Məhkəmə qərarları › İş №e-2(013)-1266/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1266/2025

19.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1266/2025 19.06.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5610 manat əsas borcun bank uçot dərəcəsinin faizi həddində ziyanın iddiaçının xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş,məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə etdiyini, 2024-cü ilin oktyabr ayının əvvəllərində «Turbo.az» saytında gördüyü elana əsasən həyat yoldaşı Rəhmanov Raqib ilə Sumqayıt Avtomobil bazarının girişində yerləşən «001 Cars» avtosalonuna getdiyini və salonda çalışan Fuad adlı şəxslə danışıb, ondan «Hyundai Tucson» markah, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomaşını almaq üçün 15500 manata razılaşdıqlarını, Cavabdeh avtomobildə hərhansı bir çatışmamazlıq olub-olmadığını soruşduqda, heç bir qüsurun olmadığını dediyini, problem olduğu halda təmir etdirəcəyinə söz verdiyini, əlində nəğd pulu az olduğu üçün avtomaşını kreditlə götürmək istsdiyini bildirdirərək və ilkin olaraq 10500 manat ödədikdən sonra 12 ay müddətinə 625 manat pul ödəmək şərti ilə aralaeında razlaşdıqlarını, buna görə ikin olaraq cavabdehə orada 1000 manat beh pul verdiyini, xx.xx.2024-cü il tarixdə isə yenidən həyat yoldaşı ilə Cavabdeh iş yerinə gedib, nağd şəkildə ona 5600 manat pul verdikərini, bundan başqa həmin gün saat 12:22-də "Birbank" mobil tətbiqi vasitəsi ilə istifadəsində olan «Kapital Bank»ın 4169 7388 2482 7236 nömrol kart hesabından Cavabdeh ona verdiyi "Kapital Bank"ın 4169 73xx xxxx 3576 nömrəli kart hesabına 900 manat pul göndərdiyini, llkin ödənişə 3000 manat pulu çatmadığı üçün Lənkəran rayonu, Şıxakəran kəndində yaşayan həyat yoldaşının dostu Amal həmin gün təxminən saat 12:45 radələrində yaşadığı, Lənkəran rayonu, Şıxakəran kəndində yerləşən "Milsön" ödəmə terminalı vasitəsilə Cavabdeh ona verdiyi «Kapital Bank»ın 4169 73xx xxxx 3576 nömrəl kart hesabına 3000 manat pul göndərdiyini, beləliklə, Cavabdeh ilkin olaraq 10500 manat pul ödəmiş və həmin gün cavabdeh həmin avtomaşını idarə etmək üçün Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı Notariat Ofisində onun adına etibarnamə verdiyini, səhəri gün avtomaşını Sumqayt şəhəri ərazisində bir neçə ustaya göstərdiyini və ustaların avtomaşmnın motorunda ciddi problem olduğunu bildirdiklərini, avtomaşını geri qaytarmaq üçün Cavabdeh yanna apardıqlarını, lakin cavabdehin avtomaşında heç bir nasazlıq olmayacağına onu inandırdığını, bundan bir neçə gün sonra avtomaşının mühərrikində yaranan problemlə bağlı avtomaşını cavabdehin dediyi Sumqayıt şəhəri, Əşya bazarı yaxınlığında yerləşən Amil adlı ustanın yanına apardığını, usta avtomaşını təmir etdikdən sonra həmin ustaya 275 manat pul verdiyini, cavabdehin də ustaya 600 manat pul verdiyini, bir gün sonra yenə problem yaranmış və yenə Amilin yanına gedib, avtomaşını düzəltirərək 75 manat pul verdiyini, lakin bunlara baxmayaraq xx.xx.2024-cü il tarixdə saat 14:50-də "Birbank" mobil tətbiqi vasitəsiə istifadəsində olan «Kapital Bank»ın 4169 7388 2482 7236 nömrəli kart hesabından avtomaşının aylıq kredit pulundan 324 manat pulu Ceyhun adlı şəxsin istifadəsində olan «Kapital Bank»ın 4169 7388 0149 0289 nömrəli kart hesabına göndərdiyini, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə saat 19:26-da Abşeron rayonu, Qaçqın şəhərciyi ərazisində yerləşən "Millön" ödəmə terminah vasitəsilə Ceyhun adı icarəçinin istifadəsində olan «Kapital Bank»ın 4169 7388 0149 0289 nömral kart hesabına 300 manat pul göndərdiyini, bundan sonra avtomaşının muhərrikində problem yarandığı üçün xx.xx.2024-çü il tarixdə avtomaşını Amil adlı ustanın yanına qoyduğunu, lakin cavabdeh avtomaşını təmir etdirmədiyi üçün ondan ödədiyi pulu geri qaytarmasını tələb etdiyini, buna baxmayaraq cavabdehin pulu geri qaytarmadığını, avtomaşın qüsurlu olduğuna görə 3000 manat ucuz qiymətə satıldığını və ona ziyan vurulduğunu, bundan başqa avtomaşının təmirinə 2160 manat xərclədiklərini, qeyd olunan məbləğin 1480 manatı nəğd şəkildə ödənildiyini, cavabdehdən pulunu istədukdə isə müxtəlif bəhanələr gətirərək ona olan borcunu ödəməkdən əsassız olaraq boyun qaçırdığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X2 iddiaçı ilə eyniməzmunlu izahatında iddianı müdafiə etdiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və onun nümayəndəsinin izahatını və çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Mülki Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar (Mülki Məcəllənin 14cü maddəsində müəyyən edilən) nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, İddiaçı əmlakına cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində ziyanın dəyməsi iş materialları ilə müəyyən olunmur və iddiaçı tərəfə iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da qeyd olunan iddiaçı və onun nümayəndəsi məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdilər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 92 manat dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıa aid edilməlidir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227 və 360-cı maddələrinə əsaslanaraq q ə t e t d i: İddiaçı Cavabdeh qarşı cavabdehdən 5610 manat əsas borcun bank uçot dərəcəsinin faizi həddində ziyanın iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 79 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar