Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-454/2025 13.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehna qarşı maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 1272 manat, vəkilə ödənilmiş 150 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 40 manat, mənəvi ziyana görə isə 500 manat, cəmi 1962 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, İddiaçı Abşeron rayon Məhkəməsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurduğu maddi ziyana görə 1172 manat, qüsur aktının əldə edilməsi üçün ödənilmiş 100 manat xidmət haqqının iddia ərizəsinin yazılması üçün vəkilə ödənilmiş 150 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 40 manat, mənəvi ziyana görə isə 500 manat, cəmi 1962 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 17:50 radələrində onun istifadəsində olan Kia Sorento markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi X5 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əsk istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozaraq onun avtomobilinin vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Qəzadan sonra Daxili İşlər Nazirliyinin 102 Çağrı Mərkəzinə qəza ilə bağlı məlumat verilmiş və yol polis əməkdaşı hadisə yerinə gəlmişdir. Nəticədə Abşeron DYPnin polis kapitanı Şirvan Abbasov tərəfindən xx.xx.2024-cü il tarixdə Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, təqsirli bilinərək TP ******* nömrəli qərar qəbul edilmişdir. Həmin zaman polis əməkdaşı Cavabdeh idarə etdiyi etdiyi X5 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobilin icbari sığortasının mövcud olmadığını ona bildirərək vurulmuş ziyanın tələb olunması üçün məhkəməyə müraciət edə biləcəyini bildirmişdir. Cavabdehə avtomobilin təmir olunması üçün müraciət etdikdə müxtəlif bəhanələr gətirmişdir. Belə ki, bir dəfə ona bildirdi ki, öz ustası var maşını aparaq təmir etsin. O da etiraz etməyərək cavabdehin tövsiyyə etdiyi ustanın yanına getmişdir. Cavabdeh öz ustasının müəyyən etdiyi təmir xərcləri ilə razı olmadığını bildirərək yeni ustalar araşdıracağını qeyd etmişdir. Lakin bu günə qədər onun avtomobilinin təmir olunması üçün hər hansı hərəkət etməmişdir. Bununla əlaqədar cavabdehə zəng vurduqda isə onun ünvanına təhqiredici ifadələr işlətmişdir. Cavabdehin avtomobilini təmir etmədiyini gördükdən sonra təmir xərclərinin müəyyən olunması üçün Kia motorsa müraciət etmişdir. Rəsmi servis tərəfindən verilmiş “qüsur aktına” əsasən avtomobilin təmir olunması üçün 1172 manat xərc tələb olunduğu öz əksini tapmışdır. Avtomobilin xərclərinin müəyyən olunması üçün həmin qüsur aktının ona təqdim edilməsi üçün “X6” MMC-yə 100 manat xidmət haqqı ödəmişdir. Eyni zamanda məhkəməyə müraciət etmək üçün iddia ərizəsinin yazılması üçün vəkil xidmətindən istifadə etmək məcburiyyətində qalmış və vəkilə 150 manat məbləğində ödəniş etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi və cavabdehin bu hadəsidən sonra onu süründürməsi nəticəsində mənəvi sarsıntı keçirmişdir. Bu hadisə nəticəsində və ondan sonrakı prosesslər zamanı yaşanan streslər, əzab və əziyyətlər ilə bağlı vurulmuş mənəvi ziyanın ödənilməsini tələb etməkdə hüququ vardır. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün sayır. Bu baxımdan avto-qəza nəticəsində keçirdiyi stres, narahatlıq, məyusluq, mənəvi sarsıntı və s. kimi halları nəzərə alaraq dəymiş mənəvi zərərin əvəzi olaraq 500 manat Cavabdeh alınaraq ona ödənilməlidir. Bundan əlavə o ekspert rəyi ilə razı deyil. Belə ki, rəydəki məbləğ maşına dəyən zərərdən çox aşağıdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Kia Motors tərəfindən verilmiş qüsur aktından görünür ki, İddiaçı məxsus Kia Sorento markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilnə 1172 manat maddi ziyan vurulmuşdur. Kia Motors tərəfindən qüsur aktının verilməsinə görə iddiaçı “X6” MMC-yə 100 manat məbləğində ödəniş etmiş, bu qəbzlə öz təsdiqini tapışdır. -Abşeron DYP tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Əliyeva X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. -İddiaçı ilə vəkil X3 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış Hüquqi yardımın göstərilməsi barədə müqaviləyə əsasən vəkilin tərəfə hüquqi yardımı 150 manat məbləğində dəyərləndirilmiş, iddiaçı həmin məbləği vəlkil hesabına Unibank ASC KB vasitəsilə ödəmiş müvafiq qəbzi işə əlavə etmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 3-16-16/2-9/9859/2024 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan (cild i.v. 13) “Kia Motors” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən Kia Sorento” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən, dəyişilməli hissələrin qiyməti – 512 manat; təmir- bərpa işlərinin qiyməti – 110 manat olmaqla ümumilikdə 622 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə saat 17:50 radələrində onun istifadəsində olan Kia Sorento markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsində hərəkətdə olan zaman Cavabdeh idarə etdiyi X5 markalı, ** DT *** dövlət qeydiyyat nişanlı avtomobil ilə əsk istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydalarını pozaraq İddiaçı avtomobilinin vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsini törətmişdir. Kia Motors tərəfindən verilmiş qüsur aktına əsasən İddiaçı məxsus Kia Sorento markalı, ** KB *** dövlət qeydiyyat nişanlı avtomobilinə 1172 manat maddi ziyan vurulmuşdur. Avtomobilin xərclərinin müəyyən olunması üçün həmin qüsur aktının ona təqdim edilməsi üçün “X6” MMC-yə 100 manat xidmət haqqı ödəmişdir. Abşeron DYP tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi Əliyeva X2 Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən, təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Cavabdehə avtomobilin təmir olunması üçün müraciət etdikdə müxtəlif bəhanələr gətirmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh vurduğu maddi ziyana görə 1172 manat, qüsur aktının əldə edilməsi üçün ödənilmiş 100 manat xidmət haqqının iddia ərizəsinin yazılması üçün vəkilə ödənilmiş 150 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 40 manat, mənəvi ziyana görə isə 500 manat, cəmi 1962 manat pulun alınaraq ona verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3. maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1. maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki iş üzrə avtomobilə dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 3-16-16/2-9/9859/2024 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan (cild i.v. 13) “Kia Motors” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən Kia Sorento” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən, dəyişilməli hissələrin qiyməti – 512 manat; təmir- bərpa işlərinin qiyməti – 110 manat olmaqla ümumilikdə 622 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən, digər sübutlarla paralel şəkildə qiymətləndirib, rəyi əsas sübut növü kimi qiymətləndirir və iddiaçının avtomobilinə 622 manat maddi ziyanın vurulması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 622 manat dəymiş zərər Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı tələbində 500 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutulmasını xahiş etmiş, lakin qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən iddia həmin hissələrdə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Bundan əlavə iddiaçının vəkil ilə müqavilə bağlamasına görə 150 manat məbləğində və avtomobilin xərclərinin müəyyən olunması üçün həmin qüsur aktının təqdim edilməsi üçün “X6” MMC-yə 100 manat ödəniş etməsi iş materiallarında olan qəbz ilə öz təsdiqini tapdığından, məhkəmə hesab edir ki, həmin məbləğlər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarınının ümumi dəyəri olaraq 50 manat pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 622 (altı yüz iyirmi iki) manat, qüsur aktının əldə edilməsi üçün ödənilmiş 100 (yüz) manat xidmət haqqı, 150 (yüz əlli) manat vəkil xərci və 40 (qırx) manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Aparılmış ekspertiza tədqiqatına görə 500 (əlli) manat pul vəsaiti cavabdehlər Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov