Məhkəmə qərarları › İş №e-2(012)-6231/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-6231/2024

29.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-6231/2024 29.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsi, mənzilin satılması, satışdan əldə olunan pulun bölünməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsi, mənzilin satılması, satışdan əldə olunan pulun bölünməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli, Bakı şəhər 13 saylı Mediasiya Təşkilatında tərəflər arasında bağlanılmış MŞB/13/2024-00781 saylı barışıq sazişinin təsdiq edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 3, 149 saylı mənzilin qiymətləndirilməklə satılması, satışından əldə olunan vəsaitin 65000 manat məbləğində pulun onun atası X1 verilməsi, satışdan əldə olunan yerdə qalan pul məbləğinin bərabər olaraq tərəflər arasında M əmmədov Eldəniz Gülməmməd oğluna ½ hissəsi, ona ½ hissəsi aid edilməklə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2024-cü il tarixdə işin baxılmamış saxlanılması barəsində ərizəsi məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında Ərizəçi məhkəməyə təqdim etdiyi işin baxılmamış saxlanmasına dair ərizəsini müdafiə etdiyini bildirdi, işin baxılmamış saxlanılmasını və ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirdi ki, o, hazırki mülki işin baxılmamış saxlanılmasına etiraz etmir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçının vəkili və nümayəndəsi mülki işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh şirkətin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda, qeyd edir ki, Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. 114.2. maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə - dövlət rüsumu geri qaytarılır. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: Ərizə təmin edilsin. Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsi, mənzilin satılması, satışdan əldə olunan pulun bölünməsinə dair ərizəsi ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə, ********** saylı qəbz əsasında ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar