Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4511/2024 27.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" MMC BOKT-nın vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" MMC BOKT-na (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon 1 saylı Notariat Kontoru) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" MMC BOKT-na (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon 1 saylı Notariat Kontoru) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı notariat kontorunda 28 yanvar 2013-cü il tarixdə bağlanmış 12/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC BOKT-nın vəkili və nümayəndəsi Nümayəndə2 xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq, İddiaçı1 və İddiaçı2 tərəfindən icraçı Kredit Agentliyi Bank Olmayan Kredit Təşkilatına və digərlərinə qarşı müqavilənin etibarsız hesab edilməsi üzrə e-2(012)-4511/2024 nömrəli mülki işinə mahiyyəti üzrə baxmadan xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC BOKT-nın vəkili və nümayəndəsi Nümayəndə2 ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı1 və İddiaçı2 Abşeron Rayon Məhkəməsinə müraciət edərək Abşeron Rayonu 1 Saylı Notariat Kontorunda bağlanmış müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar öz iddialarını onunla əsaslandırmışdır ki, "xxxx" MMC Bank Olmayan Kredit təşkilatı ilə Vasif Ağayev arasında 28 yanvar 2013-cü il tarixdə bağlanmış 11 №-li Kredit müqaviləsinə əsasən kredit verən borcalana 25000 manat məbləğində kredit vermişdir. Sonradan iddiaçılara məlum olmuşdur ki, həmin kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 xx.xx.2010-cu il tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən özünə məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında 0.1857 ha kənd təsərüfatlı təyinatlı torpaqları ipoteka ilə yüklü etmiş və bu barədə Abşeron Rayon 1 saylı notariat kontorunda 28 yanvar 2013cü il tarixli ipoteka müqaviləsi bağlamışdır. İddiaçılar bildirir ki, həmin ipoteka müqaviləsinin bağlanmasından xəbərləri olmamışdır. Cavabdeh1 qohumları olduğundan gedib etibarnamə vermişlər. Ancaq etibarnamə nəyə görə verdikləri barədə məlumatları yoxdur. İddia ərizəsindən göründüyü kimi cəfəng bir iddia tələbi sürülmüşdür. Bildirmək istəyir ki, "xxxx" MMC BOKT ilə borcalan X9 arasında bağlanmış 28 yanvar 2013-cü il tarixli, 11 nömrəli kredit müqaviləsinə əsasəm kredit verən borcalana 24 ay müddətinə illik 23 faizlə 25000 manat məbləğində kiçik və orta biznesin inkişafı üçün istehlak krediti vermiş, borcalan isə ona ayrılmış kreditdən təyinatı üzrə istifadə edilməsini və geri qaytarılmasının təmin edilməsini öhdəsinə götürmüşdür. İcraçı Kredit Agentliyi BOKT ilə Cavabdeh1 arasında (öz adından və Abşeron rayon 1 saylı notariat kontoru tərəfindən verilmiş etibarnamələr əsasında X2, İddiaçı2, X6, İddiaçı1 adlarından çıxış edərək) bağlanmış 28 yanvar 2013-cü il tarixli, 11/1 nömrəli ipoteka müqaviləsi ilə adıçəkilən kredit müqaviləsi üzrə borcalan X7 öhdəliklərinin icrasını təmin etmək məqsədilə xx.xx.2010-cu il tarixli, ********** saylı mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən ipoteka qoyan şəxslərin birgə mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ünvanında yerləşən 0,1857 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. "xxxx" MMC BOKT Yardımlı Rayon Məhkəməsinə müraciət edərək cavabdeh X5 20625,47 manat əsas borc, 4201,44 manat faiz borcu, 9017,63 manat cərimə, cəmi 33844,54 manat kredit borcunun, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh1, X1, İddiaçı2, X3, İddiaçı1 (bundan sonra - ipoteka qoyanlar) məxsus əmlaka yönəldilməsi, ipoteka əmlakının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, ipoteka predmeti olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyanların həmin torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yardımlı Rayon Məhkəməsinin 2(038)-01/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İlqam Həsənquliyev) iddia təmin edilmişdir. Sonradan cavabdehlər (hazırki iş üzrə iddiaçılar) Apelyasiya və kassasiya şikayətləri versələr də şikayətləri təmin edilməmişdir. AR Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən 14 iyun 2022-ci il tarixli 02/2022 №-li əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardada əsasən əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi Ali Məhkəmənin məhkəmə təcrübəsinin ümumiləşdirilməsi və vahid məhkəmə təcrübəsinin formalaşdırılması ilə bağlı mövqeyi qəti olaraq məhkəmələrə müqavilə üzrə öhdəliyin tələb edilməsi ilə bağlı işlərdə yenidən əqdin etibarsızlığı ilə bağlı iddiaları istisna edir. Hazırda iddiaçılar tərəfindən verilmiş iddia icraata qəbul edildiyindən həmin işə AR Mülki prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin müddəaları tətbiq edilməli və mülki işə xitam verilməlidir. Yuxarıda qeyd edilənləri, AR MPM-nin 261.0.2-ci maddəsinin tələblərini və AR Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən 14 iyun 2022-ci il tarixli 02/2022 №-li əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə qərardadın müddəlarını nəzərə alaraq ərizəsinin təmin edilməsini xahiş etmişdir. Digər İddiaçı2, Cavabdeh1 və Abşeron Rayon 1 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, cavabdehin vəkili və nümayəndəsinin ərizəsini materiallarını nəzərdən keçirib belə hesab edir ki, hazırki mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Yardımlı Rayon Məhkəməsinin 2(038)-01/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İlqam Həsənquliyev) iddia təmin edilmiş, cavabdeh X5 20625,47 manat əsas borc, 4201,44 manat faiz borcu, 9017,63 manat cərimə, cəmi 33844,54 manat kredit borcunun, həmçinin 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçı "xxxx" MMC BOKT-un xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh1, X1, İddiaçı2, X3, İddiaçı1 məxsus əmlaka yönəldilməsi, ipoteka əmlakının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına iddiaçı "xxxx" MMC BOKT-na olan borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, ipoteka predmeti olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyanların həmin torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi qət edilmişdir. -Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-834/2023 saylı, 19 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. -Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-56/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-834/2023 saylı, 19 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Yardımlı Rayon Məhkəməsinin 2(038)-01/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim İlqam Həsənquliyev) borcun tutulması, tutmanın ipoteka qoyulmuş mülkiyyət hüququ üzrə əmlaka yönəldilməsi, ipoteka əmlakının açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğin cavabdehlərə qaytarılması, ipoteka predmeti olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə tutma yönəldildikdən və satıldıqdan sonra ipoteka qoyanların həmin torpaq sahəsindən istifadə hüquqlarına xitam verilməsi haqqında iddia təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-834/2023 saylı, 19 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-56/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-834/2023 saylı, 19 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" MMC BOKT-na (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon 1 saylı Notariat Kontoru) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı notariat kontorunda 28 yanvar 2013-cü il tarixdə bağlanmış 12/1 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 №-li, 14 iyun 2022-ci il tarixli qərardadına əsasən, Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 №-li, 14 iyun 2022-ci il tarixli qərardadına istinad edərək, hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" MMC BOKT-na (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon 1 saylı Notariat Kontoru) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 02/2022 №-li, 14 iyun 2022-ci il tarixli qərardadına istinad edərək hesab edir ki, İddiaçı1 cavabdehlər Cavabdeh1, "xxxx" MMC BOKT-na (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon 1 saylı Notariat Kontoru) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, "xxxx" MMC BOKT-na (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon 1 saylı Notariat Kontoru) qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-4511/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4511/2024
27.11.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver