Azərbaycan Respublikası adından QƏRARDAD Ağdam rayonu İş № e-2(013)-1632/2025 29.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlu sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı alqı-satqı müqaviləsinin və hüquq müəyyənedici sənədlərin ləğv olunması tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, İvanovka kəndi, Telefonnaya küçəsi, ev 19 ünvanında yerləşən 1995-ci ildən onun faktiki sahibliyində (mülkiyyətində) olan fərdi yaşayış evinə ilkin olaraq hazırlaşmış hüquq müəyyənedici sənədlərin, onun əsasında aparılmış alqısatqı aktının (alqı-satqı müqaviləsinin) və cavabdehin adına verilmiş çıxarışın ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 149.2.2-ci maddəsinin tələbinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Məhkəməyə ünvanlanmış iddia ərizəsində həmin işdə cavabdeh qismində göstərilmiş X2 aid Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci madəsində göstərilən məlumatlar tam göstərilməmişdir. O, cümlədən cavabdehə aid eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi FİN) göstərilməmişdir. Ona görə də cavabdeh X3 elektron məhkəmə sistemində görünmür. Bundan əlavə. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinin tələbinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində “İsmayıllı rayonu, İvanovka kəndi, Telefonnaya küçəsi, ev 19 ünvanında yerləşən 1995-ci ildən onun faktiki sahibliyində (mülkiyyətində) olan fərdi yaşayış evinə ilkin olaraq hazırlaşmış hüquq müəyyənedici sənədlərin, onun əsasında aparılmış alqı-satqı aktının (alqı-satqı müqaviləsinin) və cavabdehin adına verilmiş çıxarışın ləğv olunması” göstərilmişdir. Lakin fərdi yaşayış evinə ilkin olaraq hazırlaşmış hüquq müəyyənedici sənədlərin, cavabdehin adına verilmiş çıxarışın tarixi, nömrəsi və digər zəruri məlumatlar, o cümlədən alqı-satqı aktının (alqı-satqı müqaviləsinin) tarixi, nömrəsi, kimlər arasında və harada bağlanması iddia ərizəsində göstərilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və ərizəçiyə geri qaytarılmalıdır. Bununla yanaşı ərizəçiyə izah olunur ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 152, 263-264-cü və 267-268-ci maddələrinə əsaslanaraq, q ə r a r a a l d ı: İddiaçı cavabdeh X2 qarşı İsmayıllı rayonu, İvanovka kəndi, Telefonnaya küçəsi, ev 19 ünvanında yerləşən 1995-ci ildən onun faktiki sahibliyində (mülkiyyətində) olan fərdi yaşayış evinə ilkin olaraq hazırlaşmış hüquq müəyyənedici sənədlərin, onun əsasında aparılmış alqı-satqı aktının (alqı-satqı müqaviləsinin) və cavabdehin adına verilmiş çıxarışın ləğv olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Ağdam Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-1632/2025
Ağdam Rayon Məhkəməsi Qərardad — İş №e-2(013)-1632/2025
29.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver