Məhkəmə qərarları › İş №e-2(013)-1768/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1768/2024

19.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1768/2024 19.07.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 500 manat azadolma məbləği çıxılmaqla «MERCEDES BENZ S500» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödənilmiş 3939.74 manat sığorta ödənişi məbləğinin, 59.39 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh etibarnamə ilə idarə etdiyi «VAZ 21214» markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törədərək «MERCEDES BENZ S500» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və qeyd olunan avtomaşına 9439.74 manat məbləğində zərər yetirmişdir. Hadisə nəticəsində İddiaçı ASC dəymiş zərəri aradan qaldıraraq «MERCEDES BENZ S500» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomaşına görə 9439.74 manat sığorta ödənişi həyata keçirilmişdir. Həmin yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli olması müəyyən edilmişdir. 9439.74 manat məbləğin 5000 manat hissəsi «VAZ 21214» markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilmişdir. Bundan başqa, 500) manat azadolma (franşiza) məbləği çıxılmaqla 3939.74 manat sığorta ödənişi cavabdehdən, iddiaçının xeyirinə tutulmalıdır. Ona görə də qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM) 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş materialları yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN Sabunçu rayon X3 İdarəsinin İnzibati Tənbeh Vermə Haqqında TP ******* ssaylı protokolunun surətindən görünür ki, Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbini pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş və buna əsasən 100 manat cərimə olunmuşdur. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 072721 nömrəli sığorta aktından görünür ki, xx.xx.2019-cu il tarixdə, Bilgəh qəsəbəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, İddiaçı Sığorta Şirkəti ASC-də, xx.xx.2018-ci il tarixdən, xx.xx.2019-cu il tarixədək sığorta olunmuş «MERCEDES BENZ S500» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomaşınla, «Niva» markalı, ** ZZ *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə, «MERCEDES BENZ S500» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərər 9439.74 manat məbləğində müəyyən edilmiş və həmin məbləğ X1 hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, № 9671 ödəniş tapşırığından görünür ki, xx.xx.2019-cu il tarixli, 072721 nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 MMC-nin hesabına 7999.78 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, № 9672 ödəniş tapşırığından görünür ki, xx.xx.2019-cu il tarixli, 072721 nömrəli sığorta aktına əsasən İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X2 MMC-nin hesabına 1439.96 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 21.2-ci maddəsinin tələbinə görə başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş soğortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Mülki Məcəllənin 936.6-ci maddəsinə əsasən, həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə delikt (mülki hüquq pozuntusu) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci madəsinə əsasən delikt nəticəsində fiziki şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən istifadə edilməsi) nəticəsində mülki hüquq pozuntusu (delikt) törətmiş şəxsin vurduğu zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla ( nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (subroqasiya) hüququ vardır. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının sığortalıya və (və ya) sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Şərh olunanlara əsasən, məhkəmə sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehdən dəyən zərərə görə ödənilmiş 3939.74 manat sığorta ödənişi tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh «MERCEDES BENZ S500» markalı, ** PG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərə görə ödənilmiş 3939.74 (üç min doqquz yüz otuz doqquz manat yetmiş dörd qəpik) manat sığorta ödənişi, 59.39 (əlli doqquz manat otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumu pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar