Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-977/2021 16.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı və onun vəkili-nümayəndəsi Nümayəndə, Cavabdeh2, Cavabdeh3 və onun vəkili-nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" MTK-nin direktoru X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, "xxxx" MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi, dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi, mənzilin qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə 16 sentyabr 2021-ci il tarixdə Abşeron Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK və digər Cavabdeh2 arasında ünvan 1 ünvanında 310 saylı mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə 17.07.2020-ci il tarixdə aparılmış qeydin və buna dair verilmiş reyestrdən çıxarışın ləğv edilməsi və həmin mənzilin ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izahatında bildirdi ki, o, 2009-cu ildə əldə etdiyi və dəyəri onun tərəfindən tam ödənilmiş mənzili cavabdehlər tərəfindən, onun iştirakı olmadan, qanunla müəyyən edilmiş qaydalar pozularaq, 2020-ci ildə Cavabdeh2 adına rəsmiləşdirilmiş, hazırda isə sanki əvəzini özləri ödəyib, almış kimi keçmiş ər-arvad arasında bölməyə hazırlaşırlar. O, heç bir sənədə imza atmamış, mənzili rəsmi qaydada heç kimə nə satmış, nə də bağışlamışdır. Həmin mənzil onun tərəfindən əldə edilib, dəyəri (40.000 manat) onun tərəfindən ödənilmiş və buna görə də mənzil ona qaytarılmalıdır. Belə ki, o, "xxxx" MTK-nın təsisçilərindən biri kimi, ora qoyduğu payın müqabilində həmin MTK-nın ünvan 1 ünvanında inşa etdiyi binada 2 mənzil, hər biri 3 otaq olan 310 və 311 saylı mənzil əldə etmişdir. Həmin mənzillərlə əlaqədar o, MTK ilə müqavilələr, o cümlədən, 310 nömrəli mənzilə dair 22.06.2009-cu il tarixli 388 nömrəli müqavilə bağlamışdır. O, həmin iki mənzil arasında yenidənqurma aparıb, 311-ci mənzilin bir hissəsini 310-cu mənzilə qatmışdır. Onun övladı Cavabdeh2 ailə quranadək həmin mənzildə 2009-cu ildən etibarən onun qardaşı X3 həyat yoldaşı ilə birlikdə daim yaşamışdır. Hər iki mənzilə dair həmişə kommunal xidmətlərə (işıq, qaz, su) dair qəbzlər onun adına gəlib və bu günədək də onun adına gəlir və onun tərəfindən ödənilir. Mənzil haqqı qəbzləri də həmişə onun adına gəlmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 2013-cü ildə ailə qurandan sonra o, cavabdehlərə toy edib, həmin mənzilə köçürmüş, yaşamaqlarına icazə vermişdir. Onun qardaşı isə qonşuluqdakı ona məxsus 311 saylı mənzilə köçmüşdür. 2019-cu ilin oktyabrında Emin və Səbinənin nikahları ləğv olunandan sonra, azyaşlı uşaqları olduğunu nəzərə alaraq, mənzildən özlərinin bildiyi kimi istifadə etmələrinə etiraz etməmişdir. Lakin o, 1-2 ay bundan əvvəl mənzili bölməklə bağlı məhkəmə mübahisəsinə başladığını biləndən sonra mənzilə dair hüququn qanunsuz olaraq Eminin adına dövlət reyestrində qeydiyyata alındığını bilmişdir. O, cavabdehlərin arasında aparılmış “düz-qoş” əməliyyatlarının nəticəsi kimi yekunda həm aldığı mənzildən, həm də mənzilə görə ödədiyi puldan məhrum edilmişdir. Belə ki, mübahisə predmeti olan mənzilin dəyəri 2016-cı il tarixdə 58057 manat təşkil etsə də, hazırda mənzilin dəyəri 89.000 manat təşkil edir. Odur ki, iddianın təmin edilməsini xahiş edirəm. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmədə iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun izahat verdi. Cavabdeh2 məhkəmədə izahatında bildirdi ki, o, iddia tələbini qəbul edir. İddiaçı onun doğma atasıdır. Mübahisə predmeti olan mənzil dair çıxarış onun adınadır. 2009-cu il tarixdə isə mübahisə predmeti olan ev atasının adına olmuşdur. 2009-cu il tarixdən 2013-cü il tarixədək əmisi atasına məxsus evdə qalmışdır. O, ailə həyatı qurduqdan sonra bina təhvil verilmədiyinə görə mənzillər qaz və işıq ilə təchiz edilməmişdi. Bu səbəbdən də 2015-ci il tarixədək atasının evinə köçdülər. Bina 2015-ci il tarixdə təhvil verildikdən sonra mübahisə predmeti olan mənzilə köçdülər. O, keçmiş həyat yoldaşı Cavabdeh3 ilə 2013-2018-ci il tarixdə mübahisə predmeti olan mənzildə yaşamış və keçmiş həyat yoldaşının cehiz əşyaları da həmin mənzildədir. Mənzil atasına məxsusdur və mənzilin tam dəyəri atası İddiaçı tərəfindən ödənilmişdir. O, məktəbdə idman müəllimi kimi işləyir və aylıq əmək haqqı 310 manat təşkil edir. Onun ev almaq üçün vəsaiti olmamışdır. Mənzil atasına məxsus olduğu üçün, ev atasına qaytarılmalıdır. Odur ki, o, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh3 məhkəmə iclasında izahatında bildirdi ki, o, iddia tələbini qəbul etmir. İddiaçı onun keçmiş qaynatasıdır. Belə ki, o, iddiaçının oğlu İsmayılov min Musa oğlu ilə 2013-cü il tarixdə ailə həyatı quraraq, hazırda mübahisə predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsi, 310 saylı mənzilə gəlin köçmüş və 5 il yəni, 2018-ci il tarixədək həmin mənzildə yaşamışdır. Hazırda bütün cehiz əşyaları da həmin evdə yerləşir. O, mənzilə gəlin köçəndə evin çıxarışı olmamışdır. Evə dair ödənişləri 2015-ci il tarixdən başlayaraq, Cavabdeh2 etmiş, onlar birgə nikah dövründə olan zaman Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsi, 310 saylı mənzilə görə 14000 manat ödəniş etmişdir. Bu isə MTK tərəfindən keçmiş həyat yoldaşına verilmiş maliyyə arayışında öz əksini tapmışdır. Məlumat üçün bildirir ki, sözügedən vəsaitin ödənilməsində Cavabdeh2 onun valideynləri də maddi köməklik göstərmişdirlər. Əlavə olaraq qeyd edir ki, mübahisəli mənzilin iddiaçının adına olmasına dair heç bir sənəd yoxdur. O, mənzilə dair yalnız protokol ilə tanışdır. Qeyd edilənlərə əsasən o, iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh3 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh3 keçmiş həyat yoldaşı Cavabdeh2 qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair iddia tələbi ilə Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. İddia tələbi icraata götürülmüşdür və hal-hazırda Binəqədi rayon məhkəməsinin icraatındadır. Odur ki, hazırki iddia tələbi Binəqədi rayon məhkəməsinin icraatında olan mülki iş üzrə icraatın dayandırılması və işin əsasız olaraq uzadılması məqsədini daşıyır. İşin hüquqi cəhətindən danışsaq isə mübahisə predmeti olan mənzilin cavabdehə satılması üçün MTK-nın ümumi yığıncağı çağırılmalı, protokol tərtib edilməli və mənzilin alqı-satqısına dair müqavilə tərtib edilməli idi. Halbuki, bunların heç biri hazırki işdə yoxdur. MTK fəaliyyətini işgüzar adətlərlə idarə edir. Eyni zamanda, iş materiallarında müxtəlif tarixli maliyyə arayışları vardır. Onu da qeyd etmək lazımdır ki, İddiaçı Turan-El MTK-nın təsisçilərindən biridir və MTK-nın direktoruna təsir edə bilər. Cavabdeh "xxxx" MTK-nin direktoru X4 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı "xxxx" MTK-nın təsisçilərindən biridir. Belə ki, "xxxx" MTK-nın binasında yerləşən mənzillər təsisçilərin MTK-nın nizamnaməsinə əsasən qoyulan nizamnamə kapitalı hesabına tikilmişdir. Təsisçilər arasında olan razılaşmaya əsasən, təsisçilərə hazır olan binadan mənzillər verilmişdir. Belə ki, İddiaçı 2006-cı il tarixdə 20.000 manat təsisçi payı kimi vəsait qoymuş və onun qoyduğu vəsait hesabına iddiaçıya hazırki mübahisə predmeti olan mənzil verilmişdir. Daha sonradan iddiaçı oğlu Cavabdeh2 ailə həyatı qurduğu üçün öz adına olan mənzilin oğlunun adına keçirilməsi üçün ərizə ilə MTK-ya müraciət etmişdir. Lakin ərizənin nə vaxt verilməsini xatırlamır. Eyni zamanda İddiaçı bu barədə ona zəng vurub, mənzili oğlununa adına keçirilməsini də xahiş etmişdir. İddiaçı ilə ilkin olaraq mənzilə görə müqavilə bağlandığı üçün Cavabdeh2 ilə yazılı payçı müqaviləsi bağlanmamışdır. Cavabdeh2 mənzilə dair heç bir ödəniş etməmişdir və bütün kommunal ödənişlər İddiaçı adınadır. İş materiallarındakı Cavabdeh2 adına olan maliyyə arayışları formal olaraq, mənzilə dair mülkiyyət haqqında çıxarışı ala bilmək üçün verilmişdir. Mənzilə dair bütün sənədləşmə işləri tam düzgün həyata keçirilmişdir və mənzil əvvəlcə İddiaçı məxsus olsa da, onun istəyinə uyğun olaraq oğlunun adına keçirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb, təqdim olunmuş bütün sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan 03.02.2006-cı il tarixli Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Hüquqi şəxslərin Dövlət Qeydiyyatı üzrə Sumqayıt Bölgə Şöbəsi tərəfindən verilmiş X1 Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanındakı ev üzrə nizamnamə kapitalınını miqdarı 500 manat, təsisçi İddiaçı mayasının miqdarı isə 3 % müəyyən edilmişdir. İş materiallarında "xxxx" MTK tərəfindən verilmiş 27 oktyabr 2020-ci il tarixli, 146 №-li arayışdan görünür ki, İddiaçı təsisçi payı olaraq 22.06.2009-cu ildə 388 nömrəli müqavilə əsasında 3-cü giriş 16-cı mərtəbə 310 saylı mənzil 40.000 (qırx min) manat qiymətləndirərək verilmişdir. İş materiallarında olan 22 iyun 2009-cu il tarixli, 388 №-li müqavilədən görünür ki, icraçı "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, Aslanov küçəsi, 1260-cı keçid 21-ci məhəllədə kooperativə məxsus olan torpaq ərazisində 16 mərtəbəli+mansarda karkas-daş yaşayış binasını inşa edir və öz vəsaiti hesabına tikintini maliyyələşdirilir. İcraçı "xxxx" MTK binanı tam istifadəyə verməklə blok 3, mərtəbə 16, 2 otaqlı, 99,37 kv.m sahəli, 310 saylı mənzili müqaviləyə əlavə olunmuş 1 №-li əlavəyə uyğun olaraq payçı İddiaçı verməyi öz öhdəsinə götürmüşdür. Payçı İddiaçı tikinti inşa edilən müddətdə, ikitərəfli bağlanmış müqaviləyə əsasən kooperativin hesablaşma hesabına və ya kooperativin xəzinəsinə mənzilin dəyərini dəyərini bütünlükdə ödədikdən sonra, tam təsisçilik hüququ qazanır və paya sahib olur. İş materiallarında olan 23 noyabr 2015-ci il tarixli "xxxx" MTK-nın ümumi iclasına dair 34 №-li protokoldan çıxarışdan görünür ki, Cavabdeh2 ödədiyi pay haqqı 10.000 (on min) manata uyğun nın inşa etdiyi 17 mərtəbəli yaşayış binasından 3-cü blok 16-cı mərtəbə 2 otaqlı 100,5 kv.m (15,5 kvm), eyvansız sahəsi 85 kvm olan 310 saylı mənzilin verilməsi məqsədə uyğun sayılmışdır. İş materiallarında olan 23 noyabr 2015-ci il tarixli 140 nömrəli Maliyyə arayışında qeyd edilir ki, Abşeron rayonu, Xırdalan şəhəri (H.Aslanov küçəsi, 1260-cı keçid 21-ci məhəllə) indiki Z. Əliyeva küçəsi, bina 3, 3-cü girişin 16-cı mərtəbəsində 100,5 kv.m, eyvan sahəsi 15,5 kvm, eyvansız sahəsi 85 kvm olan 2 otaqlı 310 saylı mənzilin pay dəyəri 10.000 (on min) manat Cavabdeh2 tərəfindən ödənilmişdir. "xxxx" MTK-ya borcu yoxdur. Maliyyə arayışı verilir: Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim edilmək üçündür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında ümumi sahəsi 89,5 kvm sahəsi olan 310 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə 16.12.2015-ci ildə Cavabdeh2 mülkiyyətinə qeydə alınmışdır. İş materiallarında olan "xxxx" MTK-nın sədri A.Hüseynov tərəfindən Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış 21 aprel 2016-cı il tarixli məktubda bildirilir ki, 310 saylı mənzilə dair təqdim edilmiş protokol və mənzil layihəsi səhvən 100,5 kvm qeyd olunmuşdur. Həmin sahənin çıxarışda və texniki pasportda 124 kvm kimi əvəz edilməsi və qeydiyyatdan keçməsinə köməklik edilməsi xahiş edilmişdir. İş materiallarında olan 04 may 2016-cı il tarixli "xxxx" MTK-nın ümumi iclasına dair 06 №-li protokoldan çıxarışdan görünür ki, Cavabdeh2 Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsi, bina 3, blok 3, 3 otaqlı, ümumi sahəsi 139,2 kv.m (eyvan sahəsi 15,5 kv.m) eyvansız 123,7 kv.m olan pay 14.000 (on dörd min) manat olan 3 otaqlı, 310 saylı mənzil verilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş 04 may 2016-cı il tarixli, 68 №-li maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, (H.Aslanov küçəsi, 1260 keçid 21 məhəllə) indiki Z.Əliyeva küçəsi, bina 3, 3 girişli, 17 mərtəbəli yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 3-cü girişinin 16-cı mərtəbəsində ümumi sahəsi 139,2 kv.m (eyvan sahəsi 15,5 kv.m) eyvansız 123,7 kv.m, 3 otaqlı 310 saylı mənzilin pay dəyəri 14.000 (on dörd min) manat payçı Cavabdeh2 tərəfindən ödənilmişdir. "xxxx" MTK-ya borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında ümumi sahəsi 113,2 kvm sahəsi olan 310 saylı mənzil ********** qeydiyyat nömrəsi ilə 07.05.2016-cı ildə Cavabdeh2 mülkiyyətinə qeydə alınmışdır. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli, 20-08/21-MƏ №-li rəydən görünür ki, Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri, Zərifə Əliyeva küçəsində 3 saylı binanın, 16-cı mərtəbəsində yerləşən, ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlann Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ÇİXARİŞ-a əsasən Cavabdeh2 mülkiyətində oian-310 saylı mənzilin MTK-an mənzillər təmirsiz, daxili divarların qara suvax olması, döşəməyə örtük vurulmamış, yalnız PVC pəncərələr və çöl qapısı qoyulmuş halda satıldığını nəzərə alaraq belə mənzillərin 1 kv.m sahəsinin 2016-ci il tarixi vəziyyətinə satış qiymətinin 620,0-700,0 civarında olduğu müəyyən edilmişdir. Həmin mənzilin ümumi sahəsinin 89,5 kv.m təşkil etməsi nəzərə alaraq (89,5 kv.m x 650,0 manat) dəyərinin 58175,0 manat təşkil etdiyi müəyyən edilmişdir. Həmin mənzildə yenidənqurma işləri aparılaraq genişləndirildiyi, 2020-ci il tarixi vəziyyətinə faktiki olaraq ümumi sahəsinin 113,2 kv.m olduğu nəzərə alınaraq təmirsiz halda bu mənzilin MTK- ən alış qiymətinin (113,2 kv.m x 880.0 m) 99616,0 manat, Əsaslı Əla növ təmir aparıldıqdan sonra həmin mənzilin real bazar qiymətinə uyğun olmaqla Likvid qiymətinin 113.200,0 manat təşkil etdiyi müəyyən edilmişdir. İş materiallarında olan cavabdeh "xxxx" MTK tərəfindən təqdim edilmiş, ona İddiaçı tərəfindən "xxxx" MTK rəhbərliyinə ünvanlanmış 13 iyun 2010-cu il tarixli ərizədə İddiaçı xahiş etmişdir ki, adına olan ünvan 1 ünvanında 310 saylı mənzili oğlu Cavabdeh2 adına keçirilməsinə köməklik göstərilsin. İşin mübahisəsiz halları kimi məhkəmə tərəfindən müəyyən edilir və işdə olan izahatlar və digər sübutlarla tam təsdiq olunur ki, iş üzrə iddiaçı MTK-nın təsisçilərindən biri olmuşdur. İddiaçı ilə cavabdeh MTK arasında 22 iyun 2009-cu il tarixdə mübahisəli mənzilə dair 388 №-li “Müqavilə” bağlanmış, həmin "xxxx" əsasən MTK mübahisəli mənzili razılaşmaya uyğun olaraq tikib iddiaçıya təhvil verməyi, iddiaçı isə mənzilin dəyəri olan 40.000 manatı MTK-ya ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən 40.000 manat məbləğində pulun tam olaraq MTK-ya ödənilmiş və iddiaçının mənzil üzərindən sahiblik və istifadə hüququ yaranmışdır. İş materiallarından daha sonra müəyyən edilir ki, sonradan İddiaçı mübahisəli mənzilin oğlu Cavabdeh2 adına keçirilməsi ilə bağlı MTK-ya müraciət etmiş, onun xahişi nəzərə alınaraq mübahisəli mənzil 23 noyabr 2015-ci il tarixdə iş üzrə Cavabdeh2 adına rəsmiləşdirilmişdir. İşin tərəflər arasında mübahisə doğuran halı isə Cavabdeh2 tərəfindən mənzilin dəyərinin ödənilin-ödənilməməsindən ibarətdir. İş üzrə Cavabdeh2 iddianı etiraf edərək mənzilə görə onun tərəfindən MTK-ya hər hansı vəsaitin ödənilmədiyi bildirişmişdir. İş üzrə cavabdeh MTK tərəfindən də bu hal təsdiq olunmuşdur. Lakin digər Cavabdeh3 Cavabdeh2 tərəfindən mənzilin dəyərinin MTK-ya ödənildiyi, hətta buna görə onun valideynləri tərəfindən də maddi yardım göstərildiyini bildirir. Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2-ci maddələrinin mənasına görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə isə, yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə olan halda, Cavabdeh2 tərəfindən mənzilə görə MTK-ya pulun ödənilməsini və buna görə valideynləri tərəfindən maddi köməklik göstərilməsini sübut etmək vəzifəsi Cavabdeh3 üzərinə düşür. Lakin Cavabdeh3 bu halı təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş və Cavabdeh2 MTK-ya borcunun olmaması barədə maliyyə arayışının mövcud olmasına istinad etmişdir. Məhkəmə hər şeydən əvvəl bildirir ki, Mülki Məcəllənin 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. İş üzrə cavabdehlər MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair yazılı müqavilə bağlanmasa da, 23 noyabr 2015-ci il tarixli iclas protokolundan çıxarışdan və maliyyə arayışından şifahi formada razılaşmanın olduğu müəyyən edilir. İş materiallarından görünür ki, mənzilin dəyərini faktiki olaraq İddiaçı ödəsə də mənzil onun tərəfindən sonradan 2015-ci ildə oğlu Cavabdeh2 adına keçirilmişdir. Mənzilin dəyərinin 22.06.2009-cu ildə 388 nömrəli müqaviləyə əsasən müəyyən edilmiş 40.000 manat məbləğinin Cavabdeh2 tərəfindən ödənilməsi barədə mötəbər sübut təqdim edilməmişdir. 2009-cu ildə 40.000 manat dəyəri olmuş mənzilin 2015-ci ildə 4 dəfə dəyərinin aşağı düşərək Cavabdeh2 10.000 manata və ya 2016-cı ildə 14.000 manata satılması inandırıcı görünmür. Bundan başqa 23 noyabr 2015-ci il tarixli "xxxx" MTK-nın ümumi iclasına dair 34 №-li protokolda və Maliyyə arayışında mənzilin sahəsinin səhvən 100,5 kvm qeyd olunması və 04 may 2016-cı il tarixli 06 №-li protokolda bu səhvin düzəldilməsi ilə yanaşı əvvəlki protokol və Maliyyə arayışında göstərilmiş mənzilin dəyərinin də (10.000 manat) sonrakı protokol və Maliyyə arayışında dəyişilməsi (14.000 manat), həmin sənədlərdə qiymətin Cavabdeh2 tərəfindən ödənilməsi barədə qeydin gerçəkdə ödənişin olmasını təsdiq etmədiyini göstərir. Eyni zamanda həmin məbləğin Cavabdeh3 valideynləri tərəfindən ödənilməsi də iş materialları ilə təsdiq edilmir. Qeyd etmək lazımdır ki, sözügedən mənzili Cavabdeh2 tərəfindən MTK-dan əldə etdiyi halda onun müəyyən edilmiş dəyərinin (40.000 manat) iddiaçıya Cavabdeh2 taxud MTK tərəfindən geri ödənilməli idi. Lakin bu barədə də məhkəməyə heç bir sübut təqdim edilməmişdir. ünvan 1 ünvanında 310 saylı mübahisəli mənzil İddiaçı Cavabdeh2 iddiaçının razılığı və iradəsinə uyğun olaraq keçmişdir. Mübahisəli mənzil İddiaçı Cavabdeh2 əvəzsiz və iradəsinə uyğun olaraq keçdiyindən, iddiaçı ilə Cavabdeh2 arasında mənzillə bağlı bağışlama üzrə hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən, bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Beləliklə, məhkəmə hesab edir ki, MTK ilə Cavabdeh2 arasında mübahisəli mənzilə dair əldə edilmiş şifahi razılaşma etibarsızdır. Lakin etibarsız hesab edilməsinə baxmayaraq iddiaçının bu tələbi təmin edilə bilməz Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında deyildiyi kimi əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. İş materiallarına əlavə edilmiş İddiaçı cavabdeh "xxxx" MTK-ya ünvanlanmış 13 iyun 2010-cu il tarixli ərizədən göründüyü kimi iddiaçı mənzilin Cavabdeh2 verilməsini xahiş etmiş, bunu arzu etmişdir. Bunun nəticəsi olaraq mənzil "xxxx" MTK-nın ümumi iclasına dair 06 №-li protokola əsasən 04 may 2016-cı il tarixdə Cavabdeh2 verilmişdir. İddiaçının, mənzilin Cavabdeh2 adına keçməsindən 2021-ci ildə xəbər tutması barədə gətirdiyi dəlil onun yuxarıda qeyd edilən ərizəsi ilə təkzib edilir. İddiaçı sözügedən halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə, çıxarışın ləğvi tələbi ilə bağlı qeyd edir ki, müqavilənin etibarsız hesab edilməsi barədə tələb rədd edildiyindən, həmin tələbdən irəli gələn çıxarışın ləğv edilməsi tələbi də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 220-216-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, "xxxx" MTK-ya və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdeh "xxxx" MTK və digər Cavabdeh2 arasında ünvan 1 ünvanında 310 saylı mənzilə dair bağlanmış müqavilənin etibarsız hesab edilməsi, Cavabdeh2 adına həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə 17.07.2020-ci il tarixdə aparılmış qeydin və buna dair verilmiş reyestrdən çıxarışın ləğv edilməsi və həmin mənzilin ona qaytarılması barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №e-2(012)-977/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-977/2021
16.09.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver