Məhkəmə qərarları › İş №e-2(014)-9/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-9/2025

15.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-9/2025 15.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ X40 Mayıl qızının sədrliyi, Quliyeva Aidə Binyamin qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Ağdaş Mənzil Təsərrüfatı İstehsalat istismar Təmir Müəssisəsinin nümayəndəsi X14 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Ağdaş Mənzil Təsərrüfatı İstismar Təmir Müəssisəsinə qarşı “yaşayış evinin kirayəsi haqqında müqavilənin qanun normalarına zidd olaraq bağlanması kimi tanınaraq ləğv edilməsi yolu ilə kənar şəxsin yaşayış sahəsindən qanunsuz istifadəsinə son qoyulması və yaşayış sahəsindən məcburi çıxarılması, kirayə müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “kənar şəxsin yaşayış sahəsindən qanunsuz istifadəsinə son qoyulması və yaşayış sahəsindən məcburi çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyət hüququ əsasında X15 məxsus olan Ağdaş şəhəri, M.Hüseynzadə küçəsi ev № 13 ünvanda yerləşən yaşayış sahəsindən cavabdeh X18 qanunsuz istifadəsinə son qoyulması və yaşayış sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ötən əsrin 30-cu illərində Sovet diktaturasının Azərbaycan xalqına qarşı törtətdiyi repressiya nəticəsində babası X4 Azərbaycan SSR DİXK Dövlət Təhlükəsizlik orqanları tərəfindən guya əks-inqilabçı, millətçi, qiyamçı təşkilata mənsub olmaqla ittiham edilərək həbs olunmuş və 20 fevral 1931-ci il tarixində Az SSR DİXK Fövqəladə Üçlüyü tərəfindən Azərbaycan SSR CM-nin (1927-ci il redaksiyası) 72, 73 və 90-cı maddələri ilə təqsirli bilinərək əmlakı, o cümlədən Ağdaş rayonu Üç Qovaq kəndində (hazırda Ağdaş şəhəri ərazisi) yerləşən 5 (beş) otaqlı evi və ət dükanı müsadirə olunaraq 5 (beş) il müddətinə məhkum edilərək cəzasını İslah- Əmək Düşərgəsində çəkməklə Qazaxıstana sürgün edilmiş və bundan bir neçə ay sonra sürgün həyatına dözməyərək orada vəfat etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 10 aprel 1990-cı il tarixli qərardadı ilə “Fövqəladə üçlüyün” 20 fevral 1931-ci il tarixli qərarı ləğv edilərək heç bir cinayət hadisəsi olmadığından babası X6 bəraət verilmiş, qeyd edilən Ali Məhkəmənin Cinayət işləri üzrə Məhkəmə Kollegiyasının Qərardadı ilə “Fövqəladə Üçlüyün” 20 fevral 1931-ci il tarixli qərarı o cümlədən babasının əmlak müsadirəsinə aid olan hissədə də ləğv edilmiş, bundan sonra Ağdaş rayon İcra Hakimiyyəti başçısının 08 iyul 1992–ci il tarixli 218 nömrəli sərəncamı ilə ünvan 1 ünvanda yerləşən babalarının müsadirə edilmiş fərdi yaşayış evi onun şəxsi mülkiyyətinə qaytarılmışdır. 17 iyul 1992-ci ildə Ağdaş rayon dövlət notariat kontoru tərəfindən atalarına qanun üzrə hüququ haqqında şəhadətnamə verilmiş və baba evi atasının mülkiyyətinə keçmişdir. 19 may 1995-ci ildə o və qardaşı Şamil Şahid oğlu babalarından atalarına miras qalmış mübahisə predmeti olan fərdi yaşayış evini vəsiyyətnamə üzrə vərəsəlik hüququ əsasında qəbul etmiş və buna dair müvafiq Şəhadətnamə almışdırlar. Hazırda atalarından miras qalmış və el arasında tərs-avand adlanan 5 (beş) otaqlı evin gündoğan tərəfdəki 3(üç) otağı qardaşı Şamil Şahid oğlunun günbatan tərəfdə olan 2 (iki) otağı isə onun şəxsi mülkiyyətindədir. 1966-cı ildə bu iddia tələbi üzrə cavabdeh olan Cavabdeh1 X19 ilə ailə quraraq yaşayış sahəsinə dair heç bir hüququ olmadan, özbaşına baba evinin gündoğan tərəfdəki və hazırda qardaşı X16 mülkiyyətində olan 3 (üç) otağın 1-də məskunlaşmışdır. X19 2014-cü ildə vəfat etmişdir. Daşınmaz əmlaka sahib olduqdan sonra qardaşı Şamil Şahid oğlu mülkiyyətçisi olduğu yaşayış sahəsinə dair cavabdehə müvafiq sənədlər təqdim edərək öz xoşu ilə onun yaşayış sahəsinin boşaldılmasını tələb etsə də bu günədək o, buna nail ola bilməmişdir. Qardaşı hər dəfə cavabdehdən onun evini tərk etməyi tələb etdikcə cavabdehin buna reaksiyası belə olub ki, bu evi onlara dövlət verib və evdən çıxan deyil. Qeyd olunanlara əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ağdaş Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Müəssisəsinin cavabdeh olaraq cəlb olunmasını və yaşayış evinin kirayəsi haqqında 01 yanvar 1970-ci il tarixli 356 nömrəli Nümunəvi Müqavilənin qanun normalarına zidd olaraq bğlanması kimi tanınaraq ləğv edilməsi yolu ilə xüsusi mülkiyyət hüququ əsasında X17 məxsus olan Ağdaş şəhəri, M.Hüseynzadə küçəsi ev № 13 ünvanda yerləşən yaşayış sahəsində Cavabdeh1 qanunsuz istifadəsinə son qoyulması və yaşayış sahəsindən məcburi çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra AR MPM) 53-cü maddəsində göstərilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Sədrlik edən AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizəsini mümkün hesab etmişdir. Cavabdeh1 25 iyul 2024-cü il tarixdə öldüyündən onun uşaqları Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 və Ağdaş Mənzil Təsərrüfatı İstehsalat istismar Təmir Müəssisəsi iş üzrə cavabdeh qismində cəlb edilmişlər. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, Cavabdeh1 Ziya qızına həmin ünvanda yaşamasına səbəb olan müqavilənin ləğv edilməsini xahiş etdi ki, belə ki, 01 yanvar 1970-ci ildə Mənzil İstismar Kontoru (hazır ki Ağdaş Mənzil Təsərrüfatı İstehsalt İstismar Təmir Müəssisəsi) ilə X19 arasında bağlanmış 356 nömrəli Kirayə Müqaviləsinin mətnində evlər idarəsinin müdirinin hansı səlahiyyət əsasında bu sənədi imzalaması, vətəndaşın yaşayış sahəsinə olan hüququnu təsdiq edən hansı sənədin olması və tutulmuş yaşayış sahəsi üzrə pasportda orderin kim tərəfindən verilmiş olduğu göstərilməmişdir. 01 yanvar 1970-ci ildə Mənzil İstismar Kontoru (hazır ki, Ağdaş Mənzil Təsərrüfatı İstehsalt İstismar Təmir Müəssisəsi) ilə X19 arasında bağlanmış 356 nömrəli kirayə müqaviləsi dövlət qeydiyyatına alınmalmışdır. 01 yanvar 1970-ci ildə Mənzil İstismar Kontoru (hazır ki Ağdaş Mənzil Təsərrüfatı İstehsalt İstismar Təmir Müəssisəsi) ilə X19 arasında bağlanmış 356 nömrəli Kirayə Müqaviləsində vətəndaşın yaşayış sahəsinə olan hüququnu təsdiq edən hansı sənədin olması və tutulmuş yaşayış sahəsi üzrə pasportda orderin kim tərəfindən verilmiş olduğunu göstərilməmiş, müqavilə onun bağlandığı an və hazırda qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyə uyğun deyil. Həmin kirayə müqaviləsinin mətni 1970-ci ildə yox sonradan hazırlanmışdır. Odur ki, iddia tələbinin təmin olunmasını olunmasını xahiş edir. 17 aprel 2024-cü il tarixdə Cavabdeh1 məhkəmə zalında izahatında, həmin evə gəlin köçdüyünü, ona yalnız bir otaq verildiyini, özünün orada əlavələr etdiyini bildirmiş, bir otağın verilməsinə etiraz etmədiyini, lakin özünün inşa etdirdiyi əlavə tikililəri verməyəcəyini özünün yaşaması üçün başqa yer olmadığnı bildirmişdir. O, həmin evdə kirayə müqaviləsi əsasında yaşadığını, bugünə qədər həmin müqavilədə heç bir problem olmadığını, onun müqaviləsi kimi yüzlərlə müqavilə olduğunu bildirdi. Cavabdeh Ağdaş Mənzil Təsərrüfatı İstehsalat istismar Təmir Müəssisəsinin nümayəndəsi X24 məhkəmə zalında izahatında, bütün müqavilələrin idarənin seyfində saxlanıldığını, köhnə müqavilə əsasında yeni müqavilə bağlandığını, lakin köhnə müqavilələrin idarədə olmadığını, idarədə saxlanılan müqavilələrin hamısı eyni olduğunu, nümunə üçün bir neçə müqavilə təqdim edə biləcəyini, insanlar illərdir idarənin balansında olan evlərdə bu müqavilələr əsasında yaşayırlar. Kirayə müqaviləsinin qanuni olduğunu bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştrakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyətinin 08 iyul 1992-ci il tarixli vətəndaşın evinin şəxsi mülkiyyətə qaytarılması barədə sərəncamın surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsi ÇİUMK-un 10 aprel 1990cı il tarixli 2n7 246 nömrəli qərarı ilə Föqaladə X3 barəsində 20 fevral 1931-ci il tarixli qərarı ləğv edilərək ona bəraət verilmişdir. Yuxarıda göstərilənlər nəzərə alınaraq Ağdaş şəhəri, Qızıl Əgər küçəsi 15 nömrəli ev mərhum X5 şəxsi mülkiyyətinə qaytarılmışdır. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İddiaçı ünvanladığı 10 mart 2017-ci il tarixli 16/3/32-c-15 nömrəli məktubunda göstərilmişdir: “X12 1875-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. O, 14 iyul 1930-cu ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: - həyat yoldaşı - Mina, 40 yaşında; - oğlu - Nuru, 25 yaşında. Ş.Mehbalıyev Azərbaycan SSR X28 20 fevral 1931-ci ıl tarixli protokoluna əsasən, Azərbaycan SSR CM-nin 72 (anti-sovet təbliğatı), 73 (əks-inqilabi fəaliyyət), 90 (vergi mükəlləfiyyətinin yerinə yetirilməsindən imtina olunması) maddələri i!ə təqsirli bilinərək 5 il müddətinə ailəsi ilə birlikdə Qazaxıstan SSR-ə sürgün edilmişdir. Ş.Mehbalıyev sürgün müddətində 23 iyul 1931-ci il tarixdə vəfat etmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 10 aprel 1990-cı il tarixli qərarına əsasən tərkibində cinayət məsuliyyəti olmadığına görə Ş.Mehbalıyev barədə işə xitam verilmişdir. Xahişinizi nəzərə alaraq, Ş.Mehbalıyevə bəraət verilməsi haqqında qərardadın və ölümü haqqında arayışın kserosurətlərini ünvanınıza göndəririk.” Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 10 aprel 1990-cı il tarixli qərarının surəti həmin məktuba əlavə edilmişdir. X12 1875-ci ildə Ağdaş rayonunda anadan olmuşdur. O, 14 iyul 1930-cu ildə Azərbaycan SSR Dövlət Siyasi İdarəsi (DSİ) tərəfindən həbs edilmişdir. Həbs zamanı onun ailə tərkibi aşağıdakılardan ibarət olmuşdur: həyat yoldaşı - Mina, 40 yaşında; oğlu - Nuru, 25 yaşında. Ş.Mehbalıyev Azərbaycan SSR X28 20 fevral 1931-ci il tarixli protokoluna əsasən, Azərbaycan SSR CM-nin 72 (anti-sovet təbliğatı), 73 (əks-inqilabi fəaliyyət), 90 (vergi mükəlləfiyyətinin yerinə yetirilməsindən imtina olunması) maddələri i!ə təqsirli bilinərək 5 il müddətinə ailəsi ilə birlikdə Qazaxıstan SSR-ə sürgün edilmişdir. Ş.Mehbalıyev sürgün müddətində 23 iyul 1931-ci il tarixdə vəfat etmişdir. Azərbaycan SSR Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 10 aprel 1990-cı il tarixli qərarına əsasən tərkibində cinayət məsuliyyəti olmadığına görə Ş.Mehbalıyev barədə işə xitam verilmişdir. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən 19 may 1995-ci il tarixində verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Ağdaş rayon dövlət notariat kontorunun dövlət notariusu M.Əliyev təsdiq edir ki, Ağdaş rayonu Notariat kontoru tərəfindən 03 sentyabr 1992-ci ildə təsdiq edilən 28 376 nömrəli reyestrdə qeyd olunan vəsiyyətnaməyə əsasən 16 sentyabr 1994-cü ildə ölmüş vətəndaş X20 vəsiyyətnamədə göstərilən əmlakının vərəsələri bunlardır. Ağdaş rayonu Q.Əsgər küçəsi 17 –də yaşayan oğlu X25 gündoğan tərəfdən üç otaq, oğlu İddiaçı günbatan tərəfdən iki otaqını həmin şəhadətnamənin verildiyi vərəsəlik əmlakı aşağıdakından ibarətdir.Ağdaş şəhəri,Q.Əsgər küçəsi 15-də yerləşən 1929-cu ildə tikilmiş divarları çiy kərpicdən çay daşı üstü qrament ümumi sahəsi 131 kv.m yaşayış sahəsi 90 kv.m olan beş otaqlı evin gündoğan tərəfdən üç otağı X21 günbatan tərəfdən iki otağı isə İddiaçı verilmişdir. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən 17 iyul 1992-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan Ağdaş şəhəri Q.Əsgər küçəsi 17 ünvanında yerləşən evdən irs almışdır. Həmin ev 1929-cu ildə tikilmiş, divarları çay daşı bvə çiy kərpic, üstü qranit, ümumi sahəsi 131 kv.m yaşayış 90 kv.m olan beş otaqlı yaşayış evidir. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən Ağdaş rayon İcra Hakimiyyətinin 13 mart 2004-cü il tarixli məktubundan görünür ki, X2 Şahbaz ünvan 4 ünvanından çıxarılması mümkün olmamışdır. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında 07 aprel 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət əsasında fərdi yaşayış evində mütəxəssislər tərəfindən inventarlaşdırma işləri aparılmış və mübahisə halının olması müəyyən edilmişdir. Belə ki, yaşayış evinin bir otağında xx.xx.1970-ci il tarixli “yaşayış evlərinin kirayəsi haqqında nümunəvi müqavilə” əsasında X22 və ailə üzvlərinin məskunlaşması məlum olmuşdur. X19 ilə mübahisəli olan fərdi yaşayış evinin 18,9 kv.m olan bir otaqdan ibarət olan hissəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. X1 məxsus yaşayış evlərinin kirayəsi haqqında nümunəvi müqavilə” Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində mövcud olan arxiv materiallarında aşkar olunmamışdır. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən Azərbaycan SSR Ali Məhkəməsinin 0-248-/176 saylı, 15 iyun 1991-ci il tarixli məktubundan görünür ki, , Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri üzrə Məhkəmə Kollegiyasının 10 aprel 1990-cı il tarixli qərardadı ilə “Fövqəladə üçlüyün” 20 fevral 1931-ci il tarixli qərarı ləğv edilərək heç bir cinayət hadisəsi olmadığından X6 bəraət verilmiş, “Fövqəladə Üçlüyün” 20 fevral 1931-ci il tarixli qərarı tamamilə ləğv edilmişdir. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli, 5/667-5/772 saylı rəyindən görünür ki,

1. Tədqiq edilmiş 01 yanvar 1970-ci il tarixli 356 nömrəli X29 Sovetlərinin, Dövlət, Kooperativ və X9 Evlərinin Kirayəsi haqda nümunəvi müqavilənin vərəqlərində hər hansı bir düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə və s. ) müəyyən edilmədi.

2. Tədqiq edilmiş “01 yanvar 1970-ci ildə Mənzil İstismar Kontoru (hazır ki Ağdaş Mənzil Təsərrüfatı İstehsalt İstismar Təmir Müəssisəsi) ilə X19 arasında bağlanmış 356 nömrəli Kirayə Müqaviləsinin mətnində evlər idarəsinin müdirinin hansı səlahiyyət əsasında bu sənədi imzalaması, vətəndaşın yaşayış sahəsinə olan hüququnu təsdiq edən hansı sənədin olması və tutulmuş yaşayış sahəsi üzrə pasportda orderin kim tərəfindən verilmiş olduğu göstərilməli idi yoxsa yox?”, "01 yanvar 1970-ci ildə Mənzil istismar Kontoru (hazır ki, Ağdaş Mənzil Təsərrüfatı İstehsalt İstismar Təmir Müəssisəsi) ilə X19 arasında bağlanmış 356 nömrəli kirayə müqaviləsi dövlət qeydiyyatına alınmalı idi yoxsa yox?”, “01 yanvar 1970-ci ildə Mənzil istismar Kontoru (hazır ki Ağdaş Mənzil Təsərrüfatı İstehsalt istismar Təmir Müəssisəsi) ilə X19 arasında bağlanmış 356 nömrəli Kirayə Müqaviləsinin mətnində evlər idarəsinin müdirinin hansı səlahiyyət əsasında bu sənədi imzalaması, vətəndaşın yaşayış sahəsinə olan hüququnu təsdiq edər hansı sənədin olması və tutulmuş yaşayış sahəsi üzrə pasportda orderin kim tərəfindən verilmiş olduğunun göstərilməməsi səbəbindən müqavilə onun bağlandığı an və hazırda qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə uyğundu yoxsa yox?” suallar ekspertin həll etdiyi suallar dairəsinə aid deyildir.

3. Tədqiq edilən 01 yanvar 1970-ci il tarixli 356 nömrəli müqavilənin hazırlanma və bağlanma müddətini müəyyən etmək üçün elmi cəhətdən işlənib hazırlanmış ekspert metodikası olmadığına görə ekspert qarşısında qoyulmuş “01 yanvar 1970-ci ildə Mənzil istismar Kontoru (hazır ki Ağdaş Mənzil Təsərrüfat İstehsalt İstismar Təmir Müəssisəsi) ilə X19 arasında bağlanmış 356 nömrəli Kirayə Müqaviləsinin mətninin hazırlanma vaxtı müqavilənin bağlanması vaxtına uyğun gəlirmi?” sualı üzrə təhqiqat aparılmadı. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh1 25 iyul 2024-cü il tarixdə ölmüşdür. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən Ağdaş Notariat Ofisindən daxil olmuş notariat işindən görünür ki, 25 iyul 2024-cü il tarixdə ölmüş Cavabdeh1 Ağdaş şəhəri Heydər Əliyev prospekti, b, 76 nömrəli ev miras qalmış və Cavabdeh1 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4dur. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən Ağdaş rayon Polis şöbəsindən 17 sentyabr 2024-cü il tarixdə daxil olmuş məlumatdan görünür ki, Cavabdeh1 ünvan 6 ünvanında qeydiyyatda olmuş, lakin öldüyü üçün 09 sentyabr 2024-cü il tarixdə həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən Ağdaş rayon Polis şöbəsindən 17 sentyabr 2024-cü il tarixdə daxil olmuş məlumatdan görünür ki, Cavabdeh1 Ağdaş şəhəri M.Hüseynzadə küçəsi ev 13 ünvanında yerləşən fərdi yaşayış evində hal-hazırda heç kim yaşamır. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən Ağdaş Rayon Məhkəməsinin 2(014)-1291/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X25 və İddiaçı cavabdehlər Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi və Cavabdeh1 qarşı X30nin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməsi qətt edilmişdir. Mülki işdə olan və məhkəmə iclasıda tədqiq edilən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-685/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 21 noyabr 2022-ci il tarixli 2(014)-1291/2022 nömrəli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçılar X25 və İddiaçı cavabdehlər Ağdaş Mənzil Təsərrüfatı İstehsalat Təmir Müəssisəsi və Cavabdeh1 qarşı X30nin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməsi qətt edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçının babası X10 Azərbaycan SSR X28 20 fevral 1931-ci il tarixli protokoluna əsasən, Azərbaycan SSR CMnin 72 (anti-sovet təbliğatı), 73 (əks-inqilabi fəaliyyət), 90 (vergi mükəlləfiyyətinin yerinə yetirilməsindən imtina olunması) maddələri ilə təqsirli bilinərək 5 il müddətinə ailəsi ilə birlikdə Qazaxıstan SSR-ə sürgün edildikdən sonra onun mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən ev müsadirə edilərək həmin vaxt qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlət mənzil fonduna keçmişdir. Həmin vaxt qüvvədə olmuş Azərbaycan SSR Mənzil Məcəlləsinin 48 və 51-ci maddələri əsasında mənzil istismar kontoru ilə X19 arasında 30 iyul 1970-ci il tarixli, № 356 saylı X30 bağlanmış və bundan sonra X19 və onun arvadı Cavabdeh1 həmin ünvanda yaşamışlar. X19 2014-cü il tarixdə, Cavabdeh1 isə 25 iyul 2024-cü il tarixdə ölmüşdür. Cavabdeh1 Ağdaş şəhəri Heydər Əliyev prospekti, b, 76 nömrəli ev miras qalmış və Cavabdeh1 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 olmuşlar. Eyni zamanda Ağdaş rayon Polis şöbəsi tərəfindən Cavabdeh1 öldükdən sonra 09 sentyabr 2024-cü il tarixdə o ünvan 6 ünvanından qeydiyyatdan çıxarılmışdır. Eyni zamanda məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə Cavabdeh1 ölümündən sonra Sədiqə Nəbiyevanın vərəsələri olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddiaçıya məxsus ünvan 6 ünvanında yaşamamışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan SSR (Respublikası) Mülki Məcəlləsi: 44-cü maddəsinə əsasən qanunun tələblərinə müvafiq olmayan əqd etibarsızdır. Qanunla tələb olunan formaya riayət etməmək əqdin etibarsızlığına, yalnız belə nəticə bilavasitə qanunda göstərildiyi halda səbəb olur. 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş e`lan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş e`lan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 530-cu maddəsinə əsasən aşağıdakılar vərəsə ola bilərlər: qanun üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyan şəxsin ölümündən sonra doğulan uşaqlar; vəsiyyət üzrə vərəsəlikdə — miras qoyan şəxs ölən zaman sağ olan vətəndaşlar, habelə miras qoyanın sağlığında ana bətnində olan və onun ölümündən sonra doğulanlar. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan SSR (Respublikası) Mənzil Məcəlləsi: 4-cü maddəsinə əsasən mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu); kolxozlara və başqa kooperativ təşkilatlarına, onların birliklərinə, həmkarlar ittifaqı təşkilatlarına və digər ictimai təşkilatlara məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (içtimai mənzil fondu); mənzil-tikinti kooperativlərinə məxsus yaşayış evləri (mənzil-tikinti kooperativləri fondu); vətəndaşların şəxsi mülkiyyətində olan yaşayış evləri (fərdi mənzil fondu). 5-ci maddəsinə əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. 10-cu maddəsinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər. Vətəndaşlara dövlət və ictimai mənzil fondu evlərində, habelə mənzil-tikinti kooperativləri evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir. 19-cu maddəsinə əsasən dövlət və ictimai mənzil fondunun istismarı üçün təsərrüfat hesabı əsasında fəaliyyət göstərən mənzil-istismar təşkilatları yaradılır. Mənzilistismar təşkilatları mənzil fondunun qorunmasını və ondan lazımınca istifadə olunmasını, vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməsini təmin edir, habelə yaşayış sahəsindən istifadə, yaşayış evini və evyanı ərazini saxlama qaydalarına vətəndaşlar tərəfindən əməl olunmasına nəzarət edirlər. 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə kirayəçi — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini kirayə müqaviləsinə uyğun olaraq istifadə edilir. 53-cü maddəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli kələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Göründüyü kimi X19 arasında 30 iyul 1970-ci il tarixli, № 356 saylı X30 bağlanmış və bundan sonra X19 və onun arvadı Cavabdeh1 həmin ünvanda yaşamışlar. Onların ölümündən sonra vərəsələri həmin evdə yaşamamışlar və həmin ünvanda qeydiyyatda olmamışlar. Eyni zamanda, onlar arasında heç vaxt heç bir rəsmi qohumluq münasibəti olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “01 yanvar 1970-ci ildə Mənzil istismar Kontoru (hazır ki Ağdaş Mənzil Təsərrüfat İstehsalt İstismar Təmir Müəssisəsi) ilə X19 arasında bağlanmış X30 üzrə X8 ailə üzvüləri olan cavabdehlər və cavabdehlərin ailə üzvülərinin iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən evdə istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia tələbi təmin edilsin. “01 yanvar 1970-ci ildə Mənzil istismar Kontoru (hazır ki Ağdaş Mənzil Təsərrüfat İstehsalt İstismar Təmir Müəssisəsi) ilə X19 arasında bağlanmış X30 üzrə X8 ailə üzvüləri olan cavabdehlər və cavabdehlərin ailə üzvülərinin iddiaçının mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən evdə istifadə hüquqlarına xitam verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar