Məhkəmə qərarları › İş №e-2(015)-136/2025

Ağstafa Rayon Məhkəməsi Qərardad — İş №e-2(015)-136/2025

01.09.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağstafa rayonu İş № e-2(015)-136/2025 01.09.2025 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X9 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Sənan Tahir oğlu Nağıyevin katibliyi ilə, İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ağstafa rayon bələdiyyəsinə və üçüncü şəxslər Ağstafa rayonu Notariat ofisinə, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDXDƏDK və Reyestri Publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə və X6 qarşı əqdin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, əmlakın əvvəlki vəziyyətə qaytarılması və ya dəymiş zərərin tələb edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında məhkəmə binasında baxaraq, Müəyyən etdi : İddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Ağstafa Bələdiyyəsi arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin, iddiaçı X2 məxsusvə ümumi sahəsi 11.89 kvt.m olan qeyri-yaşayış sahəsinə aid hissədə etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş xx.xx.2023-cü il tarixli çıxarışın həmin hissədə ləğv edilməsi; 2. X2 məxsus və ümumi sahəsi 11.89 kvt.m olan qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən əvvəlki vəziyətə gətirilməsi və bu mümkün olmadığı halda əmlakın dəyəri olan 20.000 manat pul vəsaitinin, məhkəmənin hesabına ödənilmiş 150 (bir yüz əlli) manat dövlət rüsumunun və vəkillə bağlanılan müqavilə üçün ödənilən 320 (üç yüz iyirmi) manat, ümumilikdə 20470 (iyimi min dörd yüz yetmiş) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, həmçinin ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Eyni zamanda, iş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin vasitəsilə 14221105 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba 151,41 manat dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir, mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdiyindən, cavabdeh buna etiraz etmədiyindən, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ağstafa rayon bələdiyyəsinə və üçüncü şəxslər Ağstafa rayonu Notariat ofisinə, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDXDƏDK və Reyestri Publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə və X6 qarşı əqdin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, əmlakın əvvəlki vəziyyətə qaytarılması və ya dəymiş zərərin tələb edilməsi tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər iddiaçıya qaytarılmalı, iddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin vasitəsilə 14221105 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 151,41 manat dövlət rüsumu iddiaçının nümayəndəsi və vəkilinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 114.1.3, 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı : İddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Ağstafa rayon bələdiyyəsinə və üçüncü şəxslər Ağstafa rayonu Notariat ofisinə, AR İqtisadiyyat Nazirliyi yanında ƏMDXDƏDK və Reyestri Publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə və X6 qarşı əqdin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, əmlakın əvvəlki vəziyyətə qaytarılması və ya dəymiş zərərin tələb edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçı X3 qaytarılsın. İddiaçı X1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin vasitəsilə 14221105 saylı xidmət adı və büdcə təsnifatı kodu olan AZ55CTRE******************** saylı hesaba ödənilmiş 151,41 manat dövlət rüsumu Nümayəndə qaytarılsın. Dövlət rüsumunun qaytarılması hissəsində qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin X5 İdarəsinə həvalə edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Ağstafa Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natiq Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar