Məhkəmə qərarları › İş №e-2(012)-5487/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5487/2023

24.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5487/2023 24.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, İddiaçı «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»-nin cavabdeh X4 qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti» cavabdeh X4 qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, X2 dəymiş zərərə görə 460 manat sığorta ödənişi və 30.40 manat dövlət rüsumunun tutulub iddiaçı «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»ndə “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmış, X6 tərəfindən idarə olunan “Khazar SD minik” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobillə “Toyota Rav 4 minik” markalı ** LU *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Sözügedən sığorta hadisəsi ilə bağlı tərtib olunmuş qüsur aktına uyğun olaraq “Toyota Rav 4 minik” markalı ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilə 460 manat maddi ziyan dəyməsi müəyyən edilmiş və həmin məbləğ sığorta ödənişi şirkəti tərəfindən zərərçəkmiş şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh X6 hadisə yerindən yayındığı üçün cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri X13 Polisi İdarəsi inzibati xəta haqqında iş üzrə araşdırma aparmış, hadisəni törədən sürücü X6 barəsində AR İXM-nin 327.1 və 327.6-cı maddələri ilə TP ******* saylı qərar tərtib edilmişdir. Ona görə də hazırkı tələblə bağlı məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və məhkəmə cavabdehə prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, mülki iş materiallarında olan və tədqiq olunmuş: -Sığorta şəhadətnaməsinən edilmiş çıxarışdan görünür ki, «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti» xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Khazar SD minik” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini sığorta haqqı 75 manat, bonus-malus əmsalı 0.95, yekun sığorta haqqı 71.25 manat olmaqla sığortalamışdır. -Dəymiş zərərin hesablanmasına dair aktdan görünür ki, “Toyota Rav 4 minik” markalı ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilə 460 manat ziyan dəydiyi hesablanmışdır. -«Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»-nin xx.xx.2022-ci il tarixli 25887 saylı sığorta ödənişinə dair aktından görünür ki, sığortalı X9 ona məxsus olan “Khazar SD minik” markalı, ** PB *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icbari sığorta növündə sığortalamış, xx.xx.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X3 idarə etdiyi “Toyota Rav 4 minik” markalı ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilə 460 manat zərər dəymiş, dəymiş zərərin əvəzi köçürmə yolu ilə ödənilmişdir. -xx.xx.2022-ci il tarixli, 26212 saylı ödəniş tapşırığından görünür ki, «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti» tərəfindən X3 hesabına 460 manat pul vəsaiti köçürülmüşdür. İşin araşdırılan hallarından və tədqiq edilən sübutlardan müəyyən olunur ki, X8 mülkiyyətində olan “Khazar SD minik” markalı, ** PB *** qeydiyyat nişanlı avtomobil cavabdeh X6 tərəfindən idarə edilmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində hadisə baş verən anda X7 tərəfindən idarə olunmuş “Toyota Rav 4 minik” markalı ** LU *** qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə 460 manat dəyərində ziyan dəymiş, həmin məbləğin 25887 saylı sığorta aktına əsasən, X1 yolu ilə ödənilməsi qərara alınmışdır. “Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş inzibati tənbeh vermə haqqında TP ******* saylı qərara əsasən, baş vermiş yol-nəqliyyat hadisəsində “Khazar SD minik” markalı, ** PB *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü olan X6 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi və təqsirinin sübuta yetirilməsi öz təsdiqini tapmış, nəticədə, cavabdeh 100 manat miqdarında cərimə olunmuşdur. Göründüyü kimi, yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli olan cavabdeh hadisə yerindən yayınmışdır. Məhkəmə mülki işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəyən ziyanı sığorta aktına müvafiq məbləğdə ödəmiş, cavabdeh idarə etdiyi nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinib hadisə yerindən yayındığından iddiaçı 460 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, İcbari sığorta haqqında Azərbaycan Respublikası Qanununun 25-ci və 63-cü maddəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququnu yaradan hərəkətlərdən həmin Qanunun 63.1 maddəsidir ki, həmin maddələrə əsasən 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Ona görə də iddiaçının subroqasiya hüququ əsasında sığorta ödənişini cavabdehdən tələb etməsi əsaslıdır və haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1108.1. maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. 1114.1. maddəsinə əsasən, başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədilmiş və sonuncunun təqsirli və hüquqazidd əməli nəticəsində sığortalanmış avtomobilin sahibinə maddi zərər yetirilmişdir. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin edilərək cavabdeh X2 “Toyota Rav 4 minik” markalı ** LU *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 460 manat pul vəsaiti və 30.40 manat dövlət rüsumu iddiaçı «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. X2 460 (dörd yüz altmış) manat pul vəsaiti və ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 490.4 (dörd yüz doxsan manat qırx qəpik) manat pul vəsaiti «Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti»-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar