Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1714/2024 07.08.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlunun sədrliyi, Əliyev Anar İsmayıl oğlunun katibliyi, Cavabdeh1 ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbi barədə mülki işə 07 avqust 2024-cü ildə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində göstərmişdir ki, “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2018-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 tərəfindən idarə olunan “Shacman F3000” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək daşınmaz əmlaka zərər vurmuşdur. İş Materiallarına əlavə olunmuş sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi Cavabdeh2 idarə etdiyi “Shacman F3000” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Baş vermiş hadisə ilə bağlı Cavabdeh2 Azərbaycan Respublikasının İnzoibati Xətalar Məcəlləsinin 332.3-cü, Cavabdeh1 isə həmin Məcəllənin 335.1- ci maddəsi ilə təqsirli bilinmişdir. Daşınmaz əmlaka dəymiş ziyanla əlaqədar İddiaçı Sığorta Şirkəti ASC-nin 5000 (beş min) manat sığorta ödənişi həyata keçirdiyini qeyd etməklə Cavabdeh2 və Cavabdeh1dan 5000 manat sığorta ödənişi və ödənilmiş dövlət rüsumu əvəzində 70 manat tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X3 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılaraq tələbin təmin olunmasını xahiş xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh1 iddianı etiraf etməyərək bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə mülkiyyətində olan “Shacman F3000” markalı **-MN- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şəki şəhərinə yük gətirməyə getmiş, həmin vaxt nəqliyyat vasitəsini sürücülük hüququ olan Cavabdeh2 idarə etmiş və sonuncunun sürücülük vəsiqəsi üzərində olmuşdur. Şəki şəhərindən geri qayıdarkan yolnəqliyyat hadisəsi baş vermiş və adını bilmədiyi Şəki şəhər sakininin evinə ziyan dəymişdir. Dəymiş ziyanın bir qismini özünün ödədiyini, həmin vaxt Cavabdeh2 sürücülük hüququnun məhdudlaşdırıldığından məlumatının olmadığını qeyd etməklə iddianın ona aid hissədə rədd olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir səbəb göstərmədən məhkəmə baxışına gəlməmişdir. Məhkəmə Cavabdeh2 iclasa gəlməmələrinin səbəblərini üzrsüz hesab etmiş, həmçinin icraatı qəsdən yubatmaq məqsədi daşıdığını qeyd etməklə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə göstərilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmədə elan olunmuş 057849 saylı sığorta aktının surətindən görünür ki, “Shacman F3000” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. Qiymətləndirmə hesabatından görünür ki, X2 məxsus evə 6804 manat maddi ziyan dəymişdir. № 12707 saylı ödəniş tapşırığının surətindən görünür ki, vurulmuş ziyana görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 5000 manat ödənilmişdir. İnzibati xəta haqqında protokolların surətindən görünür ki, baş vermiş hadisə ilə bağlı .Z.Alışov Azərbaycan Respublikasının İnzoibati Xətalar Məcəlləsinin 332.3-cü, Cavabdeh1 isə həmin Məcəllənin 335.1- ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia N.Zalışova qarşı təmin Cavabdeh1 qarşı hissədə rədd edilməlidir. Məhkəmə baxışında müəyyən olunmuşdur ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh1 mülkiyyətində olan və Cavabdeh2 tərəfindən idarə olunan “Shacman F3000” markalı **- MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək daşınmaz əmlaka zərər vurmuşdur. Baş vermiş hadisə ilə bağlı Cavabdeh2 Azərbaycan Respublikasının İnzoibati Xətalar Məcəlləsinin 332.3-cü, Cavabdeh1 isə həmin Məcəllənin 335.1- ci maddəsi ilə təqsirli bilinmişdir. Daşınmaz əmlaka dəymiş ziyanla əlaqədar İddiaçı Sığorta Şirkəti ASC 5000 (beş min) manat sığorta ödənişi həyata keçirmişdir. Belə olan halda İddiaçı Sığorta Şirkəti ASC-nin ödədiyi məbləği zərəri vurmuş şəxsdən, yəni Cavabdeh2 tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zədə), habelə pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsində göstərilmişdir ki,mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (Nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli eletrik enerjisindən, atom enərjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Həmin Məcəllənin 1108.2-ci maddəsində göstərilmişdir ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həmdə yüksük təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3-maddədə göstərilmişdir ki, yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 936-cı maddəsinə əsasən sığorta almış şəxsin ona dəymiş zərər üzrə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş olduğu sığortaçının istifadə etmək hüququ mövcuddur. Faydalanan şəxs zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəzi miqdarında geriyə tələb (reqress) hüququ vardır. Həmin Məcəllənin 936-cı maddəsinin tələblərinə görə sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Məhkəmə baxışında müəyyən edilmişdir ki, nəqliyyat hadisəsi Cavabdeh2 təqsiri nəticəsində baş vermişdir. Belə olan halda iddia Cavabdeh1 qarşı təmin oluna bilməz. Beləki, Cavabdeh1 mülkiyyətində olan “Shacman F3000” markalı **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh2 verən zaman Cavabdeh2 sürücülük vəsiqəsi üzərində olmuş və Cavabdeh1 Cavabdeh2 sürücülük hüququnun məhdudlaşdırılmasından məlumatı olmamışdır. İddiaçıya ziyan Cavabdeh2 təqsiri nəticəsində dəymişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia Cavabdeh2 qarşı təmin edilsin. Cavabdeh2 5000 manat sığorta ödənişi məbləği və ödənilmiş dövlət rüsumu əvəzində 70 manat – cəmi 5070 (beş min yetmiş) manat tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. İddia Cavabdeh1 qarşı rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. Sədrlik edən Mahir Niftəliyev
Məhkəmə qərarları › İş №e-2(013)-1714/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1714/2024
07.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver