Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-493/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı SŞ ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh “Naz Lifan” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1334 manat pulun və ödənilmiş 33.80 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz 240” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Naz Lifan” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, “Naz Lifan” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1334 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh, hadisə yerindən yayındığına görə Cavabdeh qarşı subroqasiya hüquqları yaranmışdır. Hesab edilir ki, 1334 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı Sığorta Şirkəti ASC xx.xx.2024-cü il tarixində elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında icraatlarında olan işlərin çoxluğu və uzaq məsafə ilə bağlı üzrlü səbəblərdən iştirak edə bilməyəcəklərini, mülki iş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə tanış olduqlarını ekspert rəyinə etirazlarının olmadığını bildirmiş, mülki iş üzrə keçiriləcək bütün hazırlıq və baxış iclaslarının onların içtirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kumanbayev ərazisində “Mercedes Benz” markalı, ** BD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozmuş və hadisə yerindən yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 manat dəyərində cərimə olunmuşdur. -xx.xx.2021-ci il tarixli sığorta aktından görünür ki, İddiaçı SŞ ASC-də PAT********** saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 55000 manat dəyərində sığortalanmış, Valeh Əliyarova məxsus “Mercedes Benz” markalı, ** BD *** qeydiyyat nişanlı avtomobilin idarə olunması nəticəsində xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 7-ci mikrorayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində idarə olunmuş “Naz Lifan” markalı, 90 ZL-229 qeydiyyat nişanlı avtomobilə 1334 manat ziyan dəymiş və sığorta ödənişinin köçürülmə yolu ilə ödənilməsi qərara alınmışdır. -xx.xx.2021-ci il tarixli 2569 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ ASC tərəfindən X1 hesabına 1334 manat köçürülmüşdür. - İddiaçı ASC-nin Cavabdeh ünvanlandığı xx.xx.2021-ci il tarixli O-AP-2021 5124 saylı pretenziyadan görünür ki, ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödədiyi 1334 manat sığorta ödənişi məbləğində pul vəsaitinin tələb etmək hüququna malik olduğunu bildirərək göstərilən məbləği 10 gün müddətində ödənilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Binəqədi RPİ-nin DYPŞ-si bildirir ki, xx.xx.2021-ci il tarixində Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, X3 mülkiyyətində olan, hadisə baş verən anda ayıq vəziyyətində olmuş Cavabdeh tərəfindən idarə olunmuş “Mercedes Benz” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətində olan X5 tərəfindən idarə olunmuş “Naz Lifan” markalı, 90 ZL-229 qeydiyyat nişanlı avtomobillə toqquşmuş və avtomobilə zərər dəymişdir. -xx.xx.2021 il tarixli hesabatdan görünür ki, “Naz Lifan” markalı, **-ZL-*** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 1134 manat hesablanmışdır. -Cavabdeh Binəqədi rayon Polis İdarəsində verdiyi izahatdan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə saat 22:45 radələrində atası X7 yanında olmaqla Binəqədi rayonu, 7-ci mikrorayon, A.Kumanbayev küçəsində idarə etdiyi “Mercedes Benz” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobillə “Naz Lifan” markalı, **-ZL-*** qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. Həmin vaxt tələsdiyi üçün getmişdir. -X2 Binəqədi rayon Polis İdarəsində verdiyi izahatdan görünür ki, 24 mart 2021-ci il tarixdə saat 22:45 radələrində 7-ci mikrorayon A.Kumanbayev küçəsində Anka şadlıq sarayının yaxınlığında idarə etdiyi “Naz Lifan” markalı, **-ZL-*** qeydiyyat nömrəli maşınla sola məhləyə dönmək istəyərkən soldan qarşı yola çıxıb hərəkət edən gümüşü rəngli “Mercedes” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobil onun maşının ön hissəsini vuraraq 1600 manata yaxın maddi zərər yetirmişdir. X5 ona dəymiş zərərin ödənilməsinə köməklik göstərilməsini xahiş etmişdir. -Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC–adlı quruma, hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Sabir, ev 3 ünvanı, VÖEN ********** dövlət qeydiyyatı nömrəsi ilə təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarına dair xx.xx.2017-ci il tarixli, **********103000 nömrə ilə çıxarış verilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Xırdalan, H.Əliyev prospekti ünvanında qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1343 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2010-cu il buraxılışlı “Naz Lifan” markalı, **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1200,00 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, dəyişilməli hissələrin qiyməti - 550,0 manat; təmirbərpa işlərinin qiyməti - 650,0 manat müəyyən edilmişdir. Qeyd: avtoservis müəssisələrinin səviyyəsindən, mövcud olan tələb və təklifdən asılı olaraq, yuxarıda müəyyən edilmiş təmir işlərinin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış ekspert tədqiqatı zamanı Mərkəz tərəfindən işlənib hazırlanmış “Nəqliyyat vasitələrinin tədqiqi və qiymətləndirilməsi”nə dair metodik vəsaitdən istifadə edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı Sığorta Şirkəti ASC-də icbari sığorta növündə sığortalanmış “Mercedes Benz” markalı, ** BD *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilən zaman xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, 7-ci mikrorayon ərazisində “Naz Lifan” markalı, ** ZL *** qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və sonuncu avtomobilə 1334 manat zərər dəymişdir. İddiaçı tərəfindən təqdim olunmuş qüsur aktından göründüyü kimi, avtomobilə dəymiş zərərin məbləği 1334 manat müəyyən edilmişdir ki, İddiaçı Sığorta Şirkəti ASC qeyd olunan sığorta ödənişinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Cavabdeh yol hərəkət qaydalarını pozması nəticəsində “Naz Lifan” markalı, ** ZL *** qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi və cavabdehin hadisə yerindən yayınması müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1 maddələrinin tələblərinə əsasən, hadisənin törədilməsində təqsiri sübuta yetirilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. “İcbari sığortalar haqqında Qanun”un: 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1. maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə ekspert rəyini iddia tələbi və iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində “Naz Lifan” markalı, ** ZL *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 1200 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. cəmi 1200 manat pul vəsaitinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edərək cavabdehdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Belə ki, iddiaçı görülən işlərə görə 1394 manat pul vəsaitinin cavabdehdən tutulmasını xahiş etsə də, tələbinin əsasını təşkil edən hallara dair mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, iddia ərizəsi bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verib qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 1200 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən iş üzrə ödənilmiş 33.80 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat pul vəsaiti isə cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1200 (min iki yüz) manat sığorta ödənişi və 33.80 (otuz üç manat səksən qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 1233.80 (min iki yüz otuz üç manat səksən qəpik) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti Cavabdeh alınaraq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov