Məhkəmə qərarları › İş №e-2(014)-763/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-763/2025

30.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-763/2025 30.07.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Qədirli Səbuhi Siyavuş oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, vəkili və nümayəndəsi Vəkil1, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, nümayəndəsi və vəkili Vəkil2, Qarşılıqlı iddia üzrə cavabdeh X11 iştirakları ilə İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qızıl-ziynət əşyalarının qaytarılması və əmlak bölgüsü” tələbinə dair ilkin, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh X14 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı “qızıl-ziynət əşyalarının qaytarılması və əmlak bölgüsü” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12 adda qızıl ziynət əşyaları və ya onun 7840 manat dəyərini, lombardlardan əldə etdiyi 10000 manat pulun 1\2 hissəsi olan 5000 (beş min) manatın, 129 manat ödənilmiş dövlət rüsumu, 320 manat hüquqi xidmət haqqı cəmi 13289 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi haqqında qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2021-ci il tarixdə rəsmi nikah bağlamaqla ailə qurmuş, ailə münasibətlərini davam etdirmək mümkün olmadığından məhkəməyə müraciət edilib nikahın pozulması və cavabdehdən uşaqların saxlanması üçün aliment alınmasına dair Ağdaş rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(014)-63/2025 saylı məhkəmə qətnaməsi qəbul edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.3.-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən ər-arvadın (onlardan birinin) tələbi ilə onların birgə mülkiyyətində olan əmlakın bölgüsünü aparmalıdır. Birgə nikah dövründə iddiaçıya aşağıdakı qızıl-ziynət əşyaları məxsus olmuşdur. 1. Qızılsep (Ərəb istehsalı) 9 qr., 585 əyarlı – 990 manat 2. Qızılsep saçaqlı (İtaliya istehsalı) 7 qr. 750 əyarlı - 980 manat 3. Qızıl qolbaq ( Rusiya istehsalı) 6 qr. 585 əyarlı – 660 manat 4. Qızılsırğa (İtaliya istehsalı) 6 qr, 750 əyarlı - 840 manat 5. Qızılsırğa saçaqlı (İtaliya istehsalı) 5,5 qr. 585 əyarlı, - 605 manat 6. Qızılsırğa kəpək 4 qr. 750 əyarlı - 560 manat 7. Qızıl üzük 4,5 qr. 585 əyarlı – 495 manat 8. Qızıl üzük 4 qr, 585 əyarlı – 440 manat 9. Qızıl nişan üzük ( Rusiya istehsalı) 6 qr, 585 əyarlı – 660 manat 10. Qızıl üzük( Rusiya istehsalı) 3,5 qr. 585 əyarlı -385 manat 11. Qızıl kulon 3 qr, ( Rusiya istehsalı), 585 əyarlı -330 manat 12. Qızıl nişan üzüyü brilyant qaşlı kişi üçün, İtaliya istehsalı, 7,4 qr. 750 əyarlı- 850 manat. Qızıl-ziynət əşyaların ümümi dəyəri 7840 manat təşkil edir. Yuxarıda qeyd olunan qızıl-zinət əşyaları iddiaçının iradəsinə zidd olaraq cavabdeh tərəfindən onun əlindən alınıb dəfələrlə lombardlara və ya banklara qoyularaq gəlir əldə edilmiş və nəticə etibarı ilə əldə olunan məlumata əsasən həmin qızılların əksər hissəsi borcu qaytara bilmədiyi səbəbindən hərracdan satılmaqla əldən çıxmışdır. Birgə nikah dövründə cavabdeh iddiaçıya məxsus qızıl ziynət əşyalarını lombarda qirov qoyaraq 10000 (on min) manat məbləğində ailəsinə xərcləmək bəhanəsi ilə borc almış, lakin aldıqlarını özü xərcləmişdir. Bu halda cavabdeh iddiaçının ziynət əşyaları hesabına aldığı pulun yarısını (10000 manatın 1\2 hissəsi) 5000 (beş min) manatı iddiaçıya qaytarmalıdır. Beləliklə cavabdeh iddiaçıdan zorla aldığı 12 adda qızıl-ziynət əşyaları və ya onun 7840 manat dəyərini və 5000 (beş min) manat lombardlardan əldə etdiyi pulun cəmi 12840 manat məbləğində pulu iddiaçıya verməlidir. İddiaçıya məxsus qızıl ziynət əşyaların cavabdehdə olması, lombarda qoyub pul alması audio yazılarla təsdiqlənir və dəfələrlə qaytarılması tələb olunub, lakin o bunu etməkdən boyun qaçırır. Belə olan halda iddiaçıya məxsus qızıl ziynət əşyaların qaytarılması məhkəmə qaydasında mümkündür. Hüquqi yardım göstərilməsi ilə bağlı iddiaçı KONSENSUS vəkil bürosuna 320 manat xidmət haqqı, 129 manat dövlər rüsumu ödəmişdir ki, həmin xərclər də mülki prosessual qanunvericiiyin tələbləri qaydasında (MPM-nin 119, 121-cimaddələri) cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 25 aprel 2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı ilə xx.xx.2021-ci ildə rəsmi nikah qeydə aldırmış, ailə quraraq onun ailə üzvlərinin təklifinə və təkidinə əsasən ikisi birlikdə onun atasına məxsus olmaqla hazırkı ünvan 1 ünvanında yerləşən evə köçərək orada yaşamağa başlamış, 2024-cü ilin sentyabr ayında ayrıldıqları vaxta kimi həmin evdə yaşamışlar. Ağdaş rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(014)-63/2025 saylı qətnaməsi ilə nikahımız pozulmuş, birgə nikaımızdan olan xx.xx.2022-ci il doğumlu Nux adlı və xx.xx.2024-cü il doğumlu Rəfiqə adlı hər iki uşaq digər tərəfin himayəsində saxlanmış və aliment təyin olunmuşdur. İddiaçı ona qarşı əmlak tələbinə dair iddia ilə müraciət etmişdir. Həmin iddiaya qarşı aşağıdakı etirtazlarını bildirir. İddiaçının iddia ərizəsində qızıl-ziynət əşyalarına dair yazdığı siyahıdakı 1-ci sıradakı ərəb istehsalı qızıl sep, 3-cü sıradakı Rusiya istehsalı qızıl qolbaq, 6-cı sıradakı kəpək (!?) qızıl sırğa, 9-cu sıradakı Rusiya istehsalı qızıl nişan üzüyü, 10-cu sıradakı Rusiya istehsalı qızıl üzük olmayıb, mən, ailə üzvlərim və ya yaxınlarım heç bir vaxt ona bu əşyaları almamış, hədiyyə verməmişik, kiminsə bunu ona hədiyyə etdiyini, istifadəsində belə qızıl əşyaları olduğunu görməmişik və buna dair hər hansı sübutlar təqdim edilməyib, olmayıb və yoxdur. İddiaçının iddia ərizəsində qızıl-ziynət əşyalarına dair yazdığı siyahıdakı 2-ci sıradakı İtaliya istehsalı qızıl saçaqlı sep və siyahıdakı 11-ci sıradakı Rusiya istehsalı kimi göstərilən 3 qram qızıl kulon bildiyimə görə iddiaçının anası tərəfindən uşağının doğumu ilə əlaqədar iddiaçının boynuna taxılmış, sonra uşaq böyüyəndə özünə veriləcək adı ilə anası tərəfindən geri götürülərək saxlanmışdır, mənim belə bir qızıl əşyasına heç bir aidiyyətim olmamışdır və yoxdur. İddiaçının iddia ərizəsində qızıl-ziynət əşyalarına dair yazdığı siyahıdakı 12-ci sıradakı kişi üçün nişan üzüyü vaxtilə əks tərəfdən mənə hədiyyə olunmuş, Nux adlı uşağımızın doğumu ərəfəsi və sonrası xərclərimizi qarşılamaq səbəbilə onu 460 manata satmışam. Qanunun tələbinə əsasən hədiyyə olunmuş əmlak və şeylər geri tələb oluna və qaytarıla bilməz. İddiaçının iddia ərizəsində qızıl-ziynət əşyalarına dair yazdığı siyahıdakı 4-cü və 5-ci, 7-ci və 8-ci, 9-cu və 10-cıı sıradakı qızıl-ziynət əşyalarını(2 ədəd sırğa və 4 ədəd üzük olmaqla) mən İddiaçı razılığı ilə 1-ci dəfə 2022-ci ildə lombarda qoymuşam, onların ümumi çəkisi 14.84 qram, təmiz çəkisi 13,6 qram olmaqla dəyərləri cəmi 900 AZN olduğu nəzərə alınmaqla buna görə mənə 735 AZN kredit verilmişdir. İddiaçının iddia ərizəsində qızıl-ziynət əşyalarına dair yazdığı siyahıdakı 4-cü və 5-ci, 7-ci və 8-ci, 9-cu və 10-cu sıradakı qızıl-ziynət əşyalarını (2 ədəd sırğa və 4 ədəd üzük olmaqla) mən İddiaçı razılığı ilə, həmçinin sonradan özümə aldığım bir ədəd üzük də daxil olmaqla ( cəmi 2 ədəd sırğa və 5 ədəd üzük) 2-ci dəfə xx.xx.2023-cü ildə lombarda qoymuşam, onların ümumi çəkisi 16,21 qram, təmiz çəkisi 14,7 qram olmaqla dəyərinin cəmi 950 AZN olduğu nəzərə alınmaqla buna görə mənə 810 AZN kredit verilmişdir. Sonradan ailəmizdə problemlər yarandığı, maddi imkansızlıq üzündən kredit məbləğini qaytara bilmədiyim səbəbindən həmin qızıl əşyaları borc əvəzinə lombardın hesabına alınmışdır. Qeyd olunanlar lombarda qoyulmuş əşyaların fotoşəkilləri, onların çəkisinə, qiymətinə, dəyərinə və verilmiş kredit məbləğinə dair lombard sənədləri ilə tam təsdiq olunmaqla sübut edilir. Bu sənədlərlə həmin qızıl əşyalarının ümumi dəyərinin 7840 manat təşkil etdiyinə dair iddiaların da əsassız olduğu öz təsdiqini tapır. İddia ərizəsində onun qızıl-ziynət əşyalarını girov qoyaraq 10.000 manat məbləğində pul vəsaiti əldə etməklə özümə xərclədiyinə dair “iddialar” yuxarıdakı hallarla birmənalı şəkildə təkzib olunur. Yuxarıdakı təkzibolunmaz sübutlarla təsdiq olunur ki, həmin qızıl əşyalarının ümumi dəyərinin 7840 manat təşkil eldiyi və onları lombarda qoyaraq bunun müqabilində onun 10.000 manat “əldə etdiyimə dair” iddialat tamamilə absurddur və heç bir sübut və dəlillərlə təsdiq olunmur və oluna bilməz, ona görə ki, belə hallar olmamışdır. Əksinə onun xx.xx.2025-ci il tarixə təqdim olunmuş bank sənədlərinə əsasən ailə işləri və xərcləri ilə bağlı götürdüyü kreditlər üzrə hazırda onun banka 11894,44 manat kredit borcumun olduğu, həmin kredit borcum üzrə ödəmələrin aylıq məbləğinin hazırda 490,71 manat təşkil etdiyi, bu ödəmələrin xx.xx.2027-ci ilə kimi davam edəcəyi, həmin məbləğin yarı hissəsinin ödənilməsinin cavabdeh İddiaçı hesabına aid edilməli olduğu nəzərə alınmalıdır. Bundan başqa onun ünvan 1 ünvanında yerləşən evə 2021-ci ilin 8 noyabr tarixindən köçərək birlikdə orada yaşamağa başladıqları, 2024-cü ilin sentyabr ayında ayrıldıqları vaxta kimi “öz evimiz kimi” yaşadığımız həmin evə Ağdaş şəhərindəki “Cahan” mebel ticarət mərkəzindən 2021-ci ilin oktyabr ayında 4800 manata “Damla” adlanan mebel dəsti aldığı, həmin evdəki müxtəlif işlərə 1890 manatdan artıq nəğd pul xərci çəkdiyim və digər halların nəzərə alınması zəruridir. Eyni zamanda, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, ilkin iddia üzrə iddiaçı qarşlıqlı iddia üzrə cavabdeh İddiaçı və cavabdeh X14 qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixə təqdim olunmuş bank sənədlərinə əsasən birgə nikahımız dövründə ailə işlərimiz və xərclərimizdə bağlı götürdüyüm kreditlər üzrə hazırda mənim banka borclu olduğum ümumi 1 1894,44 manat kredit borcundan, ünvan 2 ünvanında yerləşən evə şəxsən çəkdiyim 1890(bir min səkkiz yüz doxsan) manat məbləğində xərclər çıxıldıqdan sonra qalan cəmi 10.004,44 manat bank borcunun ikidə bir hissəsinin cavabdeh(lər)in hesabına aid edilməsinə, Ağdaş şəhərindəki “Cahan" mebel ticarət mərkəzindən 2021-ci ilin oktyabr ayında, nikaha daxil olmamışdan əvvəl aldığı və cavabdehlərə məxsus evdə qalmış “Damla” adlanan mebel dəstinə görə şəxsən nəğd ödədiyim 4800 manatın, mülki işində hüquqi yardımla əlaqədar Ağdaş vəkil bürosunun hesabına ödədiyi 325(üç yüz iyirmi beş) manat vəkillik haqqı xərcinin, dövlət rüsumu kimi ödədiyim 68.0 (altmış səkkiz) manat xərcin cavabdelər İddiaçı və Mustafayev-Nux Tel oğlundan müştərək qaydada onun xeyrinə alınıb verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı ilə xx.xx.2021-ci ildə rəsmi nikah qeydə aldırmışlar. Keçirilmiş müvafiq mərasimlərdən sonra ailə quraraq onun ailə üzvlərinin təklifinə və təkidinə əsasən ikisi birlikdə onun atası olan digər cavabdehə məxsus olmaqla hazırkı ünvan 1 ünvanında yerləşən evə köçərək birlikdə orada yaşamağa başlamışlar. Həmin tarixdən 2024-cü ilin oktyabr ayında ayrıldıqları vaxta kimi həmin evdə yaşamışlar. Nikahıları Ağdaş rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(014)-63/2025 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahlarından olan xx.xx.2022-ci il doğumlu Nux adlı və xx.xx.2024-cü il doğumlu Rəfiqə adlı hər iki uşaq digər tərəfin himayəsində saxlanmış və aliment təyin olunmuşdur. Hazırkı iddia üzrə cavabdeh İddiaçı ona qarşı əmlak tələbinə dair iddia ilə müraciət etmişdir. O, da həmin İddiaçı və evində yaşadıqları atasına qarşı hazırkı qarşılıqlı iddia ilə müraciət edirəm. xx.xx.2025-ci il tarixə təqdim olunmuş bank sənədlərinə əsasən birgə nikahları dövründə ailə işləri və xərclərilə bağlı götürdüyü kreditlər üzrə hazırda onun banka 11894.44 manat kredit borcu vardır. Həmin kredit borcu üzrə ödəmələrin aylıq məbləği hazırda 490,71 manat təşkil edir və bu ödəmələr xx.xx.2027-ci ilə kimi davam edəcəkdir. Həmin məbləğin yarı hissəsinin ödənilməsi cavabdeh İddiaçı hesabına aid edilməlidir. Keçmiş arvadının ailə üzvlərinin təklifinə və təkidinə əsasən ikisi birlikdə onun atası olan digər cavabdehə məxsus olmaqla hazırkı ünvan 1 ünvanında yerləşən evə 2021-ci ilin 8 noyabr tarixindən köçərək birlikdə orada yaşamağa başlamış, 2024-cü ilin sentyabr ayında ayrıldıqları vaxta kimi həmin evdə ‘öz evimiz kimi" yaşamışlar. Atası bildirmişdi ki, həmin evi o qızına verir. Bir az müddətdən sonra da evi qızının adına keçirməyə ona söz vermişdi. Bu səbəbdən həmin evə öz evləri kimi şəxsən aldığı aşağıdakı əmlakların və gördürdüyü işlərə çəkdiyi xərclərin ona ödənilməsini tələb edir. Ağdaş şəhərindəki “Cahan” mebel ticarət mərkəzindən 2021-ci ilin oktyabr ayında 4800 manata aldığım “Damla” adlanan mebel dəstinin özünü və ya hazırkı dəyərini. Dəstə ikinəfərlik taxt, iki ədəd tumba, kamot, servant, şifoner və paltar şkafı daxildir. Dəst hazırda yaşadığımız ünvandakı 2 mərtəbəli 16 saylı evin 1-ci mərtəbəsində 1 saylı mənzildə yerləşir. Üst mərtəbədən olan təsirlər səbəbindən evin hamam hissəsinin tavanımda görülmüş işlərə görə materiallara 350 manat, ustaya isə 200 manat xərc: evin qonaq otağının divar oboyuna 400 manat, ustaya isə 200 manat xərc, evin döşəməsinin laklanmasına materiala 160 manat, ustaya 100 manat xərc, evin işıq, su, istilik, sanitar qovşağı sisteminin təzələnməsinə 140 manat xərc, evə iran peçi adlanan peçin alınmasına 240 manat xərc. Ailə qurduqları vaxtdan bunlar və digər əmlakları ilə birlikdə həmin ünvana daimi yaşamaq üçün köçüb yaşamağa başlamış, daimi yaşayış yeri üzrə həmin ünvanda qeydiyyata alınmışlar və hazırda da qeydiyyatdadırlar. Keçmiş arvadının tərəfin yaxınlarının ailə işlərinə kobud müdaxiləsi, ona qarşı sonradan yolverilməz qaydada təsir və təzyiqləri, əliboş vəziyyətdə evdən çıxarmaları səbəbindən əmlakları həmin evdə qalmışdır, onların cavabdehlərdən onun xeyrinə alınıb verilməsi zəruridir. Odur ki, qeyd olunan məsələlərə məhkəmə qaydasında baxılıb həll edilməsi üçün hazırkı qarşılıqlı iddia tələbi ilə müraciət etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh ilə 2021-ci il tarixdə ailə həyatı qurmuşlar. Cavabdehlə evləndikləri vaxt qızıl-zinət əşyaları ona hədiyyə olunmuşdur. Həmin qızıl-zinət əşyaları Mingəçevirdə evində saxlanılırdı. İddia ərizəsində göstərdiyi qızıllar mövcud olmuş, bir tək İtaliya istehsalı 5,5 qram saşaqlı sırğa olmamış və Rusiya istehsalı qızıl qolbağın qramı isə 3 qram olmuşdur. Qalan qızıllarını tələb edir. Cavabdeh ondan qızıllarını alaraq lombarda qoymuş və pul götürmüşdür. Lakin pulu nəyə xərclədiyini bilmir. Cavabdeh ilə 2024-cü ilin sentyabr ayından faktiki, 23 yanvar 2025-ci il tarixdə isə rəsmi qaydada ayrılmışlar. Cavabdeh məhkəməyə qəbznikahları pozulmuşdur. Qızıllarının alınıb ona verilməsini xahiş edir. İlkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil1 izahat verərək bildirdi ki, iddia tələbini müdafiə edir və iddianın təmin edilməsi üçün kifayət qədər sübutlar vardır. Odur ki, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, onların 14-16 qram dəyərində qızılları olmuşdur. Anası komplek qızıl dəstini götürüb aparmışdır. Toy vaxtı ziyanlıq olmuşdur. Evi təmir etdirdiyi zaman 6000-6300 manat xərc çəkmişdir. İddiaçının ərəb sepi olmamışdır. Qızılları lombarda qoyan zaman iddiaçının xəbəri olmuşdur. Bankdan 12824.88 manat məbləğində kredit götürmüş, həmin puldan Gülbənizə də vermişdir. İddiaçı ilə aralarındakı nikaha xitam verilmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirdi ki, siyahıda olan qızılları iddiaçı götürmüşdür. 2 ədəd sırğa, 4 ədəd üzük lombarda qoyulmuşdur. 14-17 qram olmuşdur çəkiləri. Heç bir halda dəyərləri 1000 manatdan yuxarı ola bilməz. Qızılları zorla alınmamışdır. İddiaçının razılığı ilə lombarda qoyulmuşdur. Qarşılıqlı iddia üzrə cavabdeh X19 məhkəmə iclasında izahat verərək bildirdi ki, lombarda pulunu verib qızılları götürmüşdür. Evdə uşaq otağı remont olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək bildirdi ki, qızının 13 ədəd qızılları olmuşdur. Nişan üzüyü, ərəb sepi var idi. Klonu olan sep ondadır. Ərəb sepini istəyir. Toyları 2021-ci ildə olub həmin vaxtdan qızıllar lombardadır. Yoldaşı pul götürüb qızılları lombardan çıxartmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadə verərək bildirdi ki, mebel alınan zaman oğlu, o və yoldaşı olmuşdur. Kredit götürüb 4500 manata götürmüşdülər. Evi oğlu remont etdirib 2000-3000 manat xərci çıxmışdır. Gəlin gələn zaman qanı mənfi idi deyə onu müalicə etdirirdilər. Qızıllar böyük gəlinin və onun qızıllarıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadə verərək bildirdi ki, Mərahim evi remont etdirmək üçün müraciət etmişdir. İki mərtəbəli ev idi. Birinci mərtəbədəki hamamı təmir etmişdir. 600 manat pul almışdır. Oboy vurmuş, qonaq otağını laklamışdır. 1 həftə onlarda işləmişdir. Gördüyü işin zəhmət haqqısını almışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını və şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir. İşin materiallarında olan Mingəçevir şəhər "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 18 saylı rəyin surətindən görünür ki, qızıl zinət əşyalarının ümumi dəyəri 7795 manat təşkil edir. İşin materiallarında olan xx.xx.2024-u il tarixli AL-869 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəsilindən görünür ki, Cavabdeh 6 ay müddətində aylıq 35.66 manat ödəmək şərti ilə 190 manat kredit məbləği müəyyən edilmişdir. İşin materiallarında olan xx.xx.2024-u il tarixli AL-869 saylı kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh müqavilə üzrə götürülən kreditin qaytarılmasının təminatı olaraq “Express Lombard” F/S X2 girovuna 585 əyar, çəkisi 3, xasli çəkisi 3 qram əzik vəziyyətdə 1 ədəd qolbaq qoymuşdur. İşin materiallarında olan e-2(014)-63/2025 saylı xx.xx.2025-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 17 dekabr 2021-ci il tarixdə Mingəçevir regional “Asan xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 940 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 25 avqust 2022-ci il təvəllüdlü X17 və 24 yanvar 2024-cü il təvəllüdlü X9 anası İddiaçı yanında saxlanılması, 06 sentyabr 2024-cü il tarixdə başlayaraq yetkinlik yaşına çatmayan 25 avqust 2022-ci il təvəllüdlü X18 və 24 yanvar 2024-cü il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulması, İddiaçı ilkin mediasiya sessiyası zamanı ödədiyi 50 manat pulun 25 manatı və iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 50 manat məbləğində dövlət rüsumunun 25 manatı Cavabdeh tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İşin materiallarında olan 1inci Lombard təşkilatının sahibkar Anar Bayramov tərəfindən verilmiş məktubdan görünür ki, Cavabdeh 1inci Lombard təşkilatındakı dəftərxanada 2024-cü ilin iyun ayında qoyduğu qızıl-zinət əşyalarının qoyulması barəsində aşkar olunmuşdur. Həmin qızıllar: sırğa 585 ümumi çəkisi 5.20, üzük 583 ümumi çəkisi 4.82, üzük 585 ümumi çəki 7.40, üzük 585 əyyar ümumi çəki 4.74, boyunbağı klon 585 çəki 9.82, qolbağ 585 çəki 3 qram, boyunbağı 585 əyyar 6.21 qr, sırğa 585 əyyar 2.88 qr. Ümumilikdə 3144 manat hesablanmışdır və Cavabdeh Komissiya və zərgər haqqı çıxılaraq ona 3005 manat verilmişdir. Lakin tərəf öz öhdəliklərini vaxtında və lazımınca icra etmədiyi üçün qara bazarda satılmışdır. Onların dəftərxanada aşkar olunan ancaq bu məlumatlardır.Çünkü bu keçən il olduğu üçün köhnə 2024-cü il materialları saxlamırlar. İşin materiallarında olan “Express Lombarda” Cavabdeh tərəfindən 900 manat dəyərində 6 ədəd qızıl əşyası girov qoyulmuşdur. İşin materiallarında olan Kapital Bank ASC ilə Cavabdeh arasında xx.xx.2024-cü il trixli RGTK0773083C160 saylı kredit müqaviləsi bağlanılmış, illik 19 faiz olmaqla, 34 ay müddətində hər ay 490.71 manat ödəmək şərti ilə 12824.88 manat kredit verilmişdir. İşin materiallarında olan fotoşəkillərdən görünür ki, iddiaçının üzərində qızıl-zinyət əşyaları vardır. İşin materiallarında səs yazmadan görünür ki, Cavabdeh qızılların satılmadığını, ehtiyac olduğu üçün lambarda qoyaraq pul götürdüyünü, pulu ödəyən kimi qızılları geri götürəcəyini bildirmişdir. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli, MŞM/MT031/2024-00491 saylı ilkin Mediasiya Sessiyasında iştirak edilməməsi barədə bildirişdən görünür ki, İddiaçı mediasiya sessiyası barədə bildiriş göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər, ailə münasibətlərini davam etdirmək mümkün olmadığından məhkəməyə müraciət edilib nikahın pozulması və cavabdehdən uşaqların saxlanması üçün aliment alınmasına dair Ağdaş rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(014)-63/2025 saylı məhkəmə qətnaməsi qəbul edilmişdir. Birgə nikah dövründə iddiaçıya məxsus qızıl-ziynət əşyaları olmuşdur. Hazırda iddiaçı cavabdehdən ona məxsus olan qızıl-zinyət əşyaları tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan nikaha daxil olarkən hədiyyə edilmiş cehiz və qızıl-zinət əşyalarının qaytarılması, habelə nikah dövründə hədiyyə şəkilində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri nikaha daxil olarkən hədiyyə edilmiş cehiz və qızıl-zinət əşyalarının qaytarılması ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin nikaha daxil olarkən hədiyyə edilmiş cehiz və qızıl-zinət əşyalarının qaytarılmasıdır). Həmin Məcəllənin 36.6-cı maddəsinə əsasən yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz nikaha daxil olarkən hədiyyə edilmiş cehiz və qızılzinət əşyalarının qaytarılmasını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş nikaha daxil olarkən hədiyyə edilmiş cehiz və qızıl-zinət əşyalarının qaytarılması, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı nikaha daxil olarkən hədiyyə edilmiş cehiz və qızıl-zinət əşyalarının qaytarılması onun mülkiyyətidir. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında ilkin iddia ərizəsində göstərilən nikaha daxil olarkən iddiaçıya hədiyyə edilmiş qızıl-zinət əşyalarının - qızıl zinət əşyaları: 1. Qızılsep (Ərəb istehsalı) 9 qr., 585 əyarlı – 990 manat 2. Qızılsep saçaqlı (İtaliya istehsalı) 7 qr. 750 əyarlı - 980 manat 3. Qızıl qolbaq ( Rusiya istehsalı) 6 qr. 585 əyarlı – 660 manat

4. Qızılsırğa (İtaliya istehsalı) 6 qr, 750 əyarlı - 840 manat 5. Qızılsırğa saçaqlı (İtaliya istehsalı) 5,5 qr. 585 əyarlı, - 605 manat 6. Qızılsırğa kəpək 4 qr. 750 əyarlı - 560 manat 7. Qızıl üzük 4,5 qr. 585 əyarlı – 495 manat 8. Qızıl üzük 4 qr, 585 əyarlı – 440 manat 9. Qızıl nişan üzük ( Rusiya istehsalı) 6 qr, 585 əyarlı – 660 manat 10. Qızıl üzük( Rusiya istehsalı) 3,5 qr. 585 əyarlı -385 manat 11. Qızıl kulon 3 qr, ( Rusiya istehsalı), 585 əyarlı - 330 manat 12. Qızıl nişan üzüyü brilyant qaşlı kişi üçün, İtaliya istehsalı, 7,4 qr. 750 əyarlı- 850 manat.

Eyni zamanda cavabdehlər iddia tələbinə dair etirazda, cehiz əşyalarının çox hissəsini Neman Abbasov tərəfindən nikaha daxil olduqdan sonra, uşaqların əşyalarını isə onlar dünyaya gəldikdən sonra öz vəsaiti hesabına aldıqlarını, həmçinin yataq otağında olan əşyaların (pərdələr, yataq otağı mebelləri, şifoner, termo, çarpayı, 2 tumba 1 böyük yataq dəsti, şkaf, 2 böyük lampa, 10 ədəd oturacaq) iddiaçı tərəfindən alındığını, iddianın qismən təmin edilməsini, iddiaçı X13 tərəfindən tələb olunan məişət əşyalarının bir hissəsinin, yəni yataq otağında olan əşyalardan (pərdələr, yataq otağı mebelləri, şifoner, termo, çarpayı, 2 tumba 1 böyük yataq dəsti, şkaf, 2 böyük lampa, 10 ədəd oturacaq) başqa bütün əşyaların iddiaçı X7 geri qaytarılmasına razı olduqlarını bildrimişlər. Lakin cavabdehlər tərəfindən iddia tələbinə dair etirazda yataq otağında olan əşyalar - pərdələr, yataq otağı mebelləri, şifoner, termo, çarpayı, 2 tumba 1 böyük yataq dəsti, şkaf, 2 böyük lampa, 10 ədəd oturacaqın birgə nikah dövründə alındığını bildirsələr də, məhkəməyə təqdim edilmiş fotoşəkillərdən açıq aşkar görünür ki, əmlaklardan yalnız pərdələr yeni alınmışdır. Qalan əmlaklar isə həm evin təmirindən əvvəl mövcud olmuş, həm də, evin təmirindən sonra mövcuddur. Bundan başqa məhkəmə qeyd edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 2(009)-735/2024 saylı qətnamədən görünür ki, nikahın pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X20 və xx.xx.2015-ci il təvəllüdlü X10 X6 yanında saxlanılması qət edildiyindən, uşaqlara məxsus olan mebellər və əşyalar uşaqları ilə birgə yaşayan valideynə verilməlidir. Eyni zamanda, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının tələb etdiyi yataq, qonaq, uşaq otaqları üçün olan pərdələr iddiaçı və cavabdehin birgə nikah dövründə evin təmirindən sonra alınmışdır. Bu iddiaçının və şahidlərin izahat və ifadələri ilə öz təsdiqini tapır. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli və Cavabdeh qızıl ziynət əşyalarına görə 6615 manat dəyərini, hüquqi yardıma görə 320 manat, 89.35 manat ödənilmiş dövlət rüsumu cəmi 6935 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qarşılıqlı iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh qızıl ziynət əşyalarına görə 6615 manat dəyərini, hüquqi yardıma görə 320 manat, 89.35 manat ödənilmiş dövlət rüsumu cəmi 6935 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar