Məhkəmə qərarları › İş №e-2(013)-2492/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-2492/2025

19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-2492/2025 19.08.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Niftəliyev Mahir Şamil oğlu. İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə Ağdam rayonunun Quzanlı qəsəbəsində məhkəmənin binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi X1 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, Cavabdeh 832 manat pulun, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə qarşı əsaslandırılmış etirazı olduğu halda təqdim etməli olduğu izah olunmuşdur. İşə baxılma müddəti ərzində məhkəməyə cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı, dəlilləri və ya onları təsdiq edən sənədləri daxil olmamışdır. Məhkəmədə elan olunmuş 136417 nömrəli və 136493 nömrəli sığorta aktlarının surətlərindən görünür ki, “Volkswagen Touareg” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonunda yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində Cavabdeh idarə etdiyi “QİN Plus Plug in” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, eyni zamanda metal təhlükəsizlik səddi və işıq dirəyinə zərər yetirmişdir. Hadisə zamanı “QİN Plus Plug in” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2000 manat, metal təhlükəsizlik səddi və işıq dirəyinə isə ümumilikdə 5706,40 manat zərər dəymişdir. Sığorta ödənişi mütənasib qaydada bölündüyündən metal təhlükəsizlik səddi və işıq dirəyinə ödəniləcək zərərin məbləi 3332 manat təşkil etmişdir. Vİ Tağım Baş Yol Patrul Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun və TP ******* saylı qərarın surətlərindən görünür ki, “Volkswagen Touareg” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə sürücü X2 yol nəqliyyat hadisəsi törətmiş və o, təqsirli olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının surətindən görünür ki, dəymiş zərərə görə Cavabdeh 2000 manat ödənilmişdir. İddiaçı tərəfin təqdim etdiyi iddia ərizəsinə əlavə arayışın surətindən görünür ki, yol nəqliyyat hadisəsi nəticəsində “QİN Plus Plug in” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2000 manat, “Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi” PHŞ-yə məxsus metal təhlükəsizlik səddinə ümumilikdə 5706,40 manat zərər dəymiş, ümumilikdə toplam zərər 7706,40 manat təşkil etmişdir. Buna görə də, Cavabdeh ödəniləcək məbləğ 1168 manat olduğ halda 2000 manat ödənilmişdir. Odur ki, Cavabdeh 832 manat artıq məbləğ ödənilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, “Volkswagen Touareg” markalı **-MO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonunda yol nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində Cavabdeh idarə etdiyi “QİN Plus Plug in” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, eyni zamanda metal təhlükəsizlik səddi və işıq dirəyinə zərər yetirmişdir. Hadisə zamanı “QİN Plus Plug in” markalı **-SV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2000 manat, metal təhlükəsizlik səddi və işıq dirəyinə isə ümumilikdə 5706,40 manat zərər dəymişdir. Sığorta ödənişi mütənasib qaydada bölündüyündən metal təhlükəsizlik səddi və işıq dirəyinə ödəniləcək zərərin məbləi 3332 manat təşkil etmişdir. Beləliklə hadisə nəticəsində əlavə zərərin olması müəyyən olunduğundan, iddiaçı tərəfindən Cavabdeh artıq ödənilmiş 832 manat pulun geri qaytarılması Cavabdeh bildirilsə də o, artıq alınmış pulu iddiaçıya qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəlləsinin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməlidir. Həmin Məcəllənin 284-5.2-ci maddəsində qeyd olunmuşdur ki, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsində qeyd olunmuşdur ki, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6 və 357-ci maddələrini rəhbər tutub, məhkəmə qətetdi: İddia əsaslı olduğundan təmin edilsin. Cavabdeh 832 (səkkiz yüz otuz iki) manat pul, 30 manat ödənilmiş dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Mahir Niftəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar