Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1007/2025 19.05.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə mülki işə 19 may 2025-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində Cavabdeh Ağdam rayonunun Qaradağlı kəndində yerləşən fərdi yaşayış evinin sahibinə geri verilməsi, evin sahibinə geri vermək mümkün olmadıqda ora çəkilmiş 148000 (yüz qırx səkkiz min) manat, Ağdam rayonunun Qaradağlı kəndində yerləşən qeyri yaşayış sahəsinin sahibinə geri verilməsi, həmin qeyri-yaşayış sahəsinin sahibinə geri verilməsi mümkün olmadıqda ora çəkilmiş 117000 (yüz on yeddi min) manat, evin icərsində olan əşyalar sahibinə geri qaytarılması, mümkün olmadıqda onun dəyərində olan 15000 (on beş min) manat, Hundai İX-35 markalı avtomobilə verilmiş 27000 (iyirmi yeddi min) manat, Cavabdeh verilmiş 45000 (qırx beş min) manat, məhkəməyə ödənilmiş 651 (altı yüz əlli bir) manat, vəkilə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat - ümumilikdə 352976 (üç yüz əlli iki min doqquz yüz yetmiş altı) manat alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh qardaşdırlar. İddiaçı Ağdam rayonunun Qaradağlı kəndində özünə ev və qeyri yaşayış sahəsi inşa etdirmişdir. İddiaçı qeyri-yaşayış sahəsini və evin tikilməsi üçün işləri iş üzrə Cavabdeh həvalə etmişdir. Ona görə də evin və qeyri-yaşayış sahəsinin tikintisi üçün Cavabdeh 265000 (iki yüz almış beş min) manat miqdarında pul vermişdir. Bundan başqa inşa edilmiş qeyriyaşayış sahəsinin fəaliyyət göstərməsi üçün hissə-hissə Cavabdeh 45000 (qırx beş min) manat miqdarında pul vəsaiti vermişdir. Bundan başqa İddiaçı özü üçün 27000 (iyirmi yeddi min) manat dəyərində Hundai İX-35 markalı avtomobil almışdır. Lakin həmin avtomobili etibar edib Cavabdeh adına rəsmişləşdirmişdir. Cavabdeh həmin avlomobili İddiaçı gizli satmış və pulu Ağalara verməmişdir. İddiaçı Ağdam rayonunun Qaradağlı kəndində özünə tikdirmiş olduğu evə 15000 manat dəyərində ev əşyaları almışdır. İddiaçı dəfələrlə həmin əmlakları cavabdehdən tələb etsə də, cavabdeh əmlakları iddiaçıya geri qaytarmaqdan imtina edir. İddiaçı nümayəndəsi qismində məhkəmədə izahat verən Nümayəndə iddianı müdafiə edərək və iddia ərizəsində göstərilənləri təsdiqləyərək tələbin təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf edərək göstərmişdir ki, İddiaçı onun böyük qardaşıdır. Ağalar zaman-zaman ona iddia ərizəsində göstərilən məbləğdə pul vermişdir. Ağalar Qaradağlı kəndində 2013-cü ildə ev tikdirmiş, hazırda həmin evdə Ağalar deyil, o, yaşayır. Sözügedən ev dövlət qeydiyyatına alınmamışdır. Bundan əlavə Ağalar kənddə 2001-ci ildə mağaza tikdirmiş və orada kənd təsərrüfatı məhsulları satılır. Həmin mağaza onun adına qeydə alınmış və mağazanı özü işlədərək oradan qazanc əldə edir. Ağalar mağazanın işləməsi üçün 45000 manatlıq mal almışdır. Ağalar 2010-cu ildə 27000 manata onun adına Hundai İX-35 markalı avtomobil almışdır. Həmin avtomobili bir müddət sürdükdən sonra 2018-ci ildə 20700 manata satmış, lakin satışdan əldə etdiyi pulu Ağalara verməmişdir. Ağaların ona 352000 manatlıq əmlak verdiyini qeyd etməklə iddianın təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına təkrarən gəlməmişdir. Məhkəmə üçüncü şəxs Maraqlı şəxs iclasa gəlməməsinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, mülki işə baxılarkən məlum olmuşdur ki, Cavabdeh iddiaçıya məxsus 352000 manat dəyərində əmlakı əsassız olaraq əldə etmişdir. Belə olan halda Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən 352000 manat məbləği İddiaçı geri qaytarmalıdır. Cavabdehin iddiaçıya məxsus 352000 manat dəyərində əmlakı əsassız olaraq əldə etməsi iddia ərizəsi, iddiaçının nümayəndəsinin izahatı, həmçinin Cavabdeh məhkəmədə verdiyi etirafedici izahatı və İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş bir ədəd disklə təsdiq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində qeyd olunmuşdur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsində göstərilmişdir ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində qeyd olunmuşdur ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində qeyd olunmuşdur ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Bütün bunlarla yanaşı Cavabdeh məhkəməyə verdiyi ərizəsində iddianı etiraf etdiyini göstərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsində qeyd olunmuşdur ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırdığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddiaçı tələb etdiyi Ağdam rayonunun Qaradağlı kəndində yerləşən fərdi yaşayış evi, qeyri-yaşayış sahəsi və Hundai İX-35 markalı avtomobil onun adına qeydə alınmadığından, sözügedən əmlakların naturada ona qaytarılması barədə iddia təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, iddiaçı tərəf mülki işin hazırlanması üçün hüquqi yardım almağa görə 325 manat xərc çəkmişdir. Məhkəmə hüquqi yardım üçün çəkilmiş xərclərə görə 325 manat məbləği ağlabatan hesab edərək tələbin həmin hissəsinin təmin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçının ödədiyi dövlət rüsumu əvəzində cavabdehdən 651 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 352000 (üç yüz əlli iki min) manat, ödənilmiş dövlət rüsumu əvəzində 651 (altı yüz əlli bir) manat və hüquqi yardım üçün çəkilmiş xərclərə görə 325 manat ümumilikdə 352976 (üç yüz əlli iki min doqquz yüz yetmiş altı) manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-1007/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1007/2025
19.05.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver