Məhkəmə qərarları › İş №e-2(014)-434/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-434/2022

06.04.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-434/2022 06.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Mehdiyeva Mələk Məmməd qızının katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında 27 noyabr 2019-cu il tarixdə 01/496/19-N saylı nisyə alqı-satqı müqaviləsi (bundan sonra «Müqavilə») bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı qiyməti 4410,67 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə (bundan sonra «Əmlak») cavabdehə təhvil verilmiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan ödəniş qrafikinə müvafiq olaraq ayba ay ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 914,67 manat, dəbbə pulu 1633,55 manat olmaqla, cəmi 2548,22 manat təşkil edir. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilibdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlərin edilməsi 327 gün müddətində gecikdirilib və beləliklə də, müqavilədən irəli gələn öhdəliklərini icra edilməmişdir. Hazırki iş üzrə cavabdeh sayılan Cavabdeh2 27 noyabr 2019-cu il tarixli 01/496/19-N-Z1 saylı zaminlik müqaviləsinə əsasən nisyə alqı-satqı müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bu isə o deməkdir ki, Cavabdeh2 həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasına görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İddiaçı MMC-nin nümayəndəsi X1 məhkəməyə teleqram ünvanlayaraq iştirakları olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək bildirdi ki, həqiqətən borcu vardır və həmin borcu hissə-hissə ödəməyə hazırdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdeh məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh1 dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış 27.11.2019-cu il tarixli, № NAS 01/496/19-N saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh1 18 ay müddətinə ayda 245,04 manat ödəmək şərti ilə, dəyəri 4410,67 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanı ləvazimatları ilə birlikdə verilmişdir. İşin materiallarında olan İddiaçı MMC ilə borclu Cavabdeh2 arasında bağlanmış 27.11.2019-cu il tarixli, № 01/496/19-N-Z3 saylı zaminlik müqaviləsinə əsasən alıcı tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin yerinə yerilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə zamin və alıcı satıcı qarşısında birgə məsuliyyət daşıyırlar. İşin materiallarında olan İddiaçı MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 11.01.2022-ci il tarixli bildirişdən (tələb məktubundan) görünür ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı MMC tərəfindən müqaviləyə əsasən müqavilə üzrə borcun ödənilməsi ilə bağlı xəbərdar olunmuşlar. İşin materiallarında olan 09.12.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, İddiaçı MMC tərəfindən 20 növ əmlak Cavabdeh1 təhvil verilmişdir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən məhkəməyə ünvanlanmış 18.01.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 27.11.2019-cu il tarixli, № NAS 01/496/19-N saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə əsas borc üzrə 914,67 manat, cərimə borcu üzrə 85,33 manat olmaqla, ümumilikdə 1000 manat borcu qalmışdır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı MMC Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı MMC ilə borclu Cavabdeh1 arasında bağlanmış 27.11.2019-cu il tarixli, № NAS 01/496/19-N saylı nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh1 18 ay müddətinə ayda 245,04 manat ödəmək şərti ilə, dəyəri 4410,67 manat olan 1 (bir) ədəd 2018-ci il buraxılışlı Teplo markalı divardan asılan məişət qaz qazanı ləvazimatları ilə birlikdə verilmişdir. İddiaçı MMC ilə borclu Cavabdeh2 arasında bağlanmış 27.11.2019-cu il tarixli, № 01/496/19-N-Z3 saylı zaminlik müqaviləsinə əsasən alıcı tərəfindən nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərinin yerinə yerilmədiyi və ya lazımınca yerinə yetirilmədiyi təqdirdə zamin və alıcı satıcı qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun İddiaçı MMC-yə əsas borc üzrə 914,67 manat, cərimə borcu üzrə 85,33 manat olmaqla, cəmi 1000 manat borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə saltılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə saltılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə saltılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə saltılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının saltıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə saltıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27.11.2019-cu il tarixli, № NAS 01/496/19-N saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 914,67 manat, cərimə borcu üzrə 85,33 manat olmaqla, cəmi 1000 manat borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 27.11.2019-cu il tarixli, № NAS 01/496/19-N saylı nisyə alqı-satqı müqaviləsinə əsasən əsas borc üzrə 914,67 manat, cərimə borcu üzrə 85,33 manat olmaqla, cəmi 1000 manat borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar