Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-4166/2025 26.01.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 168.20 manat əsas overdraft borcun həmçinin ödənilmiş 30 manat dövlət rüsumu məbləğinin iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus xx.xx.2022-ci il tarixli istifadəçi müqaviləsini elektron olaraq (SİMA vasitəsilə) imzalamış və virtual kart əldə etmişdir. Kartın istifadəsi zamanı xx.xx.2024-cü il tarixdə 172 manat pul vəsaitini digər karta köçürmə edərkən (C2C) əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenə silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. "xxxx" MMC ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2024-cü il tarixli “Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında” müqaviləyə əsasən "xxxx" MMCözünün əqli mülkiyyəti hesab edilən akart məhsulununhər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını "xxxx" MMC-yə güzəşt etmişdir. Bununla bağlı cavabdehə müvafiq bildiriş göndərmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli istifadəçi müqaviləsinin şərtlərinə əsasən istifadəçinin cihazı serverə bağlandığı zaman şirkət ona qabaqcadan məlumat verməklə hazırki müqavilə şərtlərinə dəyişiklik edəvə onu yeniləyə bilər. Edilmiş dəyişikliklərdən sonra onun tətbiqə daxil ilmasıvə ya ondan istifadə etməsi, sözügedən dəyişiklikləri qəbil etməsiona riayət etməsinə dair öz üzərinə öhdəlik götürməsi kimi ifadə edilir. Qeyd olunan overdraft məbləğindən qismən ödəniş edilsə də, sonradan cavabdeh ona məxsus hesab üzrə yol verdiyi texnikioverdraft məbləğini bu günə qədər geri qaytarmamış və öhdəliklərindən yayınmışdır. Nəticədə cavabdehin "xxxx" MMC-yə 168.20 manat əsas overdraft borcu yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günüərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materialları araşdırılaraq hesab edilir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan aşağıda sadalanan sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi, Cavabdeh xx.xx.2023cü il tarixdə "xxxx" MMC-yə məxsus xx.xx.2022-ci il tarixli istifadəçi müqaviləsini elektron olaraq (SİMA vasitəsilə) imzalamış və virtual kart əldə etmişdir. Kartın istifadəsi zamanı xx.xx.2024-cü il tarixdə 172 manat pul vəsaitini digər karta köçürmə edərkən (C2C) əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenə silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə olan borcu, cəmi 168.20 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı təşkilat məhkəmədə iddia qaldırmaq üçün 30 manat dövlət rüsumu ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehdən 168.20 manat əsas overdraft borcu və 30 manat dövlət rüsumu qismində pul tutularaq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 168.20 manat əsas overdraft borcu və 30 manat dövlət rüsumunun əvəzi pul vəsaiti olmaqla ümumilikdə 198.20 (bir yüz doxsan səkkiz manat iyirmi qəpik) manat alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-4166/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-4166/2025
26.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver