Məhkəmə qərarları › İş №e-2(012)-4197/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4197/2022

15.11.2022 · Müqavilələrin ləğv edilməsi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4197/2022 15.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Hüseynzadə Hüseyn Rövşən oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə köçürülmə, həmin evdən istifadəyə maneələrin cavabdehə qadağan olunması və digər tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin ləğv olunması və s. tələbinə dair qarşılıqlı iddia ərizəsinə dair mülki işə 15 noyabr 2022-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İlkin İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi, torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə köçürülmə, həmin evdən istifadəyə maneələrin cavabdehə qadağan olunması və digər tələb ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin (AN-İ № 0509836) ləğv edilməsi, cavabdehin və digər şəxslərin iddiaçının Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən və ********** saylı qeydiyyat nömrəsinə əsasən mülkiyyətində olan 0,0114 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən çıxarılması, iddiaçının Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən və ********** saylı qeydiyyat nömrəsinə əsasən mülkiyyətində olan 0,0114 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə köçürülməsi və torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən istifadəyə maneələrin cavabdehə qadağan olunması, 4550 (dörd min beş yüz) manat kirayə haqqının, 2400 manat təmir xərcinin, 2250 manat (45000*5:100%) faizin və ödənilmiş 113 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh-qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv olunması və torpağa dair ödənilmiş məbləğin və kompensasiyanın tutularaq ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia ərizəsi ona, Cavabdeh münasibətdə rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin tam təmin edilməsi, onun, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında ünvan 2i ünvanında yerləşən 0,0114 ha olan torpaq sahəsinə dair notarial qaydada bağlanmış daşınmaz əmlakın AN-İ № ******* saylı, 19 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv olunması, 19 aprel 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən, bu günə kimi ödədiyi 20000,00 (iyirmi min) manat pulun (ilkin olaraq 13000,00 (on üç min) manat, sonradan 4000,00 (dörd min) manat, sentyabr ayına kimi 600 (altı yüz) manat olmaqla aylıq ödəniş kimi 3000,00 (üç min) manat) cavabdeh İddiaçı alınaraq ona qaytarılması, əlavə olaraq, bu günə kimi dəymiş ziyana, çəkdiyi xərclərə və əldən çıxmış faydaya görə 10000,00 (on min) manat cavabdeh İddiaçı alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilk iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə (AN-İ № 0509836) əsasən mülkiyyətində olan əmlakın cavabdehə satılmasına dair razılığa gəlmişlər. Müqavilənin 5-ci bəndinə əsasən cavabdeh satış qiymətindən qalan 28 000 manatı ayda 600 manat olmaqla 45 ay ərzində, sonuncu ay isə 1000 manat olmaqla xx.xx.2025-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Keçən müddət ərzində cavabdeh Müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək razılaşdırılmış aylıq ödənişləri ödəməkdən yayınmış, buna dair şifahi danışıqlar nəticə verməmiş, əksinə iddiaçı və ailə üzvləri ilə əsassız mübahisələr etmişdir. Müqavilənin ləğv edilməsinə dair xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli xəbərdarlıqlara məhəl qoymayaraq bir tərəfli qaydada üzərinə düşən öhdəliklləri qərəzli olaraq icra etməkdən yayınır. Bundan başqa istifadəsinə verilmiş fərdi yaşayış evində tikinti işləri aparmış, ərazinin bir hissəsini üçüncü şəxslərə satmış, təmirli mənzili yararsız hala salmışdır. Bununla əlaqədar hüquq mühafizə orqanlarına müraciət edilsə də, mübahisənin mülki xarakterli olması əsası ilə müraciətin baxılması təmin edilməmişdir. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq cavabdeh bundan imtina etdiyindən müqavilə ləğv edilməlidir. Cavabdeh tərəfindən sərəncamında olmayan, yalnız razılaşmaya əsasən sahiblik və istifadəsində olan mənzili yararsız hala salmışdır. Fotoşəkillərə baxışdan da görünür ki, təmirli təqdim edilən mənzilin divar kağızları cırılmış, fasad hissələri bərbad vəziyyətə düşmüş, sanitar qovşağın yararsız hala salınması nəticəsində mənzilin bünövrə hissəsinə əsaslı ziyan dəymiş, icazəsiz olaraq torpaq sahəsi üzərində olan kommunal birləşmələrin yerləri texniki şərt alınmadan yerləri dəyişdirilmiş, ərazinin müəyyən hissəsi ərazidə fəaliyyət göstərən alqı-satqı ofisinin nümayəndəsinə satılmaqla həmin ərazinin giriş-çıxışının təmin edilməsi üçün giriş qapıları icazəsiz olaraq yeri dəyişdirilmiş, bütün bunlar tam təmirli təhvil verilmiş mənzilin bazar dəyərinin aşağı düşməsi ilə nəticələnmişdir. Eyni zamanda cavabdeh oktyabr ayından torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən əvəzsiz istifadə etməklə üzərinə düşən öhdəliyi yerinə yetirmir, bununla da iddiaçını ağır maddi ziyana salmışdır. Belə ki, mənzilə faktiki sahiblik edə bilmədiyindən mənzili kirayə verib gəlirdən məhrum olmuş, eyni zamanda cavabdehin ödədiyi aylıq ödənişlərdən məhrum olmaqla özünün maddi vəziyyətini düzəldə bilməmişdir. Belə ki, evi satmaqda məqsəd fərdi şəxslərə və banka olan kreditləri ödəmək olmuşdur, lakin cavabdehin Müqavilə şərtlərini qərəzli olaraq pozması nəticəsində əksinə iddiaçının maddi vəziyyəti daha ağırlaşmışdır. Bundan başqa, cavabdehin mənzildən istifadə nəticəsində vurduğu ziyanın aradan qaldırılması üçün təmir işlərinə və aylıq borca görə ümumilikdə 2400 manat əlavə vəsait tələb olunur. Bundan başqa iddiaçının məlumatına əsasən cavabdehlər bu mənzildən əvvəl də bir neçə ayrı-ayrı mülkiyyətçiyə ayrı-ayrı vaxtlarda ilkin ödəniş etdikdən sonra qalan ödənişi ödəməkdən yayınmış, mülkiyyətçilərə ziyan vurduqdan sonra aldıqları mənzilləri geri qaytarmaqla vurduqları ziyanları ödəməkdən yayınmışlar. Mülkiyyətə daxil olan ərazinin satılması, kommunal birləşmələrin yerlərinin qanunsuz olaraq dəyişdirilməsi ilə əlaqədar 6-cı Polis Bölməsinə müraciət edilsə də mübahisənin mülki xarakterli olması əsası ilə araşdırılmasından imtina edilmiş, buna dair xx.xx.2021-ci il tarixli cavab məktubu təqdim edilmişdir. Cavabdeh qarşılıqlı iddia tələbi onunla əsaslandırmışdır ki, ona və ailəsinə qarşı qaldırılan iddia ərizəsi ilə razı deyildir. Belə ki, İddiaçı iddia ərizəsində qeyd etdiyi bir çox məsələlər şər və böhtan xarakterlidir. Həmçinin, iddia tərəfi olaraq, iddia ərizəsində onun ödədiyi məbləğin və ailəsinə dəymiş ziyanın kim tərəfindən qaytarılacağı barədə heç bir məlumat qeyd edilməmişdir. Notarial qaydada bağlanmış AN - İ № ******* saylı, 19 aprel 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən o, iddiaçı Cavabdeh İddiaçı ünvan 2i ünvanında yerləşən 0,0114 ha olan torpaq sahəsini əldə etmişdir. Həmin 1 (bir) sot torpaq sahəsini satıcı İddiaçı onu aldadaraq, 45000,00 (qırx beş min) manata satmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı “müqavilənin ləğvi, mənzildən çıxarılma, mənzilə köçürülmə və mənzildən istifadəyə maneələrin qadağan olunmasına dair” iddia ərizəsi aşağıdakı əsaslara görə qərəzlidir, iddia ərizəsi əsassızdır, iddia ərizəsində göstərilən hallar işin faktiki hallarına və həqiqətə uyğun deyildir, bu səbəbdən də təmin oluna bilməz. Cavabdeh İddiaçı onu və ailəsini aldatmışdır. Satıcı İddiaçı ünvan 2i ünvanında yerləşən 0,0114 ha olan torpaq sahəsini 45000,00 (qırx beş min) manata əldə etmişdir. Cavabdeh, satıcı İddiaçı hüquqi sənədlərdən başı çıxmadığı üçün və qızının həmin notariat ofisində işlədiyi üçün etibarından sui-istifadə edərək onu və ailəsi aldadaraq dələduzluq əməlinin tərkibini yaradan əməl törətmişdir. Cavabdeh, satıcı İddiaçı onun və ailəsi qarşısında öz öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, satıcı İddiaçı alqı-satqıya dair sənədləşmə işlərini axıra qədər yekunlaşdırmayaraq işini tam başa çatdırmamışdır. Məhkəmə araşdırılması zamanı onun, iddiaçı Cavabdeh ünvan 2i ünvanında yerləşən 0,0114 ha olan torpaq sahəsinə görə bu günə kimi 20000,00 (iyirmi min) manat pulun ödənilməsi faktı nəzərə alınmalıdır. Satıcı İddiaçı ilkin olaraq 13000,00 (on üç min) manat, sonradan 4000,00 (dörd min) manat, aylıq ödəniş kimi 600,00 (altı yüz) manat olmaqla 2021-ci ilin sentyabr ayına kimi 3000,00 (üç min) manat ödəniş etmişdir. Həmçinin 45000,00 (qırx beş min) manata əldə etdiyi ünvan 2i ünvanında yerləşən 0,0114 ha olan torpaq sahəsi yararsız haldadır. Torpaq sahəsinin altından su axıntıları keçir. Belə olan halda, torpaq sahəsinin üzərində hər hansı bir tikinti işləri aparılan zaman çatlar əmələ gələrək yararsız hala düşür. Daim rütubət və nəmişlik yaranır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onu və ailəsini aldadaraq ünvan 2i ünvanında 0,0114 ha olan torpaq sahəsinə görə 20000,00 (iyirmi min) manat pulun ödənilməsi faktı, 1 (bir) sot torpağa görə böyük məbləğdə 45000,00 (qırx beş min) manat pulun ödənilməsinə dair alqı-satqı müqaviləsinin bağlanması, sonradan satıcının öz öhdəliklərini yerinə yetirməməsi faktı məhkəmə tərəfindən hərtərəfli araşdırılaraq qətnamə qəbul edilən zaman nəzərə alınmalıdır. Qeyd olunan torpaq sahəsi üçüncü şəxslərə satılmamış, məsələ ilə bağlı heç bir hüquq mühafizə orqanlarına müraciət edilməmişdir. Göstərilən hüquq normalarının mahiyyətindən də aydın olduğu kimi onun hüquqları pozulmuşdur. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəkili-nümayəndəsi Vəkil qarşılıqlı iddia tələbini müdafiə edərək təmin edilməsini, ilk iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə ilk iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.0114 ha olan torpaq sahəsini 45 000 manat məbləğində Cavabdeh mülkiyyətinə vermişdir. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış 3M/312 reyestr nömrəli kredit müqaviləyə əsasan Satıcı - Hüseynova ilhama Musa qızına verdiyi 13000 (on üç min) manat borc məbləği ilə əvəzləşdirildi, qalan 4000 (dörd min).manatı hazırda notariusun bankda açılan depozit hesabı vasitəsi ilə “Birinci tərəf” - İddiaçı ödədi. Satış qiymətindən qalan 28000 (iyirmi səkkiz min) manatı ayda 600 (altı yüz) manat olmaqla 45 (qırx beş ) ay ərzində, sonuncu ay isə 1000 (bir min) manat olmaqla xx.xx.2025 tarixinədək ödəməyi öhdəsinə götürür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2ində yerləşən 0.0114 ha torpaq sahəsi İddiaçı adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi, **********5 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqısatqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.0114 ha olan torpaq sahəsini 45000 manat məbləğində Cavabdeh mülkiyyətinə verir. Həmin müqavilənin 5-ci bəndinə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində bağlanmış 3M/312 reyestr nömrəli kredit müqaviləyə əsasan Satıcı - Hüseynova ilhama Musa qızına verdiyi 13000 (on üç min) manat borc məbləğini ilə əvəzləşdirildi, qalan 4000 (dörd min).manatı hazırda notariusun bankda açılan depozit hesabı vasitəsi ilə “Birinci tərəf” - İddiaçı ödədi. Satış qiymətindən qalan 28000 (iyirmi səkkiz min) manatı ayda 600 (altı yüz) manat olmaqla 45 (qırx beş) ay ərzində, sonuncu ay isə 1000 (bir min) manat olmaqla xx.xx.2025 tarixinədək ödəməyi öhdəsinə götürmüş, aylıq ödəniş kimi 600,00 (altı yüz) manat olmaqla 2021-ci ilin sentyabr ayına kimi 3000,00 (üç min) manat ödəniş etmiş, 2021-ci ilin sentyabr ayından sonra aylıq ödənişləri cavabdeh ödəməkdən imtina etmiş, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək razılaşdırılmış aylıq ödənişləri ödəməkdən yayınmışdır. İlkin iddiaçı məhz cavabdehin müqavilə öhdəliyini icra etməməsinə əsaslanaraq tərəflər arasında bağlanan müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh-qarşılıqlı iddiaçı isə satıcı İddiaçı alqı-satqıya dair sənədləşmə işlərini axıra qədər yekunlaşdırmamasına, evin çıxarışının alınmasını başa çatdırmamasına əsaslanaraq tərəflər arasında bağlanan müqavilənin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə): - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.- 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv olunmuş sayılması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin mövcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. İşin müəyyən edilən hallarına münasibətdə bu müddəaların tələbləri tətbiq edilərkən belə müəyyən olunmuşdur ki, müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun ləğv edilməsi halları nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada. İşin araşdırılan hallarından göründüyü kimi müqavilənin şərtləri cavabdeh-qarşılıqlı iddiaçı tərəfindən pozulmuşdur, belə ki, müqavilədə nəzərdə tutulan aylıq ödənişləri 2021-ci ilin sentyabr ayından ödəmir. O əsasda müqavilənin ləğvi barədə ilkin iddiaçının dəlilləri əsaslı olduğundan bu hissədə ilkin iddia təmin edilməli, tərəflər arasında bağlanan qeyd edilən müqavilə ləğv edilməlidir. Müqavilə ləğv edildiyindən ilkin iddiaçı alqı-satqı müqaviləsi üzrə cavabdehdən aldığı cəmi 20000 manat məbləğində pulu cavabdeh-qarşılıqlı iddiaçıya qaytarmalı və bu hissədə qarşılıqlı iddia tələbi də təmin edilməlidir. Məhkəmə həmçinin, qeyd edir ki, qarşılıqlı iddiaçının müqavilənin ləğvi barədə dəlilləri təsdiq olunmadığından qarşılıqlı iddia müqavilənin ləğvi hissəsində əsassızdır və təmin edilməməlidir. Müqavilə ləğv edildiyindən ilkin iddia tələbinin cavabdehin evdən və torpaq sahəsindən çıxarılması və özünün ora köçürülməsi barədə iddia tələbi də əsaslı olmaqla təmin edilməli, cavabdeh iddiaçının Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən və ********** saylı qeydiyyat nömrəsinə əsasən mülkiyyətində olan 0,0114 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən çıxarılmalı, iddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən və ********** saylı qeydiyyat nömrəsinə əsasən mülkiyyətində olan 0,0114 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə köçürülməli və torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən istifadəyə maneələr cavabdehqarşılıqlı iddiaçıya qadağan olunmalıdır. İddia tələbi digər şəxslərin çıxarılması hissəsində qeyri-müəyyən olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsi ilə müəyyən edilir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsindən görünür ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə ilkin iddia tələbinin 4550 (dörd min beş yüz) manat kirayə haqqı tələbinə münasibətdə qeyd edir ki, tərəflər arasındakı hazırkı münasibətlər əmlak kirayə-hüquq münasibətləri olmadığından iddia tələbi bu hissədə əsassızdır təmin edilməməlidir. Belə ki, Mülki Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Məhkəmə iddia tələbinin 2400 manat təmir xərci hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı bu hissədə tələbini cavabdehlərin mənzildən istifadə etmələri nəticəsində mənzilin təmirinə yaranmış zərurətlə əsaslandırır. Cavabdeh bununla bağlı torpaq sahəsinin altından su axıntıları keçməsi, daim rütubət və nəmişlik yaranması ilə əlaqələndirir və habelə torpaq sahəsində hər hansı başqa işlər görməməsi ilə əsaslandırır. İddiaçının təqdim etdiyi fotoşəkillərdən də göründüyü kimi tikilinin bayır tərəfində nəmişlik və rütubətdən yaranan görüntülər vardır ki, bunun nəticəsində evin daxili divarında da müvafiq olaraq divar kağızlarında müəyyən zədələnmələr vardır. Burada cavabdehqarşılıqlı iddiaçı tərəfindən evin yararsız hala salınması, habelə torpaq sahəsində müəyyən işlər aparması müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə də əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə iddia tələbinin 2250 manat (45000*5:100%) faizin tutulması hissəsinə münasibətdə qeyd edir ki, bu hissədə iddia tələbi tərəflər arasında borc münasibətləri olmadığından, yəni iddiaçıya məxsus pulun cavabdehdə olub, qaytarılmayaraq ondan faydalanması müəyyən edilmədiyindən aşağıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən ilkin iddia bu hissədə də əsassızdır və təmin edilməməlidir. Mülki Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, ilk iddia tələbi qismən əsaslı olmaqla qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi ləğv edilməli, Cavabdeh İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən və ********** saylı qeydiyyat nömrəsinə əsasən mülkiyyətində olan 0,0114 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən çıxarılmalı, İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən və ********** saylı qeydiyyat nömrəsinə əsasən mülkiyyətində olan 0,0114 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə köçürülməli, həmin torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən istifadəyə maneələr cavabdehə qadağan olunmalı, qarşılıqlı iddia qismən təmin edilməli, 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İlk iddia tələbi və qarşılıqlı iddia tələbi üzrə ödənilmiş məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360/ 362-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İlk iddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən və ********** saylı qeydiyyat nömrəsinə əsasən mülkiyyətində olan 0,0114 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən çıxarılsın. İddiaçı Abşeron rayonu, Masazır qəsəbəsi ünvanında yerləşən və ********** saylı qeydiyyat nömrəsinə əsasən mülkiyyətində olan 0,0114 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinə köçürülsün, həmin torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən istifadəyə maneələr Cavabdeh qadağan olunsun. Qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı 20000 (iyirmi min) manat məbləğində pul vəsaiti tutularaq Cavabdeh ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar