Məhkəmə qərarları › İş №e-2(012)-3993/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3993/2023

27.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3993/2023 27.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə və X4 qarşı nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və X1 2.126,50 manat pul məbləğinin və 42 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 20 aprel 2023-cü il tarixində saat 16:35-də X5 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus xx.xx.2023-cü il tarixli etibarnamə əsasında idarə etdiyi “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində hərəkətdə olarkən idarəetməni itirərək düzgün ara məsafəsi seçmədiyi üçün yolun kənarında olan “Təhlükəsiz şəhər” sisteminin TŞ 4-051 nömrəli videonəzarət kameralarının quraşdırıldığı dirəyə və işıqforda dayanan İddiaçı məxsus “VOLKSWAGEN TİGUAN MİNİK” markalı, 99TU588 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sol arxa hissəsinə çırpılmışdır. Göstərilən yol-nəqliyyat hadisəsi “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Yolhərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən X2 təqsiri öz əksini Bakı şəhər X8 İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EXP5382027 nömrəli inzibati xəta haqqında protokolda və protokola əsasən çıxarılmış xx.xx.2023-cü il tarixli, TP5702551 nömrəli inzibati tənbeh vermə haqqında qərarda öz əksini tapmışdır. Həmçinin yolnəqliyyat hadisəsinin sxemində də hadisə aydın şəkildə təsvir edilmişdir. İnzibati xətanı törədən X5 və hadisə nəticəsində zərərçəkmiş şəxs olan İddiaçı Bakı şəhəri Baş Polis İdarəsinin X8 İdarəsinə verdikləri izahatlarında da faktı təsdiqləmiş və hadisəni təsvir etmişlər. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışda təqsiri olan şəxs kimi X5, hadisəyə səbəb olan avtonəqliyyat vasitəsi kimi “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi göstərilmişdir. Yol-nəqliyyat hadisəsi zamanı X2 idarə etdiyi “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə aid olan icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC hadisə nəticəsində dəyən zərəri müəyyən etmiş və xx.xx.2023-cü il tarixində yekun qiymətləndirmə aktını tərtib etmişdir. Yekun qiymətləndirmə aktına əsasən iddiaçıya məxsus “VOLKSWAGEN TİGUAN MİNİK” markalı, 99TU588 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərərin miqdarı 3.795 manat müəyyən edilmişdir. Lakin '‘Azərbaycan Sənaye Sığorta” ASC-nin İ-592/23 nömrəli sığorta ödənişi aktına əsasən iddiaçıya yalnız 1.668,50 manat pul məbləği ödənilmişdir. "xxxx" ASC bir sığorta hadisəsi nəticəsində həm iddiaçıya, həm də “Təhlükəsiz şəhər” sisteminin TŞ 4-051 nömrəli videonəzarət kameralarının quraşdırıldığı dirəyə zərər vurulduğu üçün və zərərə görə məsuliyyətin məbləği müvafiq sığorta məbləğini, yəni 5000 (beş min) manatı aşdığı üçün sığorta ödənişi həmin sığorta məbləğinin şəxslərə dəymiş zərərə mütənasib olan həcmdə verildiyini bildirmişdir. Beləliklə, indiki halda iddiaçıya dəymiş zərərin 2.126,50 manat məbləğində olan hissəsi ödənilmədiyi üçün iddiaçı bu məbləği yol-nəqliyyat hadisəsinə səbəb olan X2 idarə etdiyi “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi olan Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən qanunvericiliyə uyğun olaraq məhkəmə qaydasında tələb etmək hüququna sahibdir. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh Açıq Səhmdar Cəmiyyəti və X1 2.126,50 manat pul məbləğinin və 42 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 2.126,50 manat pul məbləğinin və 42 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, X2 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 1.900 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul edərək izahatında bildirdi ki, İddiaçı iddia tələbini qəbul edirlər. İddia tələbinə dair heç bir etirazları yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsinə etiraz etmirlər. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib və məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AD seriyalı 628235 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VOLKSWAGEN TİGUAN MİNİK” markalı, 99TU588 dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsusdur. Cavabdeh ASC tərəfindən verilmiş 06 mart 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, "xxxx" ASC-yə məxsus “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı furqon idarə etmək üçün X4 31 dekabr 2023-cü il tarixədək vermişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 16:35-də Bakı şəhərində sürücü X5 tərəfindən idarə olunan Cavabdeh ASC-nin mülkiyyətçisi olduğu “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokulun surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə sürücü X5 idarə etdiyi “İSUZU NPR YÜK” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X5 ona yazılan protokolla tanış olmuş, törətdiyi qayda pozuntusu ilə razıdır. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X5 xx.xx.2023-cü ildə saat 16:35-də idarə etdiyi “İSUZU NPR YÜK” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində cərimə olunmuşdur. Nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışın surətindən görünür ki, xx.xx.2023cü il tarixdə, saat 16:35-də Babək prospektində sürücü X5 tərəfindən idarə olunan “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı məxsus “VOLKSWAGEN TİGUAN MİNİK” markalı, 99TU588 dövlət qeydiyyat nişanlı avtomobilin hadisə nəticəsində sol arxa yan hissəsi əzilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidməti tərəfindən xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, cari ilin aprel ayının 20-də saat 16:35-də Nizami rayonu ərazisində “Volksvagen” markalı, Az 99TU588 nömrəli minik və “İsuzu” markalı, Az 01AG284 nömrəli yük avtomobillərini toqquşması nəticəsində sonuncunun “Təhlükəsiz şəhər” sisteminin TŞ 4-051 nömrəli videonəzarət kameralarının quraşdırıldığı dirəyi çırpılaraq xüsusi avadanlığı zədələmişdir. “Xidməti ərazilərdə videonəzarətin tətbiqi işinin təşkil edilməsinə dair” Təlimatın 6.9-cu bəndinə müvafiq olaraq hadisəni törətmiş nəqliyyat vasitəsi və onu idarə edən şəxsi müəyyənləşdirib sığorta olunduğu şirkətə Nazirliyin zərər çəkmiş tərəf kimi qeyd etməklə zəruri sənədlərin siyahıya əlavə olunmuş təqdim olunmasına göstəriş verilməsi xahiş edilmişdir. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli yekun aktın surətindən görünür ki, “VOLKSWAGEN TİGUAN” markalı, 99TU588 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə yekun olaraq 3.795 manat ziyan vurulması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, İ-592/23 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, sığortalı Cavabdeh ASC, zərərçəkən şəxs İddiaçı, sığortanın müddəti xx.xx.2022 xx.xx.2023-dür. Sığorta növü avtonəqliyyat vəsitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortasıdır, sığorta predmeti “VOLKSWAGEN TİGUAN” markalı, 99TU588 dövlət qeydiyyat nişanlı avtomobilidir. Avtomobilə dəymiş zərər 3.795 manat, sığorta ödənişi 1.668,50 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli elektron qəbzin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı akta əsasən 1668,50 manat sığorta ödənişi ödənilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 42 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir; 21.1-ci zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyəşəraitindəəldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizədə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2023-cü il tarixdə X5 etibarnamə əsasında idarə etdiyi Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus “İSUZU NPR YÜK” markalı, 01AG284 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozaraq yol nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı mülkiyyətində olan “VOLKSWAGEN TİGUAN MİNİK” markalı, 99TU588 dövlət qeydiyyat nişanlı avtomobilə 3.795 manat məbləğində ziyan dəymişdir. "xxxx" ASC tərəfindən İddiaçı 1.668,50 manat sığorta ödənişi ödənilmişdir. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, iddiaçı ona dəymiş zərərin Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ona ödənilməsini tələb edir. İş materiallarından və tərəflərin mübahisəsiz izahatlarından göründüyü kimi X2 idarə etdiyi avtomobil Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə məxsus olmuş və o, hadisə baş verən zaman Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin işçisi olmuş və avtomobili Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş etibarnamə əsasında idarə etmişdir. Həmçinin iddiaçı hazırda dəymiş zərərə görə Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 1.900 manat məbləğində pul vəsaitinin tutulmasını istəyir. Cavabdeh isə qeyd olunan vəsaitin ödənilməsin etiraz etmir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərər işçinin vurduğu zərər olaraq Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dəymiş zərərin əvəzi olaraq 1.900 manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən dövlət rüsumu üçün ödənilmiş 42 manat pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən dəymiş zərərin əvəzi olaraq 1.900 (min doqquz yüz) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1.942 (min doqquz yüz qırx iki) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar