Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1312/2024 24.06.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ üzrə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6500 manat sığorta ödənişi məbləğinin və 85,40 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 04 noyabr 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin məsuliyyətlərinin icbari sığortası üzrə sığortalanmış «KAMAZ» markalı, ** BS *** dövlət qeydiyyat nişanlı avtomaşın sığorta müddətində 20 noyabr 2022-ci il tarixdə Ağdam rayonunda baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X1 idarə etdiyi «BMV 523» markalı, ** EA *** dövlət qeydiyyat nişanlı və X5 idarə etdiyi «Mercedes Benz» markalı, ** XN *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onları zədələmiş, hadisə nəticəsində X4 ağır xəsarət almışdır. Ağdam Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli hökmü ilə Cavabdeh qeyd olunan yolnəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Hadisə nəticəsində zərərçəkənlərə "xxxx" ASC tərəfindən avtomobillərin zədələnməsi ilə bağlı 5000 manat, xəsarətlə bağlı 1500 manat olmaqla, cəmi 6500 manat sığorta ödənişi həyata keçirilmişdir. Belə ki, İcbari sığorta haqqında qanunun 25.1.2-ci maddəsinə əsasən Cavabdeh avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün ödənilmiş sığorta məbləği cavabdehdən tutulmalıdır. Həmin zərərlə əlaqədar müvafiq sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq qeyd olunan yol-nəqliyyat hadisəsinin törədilməsi nəticəsində zərərçəkənlərə sığorta həcmində, 6500 manat məbləğində ödəniş edildiyinə görə "xxxx" ASC-nin cavabdehdən həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ vardır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə elektron ərizə daxil olmuş və ərizədə qeyd olunan iddia ərizəsinə dair bütün məhkəmə iclaslarına onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş edilmişdir. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Ağdam Rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 1(013)-242/2023 saylı hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1.1-ci maddəsi ilə təqsirli bilinmiş və o, 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 20 dekabr 2023-cü il tarixli, PGU-231004 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığorta olunmuş «KAMAZ» markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tərəfindən törədilmiş hadisə nəticəsində dünyasını dəyişmiş zərərçəkən X3 dəyən zərər 1500 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 20 dekabr 2023-cü il tarixli, PGU-231003 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığorta olunmuş «KAMAZ» markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tərəfindən törədilmiş hadisə nəticəsində dünyasını dəyişmiş zərərçəkən X2 dəyən zərər 1112,11 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən tərtib olunmuş 20 dekabr 2023-cü il tarixli, PGU-231002 nömrəli sığorta aktının surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığorta olunmuş «KAMAZ» markalı, **-UX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tərəfindən törədilmiş hadisə nəticəsində dünyasını dəyişmiş zərərçəkən X6 dəyən zərər 3887,89 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1609 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən PGU-231002 nömrəli zərər aktı üzrə 3887,89 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 1608 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X10 ogluna PGU-231002 nömrəli zərər aktı üzrə 1112,11 manat pul ödənilmişdir. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi halında Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci madəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslnadırır. Şərh olunanlara əsasən, məhkəmə sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 6500 manat sığorta ödənişi tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 85,40 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 6500 (altı min beş yüz) manat sığorta ödənişi və ödənilmiş 85,40 (səksən beş manat qırx qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASCnin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-1312/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1312/2024
24.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver