Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-134/2023 08.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi X8 kаtibliyi, İddiаçı İddiaçınun nümayəndəsi və vəkili Vəkil, İddiaçınun nümayəndəsi X3, Cavabdeh2, Cavabdeh1 nümayəndəsi X2 iştirаkı ilə İddiаçı İddiaçınun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon Şöbəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi, həyətyanı torpaq sahəsinin geri qaytarılması, üzərinə inşa edilmiş evin məcburi sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçınun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon Şöbəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi, həyətyanı torpaq sahəsinin geri qaytarılması, üzərinə inşa edilmiş evin məcburi sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayonu Ağdaş Bələdiyyəsinin 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarının ləğv edilməsi, Ağdaş şəhəri 42 saylı məhəllədəki 54 saylı torpaq sahəsində inşa edilən tikililərdə Cavabdeh2 və faktiki yaşayan şəxslərin əşyaları ilə bir çıxardılması, torpaq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin İddiaçına geri qaytarılaraq təhvil verilməsi, İddiaçına dəymiş 50.000 manat məbləğində maddi ziyanın və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə qəbul edilməsini хаhiş еtmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 saylı qərarına əsasən İddiaçına Ağdaş şəhəri 42-ci məhəllədəki torpaq sahəsindən yaşayış evi tikdirmək üçün 25 metr uzunluqda 20 metr enində olmaqla 54 nömrəli yerdə 500 kv.m torpaq sahəsi verilmiş 18 fevral 1992-ci il tarixində Ağdaş rayon İcra Hakimiyyətinin baş memarı və baş mühəndisinin iştirakı ilə Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 03 sentyabr 1990-cı il tarixli 12 saylı qərarının icra olunması ilə əlaqədar akt tərtib edilmişdir. 18 fevral 1992-ci il tarixində isə həmin torpaq sahəsinə müqavilə imzalanmış və bununla bağlı rüsum ödənilmişdir. Bundan sonra İddiaçı tərəfindən çəpərlənərək sərhədlər müəyyən edilmiş torpaq sahəsinə tikinti işləri aparmaq üçün 4 maşın çay daşı boşaldılmışdır.Həmçinin həyətyanı torpaq sahəsinə meyvə ağacları əkilmiş və yaşıllıq yaradılmışdır. Lakin iddiaçı 1996-cı il tarixdə zərurət səbəbindən ölkə hüdudlarından keçərək Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində məskunlaşmışdır və Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. İddiaçının səhhətində problemlər yarandığından xaricdə uzunmüddətli müalicə olunmuşdur. İddiaçı həmin torpaq sahəsinə dair mülki qeydiyyatına alınaraq çıxarış almaq üçün qızına X3 etibarnamə əsasında səlahiyyətlərini vermişdir.X5 aid olan torpaq sahəsinin qeydiyyata alınması üçün müəyyən sənədlərin əldə olunması üçün Ağdaş rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Ağdaş rayon Hakimiyyətinə Zümrüd xanıma bildirmişdilər ki, torpaq sahəsi artıq Bələdiyyənin balansındadır və qeyd olunan sənədlərdə Bələdiyyədən götürə bilər. Zümrüd xanım Ağdaş Cavabdeh1nə müraciət edərək mülkiyyət hüququnun qeydiyyata alınması üçün müəyyən olunmuş sənədləri arxivdən verilməsini xahiş etmişdir və buradan məlum olmuşdur ki, iddiaçı ölkə ərazisində olmadığından istifadə edərək həmin torpaq sahəsi qanunsuz iddiaçının razılığı belə alınmadan başqa adama verilmişdir. X9 tərəfindən etibarnamə əsasında sənədərin verilməsi üçün Ağdaş Bələdiyyəsinə müraciət etmişdir. Ağdaş Bələdiyyəsi həmin müraciətə xx.xx.2018-ci il tarixli 244 saylı məktubla cavabinda bildirmişdir ki, 2000-ci ildə Bələdiyyənin baş kitabında İddiaçı adına 0.05 ha torpaq sahəsi qeydə alınmış lakin heç bir torpaq vergisi ödənilmədiyindən sözügedən torpaq sahəsi X11 01 iyul 2006-cı il tarixli nömrəli qərarı ilə Ağdam rayon Qiyaslı kənd sakini Cavabdeh2 verilmişdir. Bələdiyyənin qeyd olunan qərarı tamamilə əsassızdır. Belə ki, Konstitusiyanın 13-cü maddəsinə əsasən “AR-da mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” 29-cu maddədə isə “Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz”. Yəni vətəndaşın zəruri səbələrdən ölkənin hüdudlarını tərk etməsindən istifadə edilərək iddiaçı mülkiyyətindən məhrum edilmişdir.Göründüyü kimi Ağdaş Bələdiyyəsi tərəfindən iddiaçı tamamilə qanunsuz və əsassız səbəbdən torpaq vergisinin ödənilməməsi səbəbindən mülkiyyətdən məhrum edilmişdir. Faktiki olaraq Bələdiyyənin balansında olmayan torpaq sahəsi Cavabdeh2 verilmişdir. İddiaçı tərəfindən qeyd olunan torpaq sahəsi xx.xx.1990-cı il tarixində Ağdaş şəhər XDS İcraiyyə Komitəsinin 12 saylı qərraı ilə iddiaçıya ayrılmıdşır. Beləliklə 1990-cı ilin tarixində sözügedən torpaq sahəsi İcraiyyə Komitəsinin balansından çıxmışdır və bununla bağlıda iddiaçı dövlət rüsumu ödəmişdir. Faktiki olaraq cavabdehin balansında olmayan torpaq sahəsini Cavabdeh2 verilmişdir. Cavabdeh2da bugunə qədər qanunsuz olaraq torpaq sahəsindən istifadə edərək iddiaçıya maddi ziyan vurmuşdur.Qanunsuz Bələdiyyə qərarına əsasən sözügedən torpaq sahəsi Cavabdeh2 satılmış və həmin torpaq sahəsində cavabdeh tərəfindən tikililər inşa etdirilmişdir. İddiaçına sözügedən torpaq sahəsindən məhrum edilməsi ilə əlaqədar habelə həmin torpaq sahəsindən əldə edə biləcəyi gəlirlərdən məhrum edilməsi nəticəsində zərər vurulmuşdur.Hesab etsək ki, həmin 0.05 ha torpaq sahəsinin bugunki bazar qiyməti nəzərə alınmaqla hər sota görə 3500 manat məbləğində olmaqla cəmi 17500 manat və bundan əlavə iddiaçını 2006-cı ildən bəri əldə edə biləcəyi gəlirlər qismində həmin torpaq sahəsində evin tikilməsi və tikilidən əldə olunan gəlirlər də (icarə haqqı) daxil olmaqla 50.000 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir.Odur ki, Ağdaş Rayonu Ağdaş Bələdiyyəsinin 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarının ləğv edilməsi, həyətyanı torpaq sahəsi geri qaytarılmalı, həmin torpaq sahəsinin üzərində inşa edilmiş tikililərin sökülməsi və ona dəyən 50000manat məbləğinəd maddi zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Ağdaş rayon Ağdaş Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 204 nömrəli qərarı əsasında Ağdaş rayonu Ağdaş Bələdiyyəsi və Cavabdeh2 arasında bağlanmış alıq-satqı müqaviləsinin etibarsız hesab edilməsi və ondan irəli gələn bütün hüquqi nəticələrin ləğv edilməsi, Ağdaş şəhəri 42-ci məhəllədəki (indi Azadlıq küçəsi) 54 saylı torpaq sahəsində inşa edilən tikililərdə Cavabdeh2 və faktiki yaşayan şəxsləri əşyaları ilə birlikdə çıxardılması torpaq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin İddiaçına geri qaytarılaraq təhvil verilməsi, İddiaçına dəymiş 50000 manat məbləğində maddi ziyanın və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehlərdən, Cavabdeh2 və Ağdaş rayon Ağdaş Bələdiyyəsindən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçının iddia tələbinin həcminin artırılması barədə vəsatəti təmin edilməmişdir. İddiaçınun vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında iddia ərizəsində qeyd edilənləri müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, həmin torpaq sahəsi qanunvericiliyə uyğun olaraq Bələdiyyə tərəfindən ona və ailə üzvlərinə ayrılmış, həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş, bu 17 il ərzində iddiaçı tərəfindən həmin torpaq sahəsinə dair hər hansı tələb irəli sürülməmiş, yalnız 2019-cu ildə ilk dəfə olaraq məhkəməyə müraciət etmiş, tələblərini təmin etdirə bilmədiyindən yenidən məhkəməyə ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq izahatında mübahisə predmeti olan torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq cavabdehə ayrıldığını, bu keçən müddət ərzində iddiaçının həmin torpaq sahəsi ilə maraqlanmadığını və mühabisələndirməyinin bildirmişdir. Maraqlı orqan AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclаsının vахtı və yеri bаrədə qаnunlа müəyyən оlunmuş qаydаdа məlumаt vеrilməsinə bахmаyаrаq, məhkəmə iclаsınа gəlməmiş, gəlməməsinin səbəbləri bаrədə məhkəməyə məlumаt vеrməmiş və işə оnun iştirаkı оlmаdаn bахılmаsını хаhiş еtməmişdir. Məhkəmə Аzərbаycаn Rеspublikаsı MPM-nin 185.5-ci mаddəsinə əsаsən, maraqlı orqanın məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirаkı оlmаdаn bахılmаsını mümkün sayır. Məhkəmə iddiaçının və cavabdehlərin izahatlarını dinləyib,iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia rədd edilməlidir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən AR Ağdaş rayonu X11 xx.xx.2006-cı il tarixli 204 saylı qərarın surətinə əsasən, Ağdaş şəhər 42-ci məhəllədə məskunlaşmış Ağdam rayonu Qiyaslı kənd qaçqını Cavabdeh2 ərizəsi nəzərə alınaraq şəhərin 42-ci məhəlləsində Bakı-Qazax avtomaşın yolunun şimalında (Azadlıq küçəsində) boş, istifadəsiz 20.0m x 25.0m= 500.0kv metr ölçüdə (54 saylı yer) torpaq sahəsi ev tikintisi üçün onun adına ayrılması, tapşırılsın vətəndaş Cavabdeh2 müvafiq vergi qanunvericiliyinə torpağın sxematik planına akt, rəy tələblərinə əməl etməklə fəaliyyət göstərməsi qərara alınmışdır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Cavabdeh1 tərəfindən may 2006-cı il traixdə verilmiş aktın surətindən məlum olur ki, Ağdaş şəhər 42-ci məhəllədə məskunlaşmış Ağdam rayonu Qiyaslı kənd qaçqını Cavabdeh2 ərizəsi əsasında yaradılmış komissiya vasitəsilə torpaq sahəsinə baxış keçirilmiş və aşağıdakılar müəyyən olunmuşdur.Torpaq sahəsi şəhərin 42-ci məhəlləsində Bakı-Qazax avtomaşın yolunun şimalında (Azadlıq küçəsində) boş, istifadəsiz ərazidir. Cavabdeh2 həmin yerdəki 20.0m x 25.0m= 500.0kv metr ölçüdə (54 saylı yer) torpaq sahəsi ev tikintisi üçün ayrılması məqsədəuyğun hesab edilir. Torpaqdan istifadə edərkən qonşu torpaq mülkiyyətçilərinin mənafeyi nəzərə alınmaqla ekologiya və ətraf mühitin mühafizəsi təmin olunmalıdır. Tapşırılsın vətəndaş Cavabdeh2 torpağın sxematik planına, akt, rəy tələblərinə həmçinin Ağdaş RİH başçısının Tikinti və Memarlıq şöbəsinin qanuni tələblərinə əməl etməklə tikinti işinə başlanılsın. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Cavabdeh1 tərəfindən X6 ünvanlanmış xx.xx.2018-ci il tarixli 244 saylı məktubun surətindən məlum olur ki, sizin atanız İddiaçına xx.xx.1990-cı ildə Ağdaş rayon XDS qərarı ilə şəhərin 42-ci məhəlləsinə 54 saylı yerdən 0.05 ha həyətyanı torpaq sahəsi ayrılması və həmin torpaq sahəsinin hasarlanması tərəfinizdən istifadə edə bilmədiyiniz və həmin torpaq sahəsi kimə məxsus olması barədə ərizəniz tərəfimizdən araşdırılmışdır. Araşdırma zamanı məlum oldu ki, 2000-ci ildə Bələdiyyələr yaradılanda DƏDRX-nin Yevlax ərazi idarəsinin Ağdaş şöbəsi Ağdaş Bələdiyyəsinə şəhər ərazisində mövcud olan torpaq sahələrinin kimlərə məxsus olması barədə rəsmi məktub verilmişdir.Həmin məktub əsasında 2000-ci ildə Bələdiyyənin baş kitabında atanız İddiaçınun adına 0.05 ha torpaq sahəsi qeydə alınmış, lakin tərəfinizdən heç bir torpaq vergi pulu ödənilməmişdir. Araşdırma zamanı həmdə müəyyən olundu ki, sözügedən torpaq sahəsi xx.xx.2006-cı ildə Ağdam rayon Qiyaslı kənd sakini Cavabdeh2 Ağdaş Bələdiyyəsinin qərar ilə verilmişdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən DƏDRX-nin Yevlax rayon ərazi İdarəsinin Ağdaş rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli 226 saylı arayışın surətindən məlum olur ki, Ağdam rayonu Qiyaslı kəndində qeydiyyatda olan vətəndaş Cavabdeh2 Ağdaş şəhərində torpaq sahəsi yoxdur. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB Aparatının Hüquq şöbəsi tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli arayışın surətindən məlum olur ki, Ağdam rayonu köçkünü Cavabdeh2 Mehti qızı 1995-ci ildə hal-hazıradək Ağdaş rayonu Orta ləki kəndində məskunlaşmışdır. Ağdaş RİHB-nin Qaçqın və Məcburi köçkünlərin İşləri üzrə şöbədə qeydiyyata alınmışdır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən X7 Nuranə Mehdi qızı tərəfindən ünvanlanmış xx.xx.2006-cı il tarixli ərizənin surətindən məlum olur ki, 1995-ci ildən Ağdaş şəhərində məskunlaşmışlar. Ev tikintisi üçün həyətyanı torpaq sahəsinə ehtiyacları var. Vəziyyətlərini nəzərə alaraq şəhərin 42-ci yaşayış məhəlləsində boş istifadəsiz qalmış ərazidən ev tikintisi üçün ona həyətyanı torpaq sahəsi ayrılmasına köməklik etməyinizi xahiş edirəm. Torpaq pulunu ödəyəcəyəm. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş şəhər XDS İcraiyyə Komitəsi tərəfindən verilmi. xx.xx.1990-cı il tarixli 12 saylı qərarın surətindən məlum olur ki, ünvan 3 ünvanda yaşayan İddiaçına yaşayış evi tikdirmək üçün 42-ci məhəllədəki torpaq sahəsindən 20.0m x 25.0m= 500.0kv metr ölçüdə (54 saylı yer) torpaq sahəsi verilməsi, tapşırılsın vətəndaş İddiaçı yoldaşa ki, evin tikintisi üçün RİK-dən müvafiq qaydada icazə alınaraq texniki inventarizasiya bürosu ilə müqavilə bağlayaraq notaiat kontorunda təsdiq etdirdikdən sonra tikinti işlərinə başlanılması qərara alınmışdır. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən DƏDK və X18 şəxsinin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş müqavilənamənin surətindən məlum olur ki, xx.xx.1990-cı il Mənzil Kommunal Təsərrüfat Nazirliyi deputatları soveti icraiyyə komitəsinin verdiyi xx.xx.1986-cı il tarixli müqavilənamə əsasında fəaliyyətdə olan şöbə müdiri X10 ev tikdirənə Məmmədov X1 77 saylı fasadı 20.0m x 25.0m= 500.0kv metr olmaqla müddətsiz istifadə etmək hüququ əsasında torpaq sahəsi verilmişdir. Bu 52 kv metr ölçüdə 2 otaqdan ibarət həyətyanı tikililəri ilə 1992-ci il 18 fevral tarixli təsdiq olunmuş projektə tam müvafiqdir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli AZ-İ 590046 saylı doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 xx.xx.1989-cu il tarixdə Ağdaş şəhərində anadan olmuşdur. Atası İddiaçı, anası X4r. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən LEX FORİ Hüquq və Qiymətləndirmə şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 09 saylı daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatdan məlum olur ki, İddiaçına məxsus Ağdaş şəhəri Azadlıq küçəsində yerləşən 0.05 ha torpaq sahəsinin 1 sotunun bazar dəyəri 4214.9 manat yuvarlaq 4 200x5sot=21000 manat, likvit dəyəri 20 000 manat təşkil edir. Beləliklə aparılmış hesablamalar və təhlillərə əsasən İddiaçına xx.xx.1190-cı il tarixində Ağdaş XDS qərarı ilə ayrılmış Ağdaş şəhəri 42-ci məhəlləsində Bakı-Qazax avtomaşın yolunun şimalında yerləşən 54 saylı (indiki Ağdaş şəhər azadlıq küçəsi) 0.05 ha torpaq sahəsinin xx.xx.2023-cü il tarixinə bazaz dəyəri 21000 manat, liktiv dəyəri 20000 manat təşkil edir. 1 aylıq icarə haqqı 250 manat 350 manat arasında dəyişir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli 2-1(116)-1713/2023 saylı qərardadın surətindən məlum olur ki, Cavabdeh2 hazırki iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində zəruri cəlb edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndində torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinin 1-ci bəndində Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndində özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü bəndində torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İnsan hüquqlarinin və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir: «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ...məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı) qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci və 6-cı maddələrinə ciddi riayət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etbarı ilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X17rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Ağdaş Rayonu Ağdaş Bələdiyyəsinin 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarının ləğv edilməsi, Ağdaş şəhəri 42 saylı məhəllədəki 54 saylı torpaq sahəsində inşa edilən tikililərdə Cavabdeh2 və faktiki yaşayan şəxslərin əşyaları ilə bir çıxardılması, torpaq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin İddiaçına geri qaytarılaraq təhvil verilməsi, İddiaçına dəymiş 50.000 manat məbləğində maddi ziyanın və ödənilmiş 240 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini tələb etsə də, cavabdehin əmlakdan istifadəsinin qanunsuz olduğuna dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz iddiaçı iddia ərizəsində göstərilmiş halların mövcud olmasını sübut etməlidir. Hazırki mübahisənin həlli ilə əlaqədar olaraq qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və onları dəstəkləyən sübutlarını məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqinə dair təqdim etdiyi sübutlara əsasən iddia tələbi təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarının ləğv edilməsi, Ağdaş şəhəri 42 №-li məhəllədəki 54 saylı torpaq sahəsində inşa edilən tikililərdə Cavabdeh2 və faktiki yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxardılması, torpaq sahəsi üzərində inşa edilmiş tikililərin sökülməsi, torpaq sahəsinin İddiaçına geri qaytarılaraq təhvil verilməsi, İddiaçına dəymiş 50 000 (əlli min) manat məbləğində maddi ziyanın ödənilməsi tələblərindən tələblərindən ibarət iddia ərizəsinin Ağdaş rayonu Ağdaş Bələdiyyəsinin 01 iyul 2006-cı il tarixli 204 nömrəli qərarının ləğv edilməsi tələbi hissəsində iş üzrə icraata Ağdaş Rayon Məhkəməsinin 08 may 2022-ci il tarixli qərardadı ilə xitam verilmişdir. Ona görə də məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddiaçının tələbinin predmetini təşkil edən hallar, ilk tələb olan Bələdiyyə qərarının ləğvindən asılı olduğundan, həmin tələb üzrə iş üzrə icraata xitam verildiyindən, iddia qeyd olunan hissədə münasibət bildirilməsi mümkün olmadığından (inzibati məhkəmələrinin səlahiyyətinə aid olduğundan) iddiaçının digər tələbləri də - “həyətyanı torpaq sahəsinin geri qaytarılması, üzərinə inşa edilmiş evin məcburi sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” təmin edilə bilməz. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilməlidir. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiаçı İddiaçınun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və 3-cü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və X18 şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin Ağdaş rayon Şöbəsinə qarşı “bələdiyyə qərarının ləğv edilməsi, həyətyanı torpaq sahəsinin geri qaytarılması, üzərinə inşa edilmiş evin məcburi sökülməsi və vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiаçıyа аid еdilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nizam Əliyev
Məhkəmə qərarları › İş №e-2(014)-134/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-134/2023
08.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver