Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3104/2024 28.11.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 950 manat pul məbləğinin və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələblərini dəqiqləşdirmiş, Cavabdeh hazırda ona 450 manat borcunun qalmasını və bunun qərar qəbul edilərkən nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, ünvan 1 ünvanında qeydiyyatda olamqla yaşayır. Tanışı olan Cavabdeh 2022-ci ilin əvvəlində ondan 1000 manat pul və 2023-cü ilin yay aylarında isə 200 manat məbləğində pul borc alaraq geri qaytaracağına söz vermişdir. Dəfələrlə Cavabdeh pulunu geri istəmiş, lakin o, 2024-cü ilin fevral ayında borclu olduğu 1200 manat puldan yalnız 250 manatını hissə-hissə vermiş, qalıq qalmış 950 manat hissəsini isə halhazıradək verməmişdir. Cavabdeh dəfələrlə borcunu qaytarması barədə şifahi qaydada xəbərdar etməsinə baxmayaraq o, öhdəliyini tam yerinə yetirməmiş və borcu ödəməkdən boyun qaçırmışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı göstərdi ki, cavabdehi oğlunun dostu kimi tanımışdır. Cavabdeh onlardan 2-3 il bundan əvvəl pul istəmiş, oğlu ona zəng edərək cavabdehə 1000 manat pul verməsini demişdir. Oğlunun deməsi ilə cavabdehə 1000 manat Yevlax şəhərində pul vermiş, cavabdeh pulun təminatı kimi şəxsiyyət vəsiqəsinin özünü ona girov kimi qoymuşdur. Sonra cavabdehin pulu qaytarmamasını görüb ondan pullarını tələb etmiş, cavabdeh yenidən ondan 200 manat istəmiş, cavabdehə 200 manat da vermişdir. Cavabdeh pulu qaytarmaq istəmədiyi üçün ona şikayət edəcəyini bildirmiş, bundan sonra cavabdeh həmin məbləği 100, 100 və 50 manat olmaqla cəmi 250 manatını qaytarmış, 950 manat borcu qalmışdır. Həmin məbləğdən isə cavabdeh 300 manatı bu günlərdə qaytarmış, beləliklə 650 manat borcu qalmışdır. Sonra yenə də cavabdeh 50 manat pul göndərib. Cavabdehlə telefonla danışmışdır ki, məhkəməyə gedəcək, cavabdeh bildirmişdir ki, məhkəməyə gəlməyəcək, ancaq 150 manat da göndərəcəkdir, lakin göndərməmişdir. Ara-sıra cavabdeh ona 50 manat, 100 manat da pul verib ki, həmin məbləğləri cavabdehin borcundan çıxır. Hazırda cavabdehin ona 450 manat borcu qalır. İddia tələbini həmin həcmdə təmin edilməsini xahiş edir. Məhkəmə iclası barədə məhkəmə bildirişi, SMS məlumat vasitəsi ilə məlumatlandırılmış Cavabdeh məhkəmə iclaslarına gəlməmişdir ki, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Şahid qismində məhkəmə iclasında izahat verən X3 göstərdi ki, İddiaçı onun bibisidir. X2 pul verilməsində iştirak etməyib, ancaq bibisinin Saləddinlə telefon danışıqları edib pulunu tələb edərkən bir neçə dəfə yanında olmuşdur. İddiaçı məhkəməyə təqdim etdiyi, onun Cavabdehlə telefon danışıqlarını əks etdirən səs yazıları məhkəmə iclasında dinlənildi, həmin səs yazılarında cavabdeh borclarını etiraf edir. Cavabdeh həmin danışıqlarda "50 manat da göndərdim", "işləyib verəcəm", "mənə demək lazım deyil", "maşını satıb pulu verəcəm" və s. kimi etirafedici danışıqlar edir. Məhkəmə iddiaçı tərəfi dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi hazırda tələb olunan həcmdə təmin edilməlidir. AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1952-ci il təvəllüdlüdür. X1 görünür ki, Cavabdeh Ağdam Rayon Novruzlu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə görə mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qeyd olunan Məcəllənin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.2-ci maddəsinə görə əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlana bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Qeyd olunan Məcəllənin 742.1-ci maddəsinə görə borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Sözügedən Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, iddia tərəfindən əsaslandırılır, cavabdeh səs yazılarında borcunu etiraf edir, bu səbəbdən hazırda tələb olunan həcmdə təmin edilməlidir. Cavabdeh məhkəmə iclasına gəlmir, iddia tələblərinin təkzib edilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etmir. Göstərilənlərə əsasən məhkəmə iddia tələbini təmin edir, hesab edir ki, Cavabdeh 450 manat pul iddiaçının xeyrinə tutulmalı və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi ödənilmiş 30 manat pul Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin müddəaları baxımından alınıb İddiaçı oğlunun xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər br tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respubldikası Mülki Prosessual Məcəlləsinin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 450 /dörd yuz əlli/ manat pul və məhkəmədə işin baxılması ilə bağlı dövlət rüsumu kimi iddiaçı tərəfindən ödənilmiş 30 /otuz/ manat pul tutularaq İddiaçı xeyrinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-3104/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3104/2024
28.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver