Məhkəmə qərarları › İş №e-2(012)-5680/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-5680/2024

13.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-5680/2024 13.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Hüseynova Könül Sabir qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki işə Xırdalan şəhərində, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə iddia ilə məhkəməyə müraciət edərək, dəyəri 15000 manat olan qəhvəyi rəngli 11 predmetli yataq otağı mebeli, dəyəri 1800 manat olan süd rəngli künc divan dəsti, dəyəri 1200 manat olan stol-stul dəsti (1 ədəd stol, 8 ədəd stul), dəyəri 1800 manat olan qara rəngli mətbəx mebeli, dəyəri 800 manat olan qara rəngli Arçelik markalı soyuducu, dəyəri 700 manat olan qara rəngli Arçelik markalı paltaryuyan maşın, dəyəri 300 manat olan 3 ədəd çarpayı, dəyəri 450 manat olan ağ-qara rəngli mətbəx stolu və 4 ədəd stulu, dəyəri 2500 manat olan SONY markalı televizor, dəyəri 100 manat olan elektrik ətçəkən maşın, dəyəri 200 manat olan tozsoran, dəyəri 150 manat olan elektrik qəhvə bişirmə maşını, dəyəri 180 manat olan elektrik yemək sobası, dəyəri 100 manat olan elektrik şirəçəkən, dəyəri 150 manat olan elektrik sobası, dəyəri 400 manat olan 8 ədəd çilçıraq, dəyəri 2000 manat olan Kapsella pərdələri, dəyəri 1500 manat olan 2 ədəd zal üçün xalça, dəyəri 150 manat olan 1 ədəd olan mətbəx üçün xalça, dəyəri 250 manat olan 1 ədəd qonaq otağı üçün xalça, dəyəri 250 manat olan 1 ədəd uşaq otağı üçün xalça, dəyəri 150 manat olan 2 ədəd dəhliz üçün xalça, dəyəri 400 manat olan 1 ədəd taxt üçün örtük, dəyəri 300 manat olan 3 ədəd təkadamlıq çarpayı örtüyü (ədyal), dəyəri 100 manat olan 2 ədəd gecə lampası, dəyəri 700 manat olan 1 ədəd taxt üçün yun döşək, dəyəri 300 manat olan 1 ədəd taxt üçün yun yorğan, dəyəri 750 manat olan 3 ədəd təkadamlıq yun döşək, dəyəri 200 manat olan 3 ədəd təkadamlıq yun yorğan, dəyəri 160 manat olan 8 ədəd balış, dəyəri 80 manat olan 2 ədəd balaca döşək, dəyəri 210 manat olan 6 ədəd hamam dəsmalı, dəyəri 200 manat olan hamam dəsti, dəyəri 120 manat 6 ədəd əl-üz dəsmalı, dəyəri 60 manat 6 ədəd balaca əlüz dəsmalı, dəyəri 40 manat 12 ədəd çay dəsmalı, dəyəri 600 manat olan 6 ədəd mələfə dəsti, dəyəri 210 manat 3 ədəd gödəkçə, dəyəri 300 manat olan 2 ədəd palto, dəyəri 300 manat 6 ədəd don, dəyəri 120 manat 4 ədəd şalvar, dəyəri 150 manat 6 ədəd qadın köynəyi, dəyəri 200 manat qadın alt paltarları, dəyəri 500 manat 10 ədəd qadın ətri, dəyəri 90 manat 3 ədəd qadın idman ayaqqabısı, dəyəri 160 manat olan 4 ədəd qadın ayaqqabısı (tufli), dəyəri 80 manat olan 4 ədəd qadın ayaqqabısı (sandal), dəyəri 1000 manat olan 2 ədəd qonaq otağı üçün qaşlı gümüş bəzək qabları, dəyəri 900 manat olan üzəri ağ qaşlı 24 əşyalı çay dəsti, dəyəri 1500 manat olan 48 predmet nahar boşqab dəsti, dəyəri 350 manat olan 12 əşyalı çay dəsti, dəyəri 200 manat olan 4 ədəd böyük meyvə qabı (Bohemiya), dəyəri 150 manat olan 2 ədəd büllur konfet qabı, dəyəri 200 manat olan 2 ədəd büllur güldan, dəyəri 200 manat olan 12 ədəd büllur stəkan və nəlbəki, dəyəri 100 manat olan 6 ədəd badə, dəyəri 400 manat olan 12 ədəd ağ qaşlı badə, dəyəri 100 manat olan 2 dəst su dolçası dəsti-hər dəstdə 1 dolça və 6 badə (Bohemiya), dəyəri 150 manat olan 50 ədəd boşqab, dəyəri 100 manat olan 50 ədəd dayaz boşqab, dəyəri 100 manat olan 50 ədəd nəlbəki, dəyəri 150 manat olan 50 ədəd stəkan, dəyəri 50 manat olan 12 ədəd kiçik badə, dəyəri 200 manat olan qaşıq dəsti, dəyəri 100 manat olan 30 ədəd çəngəl, dəyəri 90 manat olan 30 ədəd xörək qaşığı, dəyəri 90 manat olan 30 ədəd çay qaşığı, dəyəri 300 manat olan çömçə dəsti (çemodanda), dəyəri 350 manat olan 2 ədəd Tefal qazan-tava dəsti, dəyəri 400 manat olan 6 predmet qırmızı güllü qazan dəsti, dəyəri 200 manat olan 2 ədəd plov qazanı, dəyəri 90 manat olan 6 ədəd sadə konfet qabı, dəyəri 55 manat olan 2 ədəd çaydan, dəyəri 90 manat olan 2 ədəd çaydan, dəyəri 100 manat olan 1 ədəd elektrik samovar dəsti (çaydanlı), dəyəri 50 manat olan 1 ədəd elektrik mikser, dəyəri 50 manat olan armudu stəkan-nəlbəki, dəyəri 50 manat olan 1 ədəd elektrik ütü, dəyəri 7000 manat olan boyunbağı (kolye), bilərzik və sırğadan ibarət brilyant qaşlı dəst, dəyəri 1000 manat olan üzəri brilyant qaşlarla bəzədilmiş 1 ədəd qızıl nişan üzüyü, dəyəri 500 manat olan paxlava formalı 1 ədəd qızıl üzük, dəyəri 400 manat olan 1 ədəd qızıl üzük (Fantaziya), dəyəri 600 manat olan 3 ədəd ağ qaşlı qızıl üzük (toy məclisində Cavabdeh2 və qohumları tərəfindən hədiyyə verilmiş), dəyəri 200 manat olan 1 ədəd qızıl bilərzik (qardaşı tərəfindən hədiyyə verilmiş), 192 manat dövlət rüsumunun, mediasiya prosesi üçün ödənilmiş 60 manat rüsumun cavabdehlərdən alınaraq ona verilməsi, ** DU *** dövlət nömrə nişanlı, “Mersedes Benz E220” markalı avtomobilin ½ hissəsi üzərində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Məhkəmə iclasında Cavabdeh2 İddiaçı əmlak tələbi barədə iddiaya mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirdi və mülki işin baxılmamış saxlanılmasını xahiş etdi. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, işə iştirakı olmadan baxılmasını xahiş etməmiş İddiaçı məhkəmə iclasına gəlmədiyindən, məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 isə mülki işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nın 259.0.7-cı maddəsinə əsasən, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı birinci çağırışa gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar