Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2257/2024 12.09.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdeh X2 qarşı “pul” tələbinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC cavabdeh Y.X.Əliyevə qarşı “pul" tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığlortalanmış «Toyota Rav 4» markalı, H020316 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 298 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınaraq ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdə X4 tərəfindən idarə edilən «VAZ2101» markalı, ** BM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalanmış «Toyota Rav 4» markalı, H020316 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş verimiş, baş vermiş yol-nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkətində könüllü sığlortalı «Toyota Rav 4» markalı, H020316 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli qiymətləndirmə aktına əsasən 1070 manat ziyan dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, xx.xx.2017-ci il tarixli **********8 saylı avtomobillərin tam sığorta şəhadətnaməsinə əsasən sığortalanmış «Toyota Rav 4» markalı, H020316 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə xx.xx.2017-ci il tarixli 039276 saylı sığorta aktına uyğun olaraq xx.xx.2017-ci il tarixli, 3794 saylı ödəniş tapşırığına əsasən 970 manat sığorta ödənişini faydalanan şəxs "xxxx" QSCnin etibarnamə ilə nümayəndəsi X3 ödəmişdir. xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində X4 iş materiallarına əlavə edilmiş xx.xx.2017-ci il tarixli protokol və xx.xx.2017-ci il tarixli qərara əsasən İXM-nin 327.2-ci, 332.2-ci və 332.4-cü maddələri ilə təqsirli bilindiyinə görə ona qarşı subroqasiya hüquq vardır. Cavabdeh Y.Əliyev bu günə qədər 672 manat ödəniş həyata keçirmiş, lakin daha sonra ödənişi dayandırmış, qalan borcu 298 manat təşkil edir. Həmin borc bu günə qədər ödənməmiş olaraq qalmaqdadır. Hesab edir ki, 298 manat pul Y.Əliyevdən İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, tələb təmin edilməlidir. ASC-nin maliyyə arayışından görünür ki, Y.X.Əliyevin İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığlortalanmış «Toyota Rav 4» markalı, H020316 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 298 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti 5.000 manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti 10.000 manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Qeyd olunan Məcəllənin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa onun məhkəməyə daxil olduğu vaxtdan 5 iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən isə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Belə ki, Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Y.X.Əliyevdən İddiaçı Sığorta Şirkəti ASCdə könüllü sığlortalanmış «Toyota Rav 4» markalı, H020316 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 298 manat pul vəsaiti və iddiaçı tərəfin dövlət rüsumu kimi ödədiyi 30 manat alınıb ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. Cavabdeh X1 - İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığlortalanmış «Toyota Rav 4» markalı, H020316 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 298 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz manat) manat məbləğində pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Azərbaycan respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-2257/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2257/2024
12.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver