Məhkəmə qərarları › İş №e-2(012)-728/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-728/2025

23.05.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-728/2025 23.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdeh10, Cavabdeh5 və onun, həmçinin digər Cavabdeh7 vəkili-nümayəndəsi Nümayəndə2, Cavabdeh8 nümayəndəsi Nümayəndə5 və onun vəkili-nümayəndəsi Nümayəndə4, Cavabdeh9 vəkili-nümayəndəsi Nümayəndə7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, Bakı şəhəri 5 saylı Notariat Ofisinə, Abşeron rayon 2 saylı Notariat Ofisinə, Bakı şəhəri 32 saylı Notariat Ofisinə, Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı əqdlərin etibarsız hesab olunması və reyestrdən çıxarışların ləğv edilməsi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Bakı şəhəri 5 saylı Notariat Ofisinə, Abşeron rayon 2 saylı Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı əqdlərin etibarsız hesab olunması və reyestrdən çıxarışların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 2 saylı evin 16 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 8, M5, mənzil 1) dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-255 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 201 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-664 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 203 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-592 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 304 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-591 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi, 315 saylı evin 77 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-663 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh5 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, qeyd olunan daşınmaz əmlakların başqa şəxslərin qeyri-qanuni sahibliklərindən alınaraq onun sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun mülkiyyətində Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 2 saylı evin 16 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 8, M5, mənzil 1), Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 201 nömrəli mənzili, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 203 nömrəli mənzili, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 304 nömrəli mənzili və Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi, 315 saylı evin 77 nömrəli mənzili vardır. O, Almaniya Federativ Respublikasında yaşayır. Qardaşı oğlu Cavabdeh7 inandığı və etibar etdiyi üçün xx.xx.2023-cü il tarixdə etibarnamə vermişdi ki, Azərbaycanda adına olan daşınar və daşınmaz əmlakları idarə edə bilsin, yəni onları icarəyə verib əldə olunacaq pulla kommunal haqqları ödəsin və qalan pulları da özü və ailəsinə, rayonda yaşayan xəstə və yaşlı anasına və qardaşlarına sərf etsin. Onsuz da, o, qardaşı Noğabil Bağırovun uşaqlarına, yəni Orxan, Sürac və Cavabdeh6lara mütəmadi olaraq pul göndərirdi. Uzun illər qəriblik həyatı yaşayan biri kimi vətəninə və doğmalarına bağlıdır. Cavabdeh7 dəfələrlə yaşadığı Almaniya Respublikasına dəvət etmiş, qonaq saxlamış, Azərbaycanda onu evləndirmiş, anadan olan uşaqlarının oxumaları və gələcəkdə cəmiyyətdə normal mütəxəsis kimi formalaşmaları üçün daima maddi və mənəvi kömək etmişdir. Qazancının yarısından çoxunu onlara və digər qohum-əqrabalarıma sərf etmişdir. Lakin oktyabr ayının əvvəllərində doğmalarımın xəyanəti ilə üzləşmişdir. Tanışlarından biri on zəng edərək bildirmişdir ki, Orxan ona verdiyi etibarnamə ilə əmlakları satışa çıxarmış, hətta bir neçəsini satmışdır. Dərhal Bakı şəhərinə gəlmiş və Orxana verdiyi etibarnaməni ləğv etdirmişdir. Yaşadığım evə gedib baxış keçirərkən, evdə saxladığı 130000 Avronun və bahalı, təxminən 3500 Avroya aldığı və evdə saxladığı qızıl üzüyünün oğurlandığının şahidi olmuşdur (qeyd olunan cinayət faktı ilə bağlı Abşeron Pİ İŞ-də cinayət işinin istintaqı aparılır). Bakı şəhərinə gələndən sonra qardaşı oğlanları Orxan, Sürac və Cavabdeh6lara, onların ataları Noğabilə dəfələrlə zəng etsə də, onlar zənglərə cavab verməmişlər. Artıq anlamışdır ki, onlar etibardan sui-istifadə edərək əmlaklar barəsində ona məlumat vermədən sərəncam vermişlər. Belə ki, 2024-cü ilin may-iyun-iyul aylarında Cavabdeh7 bağışlanma müqaviləsi bağlamaqla mülkiyyətimdə olan uxarıda qeyd olunan 5 daşınmaz əmlakı qardaşı Cavabdeh5 hədiyyə etmişdir. Bütün bunlarla bağlı isə ona heç bir məlumat verilməmişdir. Qeyd olunan müqavilələr bağlanarkən onun iradəsi ifadə olunmamışdır. Keçmiş SSRİ dövründə həqiqi hərbi xidmətini Almaniyada çəkmiş və geri qayıtmayaraq orada hərbçi olaraq işləmişdir. Bu müddətdə Alman vətəndaşı olan bir xanımla ailə qurmuşdur. İndiyə kimi bir yerdə yaşayırlar və onların bu nikahdan üç övlad olmuşdur. Uşaqlar yetkinlik yaşına çatmışlar və özlərini Alman kimi hiss edirlər. Onların Azərbaycana gəlib yaşamaları sual altındadır və demək olar ki, belə bir fikirləri yoxdur. Ailəsini sevdiyi üçün onların yanlarında qalmaq məcburiyyətindədir. Bu məcburiyyət üzündən Azərbaycana çox az halda gəlib gedir. Yaşa dolduqca vətən və doğmaların həsrəti onu çox çəkir. Anası, qardaş-bacıları, onların övladları üçün çox darıxır. Almaniyada qazanc olaraq əldə etdiyi vəsaitlə yuxarıda qeyd olunan əmlakları almışdır. Hər bir halda isə nə vaxtsa vətənə gəlib burada qalmaq niyyətində olmuşdur. Yaşadığı ölkədə doğma kimsəsi yoxdur. Həyatda ən yaxın insan qardaş-bacılarını, onların övladlarını görmüşdür. Buna görə də orada yaşadığı gündən qardaş və bacılarım üçün hər bir şey etmişdir. Xüsusən də qardaşı Noğabil üçün Lənkəran şəhərində həyət alaraq müasir ev tikmiş, onun övladı olan Orxanı dəfələrlə yaşadığı ölkəyə aparmışdır. Onu evləndirmiş və hətta mülkiyyətində olan və hazırda mübahisələndirdiyi Xırdalan şəhəri, H.Əliyev pr., ev 263, mənzil 201-i ona ailəsi ilə birlikdə yaşaması üçün vermişdir. Hətta arvadı darıxmasın, uşaqların təhsilinə və tərbiyəsinə daha çox vaxt sərf etsin deyə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr ev 263 mənzil 203-ü müvəqqəti yaşaması üçün onun qayınanasına vermişdir. Qeyd olunan mənzillər biri-birinə qonşudurlar. Yaşadığı Almaniya dövlətində insanlar məhz bu şəkildə biri-birilərinə yardım edirlər ki, inkişaf etsinlər. O da eyni prizmadan yanaşaraq qohumlarına bu rəftarı göstərmişdir. Lakin çox təəssüf ki, adlarını çəkdiyi qohumları ona xəyanət etməklə, illər uzunu əziyyətlə qazandığı əmlakları 20 günün içində dələduzluq yolu ilə mənimsəmişlər. Bu hadisələrə qədər o, demək olar ki, hər gün qardaşı və uşaqları ilə telefon əlaqəsi saxlamış, onlarla maraqlanmışdır. Hər üçü üçün, o cümlədən ataları üçün daima Almaniyadan avtomobillər göndərmişdir. Qardaşı uşaqlarının hər üçünü evləndirmişdir. Lakin buna baxmayaraq, elə ən böyük xəyanəti inandığı, etibar etdiyi cavabdeh olan qardaşı uşaqları etmişlər. "xxxx" ASC-dəki hesabında saxladığı 3138 manat pulun götürülüb-götürülməməsi ilə maraqlandıqda məlum olmuşdur ki, qardaşı oğlu Cavabdeh6 ona heç bir etibarnamə vermədiyi halda Rusiya Federasiyasında saxta etibarnamə düzəltmiş, onun adından yenidən qardaşı Orxana etibarnamə vermiş və Orxan da bank hesabında olan pulu götürmüşdür (Hüquq mühafizə orqanlarına etdiyi şikayət əsasında həmin pul məbləği Cavabdeh6 tərəfindən xx.xx.2024-cü il tarixdə onun bank kartına qaytarıldı). O, Alman dövlətində rəsmi olaraq evlidir. Əmlaklar üzərində sərəncam verilərkən notariuslar bunu araşdırmamışlar. Arvadı bu halları eşidəndən sonra onunla münasibəti soyumuşdur və aralarında narazılıq yaranmışdır. O və uşaqları elə başa düşürlər ki, guya o, qardaşı uşaqları ilə bunları qəsdən etmişdir ki, onları əmlak hüquqlarından məhrum etsinlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə gedişatında iddiaçı MPM-nin 53-cü maddəsinə istinadən, cavabdehlər Cavabdeh7, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Bakı şəhəri 53 saylı Notariat Ofisinə, Bakı şəhəri 32 saylı Notariat Ofisinə, Bakı şəhəri 5 saylı Notariat Ofisinə, Abşeron rayon 2 saylı Notariat Ofisinə, Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı əqdlərin etibarsız hesab olunması və reyestrdən çıxarışların ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, İddiaçı tərəfindən Cavabdeh7 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 2 saylı evin 16 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 8, M5, mənzil 1) dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 4Ə- 255 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 201 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-664 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 203 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-592 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 304 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-591 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi, 315 saylı evin 77 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-663 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin müvafiq olaraq 1 saylı Bakı və 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh5 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, ev 2, 16 saylı mənzilə dair (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) Cavabdeh5 ilə Cavabdeh9 arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq olunmuş 4Ə-1075 reyster nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh9 adına verilmiş çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi ev 315, 77 nömrəli mənzilə dair Cavabdeh5 ilə Cavabdeh10 Mansur oğlu arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə-2077 reyester nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu alqı-satqı müqaviləsi əsasında Cavabdeh10 Mansur oğlunun adına verilmiş xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., ev 263, 203 nömrəli mənzilə dair Cavabdeh5 ilə Cavabdeh8 arasında bağlanmış və Bakı şəhər 32 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-tarixli, 4Ə-1768 reyester nömrəli alqı-satqı müqaviləsin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh8 adına verilmiş xx.xx.2024-cü il tarixli çıxarışın etibarsız hesab edilməsi və qeyd olunan daşınmaz əmlakların başqa şəxslərin qeyri-qanuni sahibliklərindən alınaraq onun sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı yenə də MPM-nin 53-cü maddəsinə istinad etmiş və Cavabdeh8 adına verilmiş çıxarışın ləğv olunması hissəsində iddia tələbinin həcmini azaltmışdır. İştirak etdikləri məhkəmə iclasında İddiaçı, habelə onun vəkili-nümayəndələri Nümayəndə1 və Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh10, Cavabdeh8 nümayəndəsi Nümayəndə5, onun vəkili-nümayəndəsi Nümayəndə4 və Cavabdeh9 vəkili-nümayəndəsi Nümayəndə7, həmçinin iştirak etdiyi məhkəmə iclasında Cavabdeh8 vəkili-nümayəndəsi Vəkil hər bir cavabdehə dair hissədə iddianın rədd edilməsini xahiş etdilər. Cavabdeh7 və Cavabdeh5 vəkili-nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddianın tamamilə təmin edilməməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi Nümayəndə8 iddianı təmsil etdiyi quruma dair hissədə qəbul etmədi və həmin hissələrdə iddianın rədd olunmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh6, Bakı şəhəri 53 saylı Notariat Ofisi, Bakı şəhəri 5 saylı Notariat Ofisi, Abşeron rayon 2 saylı Notariat Ofisi, Bakı şəhəri 32 saylı Notariat Ofisi, Bakı şəhəri 14 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmişlər. Məhkəmə mülki işə həmin cavabdehlərin (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X15 göstərdi ki, Xırdalan şəhərində yerləşən 203 saylı mübahisəli mənzildə yaşayır. O, Xalidənin qohumudur. Mənzil əslində onun ailəsi üçün alınmışdır. Mənzil onlara ümumilikdə 79000 manata başa gəlib. Bu mənzili Xəyal adlı makler vasitəsilə tapmışlar. Mənzilin satıcısı Sürac adlı şəxs idi. Mənzil əşyaları ilə birlikdə onlara satılmışdır. X4, X22 və X23 göstərdilər ki, mənzillərin satışı ilə məşğul olurlar və dəllaldırlar. Xırdalan şəhərində yerləşən 203 saylı mübahisəli mənzilin satışı zamanı satıcı kimi Süracı, alıcı kimi isə Xalidənin qohumu Turalı tanımışlar. Bundan öncə onlarla heç bir tanışlıqları olmayıb. Mənzil əşyaları ilə bilrlikdə 79000 manata satılmışdır. Onun real bazar qiyməti elə bu məbləğdədir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X28 və X24 göstərdilər ki, onlar da dəllaldırlar. Cavabdeh9 mənzilin satışında iştirak etmişlər. Yasamalda yerləşən mənzilin satıcısı Sürac idi. Mənzili 178000 manata təklif edilmiş, lakin 170000 manata Aygün xanıma satılmışdır. Onun hazırki bazar qiyməti maksimum 200000 manat ola bilər. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X9 göstərdi ki, ev ustasıdır. O, Lənkəranda Orxanın əmisi üçün evi inşa etmişdir. Ona sifarişi Orxan etmişdir. Deyirdi ki, əmisi üçün ev tikdirir. Orxanın Lənkəranda öz evi də var. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X12 göstərdi ki, tərəflərin uzaq qohumlarındandır. O, Lənkəranda Orxanın əmisi üçün ev inşa edilərkən orada fəhləlik etmişdr. Orxanın Lənkəranda 3 mərtəbəli evi də var. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X23 göstərdi ki, o, Süraca maşın almaq üçün pul vermişdir. Lakin o, istənilən maşınları gətirmədi. Pulu isə hissə-hissə qaytardı. Rövşəni bir dəfə məhkəmədə görmüşdür. O, Süracı tanıyır, Orxanı deyil. Sürac dedi ki, Orxanın vasitəsi ilə maşın gətirəcək. Ona olan borcunu artıq qaytarıb. 130 min pul vermişdi, bunun müqabilində 2 spirinter, 1 mercedes gətirməliydi. O, əmisi ilə onun yanında maşın barədə danışıb. Bu məsələ 2023-cü ilin ortalarında olub. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X25, X16 və X19 göstərdilər ki, onlar da ev ustasıdır. X20 əmisi üçün evi inşa etmişlər. Onlara sifarişi Orxan etmişdir. O deyirdi ki, əmisi üçün ev tikdirir. Orxan əmisi Rövşənlə şərikli maşın ticarəti ilə məşğul olurdu. Rövşəni orada iki dəfə görmüşlər. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Abbasov küçəsi, 315 saylı binanın 77 saylı mənzili İddiaçı adına qeydə alınmışdır. Mənzilə dair onun adına xx.xx.2024-cü il tarixdə texnii pasport tərtib olunmuşdur. İşdə olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 2 saylı evin 16 saylı mənzilinə dair (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 201 nömrəli mənzili İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 304 nömrəli mənzili İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 203 nömrəli mənzili X6 adına qeydə alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, X3 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 203 nömrəli mənzili 88000 manata İddiaçı satmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, hədiyyə qəbul etmək, kirayə vermək, bu əqdlər üzrə haqqhesab aparmağı, vərəsəlik işlərini aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, miras payı bağışlamağı, Sığorta şirkətlərində, notariat ofisində, Asan Xidmətdə yerləşən bütün orqanlarda, Vergi orqanlarında, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidmətində, Fövqəladə Hallar Nazirliyində, Polis orqanlarında, Gömrük idarələrində, Mənzil istismar Sahələrində, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsində, Bələdiyyə və İcra orqanlarında, Asan Xidmət mərkəzində yerləşən bütün orqanlarda, Mobil operator şirkətlərində, Azərbaycan Qida Təhlükəsizliyi Agengtliyində, Kommunal idarələrdə, "xxxx" ASC-də, "xxxx" ASC-də, “Azərsu" ASC-də, Dövlət Miqrasiya Xidmətində, Qeydiyyat şöbələrində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, alqı-satqı zamanı istənilən bank əməliyyatını yerinə yetirmək, eləcə də sənədləri, arayışları, çıxarışı, texniki pasportu, bölgü planını almağı, vergi hesabatlarını verməyi, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından istənilən məzmunlu ərizə verməyi, imzalamağı, işləri ağarmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi 30 il müddətinə Cavabdeh7 etibar etmişdir. İşdə olan İddiaçı müvafiq notariat orqanına yazdığı ərizədən görünür ki, o, Cavabdeh7 verdiyi xx.xx.2023-cü il tarixli etibarnamənin ləğv edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı (etibarnamə əsasında nümayəndəsi Cavabdeh7) Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 2 saylı evin 16 saylı mənzilini (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) Cavabdeh5 bağışlamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı (etibarnamə əsasında nümayəndəsi Cavabdeh7) Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Abbasov küçəsi, 315 saylı binanın 77 saylı mənzili Cavabdeh5 bağışlamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı (etibarnamə əsasında nümayəndəsi Cavabdeh7) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 201 nömrəli mənzili Cavabdeh5 bağışlamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı (etibarnamə əsasında nümayəndəsi Cavabdeh7) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 304 nömrəli mənzili Cavabdeh5 bağışlamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, İddiaçı (etibarnamə əsasında nümayəndəsi Cavabdeh7) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 203 nömrəli mənzili Cavabdeh5 bağışlamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 2 saylı evin 16 saylı mənzilinə dair (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) Cavabdeh5 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 203 nömrəli mənzili Cavabdeh5 adına qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Abbasov küçəsi, 315 saylı binanın 77 saylı mənzili Cavabdeh5 adına qeydə alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı alqı-satıq müqaviləsinin surətindən görünür ki, Bağırov X14 rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 203 nömrəli mənzili 74000 manata Cavabdeh8 satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 203 nömrəli mənzili Cavabdeh8 adına qeydə alınmışdır. Onun adına xx.xx.2024cü il tarixdə mənzilin texniki pasportu tərtib olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı alqı-satıq müqaviləsinin surətindən görünür ki, Cavabdeh5 Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 2 saylı evin 16 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) 165000 manata X2. İşdə olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 2 saylı evin 16 saylı mənzilinə dair (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) X10 adına qeydə alınmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı alqı-satıq müqaviləsinin surətindən görünür ki, Bağırov X14 rayonu, Saray qəsəbəsi, Ş.Abbasov küçəsi, 315 saylı binanın 77 saylı mənzili 71000 manata Cavabdeh10 satmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Ş.Abbasov küçəsi, 315 saylı binanın 77 saylı mənzili Cavabdeh10 adına qeydə alınmışdır. Onun adına xx.xx.2024-cü il tarixdə mənzilin texniki pasportu tərtib olunmuşdur. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 4 saylı Abşeron Ərazi İdarəsinin məktubundan görünür ki, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Qanunun 16.1 -ci maddəsinə əsasən **********34- 05301-093037 reyetr nömrəli çıxarış ləğv edilmişdir Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X11 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 144.3-cü maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam verilməsinə dair notariat qaydasında təsdiq edilmiş müqavilənin informasiya sistemləri vasitəsilə real vaxt rejimində X8 Sistemi üzərindən ötürülmüş elektron nüsxəsi əsasında müvafiq hüquqlar daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Belə müqavilə ondan irəli gələn mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur. 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 337.3-cü maddəsinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1-ci maddəsinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 646.1-ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 647-ci maddəsinə görə alğı-satqı müqaviləsinin notariat qaydasında təsdiqlənməsi və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması xərclərini alıcı çəkir. 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Mülki Prosessual Məcəllənin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. İşdən göründüyü kimi, mübahisə predmetini təşkil edən 5 mənzil İddiaçı mülkiyyətində olmuşdur. O, bütün əmlakına dair sərəncam verilmə və s. hüquqlarını xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən qardaşı oğlu Cavabdeh7 30 il müddətinə etibar etmiş, sonradan isə bu etibarnaməni ləğv etdirmişdir. Cavabdeh7 əmisini təmsil edərək bütün 5 daşınmaz əmlakı qardaşı Cavabdeh5 bağışlamışdır. O isə hər bir əmlaka dair öz adına çıxarış almış, bu əmlaklardan üçünü (Bakı, Saray və Xırdalandakı) satmışdır. Hazırda İddiaçı məhkəmədə iddia qaldıraraq, onun tərəfindən Cavabdeh7 verilmiş xx.xx.2023-cü il tarixli etibarnamənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 2 saylı evin 16 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 8, M5, mənzil 1) dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-255 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 201 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-664 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 203 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-592 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 304 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-591 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin, Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi, 315 saylı evin 77 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-663 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin müvafiq olaraq 1 saylı Bakı və 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh5 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, ev 2, 16 saylı mənzilə dair (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) Cavabdeh5 ilə Cavabdeh9 arasında bağlanmış və Bakı şəhəri 14 saylı notariat ofisində təsdiq olunmuş 4Ə-1075 reyster nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu müqavilə əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən Cavabdeh9 adına verilmiş çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi ev 315, 77 nömrəli mənzilə dair Cavabdeh5 ilə Cavabdeh10 Mansur oğlu arasında bağlanmış və Bakı şəhəri 53 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 4Ə-2077 reyester nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, bu alqı-satqı müqaviləsi əsasında Cavabdeh10 Mansur oğlunun adına verilmiş xx.xx.2024-cü il tarixli çıxarışın ləğv edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., ev 263, 203 nömrəli mənzilə dair Cavabdeh5 ilə Cavabdeh8 arasında bağlanmış və Bakı şəhər 32 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2024-tarixli, 4Ə-1768 reyester nömrəli alqı-satqı müqaviləsin etibarsız hesab edilməsi və qeyd olunan daşınmaz əmlakların başqa şəxslərin qeyri-qanuni sahibliklərindən alınaraq onun sahibliyinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarından görünür ki, R.Cavabdeh7Bağırova etibarnamə verərkən öz iradə ifadəsini göstərmiş, bu etibarnamə notarial qaydada təsdiq edilmişdir. onun etibarnamə verərkən niyyətinin mübahisəli əmlakların qardaşı oğlu Orxan tərəfindən idarə edilməsi olması barədə dəlili işin faktiki halları ilə öz təsdiqini tapsa da, bu niyyətin mövcudluğu etibarnamənin legitim olması mənasına gəlir. Qüvvədə olna qanunverciliyə görə İddiaçı sadəcə əmlakının idarə edilməsi ilə Cavabdeh7 etibarnamə verə bilərdi, lakin işdən görünür ki, onun verdiyi səlahiyyətlərin dairəsi genişdir. Bu əsasla məhkəmə etibarnamənin etibarsız hesab edilməsi barədə iddianı əsassız hesab edir. Bununla belə, cavabdehlər Cavabdeh7 və Cavabdeh5 əmlaklarla bağlı sonrakı rəftarları onu deməyə əsas verir ki, hər iki şəxs iddiaçıya məxsus 3 mənzili özgəninkiləşdirməklə buna niyyəti olmayan İddiaçı maddi zərər vurmuşlar. İşdən görünür ki, cavabdehlər Cavabdeh7 və Cavabdeh5 iddiaçının qardaşı uşaqlarıdır. O, Cavabdeh7 əmlaklara dair hüquqlarla bağlı etibarnamə vermiş, Cavabdeh7 bu etibarnamədən istifadə etməklə mübahisəli 5 mənzili qardaşı Cavabdeh5 bağışlamışdır. Məhkəmə qeyd edir ki, İddiaçı mənzilləri bağışlamaq niyyəti olsaydı, bunu birbaşa Cavabdeh5 bağışlama barədə əqdlərlə həyata keçirə bilərdi, iş materiallarında bu əməliyyatların iddiaçı tərəfindən birlavasitə həyata keçirilməsinə hər hansı faktiki və ya hüquqi maneələrin olması mövcud deyil. İşin bu halları onu deməyə əsas verir ki, bağışlama müqavilələri bağlanarkən əmlakların mükiyyətçisi olan İddiaçı belə niyyəti olmadığından həmin əqdlər legitim hesab oluna bilməz. Məhkəmə iclasında adları qeyd olunan cavabdehlər bu cür bağışlamanı hansı əsaslarla icra etmələrini izah edə bilmədilər. Belə olan halda, məhkəmə hesab edir ki, mübahisəli 5 əmlakın bağışlanmasına dair İddiaçı (etibarnamə əsasında nümayəndəsi Cavabdeh7) ilə Cavabdeh5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli bağışlama müqavilələri etibarsız hesab edilməlidir. İşdən görünür ki, onlar Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla əqd bağlamışlar ki, bu da etibarsız hesab edilmə üçün əsasdır. Bağışlama müqavilələri etibarsız əqd olduğundan ondan sonra Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 201 nömrəli və 304 nömrəli mənzillərə dair Cavabdeh5 adına tərtib edilmiş reyestrlərdən çıxarışlar ləğv olunmalı, həmin mənzillər iddiaçıya qaytarılmalıdır. Bununla belə, işdən görünür ki, Cavabdeh5 yuxarıda qeyd edilən bağışlama müqavilələirndən 6 gün sonra Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, ev 2, 16 saylı mənzili (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu Ağa Bakıxanov küçəsi, 8, M5, mənzil 1) Cavabdeh9 165000 manata, 52 gün sonra Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi ev 315, 77 nömrəli mənzili Cavabdeh10 Mansur oğluna 71000 manata, təqribən 5 ay sonra isə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr., ev 263, 203 nömrəli mənzili Cavabdeh8 74000 manata satmışdır. İddiaçı bu əqdləri də hazırda mübahisələndirir. Bu zaman iddiaçı ona istinad edir ki, mənzillər qanunsuz yolla dəyərlərindən xeyli ucuz satılmışdır. Məhkəmə qeyd edir ki, Cavabdeh9, Cavabdeh10 Mansur oğlunun və Cavabdeh8 mübahisəli əmlakları əldə edərkən onların vicdanlı əldə edən hesab edilməməsi üçün iş materiallarında hər hansı mötəbər sübut yoxdur. İşdən görünür ki, hər üç alıcı bütün sənədləri qanunla müəyyən edilmiş qaydada tərtib edilmiş əmlaklara görə müvafiq olaraq 165000, 71000 və 74000 manat pulu Cavabdeh5 ödəmiş, alıcı kimi qanunla nəzərdə tutulmuş bütün funksiyaları vicdanla yerinə yetirmişlər və son nəticədə bu əqdlər bağlanılaraq notarial qaydada təsdiq edilmişdir. İddiaçı tərəf onların digər cavabdehlərlə əqd bağlamadan öncə hər hansı əlaqələrinin, pis niyyətlərinin, gizli sövdələşmələrinin olmasını təsdiq edən və əmlakı vicdanlı əldə edən hesab edilməsini istisna edən hallar barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olubolmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir. Həmçinin qeyd olunmalıdır ki, əqdin yalan olub-olmaması məsələsi araşdırılarkən yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına dəlalət edə bilər. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin simulyasiyası (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir. Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir. Mülki Məcəllənin 152-ci maddəsinə görə, əmlak üzərində sərəncam vermək hüququ müstəsna hüquq kimi yalnız mülkiyyətçiyə aiddir, yəni əmlakın hüquqi taleyini yalnız mülkiyyətçi həll edir. O, bu hüququnu şəxsən özü və yaxud səlahiyyətli nümayəndəsi vasitəsi ilə həyata keçirə bilər. Lakin məhkəmə təcrübəsində əmlakın səlahiyyəti olmayan şəxs tərəfindən özgəninkiləşdirilməsi hallarına da təsadüf olunur. Qanunsuz özgəninkiləşdirilmiş əmlak mülkiyyətçi tərəfindən geri tələb edildikdə əmlakı əldə edənin vicdanlı əldə edən olub-olmaması məsələsi meydana çıxır və bundan asılı olaraq əldə edilmiş əmlakın mülkiyyətçiyə qaytarılıb-qaytarılmaması məsələsi işin halları nəzərə alınmaqla həll olunur. İstənilən əmlaka münasibətdə vicdanlı əldə etmə üçün ümumi şərtlər, habelə əmlakın daşınmaz və yaxud daşınar olmasından asılı olaraq xüsusi şərtlər fəqləndirilir. Vicdanlı əldə etmə üçün ümumi şərtlərə - əmlakın müqavilə üzrə əldə olunması və əldə etmənin əvəzli xarakter daşıması aiddir. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub-olmamasına dair müvafiq arayış alınıb və sair. Bütün bunlara baxmayaraq o, özgəninkiləşdirənin səlahiyyətsiz şəxs olduğunu müəyyən etməyib. Əgər əldə edilən əmlak barədə üçüncü şəxslərin iddiası olmuşsa və bu hal əmlakı əldə edənə məlum idisə, vicdanlı əldə edən istisna olunur. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olması, əmlakın ondan geri alınmasını məhdudlaşdırır və belə olan halda əmlakın mülkiyyətçisinin ona zərər vuran şəxslərə qarşı zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ əmələ gəlmiş olur. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə əsasən mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (Konstitusiya Məhkəməsi X1 şikayəti ilə əlaqədar Ali Məhkəmənin MİÜMK-ın 16 iyun 2006-cı il tarixli qərarının Konstitusiya və qanunlara uyğunluğunun yoxlanılmasına dair 08 may 2008-ci il tarixli qərarı). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur (S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərar). Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyriqanuni itirilməsi riski mövcud olardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyri-müəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (Konstitusiya Məhkəməsi Plenumunun “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 6 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 sentyabr 2014-cü il tarixli Qərarı). İş materiallarından görünür ki, Cavabdeh9, Cavabdeh10 Mansur oğlu və Cavabdeh8 mübahisəli mənzilləri alarkən bu əmlakların statusu ilə bağlı müvafiq notariat orqanları tərəfindən araşdırılma aparılmış və əmlakların üçüncü şəxslərin iddiasından kənar olduğu müəyyən edilmişdir. Cavabdeh9, Cavabdeh10 Mansur oğlu və Cavabdeh8 əmlakları onlara satan Cavabdeh5 səlahiyyətsiz şəxs olub-olmadığını müəyyənləşdirməyə isə heç bir fiziki və ya texniki imkanları olmamışdır. Əmlakın hər hansı qiymətə alınması və ya satılması isə əqdin legitimsizliyinə əsas hesab edilə bilməz, çünki qüvvədə olan qanunvericiliyə görə əmlakın mülkiyyətçisi onu istədiyi qiymətə sata, alıcı isə həmin qiymətlə razılaşıb onu ala bilər. Başqa sözlə, məhkəmə hesab edir ki, mübahisəli daşınmaz əmlakların alqı-satqısı barədə müqavilələr üzrə Cavabdeh9, Cavabdeh10 Mansur oğlu və Cavabdeh8 vicdanlı əldə edən statusundadırlar, çünki əqdin legitimsizliyi barədə onların heç birində şübhə olmamışdır. Beləliklə, məhkəmə iş materiallarına və işin faktiki hallarına əsaslanaraq belə hesab edir ki, Cavabdeh9, Cavabdeh10 Mansur oğlu və Cavabdeh8 vicdanlı əldə edən şəxslər olduğundan onlarla Cavabdeh5 arasında arasında bağlanmış xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli müqavilələr etibarsız hesab oluna bilməz. Bu əqdlər qanuni hesab olunduğundan onların əsasında mübahisəli əmlaklara dair Cavabdeh9, Cavabdeh10 Mansur oğlu və Cavabdeh8 adlarına tərtib olunmuş reyetsrdən çıxarışların məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası ortaya çıxır ki, belə olan halda, həmin hüquq müəyyənedici sənədlərin ləğv olunmasından söhbət gedə bilməz. Habelə məhkəmə iddiaçıya izah edir ki, onun bağışlama müqavilələri nəticəsində ona dəymiş zərərin əvəzinin ödənilməsi barədə gələcəkdə məhkəmədə Cavabdeh7 ilə Cavabdeh5 qarşı iddia qaldırmaq hüququ vardır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə sübutları qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 2 saylı evin 16 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 8, M5, mənzil 1) dair xx.xx.2024-cü il tarixdə iddiaçının etibarnamə əsasında nümayəndəsi Cavabdeh7 ilə Cavabdeh5 arasında bağlanmış və Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-255 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 201 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-664 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 203 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-592 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 304 nömrəli mənzilinə dair xx.xx.2024cü il tarixdə bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-591 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi, Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi, 315 saylı evin 77 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-663 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilməli, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 201 nömrəli və 304 nömrəli mənzilləri İddiaçı qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Bakıxanov küçəsi, 2 saylı evin 16 saylı mənzilinə (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, Abbasqulu ağa Bakıxanov küçəsi, ev 8, M5, mənzil 1) dair xx.xx.2024-cü il tarixdə bağlanmış və Bakı şəhəri 5 saylı notariat ofisində təsdiq edilmiş 4Ə-255 nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 201 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-664 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 203 nömrəli mənzilinə dair xx.xx.2024cü il tarixdə bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-592 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 304 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-591 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi, Abşeron rayonu, Saray qəsəbəsi, Şəmşir Abbasov küçəsi, 315 saylı evin 77 nömrəli mənzilinə dair xx.xx.2024-cü il tarixdə bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində 4Ə-663 nömrə ilə təsdiq edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilsin. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 263 saylı evin 201 nömrəli və 304 nömrəli mənzilləri İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 100 manat pul Cavabdeh7 ilə Cavabdeh5 müştərək qaydada tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar