Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5109/2025 28.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Hüseynova Ülviyyə Əliağa qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X3 Prado markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə tam mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ilə Cavabdeh məhkəməyə barışıq sazişi təqdim etmişlər. xx.xx.2026-cı il tarixli barışıq sazişindən görünür ki, “İddiaçı” adlandırılacaq İddiaçı bir tərəfdən və bundan sonra “Cavabdeh” adlandırılacaq Cavabdeh tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı şərtlərlə barışıq sazişi bağladılar:
1. İddiaçı Cavabdeh 2500 manat vəsait ödəyir.
2. Cavabdeh iddianı qəbul edir və X3 Prado markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı adına keçməsinə razılıq verir, həmin avtomobilin həqiqətən iddiaçı tərəfindən alındığını təsdiq edir, iddiaçının mülkiyyəti kimi qəbul edir. bununla bağlı bütün zəruri hərəkətlər edəcək.
3. İddiaçı BMW 740İL markalı 99ZP211 dövlət nişanlı avtomobilin cavabdehə təhvil verməyi öhdəliyə götürür.
4. Tətrəflər razılığa gəlirlər ki, bundan sonra tərəflər arasında hər hansı bir mübahisə qalmayıb, gələcəkdə bir-birinə qarşı hər hansı bir əmlak tələbi irəli sürməyəcəklər.
5. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.
6. Bu saziş tərəflər tərəfindən imzaları ilə təsdiq edildiyi andan qüvvəyə minir. Məhkəmə iclasında İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil izahatında cavabdehlə barışıq əldə edildiyini, barışıq sazişinin məhkəmə iclasında imzalanması üçün hazır olduğunu və məhkəmə tərəfindən təsdiq edilməsini, icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh izahatında onlar arasında barışıq sazişi bağlanılması üçün razılıq əldə edildiyini və bu səbəbdən də barışıq sazişinin məhkəmə tərəfindən barışıq sazişinin təsdiq edilərək hazırki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, barışıq sazişinin şərtlərini nəzərdən keçirib, eləcə də, mülki işin digər materiallarını araşdırıb belə nəticəyə gəlir ki, məhkəmə iclasında tərəflərin imzaları ilə təsdiq edilmiş barışıq sazişinin şərtləri tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur və həmin şərtlər onların qarşılıqlı münasibətlərinə uyğun gəlir. Bu səbəbdən də göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, barışıq sazişi məhkəmə tərəfindən qəbul edilməli və şərtləri təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 52.3. maddəsinə əsasən tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5. maddəsinə əsasən tərəflərin barışıq sazişi qanunazidd deyilsə və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmursa, məhkəmə belə hərəkətləri qəbul edir. 191.2. maddəsinə əsasən işə baxan məhkəmə tərəflərin barışıq sazişini təsdiq etdikdə, həmin sazişin şərtləri göstərilməklə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 114.1.4. maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Ona görə də mülki iş üzrə iddia ərizəsinə xitam verildiyindən iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı Cavabdeh qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi üzrə tərəflərin barışıq sazişinin şərtləri aşağıdakı qaydada təsdiq edilsin: Bundan sonra “İddiaçı” adlandırılacaq İddiaçı bir tərəfdən və bundan sonra “Cavabdeh” adlandırılacaq Cavabdeh tərəfdən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Mülki Prosessual Məcəlləsinə və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq aşağıdakı şərtlərlə barışıq sazişi bağladılar:
1. İddiaçı Cavabdeh 2500 manat vəsait ödəyir.
2. Cavabdeh iddianı qəbul edir və X3 Prado markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı adına keçməsinə razılıq verir, həmin avtomobilin həqiqətən iddiaçı tərəfindən alındığını təsdiq edir, iddiaçının mülkiyyəti kimi qəbul edir. bununla bağlı bütün zəruri hərəkətlər edəcək.
3. İddiaçı BMW 740İL markalı 99ZP211 dövlət nişanlı avtomobilin cavabdehə təhvil verməyi öhdəliyə götürür.
4. Tətrəflər razılığa gəlirlər ki, bundan sonra tərəflər arasında hər hansı bir mübahisə qalmayıb, gələcəkdə bir bir-birinə qarşı hər hansı bir əmlak tələbi irəli sürməyəcəklər.
5. Barışıq sazişinin şərtləri pozulacağı halda, tərəflərin barışıq sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır. Abşeron Rayon Məhkəməsinin 2(012)-5109/2025 nömrəli mülki iş üzrə icraatına xitam verilsin. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə, **********56 saylı qəbz əsasında ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Habil Əhmədov