayrılmışlar. İddiaçı ilə cavabdeh ailə qurduğu zaman el adətinə görə İddiaçı valideynləri tərəfdən ona cehiz hədiyyə olunmuşdur. Həmin cehiz əşyaları faktiki olaraq Cavabdeh yaşadığı evdədir. İddiaçının valideynləri tərəfindən ona hədiyyə edilən və hal-hazırda cavabdehin yaşadığı ünvanda olan cehiz əşyaların siyahısı iddia ərizəsinə əlavə olunmuş qoşmada qeyd olunmuşdur. Həmin cehiz əmlakın ümumilikdə dəyəri 13950 manat təşkil edir. Bundan başqa, toy zamanı İddiaçı hədiyyə edilmiş 2900 manat dəyərində qızıl-zinət əşyaları hələ də Cavabdehdir və İddiaçı qaytarılmamışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinad etməklə, məhkəmədən dəyəri ümumilikdə 18481 manat olan cehiz əmlakın və qızıl-zinət əşyaların Cavabdeh alınaraq İddiaçı qaytarılması və ya onun manatla dəyərinin iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əmlaklar bunlardır: 120 manatlıq 6 ədəd hamam dəsmalı, 120 manatlıq 10 ədəd əl-üz dəsmalı, 100 manatlıq 20 ədəd çay dəsmalı, 20 manatlıq 7 metr ölçüdə süfrə, 120 manatlıq 1 ədəd parça süfrə, 180 manatlıq 6 ədəd tək adam üçün yorğan-döşək üzlüyü, 300 manatlıq 5 dəst taxt üçün yorğan-döşək üzlüyü, 65 manatlıq 1 ədəd 1 divan və 2 kreslo üçün örtük, 110 manatlıq 2 dəst tək, 1 dəst taxt üçün yay yorğanı, 285 manatlıq 2 ədəd taxt örtüyü, 150 manatlıq 1 ədəd yataq otağı üçün çilçıraq, 900 manatlıq 3 ədəd xalça (1 böyük 2,5 x 4 metr, 2 balaca 1,5 x 2,30 metr), 80 manatlıq 1 ədəd bambuk materialdan taxt döşəyi, 50 manatlıq 2 ədəd yundan balaca döşəkçə, 200 manatlıq 2 ədəd tək adamlıq döşək, 300 manatlıq 3 ədəd yorğan, 140 manatlıq 6 ədəd böyük yastıq, 60 manatlıq 4 ədəd balaca yastıq, 80 manatlıq 1 ədəd ütü stolu, 25 manatlıq 1 ədəd sadə lampa, 20 manatlıq 4 ədəd sini, 10 manatlıq 12 ədəd armudu stəkan, 20 manatlıq 18 ədəd sadə böyük stəkan, 170 manatlıq 12 ədəd büllur böyük stəkan, 195 manatlıq 54 ədəd Bohemiya badə, 30 manatlıq 6 ədəd qəndqabı, 10 manatlıq 6 ədəd duzqabı, 35 manatlıq 2 ədəd büllur və sadə külqabı, 15 manatlıq 18 ədəd böyük nəlbəki, 90 manatlıq 24 ədəd balaca kasa, 30 manatlıq 12 ədəd fincan dəsti, 29 manatlıq bıçaq dəsti, 20 manatlıq 1 dəst tort boşqabı, 10 manatlıq 24 ədəd mürəbbə rozeti, 85 manatlıq 2 ədəd mərtəbəli və sadə çərəz qabı, 30 manatlıq 5 ədəd solfet qabı, 340 manatlıq 2 ədəd qaşıq-çəngəl dəsti, 85 manatlıq 2 ədəd çuqun və qranitdən çaydan, 10 manatlıq 1 ədəd soğançəkən maşın, 70 manatlıq 2 ədəd blender, 7 manatlıq 2 ədəd salat doğramaq üçün taxta, 100 manatlıq 1 ədəd dini suvenir, 10 manatlıq 1 ədəd ət doğrayan qayçı, 40 manatlıq 1 dəst çörək qabı, 30 manatlıq 15 ədəd paltar asılqanı, 250 manatlıq 1 ədəd mikrodalğalı soba, 950 manatlıq nahar və çay servizi, 620 manatlıq 2 dəst (6 qazan, 9 tava) qranit qazan, 50 manatlıq 1 dəst (3 ədəd) çuqun qazan, 210 manatlıq 1 ədəd elektrik samovar, 350 manatlıq 3 ədəd güldan, 60 manatlıq 2 dəst su qrafini və stəkanı, 400 manatlıq 2 dəst vaz-meyvəqabı, 230 manatlıq 1 dəst mikser və xəmiryoğuran, 50 manatlıq 1 ədəd şirəçəkən, 20 manatlıq 1 ədəd çuqundan böyük tava, 20 manatlıq nikeldən böyük tava, 15 manatlıq 1 ədəd aşsüzən, 110 manatlıq 2 ədəd ütü, 200 manatlıq 1 ədəd ətçəkən maşın, 1200 manatlıq 1 ədəd LG markalı soyuducu, 800 manatlıq 1 ədəd 108 sm diaqonal ekranlı televizor, 200 manatlıq Beko markalı elektrik süpürgə, 5000 manatlıq servant, paltar dolabı, komod, tirmo, divan, 2 ədəd kreslo, stol, 8 ədəd stul, çarpayı-taxt, jurnal masası, 2 ədəd tumba, ütü masası, 300 manatlıq nişan üzüyü, 400 manatlıq üzük, 700 manatlıq boyunbağı, 1500 manatlıq 17 qram qolbaq. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Nümayəndə1, habelə iştirak etdiyi məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Cavabdehin vəkili-nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında bildirdi ki, tələb edilən cehiz əmlakın böyük əksəriyyəti cavabdehdədir. Bununla belə, cavabdeh 170 manatlıq 12 ədəd büllur böyük stəkandan 9 ədədini, 90 manatlıq 24 ədəd balaca kasadan 12 ədədini, 10 manatlıq mürəbbə üçün 24 ədəd rozetdən 18 ədədini, 7 manatlıq 2 ədəd salat doğrama taxtasından 1 ədədini, 620 manatlıq 2 dəst qranit qazandan 5 ədəd qazanı və 5 ədəd tavanı qəbul edir. Tələb edilən qızıl-zinət əşyalarının heç biri, o cümlədən 50 manatlıq 1 dəst (3 ədəd) çuqun qazan cavabdehdə mövcud deyildir. Bu hallar nəzərə alınmalıdır və cavabdeh yerdə qalan bütün əmlakların iddiaçıya verilməsinə razıdır. Məhkəmə proses iştirakçılarını dinləyib, işin materiallarını araşdırıb, iş üzrə sübutlara qiymət verərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan AZ-İİ 570286 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2023-cü il tarixdə 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində nikaha girmişlər. İşdə olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2(002)-2191/2024 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pozulmuşdur. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və cavabdehin rəsmi nikahı xx.xx.2023-cü il tarixdə qeydə alınmış və məhkəmə qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Onların birgə nikahından uşaqları olmamışdır. Tərəflər əvvəllər mehriban yaşasalar da, sonradan onların münasibətləri korlanmışdır. İddiaçı iddia edir ki, onlar boşandıqdan sonra iddiaçıya məxsus bəzi cehiz əmlak və qızıl-zinət əşyaları cavabdehin yaşadığı evdə qalmışdır. Bu səbəbdən iddiaçı hazırda dəyəri ümumilikdə 18481 manat olan cehiz əmlakın və qızıl-zinət əşyaların Cavabdeh alınaraq ona qaytarılması və ya onun manatla dəyərinin iddiaçıya ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə mübahisə ilə əlaqədar qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh iddiaçıya məxsus 120 manatlıq 6 ədəd hamam dəsmalı, 120 manatlıq 10 ədəd əl-üz dəsmalı, 100 manatlıq 20 ədəd çay dəsmalı, 20 manatlıq 7 metr ölçüdə süfrə, 120 manatlıq 1 ədəd parça süfrə, 180 manatlıq 6 ədəd tək adam üçün yorğan-döşək üzlüyü, 300 manatlıq 5 dəst taxt üçün yorğan-döşək üzlüyü, 65 manatlıq 1 ədəd 1 divan və 2 kreslo üçün örtük, 110 manatlıq 2 dəst tək, 1 dəst taxt üçün yay yorğanı, 285 manatlıq 2 ədəd taxt örtüyü, 150 manatlıq 1 ədəd yataq otağı üçün çilçıraq, 900 manatlıq 3 ədəd xalça (1 böyük 2,5 x 4 metr, 2 balaca 1,5 x 2,30 metr), 80 manatlıq 1 ədəd bambuk materialdan taxt döşəyi, 50 manatlıq 2 ədəd yundan balaca döşəkçə, 200 manatlıq 2 ədəd tək adamlıq döşək, 300 manatlıq 3 ədəd yorğan, 140 manatlıq 6 ədəd böyük yastıq, 60 manatlıq 4 ədəd balaca yastıq, 80 manatlıq 1 ədəd ütü stolu, 25 manatlıq 1 ədəd sadə lampa, 20 manatlıq 4 ədəd sini, 10 manatlıq 12 ədəd armudu stəkan, 20 manatlıq 18 ədəd sadə böyük stəkan, 170 manatlıq 9 ədəd büllur böyük stəkan, 195 manatlıq 54 ədəd Bohemiya badə, 30 manatlıq 6 ədəd qəndqabı, 10 manatlıq 6 ədəd duzqabı, 35 manatlıq 2 ədəd büllur və sadə külqabı, 15 manatlıq 18 ədəd böyük nəlbəki, 90 manatlıq 12 ədəd balaca kasa, 30 manatlıq 12 ədəd fincan dəsti, 29 manatlıq bıçaq dəsti, 20 manatlıq 1 dəst tort boşqabı, 10 manatlıq 18 ədəd mürəbbə rozeti, 85 manatlıq 2 ədəd mərtəbəli və sadə çərəz qabı, 30 manatlıq 5 ədəd solfet qabı, 340 manatlıq 2 ədəd qaşıq-çəngəl dəsti, 85 manatlıq 2 ədəd çuqun və qranitdən çaydan, 10 manatlıq 1 ədəd soğançəkən maşın, 70 manatlıq 2 ədəd blender, 7 manatlıq 1 ədəd salat doğramaq üçün taxta, 100 manatlıq 1 ədəd dini suvenir, 10 manatlıq 1 ədəd ət doğrayan qayçı, 40 manatlıq 1 dəst çörək qabı, 30 manatlıq 15 ədəd paltar asılqanı, 250 manatlıq 1 ədəd mikrodalğalı soba, 950 manatlıq nahar və çay servizi, 620 manatlıq 2 dəst (5 qazan, 5 tava) qranit qazan, 210 manatlıq 1 ədəd elektrik samovar, 350 manatlıq 3 ədəd güldan, 60 manatlıq 2 dəst su qrafini və stəkanı, 400 manatlıq 2 dəst vaz-meyvəqabı, 230 manatlıq 1 dəst mikser və xəmiryoğuran, 50 manatlıq 1 ədəd şirəçəkən, 20 manatlıq 1 ədəd çuqundan böyük tava, 20 manatlıq nikeldən böyük tava, 15 manatlıq 1 ədəd aşsüzən, 110 manatlıq 2 ədəd ütü, 200 manatlıq 1 ədəd ətçəkən maşın, 1200 manatlıq 1 ədəd LG markalı soyuducu, 800 manatlıq 1 ədəd 108 sm diaqonal ekranlı televizor, 200 manatlıq Beko markalı elektrik süpürgə, 5000 manatlıq servant, paltar dolabı, komod, tirmo, divan, 2 ədəd kreslo, stol, 8 ədəd stul, çarpayı-taxt, jurnal masası, 2 ədəd tumba, ütü masasının mövcud olmasını, hazırda onlara məxsus evdə olmasını etiraf etmişdir və bu hissədə hazırda tərəflər arasında faktiki olaraq mübahisə yoxdur. Ona görə də, məhkəmə hesab edir ki, yuxarıda adı göstərilən əmlaklar cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. İşdən həmçinin görünür ki, tərəflər arasında əsas mübahisə tələb edilən 2900 manatlıq qızıl-zinət əşyaları barədədir. Cavabdeh tərəf məhkəmə iclasında bu əmlakların onlarda olmadığını bildirmişdir. Lakin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, iddiaçıda nişan üzüyü, üzük, boyunbağı və qolbaq həqiqətən də mövcud olmuşdur. Həmin əmlakların iddia ərizəsində qeyd edilən qiymətləri məqbuldur. Məhkəmə bu hallara əsaslanaraq hesab edir ki, 300 manatlıq nişan üzüyü, 400 manatlıq üzük, 700 manatlıq boyunbağı və 1500 manatlıq 17 qram qolbaq da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bu nəticəyə gələrkən məhkəmə nikaha girərkən gəlin üçün qızıl-zinət əşyalarının hədiyyə verilməsi barədə mövcud olan adət-ənənələri də nəzərə alır. Bununla belə, 3 ədəd büllur böyük stəkanın, 12 ədəd balaca kasanın, 6 ədəd mürəbbə üçün rozetin, 1 ədəd salat doğramaq üçün taxtanın, 1 qazanın, 4 tavanın və 1 dəst (3 ədəd) çuqun qazanın mövcudluğu barədə iddiaçı məhkəməyə kifayət qədər mötəbər sübutları təqdim edə bilməmiş, cavabdeh isə bu hissədə iddianı qəbul etməmişdir. Bu əmlakların naturada mövcudluğu və cavabdehdə olması məhkəmə araşdırması zamanı təsdiqini tapmamışdır. Buna görə də məhkəmə iddianı bu hissədə təmin etmir. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddia qismən təmin edilməli, 120 manatlıq 6 ədəd hamam dəsmalı, 120 manatlıq 10 ədəd əl-üz dəsmalı, 100 manatlıq 20 ədəd çay dəsmalı, 20 manatlıq 7 metr ölçüdə süfrə, 120 manatlıq 1 ədəd parça süfrə, 180 manatlıq 6 ədəd tək adam üçün yorğan-döşək üzlüyü, 300 manatlıq 5 dəst taxt üçün yorğan-döşək üzlüyü, 65 manatlıq 1 ədəd 1 divan və 2 kreslo üçün örtük, 110 manatlıq 2 dəst tək, 1 dəst taxt üçün yay yorğanı, 285 manatlıq 2 ədəd taxt örtüyü, 150 manatlıq 1 ədəd yataq otağı üçün çilçıraq, 900 manatlıq 3 ədəd xalça (1 böyük 2,5 x 4 metr, 2 balaca 1,5 x 2,30 metr), 80 manatlıq 1 ədəd bambuk materialdan taxt döşəyi, 50 manatlıq 2 ədəd yundan balaca döşəkçə, 200 manatlıq 2 ədəd tək adamlıq döşək, 300 manatlıq 3 ədəd yorğan, 140 manatlıq 6 ədəd böyük yastıq, 60 manatlıq 4 ədəd balaca yastıq, 80 manatlıq 1 ədəd ütü stolu, 25 manatlıq 1 ədəd sadə lampa, 20 manatlıq 4 ədəd sini, 10 manatlıq 12 ədəd armudu stəkan, 20 manatlıq 18 ədəd sadə böyük stəkan, 170 manatlıq 9 ədəd büllur böyük stəkan, 195 manatlıq 54 ədəd Bohemiya badə, 30 manatlıq 6 ədəd qəndqabı, 10 manatlıq 6 ədəd duzqabı, 35 manatlıq 2 ədəd büllur və sadə külqabı, 15 manatlıq 18 ədəd böyük nəlbəki, 90 manatlıq 12 ədəd balaca kasa, 30 manatlıq 12 ədəd fincan dəsti, 29 manatlıq bıçaq dəsti, 20 manatlıq 1 dəst tort boşqabı, 10 manatlıq 18 ədəd mürəbbə rozeti, 85 manatlıq 2 ədəd mərtəbəli və sadə çərəz qabı, 30 manatlıq 5 ədəd solfet qabı, 340 manatlıq 2 ədəd qaşıq-çəngəl dəsti, 85 manatlıq 2 ədəd çuqun və qranitdən çaydan, 10 manatlıq 1 ədəd soğançəkən maşın, 70 manatlıq 2 ədəd blender, 7 manatlıq 1 ədəd salat doğramaq üçün taxta, 100 manatlıq 1 ədəd dini suvenir, 10 manatlıq 1 ədəd ət doğrayan qayçı, 40 manatlıq 1 dəst çörək qabı, 30 manatlıq 15 ədəd paltar asılqanı, 250 manatlıq 1 ədəd mikrodalğalı soba, 950 manatlıq nahar və çay servizi, 620 manatlıq 2 dəst (5 qazan, 5 tava) qranit qazan, 210 manatlıq 1 ədəd elektrik samovar, 350 manatlıq 3 ədəd güldan, 60 manatlıq 2 dəst su qrafini və stəkanı, 400 manatlıq 2 dəst vazmeyvəqabı, 230 manatlıq 1 dəst mikser və xəmiryoğuran, 50 manatlıq 1 ədəd şirəçəkən, 20 manatlıq 1 ədəd çuqundan böyük tava, 20 manatlıq nikeldən böyük tava, 15 manatlıq 1 ədəd aşsüzən, 110 manatlıq 2 ədəd ütü, 200 manatlıq 1 ədəd ətçəkən maşın, 1200 manatlıq 1 ədəd LG markalı soyuducu, 800 manatlıq 1 ədəd 108 sm diaqonal ekranlı televizor, 200 manatlıq Beko markalı elektrik süpürgə, 5000 manatlıq servant, paltar dolabı, komod, tirmo, divan, 2 ədəd kreslo, stol, 8 ədəd stul, çarpayı-taxt, jurnal masası, 2 ədəd tumba, ütü masası, 300 manatlıq nişan üzüyü, 400 manatlıq üzük, 700 manatlıq boyunbağı və 1500 manatlıq 17 qram qolbaqdan ibarət əmlak, onlar mövcud olmadıqda isə dəyəri cavabdehdən alınaraq iddiaçıya qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 82.1-ci maddəsinə görə hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. 120 manatlıq 6 ədəd hamam dəsmalı, 120 manatlıq 10 ədəd əl-üz dəsmalı, 100 manatlıq 20 ədəd çay dəsmalı, 20 manatlıq 7 metr ölçüdə süfrə, 120 manatlıq 1 ədəd parça süfrə, 180 manatlıq 6 ədəd tək adam üçün yorğan-döşək üzlüyü, 300 manatlıq 5 dəst taxt üçün yorğan-döşək üzlüyü, 65 manatlıq 1 ədəd 1 divan və 2 kreslo üçün örtük, 110 manatlıq 2 dəst tək, 1 dəst taxt üçün yay yorğanı, 285 manatlıq 2 ədəd taxt örtüyü, 150 manatlıq 1 ədəd yataq otağı üçün çilçıraq, 900 manatlıq 3 ədəd xalça (1 böyük 2,5 x 4 metr, 2 balaca 1,5 x 2,30 metr), 80 manatlıq 1 ədəd bambuk materialdan taxt döşəyi, 50 manatlıq 2 ədəd yundan balaca döşəkçə, 200 manatlıq 2 ədəd tək adamlıq döşək, 300 manatlıq 3 ədəd yorğan, 140 manatlıq 6 ədəd böyük yastıq, 60 manatlıq 4 ədəd balaca yastıq, 80 manatlıq 1 ədəd ütü stolu, 25 manatlıq 1 ədəd sadə lampa, 20 manatlıq 4 ədəd sini, 10 manatlıq 12 ədəd armudu stəkan, 20 manatlıq 18 ədəd sadə böyük stəkan, 170 manatlıq 9 ədəd büllur böyük stəkan, 195 manatlıq 54 ədəd Bohemiya badə, 30 manatlıq 6 ədəd qəndqabı, 10 manatlıq 6 ədəd duzqabı, 35 manatlıq 2 ədəd büllur və sadə külqabı, 15 manatlıq 18 ədəd böyük nəlbəki, 90 manatlıq 12 ədəd balaca kasa, 30 manatlıq 12 ədəd fincan dəsti, 29 manatlıq bıçaq dəsti, 20 manatlıq 1 dəst tort boşqabı, 10 manatlıq 18 ədəd mürəbbə rozeti, 85 manatlıq 2 ədəd mərtəbəli və sadə çərəz qabı, 30 manatlıq 5 ədəd solfet qabı, 340 manatlıq 2 ədəd qaşıq-çəngəl dəsti, 85 manatlıq 2 ədəd çuqun və qranitdən çaydan, 10 manatlıq 1 ədəd soğançəkən maşın, 70 manatlıq 2 ədəd blender, 7 manatlıq 1 ədəd salat doğramaq üçün taxta, 100 manatlıq 1 ədəd dini suvenir, 10 manatlıq 1 ədəd ət doğrayan qayçı, 40 manatlıq 1 dəst çörək qabı, 30 manatlıq 15 ədəd paltar asılqanı, 250 manatlıq 1 ədəd mikrodalğalı soba, 950 manatlıq nahar və çay servizi, 620 manatlıq 2 dəst (5 qazan, 5 tava) qranit qazan, 210 manatlıq 1 ədəd elektrik samovar, 350 manatlıq 3 ədəd güldan, 60 manatlıq 2 dəst su qrafini və stəkanı, 400 manatlıq 2 dəst vazmeyvəqabı, 230 manatlıq 1 dəst mikser və xəmiryoğuran, 50 manatlıq 1 ədəd şirəçəkən, 20 manatlıq 1 ədəd çuqundan böyük tava, 20 manatlıq nikeldən böyük tava, 15 manatlıq 1 ədəd aşsüzən, 110 manatlıq 2 ədəd ütü, 200 manatlıq 1 ədəd ətçəkən maşın, 1200 manatlıq 1 ədəd LG markalı soyuducu, 800 manatlıq 1 ədəd 108 sm diaqonal ekranlı televizor, 200 manatlıq Beko markalı elektrik süpürgə, 5000 manatlıq servant, paltar dolabı, komod, tirmo, divan, 2 ədəd kreslo, stol, 8 ədəd stul, çarpayı-taxt, jurnal masası, 2 ədəd tumba, ütü masası, 300 manatlıq nişan üzüyü, 400 manatlıq üzük, 700 manatlıq boyunbağı və 1500 manatlıq 17 qram qolbaqdan ibarət əmlak, onlar mövcud olmadıqda isə dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 140 manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-3892/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3892/2024
24.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver