Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-7006/2025 19.01.2026 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cinayət əməli nəticəsində X3 yetirilmiş xəsarətlər nəticəsində onun tərəfindən xərclənmiş 30063,378 ABŞ dolları (ödəniş gününə Azərbayan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun manatla), 3000 Avro (ödəniş gününə Azərbayan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun manatla) və 11739,15 manat pulun və ödənilmiş 297 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsinin qət edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)-2102/2024-cü il tarixli Qərarı ilə müəyyən edilmişdir ki, Cavabdeh 7 iyun 2021-ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanda yerləşən 13 saylı tam orta məktəbin həyətyanı sahəsinin giriş qapısının qarşısında AC 050771 seriyalı sürücülük vəsiqəsi ilə, etibarnamə əsasında idarə etdiyi X5 məxsus «X13 11 CDİ minik» markalı, Az **-RM-*** d.q.n-lı avtomobil ilə hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, buna əməl etməyib hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək, yolu sağdan sola keçən piyada X4 avtomobilinin sağ ön hissəsi ilə vurmaqla sidik kanalının daralması ilə nəticələnmiş, sidik kanalının 4-cü dərəcəli əzilməsi, hər iki oturaq sümüklərinin, sol qamış sümüyünün 1/3-nin qapalı yerdəyişən sınıqları ilə müşayiət olunan və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla (33%-dən çox), daimi (dayanıqlı) itirilməsi ilə əlaqədar olan və ümumilikdə, sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirməklə ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin qərarla Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-195/2023 saylı, 15 noyabr 2023-cü il tarixli hökmü dəyişdirilmiş, cinayət əməli nəticəsində X3 yetirilmiş xəsarətlər nəticəsində onun tərəfindən xərclənmiş 50000 ABŞ dolları (ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsinə uyğun manatla), 12000 manat məbləğində mənəvi ziyan və ödənilmiş 390 manat dövlət rüsumu təqsirləndirilən şəxs və mülki Cavabdeh tutularaq mülki iddiaçı zərərçəkmiş şəxs X1 qanuni nümayədəsi olan ona ödənilməsi qərara alınmışdır. Qeyd edilən qərarda göstərilmişdir: “Zərərçəkmiş şəxs X1 müalicəsi ilə bağlı İddiaçı Tayif oğlu tərəfindən çəkilmiş xərclər 57344,407 + 6251,702 = 63596,702 ABŞ dolları, 3000 Avro, 8184,84 AZN təşkil etmişdir. Məhkəmə kollegiyası xatırladır ki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi mülki idia tələbi maddi zərərin ödənilməsi hissəsində 50000 ABŞ dollarının tutulmasından ibarət olduğundan məhkəmə kollegiyası hesab edir ki, maddi zərərlə bağlı tələb tam həcmdə təmin edilməli və 50000 ABŞ dolları məbləğində mülki cavabdehdən tutulmalıdır”. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli, 1(103)- 2102/2024-cü il tarixli qərarı Azərbaycan Respublikası Ali Məhkəmənin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli, 1(102)-1740/2025 saylı qərarı ilə dəyişdirilmədən saxlanmışdır. Bununla da məhkəmə qərarı ilə sübuta yetirilmişdir ki, onun tərəfindən çəkilmiş xərclər 57344,407 + 6251,702 = 63596,702 ABŞ dolları, 3000 Avro, 8184,84 AZN təşkil etsə də məhkəmə yalnız iddia tələbi həcmində qərar qəbul etmişdir. Çəkilmiş xərcin qalan hissəsi olan 16596,702 ABŞ dolları, 3000 avro və 8184,84 AZN pula dair qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcud deyil və qanunun tələbinə görə iddiaçı həmin məbləği müstəqil qaydada cavabdehdən tələb edə bilər. Bundan əlavə “X6” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən (e-Arşiv FATURA) görünür ki, Tahir Oruczadənin müalicə xərci 253506 Türk lirəsi olmuşdur. X2 Bankasının xx.xx.2024-cü il tarixli məzənnəsinə əsasən 1 ABŞ dollarının satışı 33,8870 TRY olmuşdur. Yəni həmin tarixdə 253506 türk lirəsi 7480,921 ABŞ dolları etmişdir. Bundan əlavə “X14” xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3 ədəd qəbzdən (e-Arşiv FATURA) görünür ki, Tahir Oruczadənin müalicə xərcləri ümumilikdə 6236,37 Türk lirəsi olmuşdur. X2 Bankasının xx.xx.2024-cü il tarixli məzənnəsinə əsasən 1 ABŞ dollarının satışı 33,8870 TRY olmuşdur. Yəni həmin tarixdə 6236,37 türk lirəsi 184,031 ABŞ dolları etmişdir. Bundan əlavə onun tərəfindən təqdim edilmiş dərmanların alışına dair sənəddən görünür ki, tərəfindən xx.xx.2024-cü il tarixdə 4648,15 türk lirəsi xərclənmişdir. X2 Bankasının xx.xx.2024-cü il tarixli məzənnəsinə əsasən 1 ABŞ dollarının satışı 31,7768 TRY olmuşdur. Yəni həmin tarixdə 4648,15 türk lirəsi 146,274 ABŞ dolları etmişdir. Bundan əlavə “X9 Tibbi Hizmetler LTD ŞTİ” tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən (Proforma FATURA) görünür ki, X7 xərcləri 5000 ABŞ dolları etmişdir. Bundan əlavə Ramada Otel tərəfindən onun adına verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən (e-Arşiv FATURA) görünür ki, otel xərci 21000 türk lirəsi olmuşdur. X2 Bankasının xx.xx.2024-cü il tarixli məzənnəsinə əsasən 1 ABŞ dollarının satışı 320390 TRY olmuşdur. Yəni həmin tarixdə 21000 türk lirəsi 655,45 ABŞ dolları etmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixli uçuşa görə (İstanbul-Bakı) İradə Orucova, onun adına olan biletlər hər biri ayrı-ayrılıqda 367,40 manat, Tahir Oruczadə adına olan bilet isə 320,80 manat təşkil etmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixli uçuşa görə (Bakı-İstanbul) İradə Orucova, onun adına olan biletlər hər biri ayrı-ayrılıqda 368,26 manat, Tahir Oruczadə adına olan bilet isə 294,10 manat təşkil etmişdir. Bundan əlavə xx.xx.2024-cü il tarixli uçuşa görə (İstanbul- Bakı) İradə Orucova, onun adına olan biletlər hər biri ayrı-ayrılıqda 579,30 manat, Tahir Oruczadə adına olan bilet isə 309,49 manat təşkil etmişdir. Nəticədə Cavabdeh Barıs oğlunun törətdiyi delikt nəticəsində Tahir Oruczadənin səhhətinə vurulmuş zərərlə bağlı onun tərəfindən çəkilmiş xərclər aşağıdakı kimidir: 30063,378 ABŞ dolları, 3000 Avro və 11739,15 manat. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında hazırkı mülki işin baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməsinə etiraz etmədi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq edərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı Cavabdeh kimi göstərib iddia ərizəsini Abşeron Rayon Məhkəməsinə versə də iş materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş AB0271461 nömrəli şəxsiyyət vəsiqəsinə dair məlumat vərəqəsindən görünür ki, Cavabdeh Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 70, mənzil 4 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Belə olan təqdirdə Azərbaycan Respublikası MPM-in 35.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi üzrə mülki iş baxılması üçün aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin məcəllənin 44.2.2-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.1-ci maddəsinin tələbinə görə ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələbinə görə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 35, 40, 44, 45, 263, 264, 268ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan alındığı (verildiyi) andan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-7006/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-7006/2025
19.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver