Məhkəmə qərarları › İş №e-2(013)-354/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-354/2025

04.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-354/2025 04.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanzadə Elman Seymur oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və cehiz əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ərizənin təsviri hissəsində göstərilən 3758 manat dəyərində qızılzinət əşyalarının naturada və ya onların dəyərinin və 50 manat mediyasiya xərcinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia həcminin genişləndirilməsi haqqındə ərizə daxil olmuşdur. Vəkil ərizəsində, 3758 manat dəyərində qızıl-zinət əşyalarının naturada və ya onların dəyərinin və 50 manat mediyasiya xərcinin alınaraq iddiaçıya verilməsini xahiş etdiklərini, hazırda isə qeyd olunan tələbə əlavə olaraq iddiaçıya məxsus qaz peçi 75 manat, süfrə 50 manat, tranik 7 manat, kirli paltarları yığmaq üçün qab 15 manat, paraşok yığılan qab 5 manat, ağ vedrə qapaqlı 4 manat, meyvə bıçağı ağ qulplu 2 manat, limon qabı 2 manat, ağ ayaqqabı 30 manat, pol ağacı 15 manat, ərzaq doğramaq üçün taxta 3 manat, rajok 2 manat, ağ ləyən malerovanı 20 manat, şpilka qabı və şpilkalar 10 manat, nar çəkən 11 manat dəyərində cehiz əşyaları naturada, olmadıqda onların dəyəri cavabdehdən tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Göstərilənlərə əsasən məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsini məqsədəuyğun hesab etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahatında iddianı müdafiə edərək, İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci ildə rəsmi nikahla daxil olmaqla ailə qurduqlarını, onların bir övladlarının olduğunu, daha sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən boşandıqlarını, İddiaçı cavabdehlə yaşadıqları evi tərk edərkən ona məxsus, yəni ona toyunda hədiyyə olunan nişan üzüyü 750 əyarlı, 5.3 qram 636 manat dəyərində, qızıl dəsti (sırğa, üzük, boyunbağı, asqı və qolbağı), 583 əyarlı, 23 qram 2346 manat dəyərində, üzük qaşlı 583 əyarlı, 3 qram 306 manat dəyərində, tana 583 əyarlı, 4.6 qram 470 manat dəyərində qızıl-zinət əşyalarının, bundan başqa ərizədə tək-tək adları qeyd edilmiş cehiz əşyalarının qaldığını bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında İddiaçı iddia tələbində göstərdiyi cehiz əşyalarının onun evində olduğunu və istədiyi zaman götürə biləcəyini, iddia tələbində göstərdiyi qızıl dəstini əmisi oğlu, qaşlı üzüyü isə başqa bir qohumu aldığı üçün onlara geri qaytardığını, digərləri nişan üzüyü və tənələrdən isə onun xəbərinin olmadığını bildirdi və iddianın qanunauyğun həll edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, onun cavabdehdə Komplekt 1 dəst (sırğa, üzük, boyunbağı, asqı və bilərzik), 583 əyarlı, 23 qram 2346 manat dəyərində, nişan üzüyü 1 ədəd 750 əyarlı, 5.3 qram 636 manat dəyərində, üzük qaşlı 583 əyarlı, 3 qram 306 manat dəyərində, tana 583 əyarlı, 4.6 qram 470 manat dəyərində qızıl-zinət əşyaları, bundan başqa qaz peçi 75 manat, süfrə 50 manat, tranik 7 manat, kirli paltarları yığmaq üçün qab 15 manat, paraşok yığılan qab 5 manat, ağ vedrə qapaqlı 4 manat, meyvə bıçağı ağ qulplu 2 manat, limon qabı 2 manat, ağ ayaqqabı 30 manat, pol ağacı 15 manat, ərzaq doğramaq üçün taxta 3 manat, rajok 2 manat, ağ ləyən malerovanı 20 manat, şpilka qabı və şpilkalar 10 manat, nar çəkən 11 manat dəyərində cehiz əşyaları qalmışdır. «İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəçi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi «Sporronqun və Lonnrotun İsveçrə qarşı» qərarında və bundan sonra qəbul etdiyi qərarlarda mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların «de fakto» baş verməsi aydınlaşdırılmalıdır. Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak onların hər birinin ayrıca mülkiyyətidir. Mülki Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə bu cür iddia qaldıran iddiaçılar bir-biri ilə üzvü əlaqədə olan 2 halı: tələb etdiyi əmlakın ona məxsus olmasını və başqasının həmin əmlaka qanunsuz yiyələnməsini sübut etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə tədqiq olunmuş sübutlara və işin faktiki hallarına obyektiv və məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh komplekt 1 dəst (tənə, üzük, boyunbağı, asqı və biləzik), 583 əyarlı, 23 qram 2346 manat dəyərində, üzük qaşlı 1 ədəd 583 əyarlı, 3 qram 306 manat dəyərində qızıl-zinət əşyaları, qaz peçi 75 manat, süfrə 50 manat, tranik 7 manat, kirli paltarları yığmaq üçün qab 15 manat, paraşok yığılan qab 5 manat, ağ vedrə qapaqlı 4 manat, meyvə bıçağı ağ qulplu 2 manat, limon qabı 2 manat, ağ ayaqqabı 30 manat, pol ağacı 15 manat, ərzaq doğramaq üçün taxta 3 manat, rajok 2 manat, ağ ləyən malerovanı 20 manat, şpilka qabı və şpilkalar 10 manat, nar çəkən 11 manat dəyərində cehiz əşyaları naturada, olmadıqda onların dəyəri alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh komplekt 1 dəst (tənə, üzük, boyunbağı, asqı və biləzik), 583 əyarlı, 23 qram 2346 manat dəyərində, üzük qaşlı 1 ədəd 583 əyarlı, 3 qram 306 manat dəyərində qızıl-zinət əşyaları, qaz peçi 75 manat, süfrə 50 manat, tranik 7 manat, kirli paltarları yığmaq üçün qab 15 manat, paraşok yığılan qab 5 manat, ağ vedrə qapaqlı 4 manat, meyvə bıçağı ağ qulplu 2 manat, limon qabı 2 manat, ağ ayaqqabı 30 manat, pol ağacı 15 manat, ərzaq doğramaq üçün taxta 3 manat, rajok 2 manat, ağ ləyən malerovanı 20 manat, şpilka qabı və şpilkalar 10 manat, nar çəkən 11 manat dəyərində cehiz əşyaları naturada, olmadıqda onların dəyəri və 50 manat mediasiya xərçi alınaraq İddiaçı verilsin. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar