Məhkəmə qərarları › İş №e-2(012)-643/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-643/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-643/2024 24.06.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Əliyev Fərid Ələmşah oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barəsində iddiasına dair işə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı - kredit müqaviləsi üzrə yaranmış borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3239.32 manat əsas, 3.86 manat faiz, 1.37 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 3244.55 manat məbləğində borcun, 52.45 manat dövlət rüsumunun ödənilməsi; Cavabdeh tutulmalı olan məbləğ, yəni cəmi 3244.55 manat borcun və 52.45 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmiş və Cavabdeh mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 79.6 kv.m, torpaq sahəsi 0.04 ha olan, 3 otaqdan ibarət olan fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması və borcun həmin əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-nə yönəldilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə “Elektron Məhkəmə” informasiya sistemi vasitəsi ilə ərizə ünvanlayaraq cavabdeh ilə aralarında razılıq əldə edildiyindən, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsinə əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsi baxılmamış saxlanılmasını xahiş etdiyindən, cavabdeh isə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin hesabına 52.45 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından, ödənilmiş dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat pul vəsaitinin 75 manat hissəsi İddiaçı ASC-dən, 75 manat hissəsi Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Təyin edilmiş qiymətləndirmə ekspertizasının keçirilməsinə görə Premium Qiymətləndirmə MMC-nin hesabına iddiaçı tərəfindən ödənilmiş 250 (iki yüz əlli ) manat iddiaçının özünə aid edilməli, digər hissə olan 250 (iki yüz əlli ) manatın isə cavabdehdən tutularaq Premium Qiymətləndirmə MMC-nin hesabına (Hesab nömrəsi-AZ85ACAB********************, VÖEN-**********1, Müxbir hesab- AZ10NABZ**********000005644, Bankın kodu-505000) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC tərəfindən xx.xx.2023-ci il tarixdə dövlət büdcəsinə (Abşeron Rayon Məhkəməsinin hesabına, qəbz nömrəsi: **********) ödənilmiş 52.45 manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf edilmiş 150 manat məbləğində pul vəsaitinin 75 manat hissəsi İddiaçı ASC-dən, 75 manat hissəsi Cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. Qiymətləndirmə ekspertizasının keçirilməsinə görə Premium Qiymətləndirmə MMCnin hesabına iddiaçı tərəfindən ödənilmiş 250 (iki yüz əlli) manat iddiaçının özünə aid edilsin. Qiymətləndirmə ekspertizasının keçirilməsinə görə ödənilməmiş 250 (iki yüz əlli ) manat Cavabdeh tutularaq Premium Qiymətləndirmə MMC-nin hesabına (Hesab nömrəsi-AZ85ACAB********************, VÖEN-**********1, Müxbir hesab- AZ10NABZ**********000005644, Bankın kodu-505000) ödənilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar