Məhkəmə qərarları › İş №e-2(012)-508/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-508/2025

18.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-508/2025 18.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı, Cavabdeh3, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Abşeron Rayonu 1 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Abşeron Rayonu 1 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cü il tarixli AN-1N-0771897 saylı alqısatqı müqaviləsi, onun əsasında verilmiş çıxarış, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.01 ha torpaq sahəsini əvvəlcədən tanıdığı qonşusu Cavabdeh1 Abşeron Rayonu 1 saylı Notariat Ofisində AN-1N-0771897 saylı alqı-satqı müqaviləsi ilə 5000 manat 0.045 ha, yəni 4.5 sotun onun olmaqla qarşılıqlı razılaşma əsasında satmışdır. Qarşılıqlı razılaşma əsasında həmin torpağın 0.045 ha hissəsi ona məxsus idi və o həmin torpağı cavabdehin adına olmasına baxmayaraq, istənilən vaxtı özgəninkiləşdirə bilərdi. Qarşılıqlı razılaşma əsasında ona məxsus olan 0.045 ha torpaq sahəsindən kənarda müharibə qazisi olan oğlanlarına məxsus 2 və 3 otaqlı 2 ev var idi. Cavabdeh1 həmin torpağın qalan 0.045 ha hissəsini xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi ilə Cavabdeh3 satmışdır. Cavabdeh1 yalnız torpaq sahəsini satmasına baxmayaraq, Cavabdeh3 sonradan qaziyə məxsus torpaq, 2 yaşayış evini torpağı alandan sonra tikdiyini bildirmiş, həmin evləri 145 kv.m. yaşayış sahəsi, xx.xx.2019-cu ildə yeni çıxarışa salmışdır. Bununla da Cavabdeh1 qarşılıqlı razılaşmanı pozaraq ona məxsus torpaq sahəsini satmaqla ona külli miqdarda maddi və mənəvi ziyan vurmuşdur. Odur ki, göstərilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 vəkili və nümayəndəsi Vəkil izahatında bildirmişdir ki, o, iddianı qəbul etmir. Belə ki, iddiaçı hazırki tələbə oxşar olaraq, eyni müqavilələrin və çıxarışların etibarsızlığına dair iddia tələbi ilə əvvəllər də məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin (hakim Elman Məmmədov) 2(012)-1976/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Daha sonra iddiaçı tərəfindən apellyasiya və kassasiya şikayətləri verilmiş, lakin şikayətlər təmin edilməmiş və qətnamə qüvvədə qalmışdır. Odur ki, iddiaçı evdən çıxmamaq üçün süni şəkildə işi uzatmaq məqsədi ilə hazırki iddia ərizəsini vermişdir. Bu səbəbdən hesab edir ki, iddia tələbi əsassızdır. Beləliklə o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh3 öz vəkili və nümayəndəsinin izahatına uyğun izahat vermişdir. Cavabdeh ünvan 1 ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəyə əsasən, məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 izahatında iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirib, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********12 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim edilmiş, sorğuya cavab məktubuna əlavə olunmuş: -Abşeron Rayonu 1 saylı Notariat Ofisi tərəfindən 4Ə-959 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ünvan 2i ünvanda yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsini alıcı Cavabdeh1 satmağı, Cavabdeh1 isə bunun müqabilində satıcı İddiaçı əmlakın müqabilində 5000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 20-ci bəndinə əsasən, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələrinin doğuracağı hüquq nəticələr notarius tərəfindən satıcı və alıcıya izah edilmişdir. -Cavabdeh5 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsinin 0,055 ha hissəsini alıcı Cavabdeh3 satmağı, Cavabdeh3 isə bunun müqabilində satıcı Cavabdeh1 5000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.045 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********20 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -Abşeron rayon Məhkəməsinin (hakim Elman Məmmədov) 2(012)-1976/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı cavabdehlər Cavabdeh3 və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Rayon Ərazi İdarəsinə qarşı Abşeron rayonu, Fatmayı kəndində tiktirdiyi və yaşadığı ona məxsus 2 və 3 otaqlı iki fərdi yaşayış evlərinə xx.xx.1969-cu il tarixdə Ağcabədi rayonunda doğulmuş X4 şəxsi mülkiyyət hüququna dair Cavabdeh2 tərəfindən aparılmış xx.xx.2019-cu il tarixli, ********** nömrəli dövlət qeydiyyatının və həmin evlərə verilmiş xx.xx.2019-cu il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2018/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-1976/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1587/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2018/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, iddia ərizəsindən və işin araşdırılan hallarından məlum olmuşdur ki, iddiaçı alqı-satqı müqaviləsinə əsasən, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsini cavabdeh Seyidzadə X1. Cavabdeh1 isə həmin torpaq sahəsinin 0.045 ha hissəsini digər Cavabdeh3 satmışdır. İddiaçının izahatına görə Cavabdeh1 qarşılıqlı razılaşmanı pozaraq iddiaçıya məxsus torpaq sahəsini satmaqla ona maddi ziyan vurmuşdur. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, onunla Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cü il tarixli, AN-1N-0771897 saylı alqı-satqı müqaviləsi və onun əsasında verilmiş çıxarışın, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli çıxarışların ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 6.1.5.maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də müqavilələr azadlığıdır. 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış ilə ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********12 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. Abşeron Rayonu 1 saylı Notariat Ofisi tərəfindən 4Ə-959 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə satıcı İddiaçı ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsini alıcı Cavabdeh1 satmağı, Cavabdeh1 isə bunun müqabilində satıcı İddiaçı 5000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh5 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh1 ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.10 ha torpaq sahəsinin 0.055 ha hissəsini alıcı Cavabdeh3 satmağı, Cavabdeh3 isə bunun müqabilində satıcı Cavabdeh1 5000 manat pul ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2i ünvanında yerləşən ümumi sahəsi 0.045 ha torpaq sahəsi xx.xx.2019-cu il tarixdə Cavabdeh3 adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********20 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Qanunvericilikdən göründüyü kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki mülki iş üzrə də mülki iş materiallarına əlavə olunmuş Abşeron Rayonu 1 saylı Notariat Ofisi tərəfindən 4Ə-959 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tərəfləri satıcı İddiaçı, alıcı Cavabdeh1 çıxış etməklə, həmin müqavilə Abşeron Rayonu 1 saylı Notariat Ofisinin notariusu X5 tərəfindən qeydiyyata alınmaqla, eləcə də Cavabdeh5 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin tərəfləri satıcı alıcı Cavabdeh1, alıcı Cavabdeh3 çıxış etməklə, həmin müqavilə Cavabdeh5 notariusu X7 tərəfindən 4Ə nömrə ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Notarius tərəfindən müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında alqı-satqı müqaviləsindən 3 il vaxt keçdikdən sonra iddiaçı əvvəlcə Cavabdeh1 ilə aralarında bağlanmış məlum alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, qeydiyyatların ləğv edilməsi ilə müraciət etmiş, rayon Məhkəməsi iddia ərizəsini rədd edilməsi barədə qətnamə qəbul etmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçı iddia ərizəsi ilə eyni tərəflərə qarşı iddia ərizəsi ilə alqı-satqı müqaviləsinin ləğv edilməsi, qeydiyyatların ləğv edilməsi tələbi ilə Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasının təmin edilmədiyini görüb, yenidən 5 ildən sonra alqı-satqı müqaviləsinin ləğvini qoymaqla sanki hüquqlarının pozulması qənaətinə gəlmişdir. Məhkəmə iddia tələbini əsassız hesab edərək qeyd edir ki, tərəflər arasında alqı-satqı müqaviləsinin ləğvi üçün heç bir əsas yoxdur. İddiaçı iddia tələbində və izahatında Cavabdeh1 ilə torpağın bir hissəsinin ona verilməsi ilə razılığa gələrək satdığını, cavabdeh isə razılığa əməl etmədiyini bildirmişdir. Lakin məhkəmə iddiaçının bu əsasını qəbul etməyərək bildirir ki, tərəflər arasında alqı-satqı olarkən iddiaçının göstərdiyi şərtlər həmin müqavilədə qeyd olunmaqla bağlana bilərdi. Hazırki müqavilədə belə razılaşmalar yoxdur. Müqavilədən də göründüyü kimi tərəflər 0.10 ha torpağın alqı satqısını edərkən notarius tərəfindən onların hüquq və vəzifələri izah olunmuşdur, və onların iradə ifadəsini göstərməklə müqaviləni bağlamışlar. Mülki Məcəllənin; 152.1.-152.4. maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx.xx.2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə, işin araşdırılan hallarına, maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbinin iddiaçı ilə Cavabdeh1 arasında 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2019-cü il tarixli, AN-1N-0771897 saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsi, müqavilənin ləğv edilməsi əsasları iddiaçı tərəfindən sübut olmadığından və ləğv edilmə ilə bağlı qanuni əsaslar olmadığından həmin hissə təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddia tələbinin digər hissələri olan Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə Cavabdeh3 adına qeydə alınmış çıxarışların ləğv edilməsi tələbi, İddiaçı ilə cavabdehlər Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsindən yarandığından və həmin müqavilənin ləğvi rədd edildiyindən iddianın qalan hissələri də rədd edilməlidir. Bundan əlavə Cavabdeh3 torpaq sahəsini alarkən həmin torpaq sahəsinin mübahisəli olduğunu bilməmişdir. Əgər bilmiş olsaydı yaqın ki, torpağı almaqdan imtina edərdi. Ona görə də Cavabdeh3 əmlaka sahib olmaqda vicdanlı alıcı olmaqla həmin əmlakın mülkiyyətçisidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 10 mart 2020-ci il tarixli qərarından görünür ki, Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alqı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz” Beləliklə məhkəmə, işin araşdırılan hallarını tədqiq edib, maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Abşeron Rayonu 1 saylı Notariat Ofisinə qarşı alqı-satqı müqavilələrinin və çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar