Məhkəmə qərarları › İş №e-2(012)-903/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-903/2025

10.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-903/2025 10.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İsmayılov Rüstəm Sadiq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hyundai Elantra” markalı, ** NS *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 3865 manat məbləğində sığorta ödənişi, 58.65 manat dövlət rüsumu və 0.47 manat bank xidmət haqqının Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Ravon Nexia R3” markalı, ** PJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi “Hyundai Elantra” markalı, ** NS *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Nəticədə “Hyundai Elantra” markalı, ** NS *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. İş materiallarına əlavə olunmuş nəqliyyat vasitələrinin yol nəqliyyat nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə qüsur aktının surətindən görünür ki, dəymiş zərərin məbləği 3865 manat təşkil edir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Hyundai Elantra” markalı, ** NS *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə görə 3865 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. İş materiallarına əlavə olunmuş ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi “Ravon Nexia R3” markalı, ** PJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmasına görə AR İXM-nin 327.6-cı və 327.1-ci maddələri ilə təqsirli bilindiyinə görə 100 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ödənilmiş 3865 manat məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddianı tamamilə qəbul etdiyini, yaranmış borcu hissəhissə ödəyəcəyini bildirdi. O, bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə cavabdehi dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İşdə olan Bakı şəhər DYP-nin xx.xx.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərarının surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Ravon Nexia R3” markalı, ** PJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi “Hyundai Elantra” markalı, ** NS *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi toqquşmuş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Buna görə də Cavabdeh İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən 100 manat məbləğində cərimə edilmişdir. İşdə olan avtonəqliyyat vasitəsinin sığorta şəhadətnaməsinin mövcudluğunun yoxlanılması barədə məlumatdan görünür ki, “Ravon Nexia R3” markalı, ** PJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdə icbari sığorta statusu aktiv (İddiaçı Sığorta Şirkəti ASC) olmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Ravon Nexia R3” markalı, ** PJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi “Hyundai Elantra” markalı, ** NS *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi toqquşmuş və yol-nəqliyyat hadisəsi törədərək “Hyundai Elantra” markalı, ** NS *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. İşdə olan nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, “Hyundai Elantra” markalı, ** NS *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinə ümumi 3865 manat zərər dəymişdir. İşdə olan xx.xx.2019-cu il tarixli, 065863 saylı sığorta aktından müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 3865 manat məbləğində sığorta ödənişinin “Hyundai Elantra” markalı, ** NS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sahibi X1 ödənilməsi qərara alınmışdır. Bu barədə xx.xx.2019-cu il tarixli ödəniş tapşırığı verilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh etdiyi “Ravon Nexia R3” markalı, ** PJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsilə xx.xx.2019-cu il tarixdə, saat 00:45 radələrində Bakı şəhərində hərəkət edərkən, “Hyundai Elantra” markalı, ** NS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuş və buna görə də barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ümumilikdə 3865 manat məbləğində sığorta ödənişi edilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə 3865 manat zərər dəymişdir. Hazırda şirkət cavabdehdən həmin məbləğdə pul tələb edir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subraqasiya hüququ yaranır. Məhkəmə iclasında cavabdeh də etiraf etdi ki, dəymiş zərərin məbləği iddia ərizəsində göstərilən məbləğdədir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh sığorta ödənişi üçün 3865 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, ödənilmiş 58,65 manat dövlət rüsumu və 0,47 manat bank xidmət haqqı Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 3865 manat və ödənilmiş dövlət rüsumuna, habelə bank xidmət haqqına görə 59,12 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar