Məhkəmə qərarları › İş №e-2(012)-452/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-452/2025

08.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-452/2025 08.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Ravon R3 SX minik» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurduğu zərərə görə 2292,96 manat məbləğində pulun və 43 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, 17 noyabr 2023-cü il tarixli, K-519A-PCC-23 №-li avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən cavabdeh İddiaçı MMC-dən RAVON R3 SX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satın almışdır. Müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Həmin nəqliyyat vasitəsinin idarə edilməsi üçün cavabdehə etibarnamə də verilmişdir. Cavabdeh əvvəllər öhdəliyini icra etsə də sonradan öhdəliyini icra edə bilmədiyi üçün qeyd edilən nəqliyyat vasitəsini şirkətə təhvil vermişdir. Qeyd edilən nəqliyyat vasitəsi təhvil alınarkən bir sıra qüsurları olduğuna görə nəqliyyat vasitəsi cəmiyyətin servis mərkəzində yoxlanılmış və aşkar edilmiş qüsurlarla bağlı akt tərtib edilmişdir. Həmin qüsur aktına əsasən RAVON R3 SX minik markalı, **-PD-*** nömrəli dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdehin sahibliyi və istifadəsində olduğu müddət ərzində cavabdeh həmin nəqliyyat vasitəsinə ümumilikdə 2292,96 manat məbləğində zərər vurmuşdur. Cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində İddiaçı MMC-nin hüquqları kobud şəkildə pozulmuş və cəmiyyətə böyük miqdarda zərər dəymişdir. Buna görə də İddiaçı MMC pozulmuş hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ekspert rəyində RAVON R3 SX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği kimi iddia ərizəsində tələb etdikləri məbləğdən artıq məbləğ müəyyən edilmişdir, buna baxmayaraq iddiaçı şirkət olaraq sözügedən nəqliyyat vasitəsinə dəymiş ziyana görə cavabdehdən 2292,96 manat məbləğində pul tələb edirlər. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 17 noyabr 2023-cü il tarixli, K-519A-PCC-23 saylı avtomobilin müddətli satışı üzrə müqavilədən görünür ki, satıcı İddiaçı MMC müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 №-li Əlavəsində göstərilmiş Texniki Spesifikasiyaya uyğun olan RAVON R3 SX minik markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı (ban XWBTE69V9LA004772) nəqliyyat vasitəsini alıcı Cavabdeh satmağı, alıcı Cavabdeh isə həmin nəqliyyat vasitəsini qəbul edib hazırki müqavilə ilə razılaşdırılmış şərtlərlə və qaydada dəyərini satıcı İddiaçı MMC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli, 9/9799 №-li ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən Nexia avtohissələr satışı bazarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon Nexia R3” markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2793 manat müəyyən edilmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, işin bütün materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, Cavabdeh 17 noyabr 2023-cü il tarixli, K-519A-PCC-23 №-li avtomobilin müddətli satışı üzrə müqaviləyə əsasən İddiaçı MMC-dən «Ravon R3 SX minik» markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satın almış və müqavilə bağlandıqdan sonra nəqliyyat vasitəsi cavabdehə təhvil verilmişdir. Cavabdeh əvvəllər öhdəliyini icra etsə də sonradan öhdəliyini icra edə bilmədiyi üçün qeyd edilən nəqliyyat vasitəsini iddiaçı şirkətə təhvil vermişdir. Qeyd edilən nəqliyyat vasitəsi təhvil alınarkən bir sıra qüsurları olduğuna görə nəqliyyat vasitəsi cəmiyyətin servis mərkəzində yoxlanılmış və iş materiallarında olan İddiaçı MMC-nin X3 Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli qüsur aktlarına əsasən cavabdehin sahibliyi və istifadəsində olduğu müddət ərzində nəqliyyat vasitəsinə ümumilikdə 2292,96 manat məbləğində zərər vurulduğu müəyyən edilmişdir. Məhkəmə prosesinin gedişatında hazırki işin hərtərəfli və obyektiv araşdırılması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 fevral 2025-ci il tarixli, 9/9799 saylı ekspert rəyindən də göründüyü kimi nəzəri hesablama yolu ilə, iş materiallarında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən Nexia avtohissələr satışı bazarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Ravon Nexia R3” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2793 manat müəyyən edilmişdir. Beləliklə, ekspert rəyində sözügedən nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği iddiaçı şirkət tərəfindən tələb olunan pul məbləğindən çox olduğundan və iddiaçı şirkətin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim etmədiyindən məhkəmə hesab edir ki, Cavabdeh 2292,96 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı şirkət tərəfindən ödənilmiş 43 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı şirkətə ödənilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 10 fevral 2025-ci il tarixli, 9/9799 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 2292,96 manat pul və 43 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilən 10 fevral 2025-ci il tarixli, 9/9799 saylı əmtəəşünaslıq ekspertizasına görə 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN-**********; müxbir hesab-AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesabAZ34CTRE********************. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar