Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4655/2025 09.02.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh Baıramova Aınuranın vəkili və nümayəndəsi Nümayəndə, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, X1 Xaliq Xanalı oğluna qarşı fərdi yaşayış evinin boşaldılması, boş vəziyyətdə, giriş açarlarının alınaraq təhvil verilməsi, mülkiyyət hüquqlarının bərpası və qanuni hərəkətlərinin qadağan edilməsi tələbinə dair ilkin iddiası, Cavabdeh Baıramova Aınuraya (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Daşınmaz Əmlakın Dövlət Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsi) qarşı müqavilənin etibarsız hesab edilməsi, çıxarış əsasında aparılmış reyestr qeydinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Baıramova Aınuranın Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılması, boş vəziyyətdə, giriş açarlarının alınaraq təhvil verilməsi, mülkiyyət hüquqlarının bərpası və qanuni hərəkətlərinin qadağan edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 97 Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, giriş 90 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evinin Cavabdeh oğlu tərəfindən boşaldılmasına, boş vəziyyətdə, giriş açarlarının cavabdehdən alınaraq ona təqdim edilməsinə, mülkiyyət hüquqlarının bərpasına və qanuna zidd hərəkətlərinin Cavabdeh oğluna qadadağan edilməsinə, dövlət rüsumu kimi ödədiyi 100 manat vəsaitin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024 tarixli “alqısatqı” müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-də ********** nömrəli çıxarış əsasında cavabdeh adına aparılmış reyestr qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Baıramova Aınuranın vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh oğlu Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 97 Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, giriş 90 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evinin alqı-satqı yolu ilə 21 sentyabr 2024-cü il tarixində müqavilə bağlanmışdır. Müqavilənin dəyəri 120000 manat müəyyən olunmuşdur. Müqavilənin 11-ci bəndinə əsasən “Satıcı” daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə Alıcının bəyənib, qiyməti ilə razılaşdığı vəziyyətdə aşağıda göstərilən tarixdən Alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürür: Satıcı Cavabdeh oğlu xx.xx.2024 tarixinədək Alıcı BAİRAMOVİ AİNURA–sahibliyinə verməyi öhdəsinə götürmüşdür. Alqı-satqıdan sonra əmlak məsələləri dövlət xidməti DƏDRK-publik hüquqi şəxs tərəfindən 01 oktyabr 2024-cü il tarixində hüquqlarının qeydiyyatına dair qeydiyyat ********** nömrəli çıxarış almışdır. Alqı-satqı olduqdan sonra satıcı hazırki iş üzrə Cavabdeh oğlu xahiş etmişdir ki, həyətdə ona aid olan əşyaların bir müddətdən sonra götürəcəyi məqsədilə giriş qapısının açarının bir ədədi onda qalsın. 16 iyul 2025-ci il tarixdə ailə üzvləriylə birlikdə onlara məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 97 Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, giriş 90 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evinə getdikdə məlum oldu ki, hazırkı iddia üzrə cavabdeh giriş qapısının açarlarını dəyişməklə ona aid ailə üzvlərilə birlikdə həmin evə köçmüş və hüquqlarını kobud şəkildə pozmuşdur. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 izahatında bildirmişdir ki, Cavabdeh xüsusi mülkiyyətində olmuş ünvan 1 ünvanlandırma: Nizami ünvan 2 üzrə xx.xx.2024 tarixində bağlanmış “alqı-satqı” adlı əqd, əslində faiz (sələm) müqabilində götürülən borcun təminatı məqsədi ilə girov münasibətini pərdələmək üçün formalaşdırılmışdır. Əqd və sonrakı hərəkətlər Sahib Bayramovun təşəbbüsü və yönləndirməsi ilə həyata keçirilmiş, cavabdeh Aynura Bayramovanın adına rəsmiləşdirilmişdir. Notariat hərəkətindən dərhal sonra “faiz” adı ilə 7000 manat tutulmuş, xx.xx.2024 tarixində 3000 manat və xx.xx.2025 tarixində 4000 manat ödəniş edilmişdir. Bu zaman “55000 manat borc + 15000 manat “şapka’” şərti ilə real iqtisadi münasibət qurulmuş, lakin hüquqi forması alqısatqı kimi göstərilmişdir. Evin bazar dəyəri (təxminən) 210000 manat olduğu halda, 55000 manat müqabilində özgəninkiləşdirmə məqsədi güdülmüş, bu isə açıq-aşkar aldatma və etibardan suiistifadə əlamətləri daşıyır. xx.xx.2024 tarixində DƏDRX tərəfindən ********** nömrəli çıxarış verilərək cavabdeh adına reyestrdə qeyd aparılmışdır. 2025-ci ilin yanvar ayından borc götürmüş Cavabdeh qardaşı ilə Sahib Bayramov arasında münasibətlər pozulmağa başlamış, belə ki, Sahib Bayramov və digər şəxslərin aldatma və əmlak ələ keçirmə planlar üzə çıxmışdır. Cavabdeh qardaşının borcunu bağlamaq üçün evi satışa çıxarmış, həmin vaxt məlum olmuşdur ki, ev girov qoyulmamış, alqı-satqı müqaviləsi rəsmiləşdirilmişdir. Ondan sonra Sahib Bayramova olan borcun qaytarılması üçün evi satıb, qalan borcu ödəmək təklif edilsə də, Sahib Bayramov razılaşmamışdır. İddia ərizəsində qeyd etdiyi bütün halları təsdiq edən audio, video yazılar, tərəflər arasında olan yazışmalar məhkəməyə təqdim ediləcək. Hazırda qarşılıqlı iddia ərizəsi elektron qaydada veridiyi üçün səs və video yazıların elektron məhkəmə sisteminə yüklənmə mövcud olmadığı üçün post vasitəsilə göndəriləcək. Tərəflərindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə şikayət edilmişdir. Şikayət hazırda Bakı şəhəri Nizami Rayon Polis İdarəsində baxılmaqdadır. Yuxarıdakı hallar göstərir ki, əqd iradə ilə ifadə arasında uyğunsuzluqla, aldatma və etibardan suiistifadə yolu ilə həqiqi girov münasibətini pərdələmək (şübhəli hüquqi məqsəd) məqsədi ilə bağlanmışdır. Bu səbəbdən əqdin etibarsız sayılması, cavabdeh adına reyestr qeydinin ləğvi və mülkiyyət hüququnun bərpası zəruridir. Hüquqi əsaslar Mülki Məcəllə (MM) Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Mülkiyyətçi öz mülahizələrinə görə, heç kəsdən asılı olmayaraq, qanunvericiliklə müəyyən edilmiş hüdudlarda əmlaka sahib ola, ondan istifadə edə və ona dair sərəncam verə bilər. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olubolmamasının əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd etibarsız sayıla bilər. Maddə 340. Uydurma və yalan (pərdələyici) əqdlərin etibarsızlığı 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Belə əqd etibarsızdır. 340.2. Yalan (pərdələyici) əqd başqa bir əqdi pərdələmək üçün bağlanmış əqddir. Belə əqd etibarsızdır və pərdələnən əqdə dair qaydalar tətbiq edilir. Mülki Prosessual Məcəllə (MPM) Maddə 35. Ərazi aidiyyəti 35.3. Qarşılıqlı iddia ilkin iddia ilə eyni məhkəmədə baxılır. Maddə 39. Müstəsna aidiyyət 39.1. Tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Maddə 155. Qarşılıqlı iddianın verilməsi 155.1. Cavabdeh ilkin iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşı qarşılıqlı iddia verə bilər. Maddə 156. Qarşılıqlı iddianın qəbul edilməsi 156.1. Qarşılıqlı iddia aşağıdakı hallarda qəbul edilir: ilkin iddia ilə qarşılıqlı iddia arasında qarşılıqlı əlaqə olduqda; qarşılıqlı iddianın təmin edilməsi ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna etdikdə; qarşılıqlı iddianın ayrıca baxılması işin daha səmərəli həllini təmin etmədikdə. 156.2. Qarşılıqlı iddia ilkin iddia ilə birlikdə baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmədən xx.xx.2024 tarixli “alqısatqı” müqaviləsinin etibarsız hesab edilməsi, DƏDRX-də ********** nömrəli çıxarış əsasında cavabdeh adına aparılmış reyestr qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh öz vəkili və nümayəndəsinin izahatına uyğun izahat vermişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “Daşınmaz Əmlakın Dövlət Reyestri” X9 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2026-cı il tarixli baxış iclasında şahid qismində ifadəsi alınmış X2 ifadəsində bildirmişdir ki, o, hazırda Bakı İstintaq Təcridxanasındadır. Belə ki, Cavabdeh onun qardaşıdır. Qeyd edir ki, 2024-cü ildə vergi problemi yaranmışdı. Dövlət büdcəsinə pul ödəmək lazım idi. O, qardaşı Cəfərov Xalidin evini girov qoyaraq pul götürmək istədi. Qardaşıyla razılaşdı ki, evi girov qoysunlar. O, faizə pul verən axtarırdı. Elqar adlı bir şəxslə tanış oldu. Bildirdi ki, ona pul lazımdır. Elqar ona bildirdi ki, maraqlanıb deyəcəkdir. Aradan 10-15 gün keçəndən sonra Elqar onu yığdı ki, İlqar adlı şəxs var deyir mümkündür. Onlar görüş təyin edib Elqar, İlqar ilə o görüşdülər. Söhbət elədi ki, qardaşının evi var sənədi kupçadır, torpaq bələdiyyədir. Bank pul vermir. Ona 70000 manat pul lazımdır. İlqar bildirdi ki, bir Gürcüstan vətəndaşı Sahib var o verir, o onla danışsın ona deyər. Aradan 3- 4 gün keçəndən sonra Elqar ilə İlqar bildirdilər ki, evin şəkillərini və sənədlərini onlara at göstərək. O, evin sənədini və şəkillərini Elqara atdı. 2-3 gün keçəndən sonra ona bildirdilər ki, Sahib evə baxmaq istəyir. O, ünvanı dedi gəldilər evə baxdılar. Sonra Sahib ona dedi ki, sabah həll edərik, razılaşdılar. Sabah Elqar və İlqar ona zəng vurub dedilər ki, qardaşı da götür gəl Qara Qarayevdəki 52 saylı natarusa. O, bildirdi ki, ev Xırdalandadır, niyə burda həll etmirsiniz. Bildirdilər ki, 52 saylı notarius Sahibin dostudur bura yaxşıdır. O, qardaşıyla həmin natarusa getdi. Notariusda Sahib ona bildirdi ki, pul girovluqla alınmır. Sahib pulun onlara vacib lazım olduğunu görüb variantdan dələduzluqla çox məharətlə istifadə etdi. Bildirdi ki, evi onun yoldaşının adına keçirmək lazımdır. Buna görə də notariusun bankına 120000 manat pul qoymaq lazımdır. Pulu qoyaq yoldaşının adına keçsin sizə pul versin. Nə vaxt pulu qaytararsız evi keçirər adınıza. Ağır zərurət yarandığı halda Sahibin və ədlərin inam ehtibarına inanaraq evi onun həyat yoldaşının adına keçirdilər. Sahib Notariusun bankına tapşırdı ki, pulun 70000 manatını bir sumkaya yığ qalanının da başqa sumkaya yığ. Evin 250000 manat qiyməti var. Onlar evi sahibin yoldaşının adına keçirəndən sonra pullar iki sumkada götürüb sahibin maşınına oturdular. O, Sahibin bu hərəkətlərindən şüpələnərək onun pul sayıb onlara verməsini səs yazısını telefona yazıb diskə köçürüb saxladı. Sahib ondan 70000 manat pulun 10 faizini yeni 7000 manat şapka ilə 1-ci və 2-ci ayın aylıq faizini nağd saxlayıb onlara 55700 manat verdi. Hər ay 5 faizlə vermişdi. Yəni hər ay 3500 manat faiz vermək şərti ilə o, 3-cü ay sahibin kartına 3000 manat 4-cü ay isə kartına 4000 manat atdı. Sonra Sahibə pul verə bilmədi. Sahib onları evdən çıxarma iddiası ilə Abşeron rayon Məhkəməsinə verdi. Odur ki, müqaviləni bağlamaqda məqsəd alqı-satqı etmək olmamışdır, məqsəd faizə pul götürmək olmuşdur. Məhkəmənin xx.xx.2026-cı il tarixli baxış iclasında şahid qismində ifadəsi alınmış Baıramov Sahib ifadəsində bildirmişdir ki, Baıramova Aınura onun həyat yoldaşıdır. O, ailəsi və özü üçün ev axtarmışdır. Belə ki, o, özü də əmlak alqı-satqısıyla məşğul idi və İlqar adlı makler vasitəsi ilə Cavabdeh qardaşı X3yla tanış olmuşdur. O, Cavabdeh adına olan Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 97 Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, giriş 90 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evinə baxmış və çox bəyənmişdir. X5 başına iş gəldiyini, təcili pul lazım olduğunu bildirmiş və 60000 manat ondan pul istəmişdir. O, bank, sığorta xərcləri olan 4270 manat pulu burdan çıxaraq 55700 manat pulu Çingizə vermişdir. Bu pul ilə bağlı onlar beh müqaviləsi bağlamışlar, lakin artıq alqı-satqı olacağı üçün Çingiz bu müqaviləni atmasını istəmiş, o da müqaviləni cıraraq atmışdır. Bundan sonra isə onlar notariusa getmiş və evin dəyəri olan 120000 manat məbləğində pulu Çingizə vermişdir. Pulu əldə etdikdən sonra Çingiz ona borclu olduğu 60000 manatı qaytarmışdır. Lakin alqısatqı etdikləri günün axşamı o, ailəsi evdə məsləhətmişdir və evin uşaqların universitetinə uzaq olması səbəbindən o, evi satacağını bildirmişdir. Bundan sonra Çingiz ona bildirmişdir ki, evi 4-5 ay saxlasın, evi elə özü alacaqdır. Lakin o bir şərtlə bu təklifi qəbul etdi ki, onun bankda krediti var və Çingiz 4-5 ay müddətinə 3500 manat onun əvəzinə banka pul ödəyəcəkdir. Çingiz həmin ödənişləri etdi. Lakin Çingiz başqa adamlardan alacaqlarının da olduğunu bildirmişdir. Lakin saxlanıldığı üçün bu baş tutmamışdır. Məhkəmə proses iştirakçılarının izahatını və şahid ifadələrini dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia ərizəsi qismən təmin edilməli, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı şəhəri 52 saylı Notariat Ofisində bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Cəfərov X4 rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 97 Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, giriş 90 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evini 120000 manata alıcı Baıramova Aınuraya satmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9nin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 97 Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, giriş 90 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evi Baıramova Aınuranın adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********15-10301 reyestr nömrəsi ilə xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. -Cavabdeh ilə Baıramov Sahib arasında olan disk yazısından görünür ki, tərəflər arasında pul borcu ilə bağlı dialoqlar vardır. Tərəflər arasında pulun qaytarılması ilə bağlı söhbətlər getmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri 52 saylı Notariat Ofisində bağlanmış xx.xx.2024-cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən göründüyü kimi satıcı Cəfərov X4 rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 97 Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, giriş 90 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evini 120000 manata alıcı Baıramova Aınuraya satmışdır və Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 97 Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, giriş 90 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evi Baıramova Aınuranın adına xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2024-cü il tarixində qeydiyyata alınmışdır. Alqı-satqı olmasına və pulun ödənilməsinə baxmayaraq, hələ də ilkin iddia üzrə cavabdeh tərəf evdən çıxmır, evi təhvil vermir. Bu səbəbdən ilkin iddiaçı məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 97 Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, giriş 90 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evinin Cavabdeh oğlu tərəfindən boşaldılmasını, boş vəziyyətdə, giriş açarlarının cavabdehdən alınaraq ona təqdim edilməsini, mülkiyyət hüquqlarının bərpasına və qanuna zidd hərəkətlərinin Cavabdeh oğluna qadağan edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):
152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı iş”də qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Akimova Azərbaycana qarşı işi üzrə qərarı” nda isə göstərilmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər.1 saylı Protokolun 1-ci maddəsinin başlıca və ən əsas tələbi mülkiyyətdən istifadə hüququna dövlət tərəfindən hər hansı bir müdaxilənin qanun çərçivəsində olmasından ibarətdir. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla nəzərə alır ki, mülkiyyət hüququna bu və ya digər müdaxilə ilə bağlı mübahisəyə baxılarkən mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulub-pozulmamasını da müəyyən etmək lazımdır. Bu cür tarazlıq isə o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar «xüsusi və həddən artıq məhrumiyyətlərə» məruz qalırlar. Məhkəmə mülkiyyət və mülkiyyət hüququ ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı nasnİ˝ hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında˝ Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, rəh˝ bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz˝. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (R.Ağalarovun şikayəti üzrə 2007-ci il 26 sentyabr tarixli Qərar). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Göründüyü kimi, qanunvericilik mülkiyyət hüququnun yaranma anını onun dövlət reyestrində qeydiyyatı anı ilə əlaqələndirir. Burada məqsəd dövlət tərəfindən həqiqi mülkiyyətçinin hüquqlarının qorunmasının təmin edilməsi və onun öz mülkiyyətini kənar şəxslərdən müdafiəsini təşkil edə bilməsidir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qanunvericiliyin tələbləri, beynəlxalq təcrübə və Plenum Qərarı ilə yanaşı qiymətləndirib belə qənaətə gəlir ki, Baıramova Aınura mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, mülkiyyətçinin mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən ilkin iddiaçının iddia tələbləri əsaslıdır. Bel ki Cavabdeh mübahisəli evin alqı-satqısının borc müqablində bağlanmasını, əsl niyyəti pərdələmək məqsədi ilə bağlandığını bildirsə də, bu halları təsdiq edn h\r hansı bir sübutları mhkmy tqdim edə bilməmişdir. Belə ki, tərəflər arasında borc münasibətlərinin yaranması cavabdeh təfindən iddiaçıya satılmş evin sonradan ona qaytarılması məqsdilə yaranmış borc olduğunu göstərilmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən sübutları məhkəmyə təqdim edə bilməmişdir. Bundan əlavə ilkin iddia üzrə iddiaçı tələbində və qanuna zidd hərəkətlərinin Cavabdeh oğluna qadağan edilməsini xahiş etmiş, lakin bu hərəkətlərin konkret nədən ibarət olmasına dair sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ilkin iddia tələbi bu hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutaraq hеsаb еdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 97 Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, giriş 90 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evi və onun üzərində inşa edilmiş Abşeron rayonu, Məmmədli kəndi, Aşıq Alı küçəsi, ev 27 saylı fərdi yaşayış evi Cavabdeh qanunsuz istifadəsindən (qeyri-qanuni sahibliyindən) alınmalı, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 97 Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, giriş 90 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evinin Cavabdeh oğlu tərəfindən boşaldılmalı, boş vəziyyətdə, giriş açarlarının cavabdehdən alınaraq ona təqdim edilməli, mülkiyyət hüquqları bərpa edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd edir ki, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024 tarixli “alqı satqı” müqaviləsinin etibarsız hesab edilməsini, DƏDRX-də ********** nömrəli çıxarış əsasında cavabdeh adına aparılmış reyestr qeydinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, şahid X3 ifadəsində alqı-satqı məqsədi olmadan, yalnız faizə pul götürmək üçün Baıramovi Aınuranın həyat yoldaşı Baıramov Sahibin vasitəsilə ilə Baıramovi Aınura ilə onun qardaşı Cəfərov Xalıq arasında müqavilə bağladığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (Maddə 337.1.) -Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.( Maddə 337.2.) Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.( Maddə 337.3) Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.(Maddə 337.5) Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.( Maddə 340.2.) Mülki Məcəllənin 324.1 və 389.1-ci maddələrinin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, birbirinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir. Belə ki, alqı-satqı müqavilələri üzrə satılan əşyalar (alqı-satqı müqavilələrinin predmetləri) fərdi-müəyyən əşyalardır. Bu mənada alqı-satqı müqavilələrinin obyektlərinin hər hansı digər əşyadan yalnız özlərinə xas əlamətlərə görə ayrılması və müəyyənləşdirilə bilən olması tələb edilir (MM, maddə 135.7). Müqavilənin bağlanması üçün tərəflərin forma şərtinə əməl etməsi ilə yanaşı həm də müqavilənin predmeti barəsində razılığa gəlmiş olması lazımdır (MM, maddə. 405.1) Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərarına görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Yalan əqdin bağlanmasında iştirak edən subyektlərin həqiqi iradə ifadələri bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq araşdırılıb hüquqi nəticəyə gəlinməlidir. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsinin borc müqaviləsini pərdələmək məqsədilə bağlanması barəsində tutarlı dəlillər məhkəməyə təqdim edilə bilməmişdir. Alqı-satqı müqaviləsindən də görünür ki, tərəflər arasındakı alqısatqı müqaviləsi Bakı şəhəri 52 saylı Notariat Ofisində bağlanmış, tərəflər öz iradə ifadəsini müqavilə şətlərində göstərərək müqaviləyə imza atmışlar. Həmin müqavilədə müqavilə tərəflərinə hüquq və vəzifələr izah edilmişdir. Məhkəmə həmçinin bildirir ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəflə borc pul alınması müqabilində öz evini ipoteka qoymaqla borc ala bilərdi. Bu müqaviləni hər hansı notariat bürosunda bağalayarq təsdiq elətdirmək olardı. Bundan başqa qarşılıqlı iddia üzrə iddiaçı əgər müqavilənin onu aldadılaraq bağlanmasını bilmişdirsə həmin müqavilənin etibarsız hesab edilməsi barədə dərhal məhkəməyə müraciət etmək hüuqu vardır, lakin bu hüquqdan istifadə edilməmiş, yalnız ilkin iddia üzrə iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan sonra qarşılıqlı iddia ilə məhkəməyə müraciət etmişdir. Bütün bunlar qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbində səmimi olmadığını göstərir. Ona görə də qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin əsaslığını sübut edə bilmədiyindən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, ilkin iddia üzrə ödənilmiş 100 manat dövlət rüsumu ilkin iddia üzrə cavabdehdən tutularaq, ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İlkin iddia ərizəsi qismən təmin edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 97 Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, giriş 90 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evi və onun üzərində inşa edilmiş Abşeron rayonu, Məmmədli kəndi, Aşıq Alı küçəsi, ev 27 saylı fərdi yaşayış evi Cavabdeh qanunsuz istifadəsindən (qeyri-qanuni sahibliyindən) alınsın, Abşeron rayonu, Xırdalan şəhəri, 25-ci məhəllə, ev 97 Yeni qaydalarla: Abşeron rayonu, Xırdalan şəhəri, Nizami Gəncəvi küçəsi, giriş 90 ünvanında yerləşən, ümumi sahəsi 154.7 kv/m olan fərdi yaşayış evi Cavabdeh oğlu tərəfindən boşaldılsın, boş vəziyyətdə, giriş açarları Cavabdeh alınaraq Baıramova Aınuraya təqdim edilsin və Baıramova Aınuranın mülkiyyət hüquqları bərpa edilsin. 100 manat dövlət rüsumu Cavabdeh tutularaq, Baıramova Aınuraya verilsin. İlkin iddia ərizəsi digər hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov