Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-186/2024 12.02.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi ilə İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Nissan Teana” markalı, ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X16, X8 və X20 ölmüş, həmçinin X1 ağır dərəcəli bədən xəsarəti almışdır. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, X10 ölümünə görə 5000 (beş min) manat, X5 ölümünə görə 5000 (beş min) manat, X13 ölümünə görə 5000 (beş min) manat və X14 vurulan ağır dərəcəli xəsarətin yetirilməsinə görə isə 1500 (min beş yüz) manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2018-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh sürücülük hüququ olmadan avtomobili idarə etdiyinə görə ona qarşı subroqasiya hüquqları yaranıb. Cavabdeh təqsirli olması Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-33/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündə öz əksini tapmışdır. 16500 (on altı min beş yüz) manat pul vəsaiti Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən X10 ölümünə görə 5000 (beş min) manat, X5 ölümünə görə 5000 (beş min) manat, X13 ölümünə görə 5000 (beş min) manat və X14 vurulan ağır dərəcəli xəsarətin yetirilməsinə görə isə 1500 (min beş yüz) manat sığorta ödənişi və ödənilmiş 139,90 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasına iştirakları olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan İcbari Sığorta müqaviləsinə dair məlumatdan görünür ki, İddiaçı Sığorta Şirkəti ASC ilə cavabdeh X25 arasında xx.xx.2018-ci il tarixli PAT********** nömrəli 1 illik sığorta müqaviləsi bağlanmış və “NİSSAN TEANA” markalı, **- BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalanmışdır. İşin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 03 aprel 2019-cu il tarixli 064448 saylı sığorta aktından görünür ki, sığortalanmış “NİSSAN Teana” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və X2 vurulan ağır zərərə görə sığorta ödəniş məbləği 1500 manat təşkil edir. İşin materiallarında olan 04 aprel 2019-cu il tarixli, 3320 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X12 hesabına 1500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 02 aprel 2019-cu il tarixli 064446 saylı sığorta aktından görünür ki, sığortalanmış “NİSSAN Teana” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və X3 ölümünə görə sığorta ödənişin məbləği 5000 manat təşkil edir. İşin materiallarında olan 05 aprel 2019-cu il tarixli, 3343 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X4 hesabına 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 03 aprel 2019-cu il tarixli 064483 saylı sığorta aktından görünür ki, sığortalanmış “NİSSAN Teana” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və X10 ölümünə görə sığorta ödənişin məbləği 5000 manat təşkil edir. İşin materiallarında olan 05 aprel 2019-cu il tarixli, 3338 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X12 hesabına 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 03 aprel 2019-cu il tarixli 064449 saylı sığorta aktından görünür ki, sığortalanmış “NİSSAN Teana” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmiş və X13 ölümünə görə sığorta ödənişin məbləği 5000 manat təşkil edir. İşin materiallarında olan 05 aprel 2019-cu il tarixli, 3338 saylı ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X4 hesabına 5000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İşin materiallarında olan 19 mart 2015-ci il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 031545 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X15 19 mart 2015-ci il tarixdə 103 №-li akt qeydi əsasında nikaha daxil olmuşlar. Nikah bağlandıqdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İşin materiallarında olan 06 yanvar 2016-cı il tarixdə Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 14 dekabr 2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonunda doğulmuş, atası X23 opğlu, anası X6r. İşin materiallarında olan 31 iyul 2018-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 16 iyul 2018-ci il tarixdə başın tüklü hissəsinin açıq yarası səbəbindən ölmüşdür. İşin materiallarında olan 31 iyul 2018-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 16 iyul 2018-ci il tarixdə başın tüklü hissəsinin açıq yarası səbəbindən ölmüşdür. İşin materiallarında olan 21 avqust 2018-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 10 avqust 2018-ci il tarixdə baldır sümüklərinin sınığı səbəbindən ölmüşdür. İşin materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-33/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.4-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhku edilmişdir. İşin materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, ASC tərəfindən həyata keçirilmiş sığorta ödənişi əsasında üzərinə düşən öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 139,50 (yüz otuz doqquz manat, əlli qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə idarə etdiyi “NİSSAN Teana” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə X21, X8 və X20 ölmüş, X17 isə bədən xəsarətləri almışdır. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ümumilikdə 16500 manat sığorta ödənişi həyata keçirilmiş, nəticədə Cavabdeh 16500 manat məbləğində borcu yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Qeyd olunan Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh X10 ölümünə görə 5000 (beş min) manat, X5 ölümünə görə 5000 (beş min) manat, X13 ölümünə görə 5000 (beş min) manat və X14 vurulan ağır dərəcəli xəsarətin yetirilməsinə görə isə 1500 (min beş yüz) manat sığorta ödənişi və ödənilmiş 139,90 manat dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X10 ölümünə görə 5000 (beş min) manat, X5 ölümünə görə 5000 (beş min) manat, X13 ölümünə görə 5000 (beş min) manat və X14 vurulan ağır dərəcəli xəsarətin yetirilməsinə görə isə 1500 (min beş yüz) manat sığorta ödənişi və ödənilmiş 139,90 manat dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №e-2(014)-186/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-186/2024
12.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver