Məhkəmə qərarları › İş №e-2(013)-1466/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1466/2025

01.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1466/2025 01.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək faktiki nikahları dövründə cavabdehin adına alınmış ünvan 1, giriş 16, ümumi sahəsi 96.2 kv.metr olan 1872 saylı mənzilin alınması üçün verdiyi pulun əvəzi olaraq 110.000 manatın və «PORSHE PANAMERA» markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alınması üçün verdiyi pulun əvəzi olaraq 63.500 manatın, ümumilikdə 173.000 manat pulun cavabdehdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə 2014-cü ilin avqust ayından faktiki nikah münasibətlərindədirlər və bir ailə kimi yaşamışlar. 06 iyun 2015-ci il tarixdə onların toy mərasimi keçirilmişdir. Onların bu izdivaclarından xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı 2 uşaqları anadan olmuşlar. Hazırda cavabdehlə münasibətlərinin gərginləşməsi səbəbindən faktiki olaraq ayrı yaşayırlar. Onların xasiyyətlərində bir çox ziddiyətlər əmələ gəlmiş, belə bir hal onların ailə kimi yaşamasına ciddi mane olur. Cavabdehlə faktiki nikah dövründə onların birgə təsərrüfat apardığı zaman cavabdehin adına bir çox əmlaklar alınmış və birgə istifadələrində olmuşdur. Hazırda cavabdeh ilə aralarında birgə vəsaiti hesabına alınmış əmlaklar üzərində tərəflərin payının müəyən edilməsi ilə bağlı mübahisə mövcuddur və həmin əmlaklar cavabdehin adına qeydiyyata alınmaqla faktiki olaraq onun istifadəsindədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Rublik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 06 avqust 2024cü il tarixli cavab məktubuna əsasən Cavabdeh adına Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsi ev 24 B, giriş 16, 1872 saylı, ümumi sahəsi 96.2 kv.m olan, "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 865 saylı maliyyə arayışına, "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 06 saylı protokoldan çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına ********** qeydiyyat saylı, xx.xx.2022-ci il tarixli ÇİXARİŞ verilmişdir. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh adına «PORSHE PANAMERA» markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Həmin nəqliyyat vasitəsi 18 oktyabr 2022-ci il tarixdən Cavabdeh adına qeydiyyatdadır, həmin vaxta qədər isə avtomobil özünün qardaşı oğlu X1 mülkiyyətində olmuşdur. Qardaşı oğlu Riada 63.000 manat pul verərək həmin avtomaşını almış və faktiki nikah münasibətlərində olduğu Cavabdeh adına rəsmiləşdirmişdir. Qeyd etdiyi evin və maşının bazar dəyərlərinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC-yə müraciət etmişlər, MMC-nin 02-128/24 saylı və 02-129/24 saylı, 09 sentyabr 2024-cü il tarixli Mütəxəssis Rəylərinə əsasən mənzilin bazar dəyəri 220.000 manat, nəqliyyat vasitəsinin bazar dəyəri isə 63.500 manat müəyyənləşdirilmişdir. Sözügedən mənzil və nəqliyyat vasitəsi özünün qazancı hesabına əldə edilmişdir, onların bölünməsi ilə bağlı tərəflər aralarında mübahisə vardır. Cavabdehlə aralarında VHATSAP vasitəsilə yazışma zamanı cavabdeh həmin əmlakların alınması üçün ona özünün 48.000 manat pul verdiyini etiraf etmiş, buna dair screenshotlar (ekran görüntülər) iddia ərizəsinə əlavə edilmişdir. Odur ki, iddia tələblərinin təmin edilməsini xahiş edir. Məhkəmə iclası barədə dəfəfələrlə məlumatlandırılmasına baxmayaraq İddiaçı məhkəməyə gəlməmiş, iddia tələbinin əsası kimi istinad etdiyi əlavə sübutları /şahidləri/ məhkəməyə təqdim etməmiş, onun nümayəndəsi, Vəkil1 isə məhkəmə iclaslarının təxir edilməsini bir neçə dəfə məhkəmədən xahiş etmiş, növbəti məhkəmə iclasında iştirak edəcəyini bildirmiş, lakin yenə də məhkəməyə gəlməmişdir. Cavabdeh da dəfələrlə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclaslarına bir dəfə də olsun gəlməmiş, məhkəmənin obyektiv araşdırma aparması üçün məhkəmə onun izahatlarını dinləyə bilməmiş, işin məhkəməyə daxil olmasından 2 ay keçəndən sonra, 20 iyun 2025-ci il tarixdə Vəkil2 onun nümayəndəsi qismində işə qoşulmuşdur. Məhkəmənin 23 iyun 2025-ci il tarixli iclasında Cavabdeh nümayəndəsi /vəkil/ Vəkil2 iddia tələblərinə etiraz etdi, tələbləri rədd etdi. Göstərdi ki, hazırkı mübahisə tərəflərinin rəsmi nikahları olmayıb, İddiaçı başqa qadınla rəsmi nikahdadır. Hazırda mübahisələndirilən əmlaklara həbs qoyulduğundan və həmçinin Cavabdeh qayıdıb iddiaçı ilə yaşamasını təmin etmək məqsədi ilə iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edib. İddiaçı Ayşənin onunla qayıdıb yaşamasını istəyir, bu məsələ ilə əlaqədar onların aralarında dəfələrlə mübahisələr olub, Nicat Ayşəni hədələyir, ona təzyiqlər edir. Bu səbəbdən də Ayşən dəfələrlə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə, həmçinin ərazidə olan 3-cü Polis Bölməsinə müraciətlər edib, araşdırmalar aparılıb. Cavabdeh özü işləyir, gözəllik salonu var, özü pul qazanır. Hazırda mübahisələndirilən 220.000 manat dəyərləndirilən evin və 63.000 manat dəyərləndirilən maşının İddiaçı heç bir aidiyyəti yoxdur, həmin əmlaklar birgə nikahları olan şəxslərin əmlakı sayıla bilməz. Sözügedən evin çıxarışı 2022-ci ildə alınıb. Nicatla Ayşən sözügedən evdə yaşamayıblar, onlar kirayə ev tutub yaşayıblar. İddiaçı heç bir yerdə işləmir. Nicatla Ayşəni barışdırmaq istəmiş, Nicat Cavabdeh istifadəsində olan 050-211 rəqəmləri ilə başlayan telefon nömrəsini istəmiş, bundan sonra heç bir tələbinin olmayacağını bildirmişdir. Ayşən isə həmin telefon nömrəsini uzun illərdir ki, istifdə etdiyini, həmin nömrə ilə tanındığını, bu səbəbdən də nömrəni verə bilməyəcəyini bildirmişdir. Bu səbəblərdən də hazırkı mübahisə yaranıb. Ona görə də iddia tələblərini qəbul etmirlər, tələblərin rədd edilməsini xahiş edirlər. Məhkəmənin bu günə təyin edilmiş iclasına tərəflər gəlməmişlər, nümayəndələr ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iş materiallarına baxıb, tərəflərin təqdim etdiyi sübutları araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri qismən təmin edilməli, tələbin qalan hissəsi rədd edilməlidir. C02522235 saylı və AA ******* saylı Pasportların surətlərindən görünür ki, hazırkı mübahisə tərəflərinin qeyri rəsmi nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X2 adlı 2 övladları anadan olmuşlar. Ərizəyə əlavə edilmiş «Mirzəyev və Partnyorları» Vəkil Bürasuna ünvanlanmış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X7 İdarəsinin 19 iyul 2024-cü il tarixli, 3-13-16/2- 111397/202 saylı məktubundan görünür ki, Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh /hazırkı cavabdeh/ adına «PORSHE PANAMERA» markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 18 oktyabr 2022-ci il tarixdən qeydiyyatdadır. Ərizəyə əlavə edilmiş «Mirzəyev və Partnyorları» Vəkil Bürasuna ünvanlanmış, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin 06 avqust 2024-cü il tarixli, 3-2/3-30/2-30146/2024 saylı məktubundan görünür ki, Cavabdeh adına /hazırkı cavabdeh/ ünvan 1, giriş 16, 1872 saylı mənzilin (ümumi sahəsi 96.2 kv.metr) "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 865 saylı maliyyə arayışına, "xxxx" MTK üzvlərinin ümumi iclasının xx.xx.2022-ci il tarixli, 06 saylı protokoldan çıxarışına əsasən xx.xx.2022-ci il tarixdən qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli ÇİXARİŞ verilmişdir. Ərizəyə əlavə edilmiş "xxxx" MMC-nin 09 sentyabr 2024-cü il tarixli, 02-128/24 saylı Mütəxəssis Rəyinə əsasən Cavabdeh məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi, ev 24 B, giriş 16 üvanında yerləşən, 3 olaqlı, ümumi sahəsi 96.2 kv.metr olan mənzilin bazar dəyəri 220.000 AZN təşkil edir. Ərizəyə edilmiş "xxxx" MMC-nin 09 sentyabr 2024-cü il tarixli, 02-129/24 saylı Mütəxəssis Rəyinə əsasən "PORSHE PANAMERA" minik markalı, (ful salon, 3,6 motor) xelçbek tipli **-CZ-*** dövlət qeydiyyal nişanlı, 2014-cü il buraxılışlı, qara rəngi avtonəqliyyat vasitəsinin bazar dəyəri 63.500 AZN təşkil edir. İddia tərəfinin təqdim etdiyi foto şəkillərdən görünür ki, həqiqətən də hazırkı tərəflərin toy mərasimləri keçirilmişdir. İddia tərəfinin təqdim etdiyi tərəflər arasında VHATSAP vasitəsilə yazışmalarından belə görünür ki, ididaçı İddiaçı Cavabdeh 40.000 manat evin təmirinə pul verdiyini, uşaqların tərbiyəçilərinə pul verdiyini, özünü körpüdən atmasın deyə cavabdehə 19.000 manat pul verdiyini, cavabdehin işlətdiyi 15.000 manat dəyərində olan mobil nömrəni onun adına keçirdiyini, cavabdehin kartına 30.000 manat pul atdığını, 6 ildir ki, 850 manatdan cavabdehin lombardlarına hər ayda pul ödədiyini, hər ay evə 2000 manat xərclədiyini, obyekt və evin təmiri üçün ustalara və materiallara 40.000 manat pul xərclədiyini, anasının qardaşının evini satıb əldə etdiyi 60.000 manat pulu da cavabdehə verdiyini, cavabdehin həmin məbləği qaytaracağını bildirməsini, lakin qaytarmadığını, cavabdehin ona 8000 manat borcunun, sonradan isə 40.000 manat borcunun olmasını bildirməsini, cavabdehin onu "bomuj" vəziyyətinə saldığını qeyd etmişdir. Cavabdeh Ayşən Həsənva isə həmin VHATSAP yazışmalarının qarşılığında İddiaçı "yerə soxum boyunu", "8000 manat pul vermisən", "yaxşı s-əm, vermirəm, get nə istəyirsən elə, sən cəmi 40.000 manat mənə vermisən" kimi cavablar vermişdir /bu mövzulu screenshotlar (ekran görüntülər) iddia ərizəsinə əlavə edilmişdir/. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi İpoteka Müqaviləsindən görünür ki, Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzillə bağlı "xxxx" ASC tərəfindən 70.000 manat pul məbləği verilmişdir, maliyyə arayışından görünür ki, həmin məbləğ ödənilmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin 17 iyul 2025-ci il tarixli Arayışında göstərilir ki, həmin MTK ilə Cavabdeh aralarında ünvan 1 ünvanında yerləşən mənzillə bağlı hissəvi ödəniş şərti ilə satılması barədə müqavilə bağlanmış, həmin ödənişlər İddiaçı tərəfindən ödənilmiş, İddiaçı ümumilikdə mənzilə görə MTK-ya 151.905 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Ailə Məcəlləsinin 29.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Qeyd olunan Məcəllənin 36.1-ci maddəsinə görə ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. İşin hallarından göründüyü kimi hazırkı tərəflər rəsmi nikahda olmasalar da, faktiki olaraq ailə münasibətlərində olmuşlar, 2 övladları var, 10 ildən artıqdır ki, qeyri-rəsmi olaraq birgə yaşamışlar, buna baxmayaraq onların rəsmi nikahları olmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli, 1 saylı Qərarının 1.1-ci bəndində qeyd olunur ki, ər-arvadın ümumi əmlakının bölünməsinə dair mübahisənin tərəfləri ər-arvad statusu qazanmış şəxslər ola bilərlər. Həmin Qərarın 1.2-ci bəndində qeyd olunur ki, Ailə Məcəlləsinin 1.5-ci maddəsində nəzərdə tutulan hallar istisna olmaqla nikahları müvafiq icra hakimiyyəti orqanında qeydə alınmamış şəxslər ər-arvad hesab edilmirlər. Göründüyü kimi İddiaçı iddia ərizəsində Cavabdeh ilə qeyri-rəsmi nikahları dövründə əldə etdiklləri əmlakların /evin/ avtomaşının/ əldə edilməsi ilə bağlı xərclədiyi pulların ailə qanunvericiliyinin müddəalarına uyğun olaraq, yəni ər-arvadın ümumi mülkiyyəti hesab edilərək arvaddan tutulmasını xahiş edir ki, hazırkı mübahisənin Ailə Məcəlləsinin və yuxarıda qeyd olunan Ali Məhkəmənin Plenum Qərarının müddəaları baxımından həll edilməsi mümkün deyildir. İddia ərizəsindən belə görünür ki, İddiaçı birgə nikahları dövründə əldə edilmiş evin və maşının bölünməsini, yaxud da pullarının bərabər olaraq ər-arvad aralarında bölünməsini, öz payına düşən hissəsini tələb edir. Lakin işdən də göründüyü kimi hazırkı mübahisə tərəflərinin rəsmi nikahları qeydə alınmamışdır, ona görə də hazırda mübahisə predmetləri olan ev və maşın ər-arvadın ümumi birgə mülkiyyətinin predmetini təşkil edə bilməz, yəni iddia tələbinin həmin hissələri bu səbəbdən rədd edilir ki, tələb olunan ev və avtomaşın /yaxud da paylara mütənasib dəyəri/ birgə nikah dövründə əldə edilmiş ər-arvadın əmlakı hesab olunmur. Məhkəmə qeyd edir ki, İddiaçı hazırda mübahisələndirdiyi avtomaşının və evin alınması üçün hər hansı məbləğləri ödəməsi ilə bağlı sübutlar əldə etməklə həmin məbləğlərin tələb edilməsi ilə əlaqədar olaraq məhkəməyə müraciət etmək hüququ istisna edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanmaya dair müddəalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Sözügedən Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Qeyd olunan Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Sözügedən Məcəllənin 324.1-ci maddəsi ilə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsi kimi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İddiaçı məhkəmə iclasında iştirak etməsə də, ərizəsinə Cavabdeh ilə onların toy mərasimlərinin foto görüntülərini, həmçinin cavabdehlə aralarında olan VHATSAP yazışmalarını və s. sübutları əlavə etmişdir ki, həmin sübutlar hazırkı mübahisə tərəflərinin aralarında mülki hüquqi münasibətlərin olmasını təsdiq edir. Yuxarıda qeyd edildiyi kimi ki, həmin VHATSAP yazışmalarında Cavabdeh İddiaçı ona 40.000 manat pul verməsini etiraf etmiş, İddiaçı əvvəl "8000 manat pul vermisən", sonra isə "yaxşı s-əm, vermirəm, get nə istəyirsən elə, sən cəmi 40.000 manat pul vermisən" kimi cavablar vermiş, dolayısı ilə iddiaçıdan pul almasını etiraf etmişdir. Məhkəmə iddia tələblərinin evin və avtomaşının, yaxud da ödənilmiş pullarının tələb edilməsi hissəsində araşdırılmasının tərəflərin iştirakı olmadan və mülki qanunvericiliyin mülkiyyətin toxunulmazlığı prinsipləri baxımından mümkün olmaması qənaətinə gəlsə də, yuxarıda qeyd olunan VHATSAP yazışmalarının /screenshotlar, ekran görüntülər/ hazırkı tərəflərin aralarında olan mübahisəyə təsir edən sübut kimi əhəmiyyətinə diqqət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 12 aprel 2021-ci il tarixli Qərarında yüksək məhkəmə qeyd etmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-cı maddəsində qeyd olunur ki, sübutlara verilən tərifə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyənedilir (MPM-nin 76.1 mad). Məhkəmə qeyd edir ki, iddiaçı və cavabdeh aralarında mülki qanunvericiliklə nəzərdə tutulan münasibətlər yarandığı bildirildiyindən, hazırkı vəziyyətdə onların mübahisə anına qədərki danışıqları və yazışmaları məhkəmə tərəfindən nəzərdən keçirilə bilər. Məhkəmə tərəfindən iddiaçının iddia ərizəsinə əlavə etdiyi VHATSAP yazışmaları nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, İddiaçı cavabdehlə yaşadıqları dövrdə 40.000 manat, 19.000 manat, 15.000 manat, 30.000 manat, 2000 manat, 40.000 manat, 60.000 manat və s. pul məbləğləri xərcləməsini bildirir, Cavabdeh cavab yazılarında bunlara heç bir etirazını bildirmir, iddiaçının ona 40.000 manat pul verməsini isə özü etiraf edir. Məhkəmə qeyd edir ki, həmin yazışmalar başqa şəxslər tərəfindən gizli yazılmamış, mübahisə tərəflərin aralarında könüllü olaraq bir-birinə göndərilən yazılardır. Yuxarıda qeyd olunan MPM-nin 175.1-ci maddəsinə əsasən məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur. Göründüyü kimi iddiaç İddiaçı cavabdehə müxtəlif məbləğlərdə pullar verdiyini, evi və avtomaşını özü aldığını iddia etsə də, məhkəməyə təqdim edilən sənədlərlə onun cavabdehə 40.000 manat verməsi təsdiqini tapır, iddiaçı mülki qanunvericiliyin sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipini bu hissədə təmin edir, cavabdeh də bunu etiraf edir. Məhkəmə iddianı qismən təmin edib, qalan hissəsini rədd edərkən iddiaçının digər pul məbləğlərinin verilməsini təsdiq edən sübutları ilə digər əsaslarla məhkəmədə mübahisə açmaq hüququnu istisna etmir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. "R.Zülfüqarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 02 avqust 2007-ci il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" xx.xx.2008-ci il tarixli Qərarda məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüquq normalarının tələblərinə görə ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və hüquqların təsirli şəkildə bərpa olunmasını təmin etməlidir. "Məhkəmə Qətnaməsi Haqqında" Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarında qeyd olunur ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən 1091 və 1092-ci maddələrinə əsaslanaraq qeyd edir ki, tərəflər arasında pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, onların aralarında olan yazışma ilə iddiaçı tərəfindən cavabdehə 40.000 manat verilməsi təsdiq olunduğundan, tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə əsası olmadığından, cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğini ona qaytarmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən, 40.000 manat hissədə təmin edilməli, tələbin qalan hissəsi isə mübahisələndirilən əmlakların ər-arvadın birgə mülkiyyəti olmaması baxımından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh - 40.000 /qırx min/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Tələbin qalan hissəsi rədd edilsin. Qətnamədən 1 /bir/ ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: Elşad Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar