Məhkəmə qərarları › İş №e-2(012)-5435/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5435/2024

27.09.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5435/2024 27.09.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cehiz əmlakın qaytarılması və birgə nikah zamanı əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cehiz əmlakın qaytarılması və birgə nikah zamanı əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dəyəri 15000 manat olan qəhvəyi rəngli 11 əşyalı yataq otağı mebel, dəyəri 1800 manat olan süd rəngli künc divan dəsti, dəyəri 1200 manat olan stol-stul dəsti (1 ədəd stol, 8 ədəd stul), dəyəri 1800 manat olan qara rəngli mətbəx mebeli, dəyəri 800 manat olan qara rəngli Arçelik markalı soyuducu, dəyəri 700 manat olan qara rəngli Arçelik markalı paltaryuyan maşın, dəyəri 300 manat olan 3 ədəd çarpayı, dəyəri 450 manat olan ağ-qara rəngli mətbəx stolu və 4 ədəd stulu, dəyəri 2500 manat olan SONY makalı televizor, dəyəri 100 manat olan elektrik ətçəkən, dəyəri 200 manat olan tozsoran, dəyəri 150 manat olan elektrik kofe bişirmə maşını, dəyəri 180 manat olan elektrik yemək sobası, dəyəri 100 manat olan elektrik şirəçəkən, dəyəri 150 manat olan elektrik sobası, dəyəri 400 manat olan 8 ədəd çilçıraq, dəyəri 2000 manat olan Kapsella pərdələri, dəyəri 1500 manat olan 2 ədəd zal üçün xalça, dəyəri 150 manat olan 1 ədəd olan mətbəx üçün xalça, dəyəri 250 manat olan 1 ədəd qonaq otağı üçün xalça, dəyəri 250 manat olan 1 ədəd uşaq otağı üçün xalça, dəyəri 150 manat olan 2 ədəd dəhliz üçün xalça, dəyəri 400 manat olan 1 ədəd taxt üçün örtük, dəyəri 300 manat olan 3 ədəd təkadamlıq çarpayı örtüyü (ədyal), dəyəri 100 manat olan 2 ədəd gecə lampası, dəyəri 700 manat olan 1 ədəd taxt üçün yun döşək, dəyəri 300 manat olan 1 ədəd taxt üçün yun yorğan, dəyəri 750 manat olan 3 ədəd təkadamlıq yun döşək, dəyəri 200 manat olan 3 ədəd təkadamlıq yun yorğan, dəyəri 160 manat olan 8 ədəd balış, dəyəri 80 manat olan 2 ədəd balaca döşək, dəyəri 210 manat olan 6 ədəd hamam dəsmalı, dəyəri 200 manat olan hamam dəsti, dəyəri 120 manat 6 ədəd əl-üz dəsmalı, dəyəri 60 manat 6 ədəd balaca əlüz dəsmalı, dəyəri 40 manat 12 ədəd çay dəsmalı, dəyəri 600 manat olan 6 ədəd mələfə dəsti, dəyəri 210 manat 3 ədəd gödəkçə, dəyəri 300 manat olan 2 ədəd palto, dəyəri 300 manat 6 ədəd don, dəyəri 120 manat 4 ədəd şalvar, dəyəri 150 manat 6 ədəd qadın köynəyi, dəyəri 200 manat qadın alt paltarları, dəyəri 500 manat 10 ədəd qadın ətri, dəyəri 90 manat 3 ədəd qadın idman ayaqqabısı, dəyəri 160 manat olan 4 ədəd qadın ayaqqabısı (tufli), dəyəri 80 manat olan 4 ədəd qadın ayaqqabısı (sandal), dəyəri 1000 manat olan 2 ədəd qonaq otağı üçün qaşlı gümüş bəzək qabları, dəyəri 900 manat olan üzəri ağ qaşlı 24 əşyalı çay dəsti, dəyəri 1500 manat olan 48 əşyalı nahar boşqab dəsti, dəyəri 350 manat olan 12 əşyalı çay dəsti, dəyəri 200 manat olan 4 ədəd böyük meyvə qabı (Bohema), dəyəri 150 manat olan 2 ədəd büllür konfet qabı, dəyəri 200 manat olan 2 ədəd büllur güldan, dəyəri 200 manat olan 12 ədəd büllur stəkan və ədəd nəlbəki, dəyəri 100 manat olan 6 ədəd badə, dəyəri 400 manat olan 12 ədəd ağ qaşlı badə, dəyəri 100 manat olan 2 dəst su dolçası dəsti-hər dəstdə 1 dolça və 6 badə (Bohema), dəyəri 150 manat olan 50 ədəd boşqab, dəyəri 100 manat olan 50 ədəd dayaz boşqab, dəyəri 100 manat olan 50 ədəd nəlbəki, dəyəri 150 manat olan 50 ədəd stəkan, dəyəri 50 manat olan 12 ədəd kiçik badə, dəyəri 200 manat olan qaşıq dəsti, dəyəri 100 manat olan 30 ədəd çəngəl, dəyəri 90 manat olan 30 ədəd xörək qaşığı, dəyəri 90 manat olan 30 ədəd çay qaşığı, dəyəri 300 manat olan çömçə dəsti (çemodanda), dəyəri 350 manat olan 2 ədəd Tefal qazan-tava dəsti, dəyəri 400 manat olan 6 əşyalı qırmızı güllü qazan dəsti, dəyəri 200 manat olan 2 ədəd plov qazanı, dəyəri 90 manat olan 6 ədəd sadə konfet qabı, dəyəri 55 manat olan 2 ədəd çaydan, dəyəri 90 manat olan 2 ədəd çaydan, dəyəri 100 manat olan 1 ədəd elektrik samovarı dəsti (çaydanlı), dəyəri 50 manat olan 1 ədəd elektrik mikser, dəyəri 50 manat olan armudu stəkan-nəlbəki, dəyəri 50 manat olan 1 ədəd elektrik ütü, dəyəri 7000 manat olan boyunbağı (kolye), bilərzik və sırğadan ibarət brilyant qaşlı dəst, dəyəri 1000 manat olan üzəri brilyant qaşlarla bəzədilmiş 1 ədəd qızıl nişan üzüyü, dəyəri 500 manat olan paxlava formalı 1 ədəd qızıl üzük, dəyəri 400 manat olan 1 ədəd qızıl üzük (fantaziya), dəyəri 600 manat olan 3 ədəd ağ qaşlı qızıl üzük (toy məclisində Cavabdeh2 və qohumları tərəfindən hədiyyə verilmiş), dəyəri 200 manat olan 1 ədəd qızıl bilərzik (qardaşı tərəfindən hədiyyə verilmiş), 192 manat dövlət rüsumunun, mediasiya prosesi üçün ödənilmiş 60 manat rüsumun cavabdehlərdən alınaraq ona verilməsi, habelə ** DU *** dövlət nömrə nişanlı, “Mersedes Benz E220” markalı avtomobilin ½ hissəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə iddiaçıya geri qaytarılmalıdır. İddia ərizəsindən görünür ki, onu iddiaçının adından nümayəndəsi Nümayəndə imzalamışdır. İddiaçının Nümayəndə verdiyi AR-İİİ 137978 saylı, xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, bu etibarnamə ona vəkil olduğuna görə verilmişdir. Lakin iş materiallarında hazırki mübahisə üzrə onun adına hər hansı orderin verilməsi görünmür. Başqa sözlə, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəllənin 66-cı maddəsinə görə Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə görə fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəmə sistemi vasitəsilə **********49 saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 10 manat məbləğində dövlət rüsumunu xx.xx.2024-cü ildə ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 10 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı cehiz əmlakın qaytarılması və birgə nikah zamanı əldə edilmiş əmlakın bölünməsi tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı hazırki mülki iş (e-2(012)-5435/2024 saylı mülki iş) üzrə ödəmiş olduğu 10 manat məbləğində dövlət rüsumu (**********49 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar