Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-4953/2025 08.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin üzərinə hesabat verilməsi vəzifəsinin qoyulması və səhmdarların ümumi iclasının nəticələrinin ləğv edilməsi tələbi barədə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin üzərinə hesabat verilməsi vəzifəsinin qoyulması və səhmdarların ümumi iclasının nəticələrinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılmalıdır. AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemindəki məlumatlardan görünür ki, İddiaçı1 və İddiaçı2 VÖEN-i vardır və onlar sahibkardırlar. Qaldırılan iddianın mahiyyətindən görünür ki, o, cavabdehin üzərinə hesabat verilməsi vəzifəsinin qoyulması və səhmdarların ümumi iclasının nəticələrinin ləğv edilməsi barədədir. Göründüyü kimi, hazırki mülki işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki-Prosessual Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 30-cu maddəsinə görə bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan başqa, iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, iddia ərizəsindən görünür ki, onu iddiaçıların adından xx.xx.2025-ci il tarixli orderlərə əsasən Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Nümayəndə imzalamışdır. Həmin orderlərdən görünür ki, tapşırığın yerinə yetirildiyi təşkilat kimi Abşeron Rayon Məhkəməsi deyil, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi göstərilmişdir. Vəkilə verilmiş orderlər hazırki tapşırığın məhkəmədə yerinə yetirilməsi üçün məqbul hesab edilmədiyindən və İddiaçı2 adından imzalama səlahiyyətini verən etibarnamə iş materiallarına əlavə edilmədiyindən məhkəmənin qənaətinə görə iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. İşdə olan İddiaçı2 adından Nümayəndə verilən etibarnamədən isə görünür ki, həmin etibarnamə vəkilə cinayət prosessual qanunvericiliyində nəzərdə tutulmuş hərəkətlərlə bağlı verilmişdir. Mülki Prosessual Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 284-3.5-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı cavabdehin üzərinə hesabat verilməsi vəzifəsinin qoyulması və səhmdarların ümumi iclasının nəticələrinin ləğv edilməsi tələbi barədə iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı1 hazırki mülki iş (e-2(012)-4953/2025 saylı mülki iş) üzrə ödəmiş olduğu 100,60 manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı1 qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-4953/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-4953/2025
08.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver