Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-541/2024 19.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 360 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cəmiyyətin mülkiyyətində olan Ford Transit markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixli, yol vərəqi üzrə idarə edən X4 xx.xx.2023-cü il tarixində Novxanı kəndi, H.Əliyev küçəsində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi, sığorta təşkilatları tərəfindən sığortalanmamış “DAEWOO BS090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi qaydalarını pozaraq Cəmiyyətə məxsus avtomobilə çırpılmış və nəticədə şirkətin mülkiyyətində olan avtomobilə ciddi ziyan dəymişdir. Qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə Abşeron rayon X6 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarı əsasında Cavabdeh təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Hadisə ilə bağlı “Ford Transit” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş və əldə edilmiş O9.01.2023-cü il tarixli Qüsur aktına görə nəqliyyat vasitəsinə ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında maddi ziyan dəydiyi aşkar edilmişdir. Belə ki, “DAEWOO BS090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil heç bir sığorta təşkilatı tərəfindən sığortalanmadığından ziyan məbləği nə sığorta şirkəti tərəfindən, nə də ki cavabdeh tərəfindən Cəmiyyətə ödənilməmişdir. Bundan əlavə “DAEWOO BS090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin xx.xx.2023-cü il tarixdə heç bir sığorta şirkəti tərəfindən sığortalanmadığı “İcbari Sığorta Bürosu” tərəfindən sorğu əsasında Cəmiyyətə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 10- 08-589 saylı məktubunda öz əksini tapmışdır. Həmçinin cavabdehə xx.xx.2023-cü il tarixində 3 iş günü müddətində 360 (üç yüz altmış) manat borc məbləğini tələb etməyi barədə Pretenziya məktubu göndərilmişdir. Lakin yazılı və şifahi müraciətlərinə baxmayaraq bu günədək qeyd edilən pul vəsaiti Cəmiyyətə ödənilməmişdir. Beləliklə hesab edir ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində şirkətə dəymiş 360 (üç yüz altmış) manat məbləğində zərər Cavabdeh tutularaq Cəmiyyətə ödənilməlidir. Cavabdeh 360 (üç yüz altmış) manat məbləğində dəymiş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Daha sonra iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə verməklə bildirmişdir ki, Cavabdeh 360 (üç yüz altmış) manat məbləğində dəymiş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qaldırılmış iddia tələbi var. Qeyd edir ki, xx.xx.2023-ci il tarixli qərardada əsasən 2(012)-5536/2023 saylı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Keçirilən ekspertizaya əsasən 9/9665 nömrəli ekspertiza rəyinin tədqiqatının nəticələrinə görə nəzəri hesablama yolu ilə “Ford Transit” markalı. **-JY-*** dövlət nişanlı yük avtomobilin təmir bərpa xərci 420 manat müəyyən edilmişdir. Bu səbəbindən iddia tələbinin həcmini artırmaq zərurəti yaranmışdır. Göstərilənləri əsas gətirərək Cavabdeh 420 manat məbləğində dəymiş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmədə iddia tələbini qəbul etmədi və bildirdi ki, onun dəymiş ziyanı ödəmək imkanı yoxdur, hesab edir ki, dəymiş ziyan şirkətdən tutulmalıdır. Ona görə də iddianın rədd edilməsi barədə qətnmaə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçı tərəfi dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan ‘‘Daewoo BS090" markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi “İ-Qafqaz” firmasının adına qeydiyyatdadır. İşdə olan 0142 saylı yol vərəqəsindən surətindən görünür ki, “Ford Transit” markalı. **- JY-*** dövlət nişanlı yük avtomobilin mülkiyyətçisi İddiaçı MMC-dir İşdə olan Abşeron rayon X8 Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərardan görünür ki, xx.xx.2023-cü ildə baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan Hadisə ilə bağlı “Ford Transit” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş və əldə edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktına görə nəqliyyat vasitəsinə ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında maddi ziyan dəydiyi aşkar edilmişdir. . “İcbari Sığorta Bürosu” tərəfindən sorğu əsasında Cəmiyyətə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 10-08-589 saylı məktubundan görünür ki, “DAEWOO BS090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin xx.xx.2023-cü il tarixə heç bir sığorta şirkəti tərəfindən sığortalanmadığı müəyyən edilmişdir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9665 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 155AN/22 nömrəli tarixli qüsur aktında 2010-ci il buraxılışlı “Ford Transit” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin təmir-bərpa xərci təxminən 420,00 manat müəyyən edilir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cəmiyyətin mülkiyyətində olan Ford Transit markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2023-cü il tarixli, yol vərəqi üzrə idarə edən X4 xx.xx.2023-cü il tarixində Novxanı kəndi, H.Əliyev küçəsində hərəkətdə olarkən Cavabdeh idarə etdiyi, sığorta təşkilatları tərəfindən sığortalanmamış “DAEWOO BS090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi qaydalarını pozaraq Cəmiyyətə məxsus avtomobilə çırpılmış və nəticədə şirkətin mülkiyyətində olan avtomobilə ciddi ziyan dəymişdir. Qeyd edir ki, baş vermiş yol nəqliyyat hadisəsi üzrə Abşeron rayon X6 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarı əsasında Cavabdeh təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Hadisə ilə bağlı “Ford Transit” markalı, **-JY- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin müəyyənləşdirilməsi üçün "xxxx" MMC-yə müraciət edilmiş və əldə edilmiş xx.xx.2023-cü il tarixli Qüsur aktına görə nəqliyyat vasitəsinə ümumilikdə 360 (üç yüz altmış) manat miqdarında maddi ziyan dəydiyi aşkar edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/9665 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 155AN/22 nömrəli tarixli qüsur aktında 2010-ci il buraxılışlı “Ford Transit” markalı, **-JY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin təmir-bərpa xərci təxminən 420,00 manat müəyyən edilir. Belə ki, “DAEWOO BS090 Avtobus” markalı, **-TH- *** dövlət qeydiyyat nişanlı avtomobil heç bir sığorta təşkilatı tərəfindən sığortalanmadığından ziyan məbləği nə sığorta şirkəti tərəfindən, nə də ki cavabdeh tərəfindən Cəmiyyətə ödənilməmişdir. Bundan əlavə “DAEWOO BS090 Avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin xx.xx.2023-cü il tarixdə heç bir sığorta şirkəti tərəfindən sığortalanmadığı “İcbari Sığorta Bürosu” tərəfindən sorğu əsasında Cəmiyyətə təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 10-08-589 saylı məktubunda öz əksini tapmışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobilə vurulmuş zərərin ümumi məbləği 420 manat təşkil edir. Məhkəmə bu nəticəyə gələrkən xx.xx.2023-cü il tarixli aktı deyil, Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2024-cü il tarixli, 9/9665 saylı rəyini daha mötəbər sübut növü kimi qəbul edir, həm də iddia tələbinin artırılmasına dair ərizəni nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq tələb edilən 420 manat pul vəsaitinin cavabdehdən tutulmasını ədalətli hesab edərək, iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Dəymiş ziyanın məbləği ekspert rəyi ilə tamamilə təsdiq olunur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul vəsait Cavabdeh dövlət nəfinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin 420 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 450 manat pul tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №e-2(012)-541/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-541/2024
19.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver