Məhkəmə qərarları › İş №e-2(012)-966/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-966/2023

05.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-966/2023 05.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması, bu mümkün olmadıqda isə dəyərinin ödənilməsi” tələbinə dair mülki işə Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd Samsung markalı, ağ rəngdə soyuducu - 940 manat, Türkiyə istehsalı olan ağ rəngdə yataq dəsti (çarpayı, paltar şkafı, güzgülü komod, 2 ədəd tumba - Gala firması) - 3970 manat, Türkiyə istehsalı olan ağ rəngdə qonaq mebel dəsti (TV stend, şkaf, yemək masası və 6 ədəd stul - Flegance firması) - 1440 manat, 1 ədəd dəhliz üçün ag rəngdə şkaf - 1000 manat, 1 ədəd qəhvəyi rəngdə divan (Madeyra Firması) - 1070 manat, 2 ədəd ağ və qəhvəyi rənglərdə Türkiyə istehsalı olan lüstra (5 və 8 lampalı) - 305 manat, 2 dəst Türkiyə istehsalı olan bej və bənövşəyi rənglərdə pərdə - 740 manat, 2 ədəd ağ və mavi rənglərdə xalça - 300 manat, 2 ədəd Türkiyə istehsalı olan tozsoran (X2) - 700 manat, 1 ədəd Türkiyə istehsalı olan ətçəkən (Tefal firması) - 270 manat, 1 ədəd Türkiyə istehsalı olan şirəçəkən (X2) - 300 manat, 2 ədəd Türkiyə istehsalı olan toster (X2) - 500 manat, 1 ədəd Türkiyə istehsalı olan ütü (X2) - 250 manat, 1 ədəd mikser (Bosch firması) - 70 manat, 1 ədəd Türkiyə istehsalı olan blender (X2) - 70 manat, 1 ədəd ütü masası - 60 manat, 12 nəfərlik qab-qacaq, qaşıq və bokal dəsti (servis) - 828 manat, 5 ədəd qazan dəsti (müxtəlif forma və rənglərdə) - 500 manat, 3 ədəd çaydan dəsti (müxtəlif formalı rənglərdə) - 200 manat, 4 ədəd ağ və boz rənglərdə süfrə - 120 manat, 2 dəst qızılı rənglərdə hamam üçün orqanayzer - 90 manat, 4 dəst ev üçün nar və saxsı formalarında dekorativ əşya - 90 manat, 2 nəfərlik ağ, bej və göy rənglərdə 3 ədəd yataq dəsti - 350 manat, 2 ədəd saç üçün fen (Braun firması) - 70 manat, 2 ədəd göy və bej rənglərdə cins şalvar, 1 ədəd parça materialında şalvar (Türkiyə istehsalı) - 90 manat, 5 dəst müxtəlif rənglərdə ayaqqabı (Türkiyə istehsalı) - 200 manat, 1 ədəd qara rəngdə dəri gödəkçə (Türkiyə istehsalı) - 60 manat, 3 ədəd boz, yaşıl və qəhvəyi rənglərdə olan bolonka gödəkçə (Türkiyə istehsalı) - 300 manat olan cehiz, geyim və qızıl-zinət əşyalarının və ya onların dəyəri olan 22923 manat pulun və 159 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə 2 saylı Bakı “Asan Xidmət" Mərkəzində nikah bağlanmışdır. Nikaha daxil olarkən iddiaçıya el adətənənəsinə uyğun olaraq toy hədiyyəsi olaraq adları iddia ərizəsində sadalanan qızıl zinət əşyaları bağışlanmışdır. Həmçinin iddiaçının valideynləri tərəfindən ona cehiz əşyaları bağışlanmışdır. Nikahdan sonra o, Bakı şəhəri, Binəqədi rayonu, Gənlər şəhərciyi, bina 14, mənzil 28-ə gəlin köçmüş, qızıl-zinət əşyaları və cehiz əmlaklarını özü ilə həmin mənzilə gətirmişdir. O, bir müddət cavabdehlə birlikdə həmin mənzildə yaşamışdır. Sonradan ailə münasibətləri pozulmağa başlamış, cavabdeh onu döymüş və o, mübahisənin səngiməsini gözləmək üçün atası evinə getmişdir. Bu mübahisə mütəmadi mübahisələrdən biri olduğu üçün və onun nikahın pozulmasına dair ciddi niyyəti olmadığından o evdən çıxarkən özü ilə heçnə aparmamışdır. Hətta gündəlik istifadə etdiyi dəyişəklik paltarları və digər əşyaları (qızılları da həmçinin) da cavabdehlə birgə yaşadığı evdə qalmışdır. Bunu onunla cavabdeh arasında “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə apardıqları yazışmalar da subut edir. Lakin o, ailə münasibətlərinin bərpa olunmayacağından əmin olduqdan sonra dəfələrlə cavabdehdən həmin əşyaların geri qaytarılmasını istəsə də, cavabdeh ilk öncə razılıq vermiş, sonradan geyim və digər əşyalarını qaytarmağa razı olmuş, qızılları isə qaytarmaqdan boyun qaçırmışdır. Yaranmış mübahisənin məhkmədən əvvəl həlli üçün mediatora müraciət edilmiş, lakin cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bu barədə onlara arayış təqdim edilmişdir. Cavabdehin qeyd olunan ünvanına mediasiya haqqında təklif göndərilmiş və cavabdeh həmin ünvanda yaşadığı üçün təklif ona çatmışdır. Qeyd olunanlara əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiaçının izahatıyla eyni məzmunlu izahat verdi. Cavabdeh məhkəmədə izahatında və ünvanlandığı ərizədə bildirdi ki, o, iddianı qismən qəbul edir. Belə ki, 1 ədəd Samsung soyuducu – var, yerindədir, Çarpayı, paltar şkafı, güzgülü komod, 2 ədəd tumba (İstehsal olunan ölkə bəlli deyil) – var, yerindədir, TV stend, yemək masası və 6 ədəd stul (İstehsal olunan ölkə bəlli deyil) – Nərminin təkidi ilə evində olan TV stend, yemək masası və 6 ədəd stul, istifadəyə tam yararlı, Rumuniya istehsalı (qiyməti indiki baza dəyəri ilə təxminən 4000- 5000 manat) evindən çıxardıb zibilxanaya atdırmış, əvəzində isə iddia ərizəsinin siyahısının 3-cü sırasında göstərdiyi ağ rəngli TV stend, yemək masası və 6 ədəd stulu nikaha daxil olduqdan sonra, birlikdə yaşadıqları dövrdə 620 manata almışlar, 1 ədəd dəhliz üçün şkaf – Nərminin təkidi ilə evində olan, istifadəyə tam yararlı, Rumuniya istehsalı (qiyməti indiki bazar dəyəri ilə təxminən 2000 manat dəyərində) dəhliz üçün paltar şkafını evindən çıxardıb binanın blokuna atdırmış, tamamilə yararsız vəziyyətə düşmüş, əvəzində isə iddia ərizəsinin siyahısının 4-cü sırasında göstərdiyi dəhliz üçüb şkafı 600 manata yığdırtmışdır. 1 ədəd qəhvəyi rəngdə divan (Madeyra Firması) – öz evinin divanıdır, 2 ədəd lüstra (istehsal olunan ölkə bəlli deyil) -Nərminin təkidi ilə evində olan, istifadəyə tam yararlı, qonaq otağının 8 lampalı, Çexiya istehsalı (qiyməti indiki bazar dəyəri ilə təxminən 700-800 manat) lüstra evindən çıxardıb zibilxanaya atdırmış, əvəzində isə iddia ərizəsinin siyahısının 6-cı sırasında göstərdiyi lüstra gətirib quraşdırmışdır. 2 dəst bej və bənövşəyi pərdə (İstehsal olunan ölkə bəlli deyil) - var yerindədir, 2 ədəd ağ və mavi xalça – var, yerindədir, 2 ədəd tozsoran (İstehsal olunan ölkə bəlli deyil) -var, yerindədir, 1 ədəd ətçəkən Tefal firması – var, yerindədir, 1 ədəd şirəçəkən (İstehsal olunan ölkə bəlli deyil) – var, yerindədir, 2 ədəd toster deyil, 1 ədəd toster (İstehsal olunan ölkə bəlli deyil) – var, yerindədir, 1 ədəd ütü (İstehsal olunan ölkə bəlli deyil) – var, yerindədir, 1 ədəd mikser (Model və istehsal olunan ölkə bəlli deyil) – var, yerindədir, 1 ədəd blender (İstehsal olunan ölkə bəlli deyil) – var, yerindədir, 1 ədəd ütü masası – var, yerindədir, 12 nəfərlik qab-qacaq, qaşıq və bokal dəsti var, yerindədir, 5 ədəd deyil, 4 ədəd qazan – var, yerindədir, 3 ədəd çaydan – var, yerindədir, 4 ədəd deyil, 3 ədəd süfrə - var, yerindədir, 2 ədəd hamam üçün orqanayzer – var, yerindədir, 4 ədəd dekorativ saxsı bəzək əşyası – var, yerindədir, 2 nəfərlik 3 ədəd yataq dəsti – var, yerindədir, 2 ədəd fen - var, yerindədir, 2 ədəd cins şalvar (İstehsal olunan ölkə bəlli deyil) – var, yerindədir, 5 cüt deyil, 3 cüt ayaqqabı (İstehsal olunan ölkə bəlli deyil) - var, yerindədir, 27 və 28-ci sıradakı gödəkçələrdən yalnız 3-ü var müxtəlif formalarda (İstehsal olunan ölkə bəlli deyil), 29-30-31-ci sıralarda iddia edilən sarı qızılları haqqında ümumiyyətlə məlumatı olmamışdır. Ağ qızıldan olan nişan üzüyü – xx.xx.2022-ci il tarixində Nərmin, anası və atası ilə birlikdə Nərminə aid geyimlər, bəzi şəxsi əşyalarla birlikdə nişan üzüyünü də özü ilə aparmışdır. Ağ qızıldan boyunbağı, qolbağ, üzük və sırğa – xx.xx.2022-ci il tarixində Nərmin, anası və atası ilə birlikdə Nərminə aid geyimlər, bəzi şəxsi əşyaları ilə birlikdə 33-cü sırada iddia etdiyi komplekt ağ qızılları da özü ilə aparmışdır. Sarı qızıldan saat – ümumiyyətlə məlumatı olmamışdır, heç vaxt görməmişdir. Sarı qızıldan üzük – ümumiyyətlə məlumatı olmamışdır, heç vaxt görməmişdir. Odur ki, o, İddiaçı ona vurduğu maddi ziyanın yaxud iddiaçının təkidi ilə evindən çıxardıb zibilxanaya atdırdığı mebel əşyalarının qarşılığı əvəzində, mebellərin dəyərinin 8000 manata yaxın məbləğini yaxud da aldığı qızı-zinət əşyalarının geri qaytarılmasının təmin edilməsini xahiş etdi. İş materiallarında olan Sumqayıt “ASAN Xidmət” X1 tərəfindən verilmiş 5511/05/70 №-li sənəddən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 16 iyun 2020-ci il tarixli, 960 saylı rəsmi nikah bağlanmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb, araşdırılmış bütün sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən,cavabdeh tərəfindən etiraf olunan hissədə təmin edilməli, 1 ədəd Samsung markalı, ağ rəngdə soyuducu - 940 manat, Türkiyə istehsalı olan ağ rəngdə yataq dəsti (çarpayı, paltar şkafı, güzgülü komod, 2 ədəd tumba - Gala firması) - 3970 manat, Türkiyə istehsalı olan ağ rəngdə qonaq mebel dəsti (TV stend, şkaf, yemək masası və 6 ədəd stul - Flegance firması) - 620 manat, 1 ədəd dəhliz üçün ağ rəngdə şkaf - 600 manat, 2 ədəd ağ və qəhvəyi rənglərdə Türkiyə istehsalı olan lüstra (5 və 8 lampalı) - 305 manat, 2 dəst Türkiyə istehsalı olan bej və bənövşəyi rənglərdə pərdə - 740 manat, 2 ədəd ağ və mavi rənglərdə xalça - 300 manat, 2 ədəd Türkiyə istehsalı olan tozsoran (X2) - 700 manat, 1 ədəd Türkiyə istehsalı olan ətçəkən (Tefal firması) - 270 manat, 1 ədəd Türkiyə istehsalı olan şirəçəkən (X2) - 300 manat, 1 ədəd Türkiyə istehsalı olan toster (X2) - 250 manat, 1 ədəd Türkiyə istehsalı olan ütü (X2) - 250 manat, 1 ədəd mikser (Bosch firması) - 70 manat, 1 ədəd Türkiyə istehsalı olan blender (X2) - 70 manat, 1 ədəd ütü masası - 60 manat, 12 nəfərlik qab-qacaq, qaşıq və bokal dəsti (servis) - 828 manat, 4 ədəd qazan dəsti (müxtəlif forma və rənglərdə) - 400 manat, 3 ədəd çaydan dəsti (müxtəlif formalı rənglərdə) - 200 manat, 3 ədəd ağ və boz rənglərdə süfrə - 90 manat, 2 dəst qızılı rənglərdə hamam üçün orqanayzer 90 manat, 4 dəst ev üçün nar və saxsı formalarında dekorativ əşya - 90 manat, 2 nəfərlik ağ, bej və göy rənglərdə 3 ədəd yataq dəsti - 350 manat, 2 ədəd saç üçün fen (Braun firması) - 70 manat, 2 ədəd göy və bej rənglərdə cins şalvar, 1 ədəd parça materialında şalvar (Türkiyə istehsalı) - 90 manat, 3 dəst müxtəlif rənglərdə ayaqqabı (Türkiyə istehsalı) - 120 manat, 3 ədəd boz, yaşıl və qəhvəyi rənglərdə olan bolonka gödəkçə (Türkiyə istehsalı) - 300 manat cavabdeh tərəfindən qəbul edildiyindən iddia tələbi həmin hissədə təmin edilməlidir. Bundan əlavə cavabdeh ərizəsində TV stend, yemək masası və 6 ədəd stul (İstehsal olunan ölkə bəlli deyil) – Nərminin təkidi ilə evində olan TV stend, yemək masası və 6 ədəd stul, istifadəyə tam yararlı, Rumuniya istehsalı (qiyməti indiki baza dəyəri ilə təxminən 4000-5000 manat) evindən çıxardıb zibilxanaya atdırdığını, əvəzində isə iddia ərizəsinin siyahısının 3-cü sırasında göstərdiyi ağ rəngli TV stend, yemək masası və 6 ədəd stulu nikaha daxil olduqdan sonra, birlikdə yaşadıqları dövrdə 620 manata aldıqlarını bildirmiş, lakin TV stend, yemək masası və 6 ədəd stulun birgə nikah dövründə alındığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi Türkiyə istehsalı olan ağ rəngdə qonaq mebel dəsti (TV stend, şkaf, yemək masası və 6 ədəd stul - Flegance firması) – cavabdehin etiraf etdiyi məbləğdə, yəni 620 manat məbləğində qiymətləndirilməli və cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində qeyd olunur ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlk qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.3-cü maddəsinə əsasən, daş-qaş və digər zinət şeyləri istisna olmaqla, fərdi istifadədə olan əmlak (paltar, ayaqqabı və i.a) nikah dövründə ərlə arvadın ümumi vəsaiti hesabına əldə edilmiş olsa da, ondan istifadə etmiş arvadın (ərin) mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Cavabdeh tərəfindən etiraf olunan əmlaklardan başqa iddia ərizəsində göstərilən digər qızıl-zinət və cehiz əşyaları cavabdeh tərəfindən mübahisələndirildiyindən və iddianın bu hissəsinin təmin edilməsinə əsas verən sübutlar kifayət qədər olmadığından məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə rədd edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd Samsung markalı, ağ rəngdə soyuducu - 940 manat, Türkiyə istehsalı olan ağ rəngdə yataq dəsti (çarpayı, paltar şkafı, güzgülü komod, 2 ədəd tumba - Gala firması) - 3970 manat, Türkiyə istehsalı olan ağ rəngdə qonaq mebel dəsti (TV stend, şkaf, yemək masası və 6 ədəd stul - Flegance firması) - 620 manat, 1 ədəd dəhliz üçün ağ rəngdə şkaf - 600 manat, 2 ədəd ağ və qəhvəyi rənglərdə Türkiyə istehsalı olan lüstra (5 və 8 lampalı) - 305 manat, 2 dəst Türkiyə istehsalı olan bej və bənövşəyi rənglərdə pərdə - 740 manat, 2 ədəd ağ və mavi rənglərdə xalça - 300 manat, 2 ədəd Türkiyə istehsalı olan tozsoran (X2) - 700 manat, 1 ədəd Türkiyə istehsalı olan ətçəkən (Tefal firması) - 270 manat, 1 ədəd Türkiyə istehsalı olan şirəçəkən (X2) - 300 manat, 1 ədəd Türkiyə istehsalı olan toster (X2) - 250 manat, 1 ədəd Türkiyə istehsalı olan ütü (X2) - 250 manat, 1 ədəd mikser (Bosch firması) - 70 manat, 1 ədəd Türkiyə istehsalı olan blender (X2) - 70 manat, 1 ədəd ütü masası - 60 manat, 12 nəfərlik qab-qacaq, qaşıq və bokal dəsti (servis) - 828 manat, 4 ədəd qazan dəsti (müxtəlif forma və rənglərdə) - 400 manat, 3 ədəd çaydan dəsti (müxtəlif formalı rənglərdə) - 200 manat, 3 ədəd ağ və boz rənglərdə süfrə - 90 manat, 2 dəst qızılı rənglərdə hamam üçün orqanayzer 90 manat, 4 dəst ev üçün nar və saxsı formalarında dekorativ əşya - 90 manat, 2 nəfərlik ağ, bej və göy rənglərdə 3 ədəd yataq dəsti - 350 manat, 2 ədəd saç üçün fen (Braun firması) - 70 manat, 2 ədəd göy və bej rənglərdə cins şalvar, 1 ədəd parça materialında şalvar (Türkiyə istehsalı) - 90 manat, 3 dəst müxtəlif rənglərdə ayaqqabı (Türkiyə istehsalı) - 120 manat, 3 ədəd boz, yaşıl və qəhvəyi rənglərdə olan bolonka gödəkçə (Türkiyə istehsalı) - 300 manat və ya onların dəyəri alınıb İddiaçı verilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar