Məhkəmə qərarları › İş №e-2(012)-5006/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5006/2022

22.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5006/2022 22.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Ərizəçi şəxsin ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, bacısı – xx.xx.1981ci il təvəllüdlü X3 xx.xx.1996-cı il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, bacısı X8 27 dekabr 1981-ci ildə Bərdə rayon Güloğlular kəndində doğulmuşdur. Bu barədə kənd icra nümayəndəliyi tərəfindən 28 yanvar 1982-ci il tarixli 16 nömrəli bərpa doğum haqqında akt qeydi tərtib olunmuşdur. X1 ölüm faktının müəyyən edilməsi ilə bağlı 14 iyun 2022-ci il tarixində Maraqlı şəxsnə yazılı müraciət etmiş, bu müraciətə Maraqlı şəxs tərəfindən imtina verilmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X1 ölüm faktının müəyyən edilməsi ona anası X6 ölməsi ilə əlaqədar vərəsəlik işinin açılması üçün, vərəsələr dairəsinin müəyyən olunması üçün lazımdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında Ərizəçi, həmçinin onun vəkili və nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Mаrаqlı şəхs Abşeron rаyоn qеydiyyаt şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, mаrаqlı şəхsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə mаrаqlı şəхsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini, onun nümayəndəsini və şahid ifadələrini dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, ərizəçinin ögey anasıdır. Onun doğma anası ölmüşdür. O ərə gələndə mərhum Sevincin 9-10 yaşı olardı. Uşaq 9 yaşından xəstə idi, lakin ölənə yaxın xəstəlik daha da şiddətlənmişdi. Uşaq 1996-cı ilin oktyabr ayında vəfat etdi. Sevinc Bərdə rayonunda doğulmuş, Abşeron rayonunun Saray qəsəbəsində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, ərizəçi ilə Saray qəsəbəsində qonşudur. 30 ilə yaxındır ki, ərizəçinin ailəsini tanıyır. Ərizəçigil ailədə 4 uşaq olublar. Anaları Maya öləndən sonra ataları Valeh Seyranla evlənmişdi. Valeh keçən il vəfat edib, hələ ili çıxmayıb. Sevincin mədəsində xərçəng var idi. O, payız fəslində Saray qəsəbəsində öldü. Elə burada da dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, mərhum onun bacısı olub. Ərizəçi də onun bacısıdır. Ailədə 4 uşaq olublar, ən böyüyü mərhum Sevinc idi. Anaları onlar uşaq olarkən ölmüşdür. Atası Seyran adlı qadınla yenidən nikaha girmişdir. Bacısı Sevinc xəstə idi, bu səbəbdən 15 yaşında vəfat etdi. Təsdiq edir ki, bacısı 1981-ci il təvəllüdlü X8 1996-cı il tarixdə Saray qəsəbəsində ölmüş, elə burada da dəfn olunmuşdur. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 283405 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Abşeron rayonunun Saray qəsəbəsində doğulmuşdur. X2, anası X9r. - AZ-İİ 254875 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2022-ci il tarixdə ölmüşdür. - Bərdə rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli, 627-05/69 saylı məlumatından görünür ki, X8 xx.xx.1981-ci il tarixdə Bərdə rayonunun Qaradağlı kəndində doğulmuşdur. Bu barədə kənd icra nümaəndəliyi tərəfindən 28 yanvar 1982-ci il tarixli 16 nömrəli bərpa doğum haqqında akt qeydi tərtib olunmuşdur. X2, anası X9r. - Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Abşeron rаyоn qеydiyyаt şöbəsinin ərizəçinin vəkilinə ünvanladığı xx.xx.2022-ci il tarixli 05/Q-1379/12 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ərizəçi ölüm haqqında tibbi şəhadətnaməni təqdim edə bilmədiyi üçün ölümün qeydə alınmasının imkanı xaricində olduğu bildirilmiş və Maraqlı şəxs aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. - Tibbi Ərazi Bölmələrini X11 X20 Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X3 adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2018-ci il tarixli İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydasının təsdiq edilməsi barədə 05 nömrəli qərarının 4.3. bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə ölümün baş vermə səbəbi məlum olan hallarda “xəbərdarlıq vərəqəsi” və (və ya) tibbi sənədlər ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi ambulator tibb müəssisəsi tərəfindən verilir. S.Həsənovanın ölümünün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamə verilmir. - Ərizəçi tərəfindən məhkəməyə təqdim olunmuş fotodan görünür ki, X8 dəfn olunmuşdur. Dəfn tarixi xx.xx.1996-cı il qeyd edilmişdir. - Saray Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli, 381 saylı arayışından görünür ki, X8 xx.xx.1996-cı il tarixdə vəfat etmiş və Saray qəsəbə qəbiristanlığında dəfn edilmişdir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclası zamanı müəyyən olundu ki, X8 ərizəçinin bacısı olmuş, xx.xx.1996-cı il tarixdə ev şəraitində vəfat etmişdir. X3 ölüm faktı ərizəçinin izahatı və şahidlərin ifadələri ilə, həmçinin məhkəməyə təqdim edilmiş sənədlərlə təsdiq olunur. Göründüyü kimi, şahidlər ifadələrində X3 xx.xx.1996-cı il tarixdə Abşeron rayonunun Saray qəsəbəsində vəfat etməsini təsdiq etmişlər. Hazırda müvafiq həkim arayışı olmadığına görə, ərizəçi bacısının ölümü haqqında şəhadətnaməni ala bilmir. İşin məhkəmə iclasında araşdırılan halları, tədqiq olunmuş sənədlər və şahid ifadələri ilə tamamilə sübuta yetirildi ki, həqiqətən ərizəçinin bacısı X8 xx.xx.1996-cı il tarixdə Abşeron rayonunda ölmüşdür. Məhkəmə şahid ifadələrini və təqdim edilmiş sənədləri qiymətləndirərək hesab edir ki, həmin sənədlər və şahid ifadələri işin həqiqi halları ilə uyğunluq təşkil edir, ona görə də sübut kimi qəbul edilməlidir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.1981-ci il tarixdə Bərdə rayonunun Qaradağlı kəndində anadan olmuş X3 xx.xx.1996-cı il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci il tarixdə Bərdə rayonunun Qaradağlı kəndində anadan olmuş X3 xx.xx.1996-cı il tarixdə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar