Məhkəmə qərarları › İş №e-2(013)-4258/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-4258/2025

16.02.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-4258/2025 16.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi, İddiaçı nümayəndələri - X1 /atası/, X2 /anası/, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia tələbi irəli sürərək cavabdehdən ərizənin təsviri hissəsində göstərilən və "xxxx" MMC Qiymətləndirmə Şirkəti tərəfindən qiymətləndirilən cehiz əşyalarının, həmin əşyaların naturada almması mümkün olmadıqda onların pul ilə dəyəri olaraq cəmi 12.991 manat pulun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, hazırki iş üzrə Cavabdeh ilə xx.xx.2023-cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, birgə nikahlarından xx.xx.2024-cü il təvəllüdlü X11 adlı övladı anadan olmuşdur. Qeyd edir ki, aralarında yaranan problemlər səbəbindən Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(040)-970/2025 saylı Qətnaməsi əsasında nikahları pozulmuşdur. Onu da bildirir ki, cavabdehlə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildən çıxan zaman ona məxsus olan cehiz əşyaları həmin evdə qalmışdır. Cavabdeh tələb etdiyi həmin cehiz əşyalarının siyahısı aşağıdakı kimidir : Mebel-Yataq, qonaq dəsti, Stol, Stul,"xxxx" Firması Forhomedan alınıb 2 dəst 7000 manat, xalça (gəbə) 3 x 4 metr 1 ədəd 50 manat, xalça (gəbə) 2,5 x 3 metr 1 ədəd 200 manat, çaynı, abedni dəsti 2 dəst 310 manat, ətmaşını 1 ədəd 80 manat, tozsoran 1 ədəd 110 manat, TV "Bergman 43 Smart" 1 ədəd 900 manat, paltaryuyan maşın "Finlux" 7 kq-liq 1 ədəd 850 manat, qazan dəsti 6 ədəd 230 manat, qrafinka 6 ədəd 12 manat, güldan 1 ədəd 20 manat, qəndqabı 2 ədəd 12 manat, çaynik 1 ədəd 12 manat, dəm çayniki 1 ədəd 17 manat, ləyən böyük 1 ədəd 25 manat, ləyən kiçik 1 ədəd 18 manat, kartop dəsti 1 dəst 25 manat, padnos 2 ədəd 30 manat, göydoğrayan 1 ədəd 5 manat, taxta qaşıq 2 ədəd 4 manat, mantıqabı 1 ədəd 15 manat, kartofsoyan 1 ədəd 15 manat, biçaq böyük 1 ədəd 3 manat, asılqan məhraba 1 ədəd 2 manat, pendir bıçağı 6 ədəd 4 manat, çömçə 1 ədəd 5 manat, qazan əlcəyi 1 ədəd 10 manat, çay qaşığı 12 ədəd 15 manat, çəngəl 2 dəst 12 ədəd 20 manat, qaşıq iki dəst 12 ədəd 20 manat, xörək qaşığı yekə 1 ədəd 10 manat, süfrə 1 dəst 60 manat, yataq dəsti üzü pastel 1dəst 100 manat, can məhrabası 2 ədəd 30 manat, əl məhrabası 3 ədəd 24 manat, qab dəsmalı 6 ədəd 9 manat, yataq örtüyü 1 ədəd 210 manat, boşqab dərin 12 ədəd 28 manat, boşqab dayaz 12 ədəd 24 manat, boşqab salat 12 ədəd 16 manat, pendir boşqabı 12 ədəd 18 manat, lüstür 1 ədəd 50 manat, duz qabı 6 ədəd 3 manat, mürəbbə qabı razetka 6 ədəd 10 manat, rumka 6 ədəd 3 manat, ləpə qabı 6 ədəd 10 manat, çörək qabı 1 ədəd 6 manat, çaşka 2 dəst 12 ədəd 40 manat, kofe dəsti 2 dəst 30 manat, armudu stəkan 1 dəst 6 ədəd 5 manat, şirniyyat qabı 1 ədəd 20 manat, pərdə qoşa alt-üst 1 dəst 275 manat, karniz 1 ədəd 15 manat, duxofka 1 ədəd 80 manat, spalni yorqan 1 ədəd 60 manat, spalnı yorqan-döşək 1 dəst 150 manat, yastıq balaca 2 ədəd 50 manat, ədyal qoşa çarpayı 1 ədəd 160 manat, sandıq 1 ədəd 50 manat, besik 1 ədəd 450 manat, uşaq üçün yorqan döşək 1 dəst 100 manat, vaz 3 ədəd 46 manat, ütü "Eurolux" 1 ədəd 80 manat, geyim paltarı qadın üçün ümumi hamısı birlikdə 350 manat, geyim paltar uşaq üçün ümumi hamısı birlikdə 200 manat, cəmi 12991 manat. Sadalanlalara əsasən Cavabdeh qiymətləndirilən cehiz əşyaları, həmin əşyaların naturada alınması mümkün olmadıqda onların pul ilə dəyəri, cəmi 12 991 manat pulun alınaraq ona qaytarılmasına dair qətnamə qəbul edilməlidir. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi /atası/ Kamandar Qəzənfər oğlu iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, qızı Mənzər cavabdehlə 2002-ci ildə ailə qurublar, 1 uşaqları var. Onlar aralarında olan nikah Kəlbəcər Rayon məhkəməsi tərəfindən pozulub. X13 ilə ailə qurduqdan sonra Bərdə Rayonunda 866 saylı Qaçqın Qəsəbəsində 3 otaqlı, dövlət tərəfindən verilmiş evdə yaşamışlar. Qızı Mənzər 1 aydan artıqdır ki, ər evindən çıxaraq uşağı ilə onların yanına gəlib. Qızı Mənzərin bütün əmlakları hazırda həmin evdədir. Qarşı tərəf həmin əmlakları vermək istəsə də, bu barədə məhkəmə qərarının olmasını istəyirlər. Məhkəmə qərar verdikdən sonra qızı Mənzərə məxsus həmin əmlakları götürüb aparacaqlar. Bu barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı digər nümayəndəsi /anası/ X4 da iddia tələblərinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələblərini qəbul etdi. Göstərdi ki, dəfələrlə iddiaçı və valideynlərinə bildirmişlər ki, gəlib əmlaklarını aparsınlar. Bütün əmlaklar evdədirlər, bu gün də gəlib apara bilərlər. İddia tələblərinə etiraz etmir, mümkün qədər iddiaçıya məxsus əmlakların onların evlərindən aparılmasını tezləşdirməyi istəyir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin edilməlidir. İddiaçı tərəfin ərizə ilə birlikdə təqdim etdiyi sənədlər : AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1999-cu il təvəllüdlüdür. Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsi tərəfindən 07 oktyabr 2015-ci il tarixdə verilmiş AA 345401 seriyalı X6 surətindən görünür ki, İddiaçı Kəlbəcər rayonundan məcburi köçkündür. Ərizəyə əlavə edilmiş "xxxx" MMC tərəfindən 24 dekabr 2025-ci il tarixdə verilmiş Mütəxəssis RƏYindən görünür ki, Mebel-Yataq, qonaq dəsti, Stol, Stul,"xxxx" Firması Forhome-dan alınıb 2 dəst 7000 manat, xalça (gəbə) 3 x 4 metr 1 ədəd 50 manat, xalça (gəbə) 2,5 x 3 metr 1 ədəd 200 manat, çaynı, abedni dəsti 2 dəst 310 manat, ətmaşını 1 ədəd 80 manat, tozsoran 1 ədəd 110 manat, TV "Bergman 43 Smart" 1 ədəd 900 manat, paltaryuyan maşın "Finlux" 7 kq-liq 1 ədəd 850 manat, qazan dəsti 6 ədəd 230 manat, qrafinka 6 ədəd 12 manat, güldan 1 ədəd 20 manat, qəndqabı 2 ədəd 12 manat, çaynik 1 ədəd 12 manat, dəm çayniki 1 ədəd 17 manat, ləyən böyük 1 ədəd 25 manat, ləyən kiçik 1 ədəd 18 manat, kartop dəsti 1 dəst 25 manat, padnos 2 ədəd 30 manat, göydoğrayan 1 ədəd 5 manat, taxta qaşıq 2 ədəd 4 manat, mantıqabı 1 ədəd 15 manat, kartofsoyan 1 ədəd 15 manat, biçaq böyük 1 ədəd 3 manat, asılqan məhraba 1 ədəd 2 manat, pendir bıçağı 6 ədəd 4 manat, çömçə 1 ədəd 5 manat, qazan əlcəyi 1 ədəd 10 manat, çay qaşığı 12 ədəd 15 manat, çəngəl 2 dəst 12 ədəd 20 manat, qaşıq iki dəst 12 ədəd 20 manat, xörək qaşığı yekə 1 ədəd 10 manat, süfrə 1 dəst 60 manat, yataq dəsti üzü pastel 1dəst 100 manat, can məhrabası 2 ədəd 30 manat, əl məhrabası 3 ədəd 24 manat, qab dəsmalı 6 ədəd 9 manat, yataq örtüyü 1 ədəd 210 manat, boşqab dərin 12 ədəd 28 manat, boşqab dayaz 12 ədəd 24 manat, boşqab salat 12 ədəd 16 manat, pendir boşqabı 12 ədəd 18 manat, lüstür 1 ədəd 50 manat, duz qabı 6 ədəd 3 manat, mürəbbə qabı razetka 6 ədəd 10 manat, rumka 6 ədəd 3 manat, ləpə qabı 6 ədəd 10 manat, çörək qabı 1 ədəd 6 manat, çaşka 2 dəst 12 ədəd 40 manat, kofe dəsti 2 dəst 30 manat, armudu stəkan 1 dəst 6 ədəd 5 manat, şirniyyat qabı 1 ədəd 20 manat, pərdə qoşa alt-üst 1 dəst 275 manat, karniz 1 ədəd 15 manat, duxofka 1 ədəd 80 manat, spalni yorqan 1 ədəd 60 manat, spalnı yorqan-döşək 1 dəst 150 manat, yastıq balaca 2 ədəd 50 manat, ədyal qoşa çarpayı 1 ədəd 160 manat, sandıq 1 ədəd 50 manat, besik 1 ədəd 450 manat, uşaq üçün yorqan döşək 1 dəst 100 manat, vaz 3 ədəd 46 manat, ütü "Eurolux" 1 ədəd 80 manat, geyim paltarı qadın üçün ümumi hamısı birlikdə 350 manat, geyim paltar uşaq üçün ümumi hamısı birlikdə 200 manat, cəmi 12991 manatdır. İddiaçı təqdim etdiy siyahı əsasında 65 sayda cehiz əşyalarının real bazar dəyəri 12.991 manat qiymətləndirilmişdir. Mediator F.Səlimov tərəfindən tərtib edilmiş X3 X12 X8 26 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 3.3-cü və 26.4-cü maddələrinə əsasən mediatorun mediasiya prosesinin həyata keçirilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ərarvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ərarvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsinə əsasən nikaha girənədək ərarvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Cavabdeh iddiaçıya məxsus cehiz əmlaklarının hazırda yaşadığı evdə olmasını etiraf edir, onların iddiaçı tərəfindən götürülməsinə etiraz etmir. İddia tərəfi mediasiya xərci ödəmişdir, məcburi köçkün olduğundan dövlət rüsumundan azaddır. Məhkəmə qeyd edir ki, X10 Qanunun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. X10 Qanunun 8.1.3-cü bəndinə görə iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0.3 faizi dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 60 manat iddiaçı tərəfdən mediasiya xidməti üçün haqq ödənildiyinidən və məhkəmədə işin baxılması ilə əlaqədar xərcin ödənilməyən hissəsi kimi məhkəmə hesab edi ki, Cavabdeh 149.73 manat tutulub dövlət nəfinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - Cehiz əşyaları : Mebel-Yataq, qonaqdəsti, Stol, Stul,"xxxx" Firması Forhome-dan alınıb 2 dəst 7000 manat, xalça (gəbə) 3 x 4 metr 1 ədəd 50 manat, xalça (gəbə) 2,5 x 3 metr 1 ədəd 200 manat, çaynı, abedni dəsti 2 dəst 310 manat, ətmaşını 1 ədəd 80 manat, tozsoran 1 ədəd 110 manat, TV "Bergman 43 Smart" 1 ədəd 900 manat, paltaryuyan maşın "Finlux" 7 kq-liq 1 ədəd 850 manat, qazan dəsti 6 ədəd 230 manat, qrafinka 6 ədəd 12 manat, güldan 1 ədəd 20 manat, qəndqabı 2 ədəd 12 manat, çaynik 1 ədəd 12 manat, dəm çayniki 1 ədəd 17 manat, ləyən böyük 1 ədəd 25 manat, ləyən kiçik 1 ədəd 18 manat, kartop dəsti 1 dəst 25 manat, padnos 2 ədəd 30 manat, göydoğrayan 1 ədəd 5 manat, taxta qaşıq 2 ədəd 4 manat, mantıqabı 1 ədəd 15 manat, kartofsoyan 1 ədəd 15 manat, biçaq böyük 1 ədəd 3 manat, asılqan məhraba 1 ədəd 2 manat, pendir bıçağı 6 ədəd 4 manat, çömçə 1 ədəd 5 manat, qazan əlcəyi 1 ədəd 10 manat, çay qaşığı 12 ədəd 15 manat, çəngəl 2 dəst 12 ədəd 20 manat, qaşıq iki dəst 12 ədəd 20 manat, xörək qaşığı yekə 1 ədəd 10 manat, süfrə 1 dəst 60 manat, yataq dəsti üzü pastel 1dəst 100 manat, can məhrabası 2 ədəd 30 manat, əl məhrabası 3 ədəd 24 manat, qab dəsmalı 6 ədəd 9 manat, yataq örtüyü 1 ədəd 210 manat, boşqab dərin 12 ədəd 28 manat, boşqab dayaz 12 ədəd 24 manat, boşqab salat 12 ədəd 16 manat, pendir boşqabı 12 ədəd 18 manat, lüstür 1 ədəd 50 manat, duz qabı 6 ədəd 3 manat, mürəbbə qabı razetka 6 ədəd 10 manat, rumka 6 ədəd 3 manat, ləpə qabı 6 ədəd 10 manat, çörək qabı 1 ədəd 6 manat, çaşka 2 dəst 12 ədəd 40 manat, kofe dəsti 2 dəst 30 manat, armudu stəkan 1 dəst 6 ədəd 5 manat, şirniyyat qabı 1 ədəd 20 manat, pərdə qoşa alt-üst 1 dəst 275 manat, karniz 1 ədəd 15 manat, duxofka 1 ədəd 80 manat, spalni yorqan 1 ədəd 60 manat, spalnı yorqan-döşək 1 dəst 150 manat, yastıq balaca 2 ədəd 50 manat, ədyal qoşa çarpayı 1 ədəd 160 manat, sandıq 1 ədəd 50 manat, besik 1 ədəd 450 manat, uşaq üçün yorqan döşək 1 dəst 100 manat, vaz 3 ədəd 46 manat, ütü "Eurolux" 1 ədəd 80 manat, geyim paltarı qadın üçün ümumi hamısı birlikdə 350 manat, geyim paltar uşaq üçün ümumi hamısı birlikdə 200 manat, cəmi 12.991 (on iki min doqquz yüz doxsan bir) manat cehiz əşyaları, həmin əşyaların naturada alınması mümkün olmadıqda onların pul ilə dəyəri alınıb İddiaçı verilsin. Cavabdeh 149.73 /bir yüz qırx doqquz manat yetmiş üç qəpik/ manat tutulub dövlət nəfinə verilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim: E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar