Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-564/2025 07.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Abşeron rayonu X5, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə və Cavabdeh3 qarşı əqdin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Abşeron rayonu X5, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 4 saylı Abşeron Ərazi İdarəsinə və Cavabdeh3 qarşı çıxarışların və əqdin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, X3 torpaq sahəsi üzərində bələdiyyə mülkiyyət hüququnun qeydiyyata alınması proseduru haqqında qərarı etibarsız hesab edildiyindən onun nəticəsində verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın və X6 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsi, habelə həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu X3 xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə ona torpağın baş planı əsasında Abşeron rayonu, Aşağı Güzdək kəndində 0,08 ha torpaq sahəsi ayrılmış və ona aktla təhvil verilmişdir. Ona ayrılmış torpaq sahəsini həmkəndlisi Cavabdeh3 heç bir qanuni əsas olmadan zəbt edərək, orada tikinti işləri aparılmasına başlamışdır. Onun şikayəti əsasında Cavabdeh3 haqqında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə cinayət işi başlanmış və haqqında Abşeron Rayon Məhkəməsinin hökmü ilə cinayət məsuliyyətinə cəlb edilməklə torpaqdan çıxarılma qərarı verilmişdir. 31 oktyabr 2014-cü il tarixdə Cavabdeh3 cavabdeh Abşeron rayonu X5, üçüncü şəxslər İddiaçı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəşinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində istifadəsində olan 0,08 ha torpaq sahəsinin ölçülərinin müəyyən edilərək hərrac keçirilmədən onun mülkiyyətinə verilməsinin X5 həvalə edilməsi və üçüncü şəxs İddiaçı tərəfindən həmin sahədə aparılan özbaşına tikililərin sökülməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (85)-214/2015 saylı, 09 aprel 2015-ci il tarixli qərarı ilə iddia təmin edilərək Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən Cavabdeh3 istifadəsində olmayan 0,08 ha torpaq sahəsinin ona satılması öhdəliyinin Abşeron rayonu, AşağıGüzdək bələdiyyəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı əsasında Güzdək Bələdiyyəsi fərdi yaşayış məqsədi ilə torpağın satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün ona məxsus torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanması barədə xx.xx.2015-ci il tarixli 18/07 nömrəli qərar verilmişdir. Bu qərar əsasında ona məxsus torpaq sahəsinə xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Sonra X6 xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi ilə ona məxsus torpaq sahəsini Cavabdeh3 satmış o, isə xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarış almışdır. O, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarından apellyasiya şikayəti vermiş. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Cavabdeh3 Abşeron rayonu Güzdək Bələdiyyəsinə qarşı iddiası rədd edilmişdir. Həmin qərar Ali Məhkəmənin qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda göstərilən və məhkəmə tərəfindən rədd edilən iddia tələbinə dair qəbul edilmiş Sumqayıt İnzibati Məhkəməsinin 2-l(85)- 214/2015 saylı xx.xx.2015-ci il tarixli qərarı Abşeron rayonu, X6 tərəfindən təmin edilərək ona məxsus torpaq sahəsi üzərində X3 xx.xx.2015-ci il tarixli qərarı əsasında fərdi yaşayış məqsədi ilə torpağın satılması ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsi üzərinə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması barədə xx.xx.2015-ci il tarixli 18/07 nömrəli qərar vermişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Güzdək Bələdiyyəsinin xx.xx.2015-ci il tarixli18/07 nömrəli torpaq sahəsinə bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanılması qərarı etibarsız hesab edilmişdir. Abşeron rayonu, X3 xx.xx.2015-ci tarixli 18/07 nömrəli qərarı əsasında X2 məxsus torpaq sahəsini öz adına xx.xx.2017-ci il tarixli torpağa mülkiyyət hüququ əldə edilən **********6 qeydiyyat nömrəli çıxarış alaraq həmin torpaq sahəsini Cavabdeh3 alqı-satqı müqaviləsi ilə satmış, Cavabdeh3 alqı-satqı müqaviləsi əsasında xx.xx.2017-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış verilmişdir. Bələdiyyə torpaqlarının üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna dair qərar etibarsız hesab edildiyindən, onun əsasında verilmiş çıxarış və sonradan Cavabdeh3 adına edilmiş alqı-satqı müqaviləsi, həmçinin Cavabdeh3 adına verilmiş çıxarış etibarsız hesab edilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə əsasən məhkəməyə müraciət edərək, Abşeron rayonu, X3 torpaq sahəsi üzərində bələdiyyə mülkiyyət hüququnun qeydiyyata alınması proseduru haqqında qərarı etibarsız hesab edildiyindən onun nəticəsində verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi, X6 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. Abşeron rayonu X6 məhkəməyə ərizə ünvanlayıb məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, mübahisənin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Digər cavabdehlər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə onların və ya nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Abşeron rayonu X3 xx.xx.2006-cı il tarixli 11 saylı qərarından çıxarışın surətindən görünür ki, İddiaçı bələdiyyə torpaqlarının baş planına əsasən Abşeron rayonu, Aşağı Güzdək kəndində 0,08 ha torpaq sahəsi ayrılmış və ona eyni tarixli aktla təhvil verilmişdir. İşdə olan torpaqların alqı-satqısına dair aktın surətindən görünür ki, Abşeron rayonu, Aşağı Güzdək kəndində 0,08 ha torpaq sahəsi Abşeron rayonu X3 xx.xx.2006-cı il tarixli 11 saylı qərarına əsasən İddiaçı satılmışdır. İş materiallarında olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Aşağı Güzdək kəndində 0,08 ha torpaq sahəsi xx.xx.2017-ci il tarixdə Abşeron rayonu X3 adına qeydə alınmışdır. Onun adına xx.xx.2017-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmündən görünür ki, Cavabdeh3 Azərbaycan Respublikası CM-nin 188-ci maddəsi ilə təqsirli bilinmiş və ona şərti maliyyə vahidi məbləğinin 400 misli miqdarında, yəni 440 manat məbləğində cərimə növündə cəza təyin edilmişdir. Hökmdə göstərilmişdir ki, Cavabdeh3 2006-cı ilin axırlarında Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində yaşayan X1 məxsus olan 0,08 ha torpaq sahəsini heç bir rəsmi sənəd olmadan özbaşına tutaraq İddiaçı qanunla müəyyən edilmiş mülkiyyət hüququnu pozaraq mişar daşları ilə orada tikinti işləri aparmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. İşdə olan Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1269/2022 nömrəli qərarından görünür ki, iddia təmin edilərək Cavabdeh1 xx.xx.2015-ci il tarixli 18/07 nömrəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanmasına dair qərarının etibarsız hesab edilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)- 359/2023 saylı qərarından görünür ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-1269/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(102)-2368/2023 saylı qərarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(105)-359/2023 saylı qərarı dəyişdirilmədən saxlanılmış, kassasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 359.1-ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 365.1.7-ci maddəsinə görə etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması etibarnamənin qüvvəsinə xitam verilməsinə əsasdır. 366.2-ci maddəsinə görə etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390-cı maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşdən göründüyü kimi, mübahisə predmetini Abşeron rayonu X3 xx.xx.2006-cı il tarixli 11 saylı qərarı ilə, İddiaçı bələdiyyə torpaqlarının baş planına əsasən Abşeron rayonu, Aşağı Güzdək kəndində ayrılmış 0,08 ha torpaq sahəsinə dair Bələdiyyənin adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli **********6 qeydiyyat nömrəli çıxarış, X6 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsi, habelə həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2017-ci il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarış təşkil edir. İşdə olan qanuni qüvvəsini almış məhkəmə aktlarından görünür ki, Bələdiyyənin adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli **********6 qeydiyyat nömrəli çıxarış Abşeron rayonu, X3 torpaq sahəsi üzərində bələdiyyə mülkiyyət hüququnun qeydiyyata alınması proseduru haqqında qərarına əsasən verilmişdir. Bu qərar isə sonradan məhkəmə aktına əsasən ləğv edilmişdir. Başqa sözlə, Bələdiyyənin adına tərtib edilmiş xx.xx.2017-ci il tarixli **********6 qeydiyyat nömrəli çıxarışın verilməsinə səbəb olmuş hüquqi əsas artıq mövcud olmadığından o ləğv olunmalıdır. Həmin hüquq müəyyənedici sənəd əsasında torpaq sahəsi Bələdiyyə tərəfindən Cavabdeh3 satıldığından onlar arasında baş tutmuş alqı-satqı müqaviləsi də etibarsızdır. İş materialları ilə tamamilə təsdiq edilir ki, göstərilən torpaq sahəsi əslində Bələdiyyə tərəfindən İddiaçı xx.xx.2006-cı il tarixli 11 saylı qərarla ayrılmış və satılmış torpaq sahəsidir. Məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlak bu qaydada Cavabdeh3 satıla bilməzdi və İddiaçı hazırki tələbi əsaslıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsi qeyd edilən müqaviləyə əsaslanmaqla xx.xx.2017-ci il tarixdə Cavabdeh3 adına qeydə alınmışdır. Həmin müqavilə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsızdır və onun əsasında verilmiş reyestrdən çıxarış da ləğv edilməlidir. Qüvvədə olan qanunvericiliyə görə sonradan ləğv olunmuş məhkəmə aktına əsaslanmaqla daşınmaz əmlakın bu qaydada özgəninkiləşdirilməsi qadağandır və torpaq sahələrinin özgəninkiləşdirilməsi institutunun mahiyyətinə ziddir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Abşeron rayonu, X3 adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməli, X6 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, habelə həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunun qeyd edilən normasına əsasən hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu kimi 100 manat pul Cavabdeh3 alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, X3 adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilsin, X6 ilə Cavabdeh3 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilsin, habelə həmin alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş xx.xx.2017-ci il tarixli çıxarış ləğv edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh3 tutulub İddiaçı ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №e-2(012)-564/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-564/2025
07.03.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver