Məhkəmə qərarları › İş №e-2(012)-649/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-649/2024

22.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-649/2024 22.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Dövlət Sığorta Kommersiya Şirkəti Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat pul və 70 manat dövlət rüsumu olmaqla, cəmi 5070 manat pul vəsaitinin Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Məmmədli kəndi ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış, Cavabdeh tərəfindən idarə olunan “Kia Sorento minik” markalı, ** SP *** d.q.n.-lı avtomobillə yol nəqliyyat hadisəsi törədilmiş və “Ravon Nexia R3 minik” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı, “Opel Astra minik” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı və “Chevrolet Cobalt minik” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitələrinə maddi zərər dəymişdir. Qeyd edilən sığorta hadisəsi nəticəsində hər üç avtomobilə dəymiş zərər məbləği qanunvericilikdə müəyyən edilmiş sığorta məbləğini (5000,00) aşdığına görə “Ravon Nexia R3 minik” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərlə bağlı mütənasib şəkildə 1391,70 (bir min üç yüz doxsan bir manat, yetmiş qəpik) məbləğində, “Opel Astra minik” markalı, ** SY *** qeydiyyat nişanlı avtomobilə isə mütanasib şəkildə 613,98 ( altı yüz on üç manat, doxsan səkkiz qəpik) məbləğində və “Chevrolet Cobalt minik” markalı, ** XL *** qeydiyyat nişanlı avtomobilə mütənasib şəkildə 2994,32 (iki min doqquz yüz doxsan dörd manat,otuz iki qəpik) məbləğində sığorta ödənişi ödənilmişdir. Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(012)-1821/2021 nömrəli qərarına əsasən, hadisə ilə əlaqədar “Kia Sorento minik” markalı, ** SP *** d.q.n.-lı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 334.3-cü (nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə) maddəsi ilə müəyyən edilmiş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək inzibati cərimə edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan sərxoş vəziyyətdə idarə edərək zərər çəkmiş şəxsə maddi zərər vurduğu üçün cavabdehə qarşı subroqasiya hüquqları yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətininin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia tələbinə dair münasibətini araşdırıb, iddia ərizəsini, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -PDS********** saylı xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən çıxarışdan görünür ki, 2007-ci il buraxılışlı “KİA Sorento” markalı, ** SP *** qeydiyyat nişanlı avtomobil X9 mülkiyyətindədir. -İnzibati tənbeh vermə haqqında xx.xx.2021-ci il tarixli İXP ******* saylı protokolun surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə, saat 20:00-da Abşeron rayonu Masazır kəndi Qurtuluş-93 yaşayış kompleksində “Kia Sorento” markalı, ** SP *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozmuş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 334.1-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 40 manat dəyərində cərimə olunmuşdur. -Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 3(012)-1821/2021 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə təqsirli bilinərək ona 800 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. -xx.xx.2021-ci il tarixli Akt-23880 saylı sığorta aktından görünür ki, Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkətində PDS PDS********** saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 55000 manat dəyərində sığortalanmış Cavabdeh tərəfindən idarə olunmuş “Kia Sorento” markalı, ** SP *** qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Masazır kəndi Qurtuluş-93 yaşayış kompleksi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X13 tərəfindən idarə olunmuş “Chevrolet Cobalt” markalı, ** XL *** qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə 6218 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 2994,32 manat pul vəsaitinin X3 yolu ilə ödənilməsi qərara alınmışdır. -xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X8 hesabına 23880 saylı akta əsasən sığorta ödənişi olaraq 2994,32 manat köçürülmüşdür. -xx.xx.2022-ci il tarixli Akt-23157 saylı sığorta aktından görünür ki, Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkətində PDS PDS********** saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 55000 manat dəyərində sığortalanmış Cavabdeh tərəfindən idarə olunmuş “Kia Sorento” markalı, ** SP *** qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Masazır kəndi Qurtuluş-93 yaşayış kompleksi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X11 tərəfindən idarə olunmuş “Opel Astra” markalı, ** SY *** qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə 1275 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 613,98 manat pul vəsaitinin X1 yolu ilə ödənilməsi qərara alınmışdır. -xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X4 hesabına 23157 saylı akta əsasən sığorta ödənişi olaraq 613,98 manat köçürülmüşdür. -xx.xx.2022-ci il tarixli Akt-23158 saylı sığorta aktından görünür ki, Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkətində PDS PDS********** saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 55000 manat dəyərində sığortalanmış Cavabdeh tərəfindən idarə olunmuş “Ravon Nexia” markalı, ** SP *** qeydiyyat nişanlı avtomobilin xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Masazır kəndi Qurtuluş-93 yaşayış kompleksi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X12 tərəfindən idarə olunmuş “Opel Astra” markalı, ** PH *** qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində sonuncu avtomobilə 2890 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 1391,7 manat pul vəsaitinin X2 yolu ilə ödənilməsi qərara alınmışdır. -xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X5 hesabına 29055 saylı akta əsasən sığorta ödənişi olaraq 1391,7 manat köçürülmüşdür. -Dəymiş zərərin hesablanmasına dair qüsur aktından görünür ki, “Opel Astra” markalı ** SY *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 1275 manat hesablanmışdır. -Dəymiş zərərin hesablanmasına dair qüsur aktından görünür ki, “Chevrolet Cobalt” markalı ** Xİ *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 6218 manat hesablanmışdır. -Dəymiş zərərin hesablanmasına dair qüsur aktından görünür ki, “Ravon R3” markalı ** PH *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 2890 manat hesablanmışdır. Mülki Prosessual Məcəllənin:

88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1268 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Ravon Nexia R3” markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2640 manat müəyyən edilmişdir. - Nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Chevrolet Cobalt” markalı, ** XL *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə baş verən tarixə təxminən 5918 manat müəyyən edilmişdir. - Nəzəri hesablama yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2005-ci il buraxılışlı “Opel Astra” markalı, ** SY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 1155 manat müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Dövlət Sığorta Kommersiya Şirkətində icbari sığorta növündə sığortalanmış “Kia Sorento” markalı ** SP *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən anda Cavabdeh tərəfindən idarə edilmişdir. xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Masazır kəndi “Qurtuluş-93” yaşayış massivi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Kia Sorento” markalı ** SP *** qeydiyyat nişanlı avtomobillə X4 mülkiyyətində olan “Opel Astra” markalı ** SY *** qeydiyyat nişanlı, X8 mülkiyyətində olan “Cehvrolet Cobalt” markalı ** XL *** qeydiyyat nişanlı və X5 mülkiyyətində olan “Ravon Nexia R3” markalı ** PH *** qeydiyyat nişanlı avtomobillər toqquşmuş və nəticədə “Ravon Nexia R3” markalı ** PH *** qeydiyyat nişanlı avtomobilə 2640 manat, “Cehvrolet Cobalt” markalı ** XL *** qeydiyyat nişanlı avtomobilə 5918 manat və “Opel Astra” markalı ** SY *** qeydiyyat nişanlı avtomobilə isə 1155 manat zərər dəymişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh nəqliyyat vasitəsini etibarnamə olmadan sərxoş vəziyyətdə idarə etməsi öz əksini tapmışdır. İddiaçı tərəfindən təqdim olunmuş qüsur aktlarından göründüyü kimi, avtomobillərə dəymiş zərərin ümumi məbləği 10385 manat müəyyən edilmişdir. İddiaçı tam sığorta həcmində 5000 manatt pul məbləğini dəymiş ziyanın ağırlıq dərəcəsnə əsasən üç avtomobil arasında müafiq qaydada bölərək ödəmişdir. Cavabdeh nəqliyyat vasitəsini sürücülük hüququ olmadan, sərxoş vəziyyətdə idarə etdiyindən, qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçı subroqasiya qaydasında pulun cavabdehdən tutulması iddiası ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 334.3-cü maddəsinə əsasən, bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli İXP ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan göründüyü kimi, Cavabdeh etibarnamə olmadan yol hərəkət qaydalarını pozması nəticəsində X4 mülkiyyətində olan “Opel Astra” markalı ** SY *** qeydiyyat nişanlı, X8 mülkiyyətində olan “Cehvrolet Cobalt” markalı ** XL *** qeydiyyat nişanlı və X5 mülkiyyətində olan “Ravon Nexia R3” markalı ** PH *** qeydiyyat nişanlı avtomobillərə maddi ziyanın dəyməsi müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 334.3-cü maddələrinin tələblərinə əsasən, inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb olunmuş və sonuncu barəsində cərimə cəzası tətbiq edilmişdir. İcbari Sığortalar haqqında Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib qeyd edir ki, ekspert rəyinində hər üç avtomobilə birlikdə dəyən ziyan 9735 manat hesablanmışdır ki, bu isə iddiaçı tərəfindən sığortalılara ödməli olan 5000 min manat sığorta haqqını aşır. Ona görə də iddiaçı tərəfindən haqlı olaraq hər üç avtomobilə dəymiş ziyana uyğun olaraq ümumilikdə sığorta ödənişinin ən yüksək məbləği olan 5000 manat müəyyən edilmişdir. Beləliklə cavabdehin sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməsi, iddiaçı tərəfindən vurulmuş ziyana görə ödədiyi 5000 (beş min) manat məbləğin cavabdehdən subroqasiya qaydasında geri tələb hüququ yaranmışdı ki, bu qanunvericilə müəyyən edilmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verib qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillərə dəymiş zərər olaraq ümumilikdə 5000 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə isə 50 manat pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumuna görə 70 (yetmiş) manat olmaqla, cəmi 5070 (beş min yetmiş) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti Cavabdeh alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar