Məhkəmə qərarları › İş №e-2(012)-426/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-426/2024

22.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-426/2024 22.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçınun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət əşyalarının və əmlakın qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, nikahdan öncə cehiz kimi gətirdiyi əmlakların və ona hədiyyə kimi verilmiş qızıl ziynət əşyalarının, yəni sənədləri 1) Вakalavr diplomu, 2)Tibb şəhadətnaməsi, 3)Tikmə biçmə kursunun vəsiqəsi, 4)Tələbə bileti göy rəngdə, 5)Sarı rəngdə magistraturaya hazırlıq kartı, 6) Doğum haqqında şəhadətnamə, 7)Həkimlərdən aldıqları analizlərin sənədi; qızılları:1) Toyda aldıqları briliant komplekt, 2) Həmin komplektin ayrıca briliant klonlu sepi, 3) Novruz bayramında aldıqları qizıl komplekt, 4) Həridə aldıqlari çox qramlı briliant üzük, 5) Ad günündə aldiqlari qızıl sep, 6) Sevgililər günündə aldıqları qızıl qolbaq 7)“ A”hərfli qızıl sep, 8) Gülnisənin aldığı qızıl qolbaq, 9) Fariz əminin aldığı qızıl üzük,10) Nişan üçün aldıqları briliant üzük; ayaqqabıları:1) Çəhrayı rəngdə krasovka, 2) Çəhrayı rəngdə önü üçbucaq formalı tufli, 3) Çəhrayı rəngdə dovşan qulaqlı ev tapıçkası, 4) Çəhrayı rəngdə ev üçün boğazlı botu, 5) Ağ rəngdə üzəri dəlikli ket, 6) Ağ rəngdə önündə krem rəng olan ket, 7) Ağ rəngdə naxışlar olan yay ayaqqabısı, 8)Ağ rəngdə üzərində bantik olan ev vetnamkası, 9)Ağ rəngdə üzərində krem rəngli naxışları olan babet, 10) Qara rəngdə payız üçün ayaqqabı, 11) Qara rəngdə 3 ədəd sapaşki, 12) Qara rəngdə krasovka, 13) Qara rəngdə hündür dabanlı tufli, 14) Açıq krem rəngdə önü üçbuçaq formalı,15) Krem rəngdə önü dördbucaq formalı üzərində qızıl zəncir var, 16) Krem rəngdə 2 dənə pasanoşka,17)Krem rəngdə önü yumru olan tufli,18) Krem rəngdə üzəri tüklü olan tapıçka,19) Krem rəngdə sapaşki, 20) Qızılı rəngdə tapıçka ,21) Şəffaf rəngdə üzərində gümüşü bantik; çantaları:1)Ağ rəngdə səbət formalı, 2) Ağ rəngdə dördbucaq formalı, 3) Qara rəngdə dördbucaq formalı, 4) Qara rəngdə kiçik formalı, 5) Tünd yaşıl rəngdə ağzı büzməli, 6) Açıq yaşıl rəngdə düzbucaqlı formalı, 7) Qəhvəyi rəngdə düzbucaqlı formalı, 8) Qəhvəyi rəngdə yumru formalı, 9) Çəhrayı rəngdə kiçik ölçülü, 10) Çəhrayı rəngdə düzbucaqlı formalı orta ölçülü,11) Kül rəngdə böyük ölçülü,12) Kül rəngdə orta ölçülü,13)Krem rəngdə dörbucaq formalı, 14) Sarı rəngdə kaşlok,15) Gümüşü rəngdə olan toy çantası, 16) Şəffaf rəngdə kənarı qızılı rəngdə olan çanta və əlavə qızılı rəngdə kiçik formalı çanta; kosmetika ləvəzimatları: 1) 50 dənə kosmetik ləvazimatlar, 2) Plastik bankada maçalkalar;ətirləri: 1) Macs jobas adlı, 2) Escade adlı, 3) Bədən spreyi; saç fenləri:1) Qara rəngdə hava feni, 2) Qara rəngdə ütü feni, 3) Qara tutacaqlı gümüşü rəngdə saç buran feni; daraqları: 1) Bənövşəyi rəngdə iri dişli daraq, 2) Qara rəngdə iri dişli daraq, 3) Qara rəngdə xırda dişli daraq, 4) Çiçəkli daraq; asılqanları: 1) Təxmini 10-20 dənə taxta asılqan, 2) Təxmini 10-15 dənə taxta şpilkalı asılqan, 3) Təxmini 10-20 dənə bənövşəyi rəngdə asılqan, 4.) Təxmini 20-25 dənə çəhrayı rəngdə asılqan, 5) Təxmini 12-15 dənə qızılı rəngdə asılqan, 6) Təxmini 5-10 dənə dəmir şpilkalı asılqan; ədyalları: 1) İki nəfərlik döşək, 2) İki nəfərlik yorğan, 3) Bəbir naxışlı iki nəfərlik ədyal, 4) Bənövşəyi rəngdə olan payız ədyalı, 5) Açıq yaşıl rəngdə olan payız ədyalı, 6) Kül rəngdə üzərində çiçəkləri olan ədyal, 7) Qırmızı rəngdə üzərində çiçəkləri olan ədyal, 8) Tünd göy rəngdə yataq örtüyü və 2 yastiq üzü, 9) Çəhrayı rəngdə yataq örtüyü və 2 yastıq üzü, 10) 1 dəst yastıq üzü üzərində qırmızı güllü, 11) Kül rəngdə olan yataq örtüyü, 12) 4 dənə yastıq, 13) 5 dənə pastel və yastıq üzləri, 14) Namaz ədyalı 2 dənə ( mavi və krem rəngdə), 15) Möhürü qoymaq üçün 2 ədəd krem rəngli kiçik ölçülü –möhürlük, 16) Ağ rəngdə üzərində göy naxışları olan parka, 17) Çəhrayi rəngdə üzərində kül və ağ rəngdə ulduz olan parka, 18) Çəhrayı rəngdə üzərində kül və ağ rəngdə ürək olan parça, 19) Ağ rəng üzərində göy rəngdə xırda naxışları olan kiçik ölçülü parka, 20) Tünd mavi rəngdə üzərində çəhrayı güllər olan parka; paltarları-üst geyimləri: 1) Qara rəngdə qısa kurtka, 2) Qara rəngdə uzunqol üst geyimi, 3) Tünd yaşıl rəngdə uzun balonka, 4) Yaşıl toxunma jaket, 5) Tünd mavi rəngdə qısaqol klyoş üst geyimi, 6) Jins üst geyimi, 7) Kül rəngdə qısa balonka, 8) Kül rəngdə üzərində qırmızı naxışlar olan kapşonlu uzun jaket, 9)Qəhvəyi rəngdə plaş, 10) Boz rəngdə üzərində xırda rənglər olan qısaqol üst geyimi, 11) Üzərində sarı qəhvəyi ağ rəng olan jaket, 12) Ağ toxunma jaket, Çəhrayı rəngdə setkalı toxunma jaket; şalvarları: 1) 3 dənə qara rəngdə klassik şalvar, 2) 3 dənə qara rəngdə ev üçün şalvar, 3) 2 dənə qəhvəyi rəngdə şalvar, 4) Boz rəngdə evdə geyinmək üçün şalvar, 5) Ağ şalvar, 6) Qara rəngdə üzərində ağ sızıqlı dizdən aşağı olan şortik, 7) Açıq göy rəngdə nazik şalvar, 8) Kül rəngdə üzərində qara naxışlan olan ev şalvarı, 9) Yaşıl rəngdə üzərində qırmızı naxışları olan klyoş şalvar, 10) Kül rəngdə klassik şalvar; kostyum-dəsti-1) Qəhvəyi rəngdə kostyum(pencək və şalvar), 2) Yaşıl rəngdə kostyum ( pencək və şalvar), 3) Yaşıl rəngdə toxunma uzunqol üzərində ağ xətləri olan dəst (kofta və şalvar), 4) Kül rəngdə dəst (kofta və yubka), 5) Ağ rəngdə üzərində yaşil naxışları olan dəst (şalvar və kofta);yubkaları- 1) Çəhrayı rəngdə klyoş yubka, 2) Açıq çəhrayı rəngdə klyoş yubka, 3) Kül rəngdə klyoş yubka, Kül rəngdə üzərində qara sızıqlarlı olan qış üçün düz yubka, 4) Yaşıl rəngdə klyoş yubka, 5) Açıq yaşıl rəngdə klyoş yubka, 6) Mavi rəngdə üzərində ağ çiçəkləri olan yubka, 7) Jins klyoş yubka, 8) Qırmızı çiçəkli yay yubkası, 9) Krem rəngdə üzərində göy çiçəkləri olan yay yubkası, 10) Bənövşəyi çiçəkləri olan yay yubkası;köynəkləri- 1) Qəhvəyi rəngdə uzunqol boş köynək, 2) Tünd krem rəngdə uzunqol boş köynək, 3) Bənövşəyi rəngdə uzunqol boş köynək, 4) Ağ rəngdə uzunqol üzərində qara siziqları olan köynək, 5) Ağ rəngdə uzunqol boş köynək;donları-1) Qara rəngdə.qollari ağ uzunqol olan uzun don, 2) Qara rəngdə üzərində ağ sızıqlar olan patdeşkalı don, 3) Qara rəngdə uzunqol düz olan amma ətəyi klyoş olan don, 4) Mavi rəngdə üzərində xirda ağ çiçəkləri olan don, 5) Açıq mavi rəngdə klyoş don, 6) Tünd bənövşəyi rəngdə uzun klyoş don, 7) Bənövşəyi rəngdə üzərində xirda çiçəkləri olan düz formalı amma ətəyi klyoş don, 8) Açıq yaşıl rəngdə üzərində ağ siziqları olan don, 9) Yaşıl rəngdə üzərində xırda çiçəkləri olan don, 10) Krem rəngdə üzərində ağ çiçəkləri olan uzunqol don, 11) Krem rəng üzərində mavi naxişlari olan uzun qol uzun don, 12) Sarı rəngdə klyoş don, 13) Qırmızı rəngdə uzunqol qış üçün klyoş don, 14) Çəhrayi rəngdə üzərində ağ ürəklər olan klyoş don, 15) Ağ rəngdə üzərində qara xirda çiçəkləri olan don,16) Üzərində qırmızı ağ yaşıl rəngdə çiçəkləri olan don; Koftaları- 1) Ağ rəngdə uzunqol kofta, 2) Ağ yaxalığı olan önündə düyməsi olan qısaqol kofta,3) Ağ rəngdə üzərində qara sızıqları və miki mouse olan qısaqol kofta,4) Ağ rəngdə uzunqol nazik sadə kofta, 5) Ağ rəngdə qısaqol sadə kofta, 6) Ağ rəngdə üzərində bənövşəyi şəkilli olan qısaqol kofta, 7) 4 dənə ağ rəngdə qısaqol kofta(ipli və s.), 8) 5 dənə qara rəngdə qısaqol kofta(ipli və s),9) Qara rəngdə uzunqol kofta, 10) Qara yaxaliği olan önündə düyməsi olan qısaqol kofta, 11) Qara rəngdə qısaqol bogazli vadalaska, 12) Qara rəngdə üzərində ağ düymələr olan uzunqol kofta, 13)Qara rəngdə üzərində çəhrayi fil şəkili olan qısaqol kofta,14) Qara rəngdə üzərində qız şəkilli qısaqol kofta,15) Boz rəngdə üzərində şəkilli olan boş kofta evdə geyinmək üçün, 16) Qəhvəyi rəng qısaqol toxunma kofta, 17) Qəhvəyi rəngdə üzərində ağ stəkan şəkili olan qısa qol kofta,18) Krem rəngdə qısaqol payız kofta, 19) Krem rəngdə qısaqol bogazlı vadalaska, 20) Krem rəngdə setkali toxunma kofta, 21) Krem rəngdə üzərində ağ xırda çiçəkləri olan kofta, 22) Bənövşəyi rəngdə qısaqol payız üçün kofta, 23) Çəhrayı rəngdə sadə qısaqol kofta, 24) Tünd yaşıl rəngdə uzunqol kofta, 25) Tünd yaşıl rəngdə üzərində mango yazılan qısaqol kofta, 26) Yaşıl rəngdə boğazlı uzunqol kofta, 27) Yaşıl rəngdə boğazlı uzunqol vadalaska,28) Yaşıl rəngdə uzunqol kofta, 29) Əsgər rəngdə qısaqol kofta, 30) Üzərində miki mouse şəkilləri olan qısaqol kofta, 31) Namaz paltarı;10-15 dənə corab; dəsmalları- 1) Təxmini 20-25 ədəd dəsmallar, 2) Təxmini 20 ədəd çay dəsmalı, 3) 4 ədəd Süfrə, 4) Kiçik ölçulu kvadrat formalı çəhrayı və qəhvəyi rəngdə olan dəsmal ;papaqları-1)2 dənə boz rəngdə papaq, 2) Şərflər 5-6 dənə, kəmər-1) 5-6 dənə kəmərlər (çəhrayı rəngdə,krem rəngdə,kül rəngdə,qara rəngdə.krem rəngdə və s.);Yataq otagında qaşıq çəngəl bıçaq dəsti olan qəhvəyi rəngdə çamadan;Yataq otagında əlavə olaraq 1)Paltar şotkası,2) İynə sap çantası, 3) 6-7dənə kitablar, 4) Dəftərləri, qələm qabı, karandaşları, 5)Suviner oğlan qız olan suvineri, 6)Saç üçün çəhrayi rəngdə üzərində bantik abadok, 7) Bjuteriyalarim .aksesuarları, 8) Qara rəngdə saç lakı, 9) Çəhrayı rəngdə qutu materiallı çamadan içində əlavə olaraq paltarlar və ( ağ pərdənin altında olan gün keçirməz bu çamadanın içində olmalıdır), 10) Pijamaları 10-15 dənə,11) Alt paltarları,12) Qara rəngdə kalqotkalar 6-7 dənə,13) Rexsona 2 dənə, 14) Ağ rəngdə üzərində bənövşəyi rəng olan ütü, 15) Kül rəngdə paltar ütüləmək üçün masa, 16) Qız toyunun albomu, 17)“A”hərfli suviner, 18) 2 dənə kiçik ölçülü güzgü, 19) Redmi note 9 markalı bənövşəyi telefon əlavə olaraq ağ adaptır,telefonun kabroları 2-3 dənə, 20)6 dənə toxunma sapı, 21)Ağ rəngdə piano suviner; Qonaq otağı-1) Qonaq otagında böyük ölçülü Ağ rəngdə üzərində mirvari olan dolça., 2) Ağ rəngdə masanın üzərinə qoyulan ayaqlı qara rəngli qab., 3)2 dənə ayaqlı qızılı rəngdə çərəz qabı, 4)2 mərtəbəli qızılı rəngdə çərəz qabı, 5) İçi qara rəngdə ayagı qızılı olan meyvə qabı, 6) Şüşə qapaqlı içərisində ağ rəngdə dördbucaq formalı 6 dənə çərəz qabı; Güzgülü kamotun üstünə qoyulan 5 dənə qab dəsti; Güzgülü kamodun içində olanlar-1) 2 dənə sarı rəngdə çaşka, 2) Yaşıl rəngdə çaşka və nəlbəkisi, 3) Ağ rəngdə üzərində sarı qapağı olan çaşka, 4) Rəngli olan 2 dənə çaşka və 1 ədəd qab-dəst, 5) Kül rəngdə çaşka, 6) 2 dənə ağ rəngdə üzərində çəhrayi digərində göy naxişları olan şüşəli çaynik, 7) Versace naxışlı 6 dənə armudu stəkan və 6 dənə nəlbəkisi, 8) Versace naxışlı 12 dənə fincan( çaşka) və 12 dənə nəlbəkisi, 9) Versace naxışlı 12 dənə bakal dəsti, 10) Şüşəli qara rəngdə düzbucaqli formada biri böyük,digəri orta ölçülü qab -dəsti, 11) Şüşəli ağ rəngdə düzbucaqlı formada biri böyük digəri orta ölçülü qab dəst,12) Ağ rəngdə kənarları dalğavarı olan servis qablarım( buludları.salat qabları,kiçik,orta və böyük ölçülü qabları,dərin qabları,kasaları və s.),13) Qızılı rəngdə servisin qabları (qalanı servantin içindədir),14)2 dənə ayaqlı xrustal çərəz qabı,15) 2 dənə naxışlı xrustal şirniyyat qab, 16)3-4 dənə qənd qabı,17)2 dənə kiçik ölçülü ağ rəngdə üzərində göy naxışlı güldam, 18)1 dənə nazik uzun xrustal güldan, 19) 5-6 dənə kül qab, 20) 6 dənə duz qabı, 21)l-2dənə xrustal güldan, 22) 4-6 dənə xrustal meyvə qabı, 23)5 -6 dənə uzunsov formada xrustal qab, 24) 2 dənə ayaqlı xrustal mürəbbə qabı, 25) 12 dənə xrustal stəkanin nəlbəkisi və 12 də kiçik ölçülü nəlbəki, 26) Qırmızı qapaqlı dolça, 26)2 dənə dairə formada kənarları dalğavari xrustal şirniyyat qabı, 27) Tort qabi qapaqlı; servantın içindəkilər- 1) 6 dənə xrustal ayaqlı bakal, 2)12 dənə xrustal stəkan, 3) Dolça və 6 dənə xrustal bakal, 4) Doça və 6 dənə ayaqlı bakal, 6 dənə bakal üzərində göy naxışlı, 5) Bənövşəyi rəngdə güldan və iki konfet qabı, 6) 2 dənə konfet qabı və meyvə qabı ağ rəngdə üzərində çiyələk olan qab, 7) 6 dənə üzərində qızılı naxışlı bakal böyük ölçülü, 8) 6 dənə üzərində qızılı naxışlı bakal orta ölçülü, 9) 2 dənə xrustal böyük ölçülü ayaqlı meyvə qabı, 10) 2 dənə xrustal orta ölçülü ayaqlı konfet qabı, 11) 1 dənə böyük ölçülü xrustal güldan, 12) 2 dənə uzunsov kənarları qızılı olan meyvə qabı, 13) 2 dənə narıncı rəngdə konfet qabı, 14) 1 dənə narıncı rəngdə güldan, 15) Qızılı rəngdə servis(qazan, duz qabı, salfet qabları, buludları, çaydan, 12 dənə fincan dəsti, 12 dənə kofe fincan dəsti və s), 16) Qara rəngli 3 dənə qablar biri uzun digəri balaca;televizor altlığının içində olanlar:1) Qara qapaqlı üzərində beta yazılan çaynik, 2 )Bardovu qapaqlı çaynik, 3) Yumru formada gümüşü rəngdə çaynik, 4) 4-5 dənə şirəli qaza ( ağ rəngdə üzərində qara çiçək,yaşıl rəng, üzərində ağ dairələr,san rəngdə və s), 5) Qazan altlığı 6-7 dənə, 6)Qazantutan 8-7 (tutğac), 7) Ət süzmək üçün setka gümüşü rəngdə 2 dənə, 8) Limon götürən çiyələk formalı, 9) 1 dənə çaydan qəhvəyi rəngdə;Televizor altiğının üzərinə qoyulan 3 dənə ağ rəngdə şamdan,qızılı rəngdə quran qoyulan qab,qızılı rəngdə böyük ölçülü saat.qızılırəngdə güldan və içində güllər(suviner); Muhammedin otağı (divanın altı):1) 7-8 dənə podnus, 2) Aş qaşığı 2 dənə,3) Kəfgir,4) Gilas çixaran,5) 2-4 taxta qaşıq, 6) Pomidor içini çixardan, 7) Bibərin içini təmizləyən, 8) Mətbəx maqqaşı, 9) Qara rəngdə tava,10) Boz rəngdə tava, 11) Bənövşəyi rəngdə qranit qazan dəsti (içində 5 dənə qazan var), 12) Parçada üzərində çəhrayi çiçəkləri olan çörək qabı, 13) Yaşıl rəngdə termos,14)1-2 dənə bıçaq,,15)Ələk,16)2-3 dənə çömçə,17)1 dənə biçaq itiliyən, 18) Ət doramaq üçün taxta,Muhammedin otağında: 1)Tort qabı qapaqlı və 6 dənə qabları,2) İçi ağ rəngdə olan ayağı qızıl rəngdə olan səbət tbrmali meyvə qabi; mətbəx:1)Tortu bəzəmək üçün şpris, 2) Əl çirpici çəhrayi rəngdə,3)Mavi rəngdə fırça çaynikin agzını təmizləmək üçün; padval: 1)6 dənə dəmir qazanlar, 2)5-6 dənə plasmas qablar, 3)Sarı rəngdə vedrə, 4) Qara rəngdə üzərində qirmizi naxişlı dəmir kruska, 5)2 dənə ləyən( bənövşəyi,yaşıl), 6)Ç əhrayı rəngdə plasmas kruska,7)Krem rəngdə üzərində naxışları olan kruşka, 8) Paltar şpilkası 2 paçka, 9) Paltar şpilkasının vedrəsi yaşıl rəngdə, 10)Yolka (üzərində yeni iliniz mübarək olan qutu onunkudur), 11) Yeni ilə aid qızılı rəngdə 3 dənə hədiyyələr ( böyuk,orta və kiçik ölçülü),12)Böyük ölçülü qar adamı, 13)Qapağı plastik olan özu qəhvəyi rəngdə çörək qabı, 14)Bıçaq dəsti(yerini dəqiq bilmir), 15)Çörək qabı böyük ölçüdə krem rəngli və əlavə 3 – dənə ortaolçülü qablar, 16)Çəhrayı rəngdə qabın içində çömçə kartof qızardan və s., 17)Gümüşü rəngdə duz qabı istiot, 18)2 böyük salafanda kitabları, 19)Aşsüzən, 20)Sarı rəngdə tas, 21)İçi ağ rəngdə qab 4 dənə; Qarajda-11)altaryuyan , 2)Soyuducu,3) Mikser,4) Ətçəkən; Həyətdəki hamamda-Göy rəngdə tozsoran və ağ rəngdə üzəri qırmızı bantik olan klyokda tozsoranın əlavə başlıqları; Qonaq otağının mebelləri-1)Güzgülü kamot, 2)Televizor altlığı, 3) Televizor, 4) 2 servant, 5) 8 dənə yaşıl rəngdə stul, 6) 8 nəfərlik masa qəhvəyi rəngdə, 7) 2 kreslo ( 2 dənə yastıq), 8) Divan ( 4 dənə yastıq), 9) Ağ rəngdə masa, 10) Pərdənin üstu- krem rəngdə üzərində qəhvəyi naxişlar, 11) Ağ rəngdə tül, 12) Tülün altında -Gün keçirməz, 13) Pərdənin kənarları üçün qızılı yarpaq formalı aksesuar, 14) Çilçiraq, 15) Xalça; Yataq otağının mebelləri-1) Taxt (matrasi var), 2) Paltar şkafı, 3) Ayaq üstu güzgü, 4) Güzgülü termo və oturacağı, 5) Ayrica balaca şkaf, 6) Pərdənin üstu göy rəngdə, 7) Ag tül, 8) Tülün altinda gün keçirməz (qırmızı qutu materiallı çamadanın içindədir),9) Pərdənin kənarlari üçün aksesuar, 10) Çilçiraq, 11) Kül rəngdə xalçanın Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 02 iyul 2022-ci il tarixdə Sumqayıt regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində nikaha daxil olmuşdur. İlk əvvəllər onların ailə münasibətləri normal olmuş, lakin sonradan münasibətləri korlanmışdır. Cavabdehlə hal-hazırda ayrı yaşayır. Nikahları formal xarakter daşıyır. Bu səbəbdən də nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Ailə həyatı qurarkən cehiz əmlakını cavabdehlə yaşadığı evə gətirmişdir. Həmçinin ona hədiyyə kimi verilmiş qızıl ziynət əşyaları da həmin evdə qalmışdır. Cavabdeh əmlakını ona vermədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı MPM-in 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşmə barədə ərizə ilə müraciət edərək nikahdan öncə cehiz əmlakı kimi gətirdiyi əmlakların və ona hədiyyə kimi verilmiş qızıl ziynət əşyalarının, yəni qızılları: 1.Toyda aldıqları brilliant komplekt-həmin komplektin ayrıca brilliant klonlu sepi-7000 manat, 2.Novruz bayramında aldıqları qızıl komplekt -3000 manat, 3. Həri mərasimində aldıqları çox qramlı brilliant üzük-1000 manat,

4. Ad günündə aldıqları qızıl sep (7,15 qr)-1500 manat, 5.Sevgililər günündə aldıqları qızıl qolbaq (4,66 qr)-800 manat, 6.”A” hərfli qızıl sep-400 manat, 7. Gülnisənin aldığı qızıl qolbaq-500 manat, 8. Fariz əminin aldığı qızıl üzük-1000 manat, 9.Nişan üçün aldıqları brilliant üzük-1500 manat; çantaları:1.Ağ rəngdə səbət formalı-50 manat, 2.Ağ rəngdə dördbucaq formalı-45 manat, 3.Tünd yaşıl rəngdə ağzı büzməli-45 manat, 4. Sarı rəngdə kaşelok-25 manat, 5.Gümüşü rəngdə olan toy çantası-60 manat,6.Açıq yaşıl rəngdə düzbucaqlı formalı-30 manat, 7. Şəffaf rəngdə kənarı qızılı rəngdə olan çanta və əlavə qızılı rəngdə kiçik formalı çanta-45 manat Cavabdeh alınaraq ona verilməsinə, bu mümkün olmadıqda qızılların dəyərinin, ödənilmiş 145 manat dövlət rüsumunun, ekspertə ödənilmiş 300 manat pulun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. O, əlavə etdi ki, cavabdehin atası iştirak etdiyi məhkəmə iclasında şahid qismində dindirildiyi zaman əşyaların çoxunun onlarda olduğunu etiraf etmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında cavabdehin iddianı qismən qəbul etdiyini, cavabdehin atasının barışıq üçün 2 dəfə iddiaçının atasının evinə getdiyini, lakin barışıq cəhdinin faydasız olduğunu bildirmişdir. Cavabdeh toydan sonra, borc yarandığı üçün bəzi qızıl-zinət əşyalarını satmış, satdığı zaman iddiaçının atası ilə razılaşmışdır. O, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X3 göstərmişdir ki, cavabdehin atasıdır iddiaçı iddia ərizəsində göstərdiyi cehiz qızıl-zinət əşyaları gəlin köşərkən özü ilə gətirmişdir. Oğlunun toyu olnadan sonra şadlıq evinə borcu qalmışdır, ona görə də həmin qızıl-zinət əşyaları oğlu tərəfindən satılaraq şadlıq evinə olan borc ödənilmişdir. Bunların hamısı iddiaçının atası ilə razılaşdırılmışdır. Cehiz əşyalarının hamısı iddiaçı tərəfindən götürülüb aparılmışdır, iddiaçının heç bir cehiz əşyası cavabdehdə qalmamışdır. Məhkəmə iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; - Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-5535/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 1714 nömrəli aktla qeyd edilmiş nikahın pozulması qət edilmişdir. -İddiaçı ilə Cavabdeh arasındakı “Whatsapp” yazışmasının fotogörüntüsündən görünür ki, iddiaçının iddia tələbində tələb etdiyi qızıl-zinət əşyalar həqiqətən də iddiaçıya alınmış, lakin aralarındakı münasibətlər pozulduqdan sonra cavabdehdə qalmışdır. -İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərdən görünür ki, həmin şəkillərdə iddiaçı iddia tələbində tələb etdiyi qızıl-zinət əşyalarından istifadə etmişdir Mülki Prosessual Məcəllənin: 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. -Müstəqil ekspert X4 tərəfindən verilmiş 14 yanvar 2024-cü il tarixli, RQ-1404/FS nömrəli rəydən görünür ki, mübahisə obyektinə və sənədlərə baxış keçirilmiş və fotoşəkillər alınmışdır. Bakı şəhərinin qızıl zinət əşyalarının satış nöqtələrində araşdırmalar aparılmış, qızılın orta bazar qiyməti çıxardılmış, şəkillərdəki qızılların oxşarlarının qiymətləri ilə müqayisələr aparılmışdır: 1.Brilliant daşla bəzədilmiş qızıl komplekti-4800 manat, 2.Brilliant daşla bəzədilmiş qızıl komplekt boyunbağı-1000 manat, 3. Qızıl komplekt-2000 manat, 4. Brilliant daşlı qızıl üzük-1200 manat, 5. Qızıl boyunbağı-1000 manat (7.15 q), 6.Qızıl qolbaq-600 manat (4.66 q), 7.”A” hərfli qızıl boyunbağı-400 manat, 8.Qızıl qolbaq nazik-500 manat, 9.Qızıl üzük-500 manat, 10.Brilliant daşlı qızıl nişan üzüyü-600 manat. Beləliklə, təqdim edilmiş şəkillər əsasında aparılmış bazar araşdırmasının nəticəsi olaraq müəyyən edilmişdir ki, qızıl zinət əşyalarının ümumi bazar dəyəri 12600 manat təşkil etmişdir. Rəydən daha sonra görünür ki, aparılmış tədqiqatın dəyəri olan 300 manat xidmət haqqı İddiaçı tərəfindən müstəqil ekspert X1 hesabına ödənilmişdir. Rəydə olan 14 yanvar 2024-cü il tarixli, 952019 nömrəli mədaxil qəbzindən görünür ki, ekspertiza xərci olaraq xx.xx.2024-cü il il tarixdə 300 manat ödəniş edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü ildən etibarən ünvan 1 ünvanında qeydiyyatdadır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, Əlizadə X2 rayonu, Mehdiabad qəsəbəsi, M.F.Axundov küçəsi, ev 2 ünvanında qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2022ci il tarixdə 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində nikaha girmişlər və onların bu nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e- 2(012)-5535/2023 saylı qətnaməsinə əsasən pozulmuşdur. İddiaçı iddia edir ki, o, cavabdehin yaşadığı evdən çıxanda valideynləri tərəfindən toy-nişan və başqa vaxtlarda hədiyyə olaraq ona verilən qızıl-zinyət əşyaları cavabdehin evində qalmışdır. Hazırda iddiaçı qızıl-zinyət əşyalarının cavabdehdən alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçıya məxsus-toyda alınmış brilliant komplekt-həmin komplektin ayrıca brilliant klonlu sepi, Novruz bayramında alınmış qızıl komplekt, “Həri” mərasimində alınmış brilliant üzük, ad günündə alınmış qızıl sep (7,15 qr), “Sevgililər” günündə alınmış qızıl qolbaq (4,66 qr), ”A” hərfli qızıl sep, Gülnisənin aldığı qızıl qolbaq, Fariz adlı əmisinin aldığı qızıl üzük və nişan üçün alınmış brilliant üzük nikah pozulduqdan sonra cavabdehdə qalmışdır. Bu fakt məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsinin izahatı, şahid ifadəsi, habelə işdə olan digər sübutlarla (sosial şəbəkə yazışmaları və s.) təsdiq olunur. Belə ki, cavabdehin nümayəndəsi və vəkilinin izahatında və cavabdehin atası olan şahidin ifadəsində iddiaçının həqiqətən də, iddia tələbindəki göstərdiyi qızıl-zinət əşyalarının olduğunu, lakin toya çəkilən xərclə əlaqədar borcun ödənilməsi üçün sərf olunduğunu bildirmişlər ki, məhkəmə bunu cavabdeh tərəfin etirafı kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1. maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2. maddəsinə əsasən, ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Qanunun tələblərinə istinad edərək, məhkəmə qeyd edir ki, hazırki iddia tələbində iddiaçı nikaha daxil olanadək ona hədiyyə şəklində verilmiş və ümumi dəyəri 16700 manat olduğunu iddia etdiyi qızıl-zinət əşyalarının, həmçinin, cehiz əşyalarının cavabdehdən alınaraq ona verilməsini tələb etmişdir. Qanunun tələblərindən də göründüyü kimi, məhkəmə həmin əşyalara iddiaçının özünə məxsus olan əmlakı kimi qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 222.1. maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 9.2. bəndinə əsasən, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Məhkəmə tərəflər arasında bu əmlaklarla bağlı mübahisənin olmasını, cavabdeh tərəfindən həmin qızıl-zinət əşyalarının satmasını və artıq naturada qaytarılması mümkün olmamasını nəzərə alaraq, müstəqil ekspert tərəfindən həmin məmulatların ümumilikdə 12600 manat məbləğində dəyərləndirməsi ilə razılaşır və bu əmlakların olmadığı təqdirdə onların qeyd edilən rəydəki qiymətinə uyğun vəsaitin cavabdehdən tutulması nəticəsinə gəlir. Beləliklə, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları və tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçının iddia ərizəsində tələb etdiyi qızıl-zinət əşyaları onun ailəsi tərəfindən nikaha daxil olan zaman hədiyyə şəklində verilmiş və bu, iddiaçının izahatı, məhkəmə iclasında dindirilmiş şahid ifadəsi əsasında öz təsdiqini tapmışdır. Bununla da, iddiaçının həmin qızıl-zinət əşyalarını da nikaha daxil olduqdan sonra gəlin köçdüyü evə aparması istisna deyildir. Həmçinin, iddiaçının münaqişə zamanı emosional vəziyyətdə evi tərk etməsi iddiaçının özünə məxsus əşyalarını, ələlxüsus da, qızıl-zinət əşyalarını götürməsini mümkünsüz edir. Beləliklə, iddiaçının hər hansı bir əşya götürmədən evi həmişəlik tərk etmək niyyəti olmadan evdən çıxması iş materialları ilə təsdiq olunmuşdur. Qeyd olunan hal iddiaçının ona məxsus olan qızıl-zinət əşyalarının nikaha daxil olan zaman gəlin köçdüyü evdə, yəni cavabdehdə olmasını təsdiq etmiş olur. Beləliklə də, iddiaçıya məxsus olan qızıl-zinət əşyalarının həqiqətən də cavabdehə məxsus olan mənzildə olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından iddia ərizəsi qızıl-zinət əşyalarının tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə iddiaçının iddia tələbinə cehiz əşyalarının qaytarılması hissəsinə isə hüquqi qiymət verərək qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçının qaytarılmasını tələb etdiyi 7 ədəd çantanın olması öz təsdiqini tapmadığından və iddiaçı tərəfindən sübuta yetirilmədiyindən iddia tələbləri bu hissədə əsaslı deyildir, ona görə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 145 manat dövlət rüsumu və daşınar əşyaların qiymətləndirilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 300 manat ödəniş məbləği iddiaçı tərəfindən tələb edildiyindən cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh brilyant daşla bəzədilmiş qızıl komplekti-4800 manat, brilyant daşla bəzədilmiş qızıl komplekt boyunbağı-1000 manat, qızıl komplekt-2000 manat, brilyant daşlı qızıl üzük-1200 manat, qızıl boyunbağı-1000 manat (7.15 qram), qızıl qolbaq-600 manat (4.66 qram), ”A” hərfli qızıl boyunbağı-400 manat, qızıl qolbaq nazik-500 manat, qızıl üzük-500 manat və brilyant daşlı qızıl nişan üzüyü-600 manat, bu əmlaklar olmadığı təqdirdə onların ümumi dəyəri 12600 (on iki min altı yüz) manat pul alınaraq İddiaçı Qənimət qızına qaytarılsın. Cavabdeh daşınar əşyaların qiymətləndirilməsinə görə ödənilmiş 300 (üç yüz) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 145 (yüz qırx beş) manat pul vəsaiti alınaraq İddiaçı Qənimət qızına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar