Məhkəmə qərarları › İş №e-2(012)-5522/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5522/2022

07.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5522/2022 07.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-nın ona satdığı mənzil üçün ödənilmiş 55250 manat pulun qaytarılması, həmçinin onun Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ödədiyi 19575,39 manat və "xxxx" MMC-yə ödənilmiş 425 manat məbləğində pulun, əldən çıxmış fayda qarşılığında 27625 manat məbləğində pulun və eləcə də 10000 manat məbləğində mənəvi zərərin, habelə iddia ərizəsi üçün ödənilmiş 402,88 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin məhkəmə iclasında tərəflər mübahisəni könüllü qaydada həll etdiklərini qeyd edərək, barışıq sazişi bağladıqlarını bildirdilər və onu təsdiq edilməsi üçün məhkəməyə təqdim etdilər. Barışıq sazişinin şərtləri ondan ibarətdir ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-5522/2022 nömrəli mülki iş üzrə tərəflər – İddiaçı və Cavabdeh MTK aşağıda göstərilən şərtlər daxilində öz aralarında bu barışıq sazişini bağlamışdırlar: “Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-5522/2022 saylı mülki iş üzrə İddiaçı öhdəsinə götürür ki, Cavabdeh MTK-ya qarşı Cavabdeh MTK-nın satdığı mənzil üçün ona ödədiyi 55250 manat pulun qaytarılması, həmçinin iddiaçının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ödədiyi 19575,39 manat və "xxxx" MMC-yə ödənilmiş 425 manat məbləğində dəymiş zərərin, əldən çıxmış fayda qarşılığında 27625 manat məbləğində pulun və eləcə də 10000 manat məbləğində mənəvi zərərin, habelə iddia ərizəsi üçün ödənilmiş 402,88 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 112875,39 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə iddiasından imtina edir. Cavabdeh "xxxx" MTK öz öhdəsinə götürür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-5522/2022 saylı mülki iş üzrə iddiasından imtina etməsi müqabilində Cavabdeh MTK İddiaçı 38000 manat məbləğində pul ödəyəcəkdir. Cavabdeh MTK öhdəsinə götürür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-5522/2022 saylı mülki iş üzrə iddiasından imtina etməsi müqabilində ona verməli olduğu 38000 manat məbləğində pulu Barışıq Sazişi bağlandığı tarixdən 6 ay müddətində, yəni 07 iyun 2023-cü il tarixədək İddiaçı bank hesabına tam şəkildə ödəyəcəkdir. Barışıq Sazişinin şərtləri pozulacağı halda, tərəflərin Barışıq Sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır. Bu Saziş bağlandığı andan qüvvəyə minir.”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə görə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə görə məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə görə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, işin icraatına xitam verilir. Bundan başqa, işdən görünür ki, İddiaçı hazırki iddia ərizəsini verərkən müvafiq ödəniş sistemi vasitəsilə ********* saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 402,88 manat məbləğində dövlət rüsumunu xx.xx.2022-ci ildə saat 11:00-da ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iş üzrə icraata xitam verilməli, habelə iş üzrə iddiaçının ödəmiş olduğu 402,88 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 263, 264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinası qəbul edilsin və mülki işin icraatına xitam verilsin. Tərəflərin barışıq sazişi aşağıdakı məzmunda: “1. Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-5522/2022 saylı mülki iş üzrə İddiaçı öhdəsinə götürür ki, Cavabdeh MTK-ya qarşı Cavabdeh MTK-nın satdığı mənzil üçün ona ödədiyi 55250 manat pulun qaytarılması, həmçinin iddiaçının Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ödədiyi 19575,39 manat və "xxxx" MMC-yə ödənilmiş 425 manat məbləğində dəymiş zərərin, əldən çıxmış fayda qarşılığında 27625 manat məbləğində pulun və eləcə də 10000 manat məbləğində mənəvi zərərin, habelə iddia ərizəsi üçün ödənilmiş 402,88 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 112875,39 manat məbləğində pulun Cavabdeh MTK-dan tutularaq İddiaçı ödənilməsi barədə iddiasından imtina edir.

2. Cavabdeh "xxxx" MTK öz öhdəsinə götürür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-5522/2022 saylı mülki iş üzrə iddiasından imtina etməsi müqabilində Cavabdeh MTK İddiaçı 38000 manat məbləğində pul ödəyəcəkdir.

3. Cavabdeh MTK öhdəsinə götürür ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin icraatında olan e-2(012)-5522/2022 saylı mülki iş üzrə iddiasından imtina etməsi müqabilində ona verməli olduğu 38000 manat məbləğində pulu Barışıq Sazişi bağlandığı tarixdən 6 ay müddətində, yəni 07 iyun 2023-cü il tarixədək İddiaçı bank hesabına tam şəkildə ödəyəcəkdir.

4. Barışıq Sazişinin şərtləri pozulacağı halda, tərəflərin Barışıq Sazişi üzrə öhdəliklərin məcburi qaydada icra edilməsini tələb etmək hüquqları saxlanılır.

5. Bu Saziş bağlandığı andan qüvvəyə minir.” təsdiq edilsin. Hazırki iş üzrə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddiaçı hazırki mülki iş (e-2(012)-5522/2022 saylı mülki iş) üzrə ödəmiş olduğu 402,88 manat məbləğində dövlət rüsumu (976332372 saylı qəbz) dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar