Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-766/2024 17.09.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X13 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi Nərmin Ruslan qızı Əfəndiyevanın katibliyi ilə, İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 13000 manat sığorta ödənişinin və 129 manat dövlət rüsumunun «Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi “Ford Transit” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz E220” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X8 vəfat eləmiş, X3 az ağır və X9 isə ağır dərəcəli xəsarət almışdılar. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta müqaviləsinin 105593 nömrəli, 104939 nömrəli, 104938 nömrəli və 105891 nömrəli aktlarından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh1 idarə etdiyi “X19” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-58/2022 nömrəli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh1 “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının 37-cı maddəsinin 1-ci hissəinin 1-ci bəndininin tələblərini pozaraq nəqliyyat vasitəsini sürücülük hüququ və etibarnaməsi olmadan etmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, zərərlərin qiymətləndirilməsi barədə hesabata əsasən “Mercedes Benz E220” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5709 saylı ödəniş tapşırığına uyğun olaraq X4 5000 AZN (beş min manat), hadisə zamanı vəfat etmiş X5 görə 5945 saylı ödəniş tapşırığına uyğun olaraq X1 5000 AZN (beş min manat), ağır xəsarət almış X4 görə 5997 saylı ödəniş tapşırığına uyğun olaraq 1500 AZN (min beş yüz manat) sığorta ödənişi, az ağır dərəcəli xəsarət almış X2 6283 saylı ödəniş tapşırığına uyğun olaraq 1500 AZN (min beş yüz manat) sığorta ödənişi ümumilikdə 13000 AZN (on üç min manat) sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2020-ci il tarilxi ƏN-V № 213382 nömrəli etibarnamənin surətindən görünür ki, hadisə vaxtı “Ford Transit” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında Cavabdeh2 qanuni sahibliyində olmuşdur. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sürücülük hüququ və etibarnaməsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir və buna görə də ona və etibarnamə əsasında nəqliyyat vasitəsinin qanuni sahibi Cavabdeh2 qarşı subroqasiya hüquqları yaranmışdır. Ona görə də iddiaçı təşkilat tərəfindən cavabdehlərə qarşı hazırki tələblə bağlı Məhkəməyə müraciət edilmişdir. İş üzrə cavabdeh 2 saylı X11 Müəssisəsində cəza çəkən Cavabdeh1 məhkəməyə daxil olmuş izahatından görünür ki, iddia ərizəsinin surəti ona təqdim olunmuşdur. Ona qarşı sürülən iddia ilə razı deyil. Belə ki, o, zərərçəkən şəxslərin çəkdiyi zərərin maddi qarşılığını ödəmiş, sığorta şirkətinin zərərçəkən şəxslərə verdiyi maddi müavinətdən xəbəri olmamışdır. Hal-hazırda cəzaçəkmə müəssisəsində olduğu üçün zərərçəkmiş şəxslərə çəkdiyi zərərin əvəzinin ödənilməsi faktı üzrə qəbzlər və sənədləri valideynləri tərəfindən məhkəməyə təqdim olunacaqdır. İş üzrə iddiaçı «Atəşgah” Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmiş, digər cavabdeh isə heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarından müəyyən olunur ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi “Ford Transit” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz E220” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X8 vəfat eləmiş, X3 az ağır və X9 isə ağır dərəcəli xəsarət almışdılar. PAT********** nömrəli sığorta müqaviləsinin 105593 nömrəli, 104939 nömrəli, 104938 nömrəli və 105891 nömrəli aktlarından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh1 idarə etdiyi “X19” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-58/2022 nömrəli hökmünə əsasən, hadisə zamanı Cavabdeh1 “Yol Hərəkəti haqqında” Azərbaycan Respublikasının 37-cı maddəsinin 1-ci hissəinin 1-ci bəndininin tələblərini pozaraq nəqliyyat vasitəsini sürücülük hüququ və etibarnaməsi olmadan etmişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, zərərlərin qiymətləndirilməsi barədə hesabata əsasən “Mercedes Benz E220” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5709 saylı ödəniş tapşırığına uyğun olaraq X4 5000 AZN (beş min manat), hadisə zamanı vəfat etmiş X5 görə 5945 saylı ödəniş tapşırığına uyğun olaraq X1 5000 AZN (beş min manat), ağır xəsarət almış X4 görə 5997 saylı ödəniş tapşırığına uyğun olaraq 1500 AZN (min beş yüz manat) sığorta ödənişi, az ağır dərəcəli xəsarət almış X2 6283 saylı ödəniş tapşırığına uyğun olaraq 1500 AZN (min beş yüz manat) sığorta ödənişi ümumilikdə 13000 AZN (on üç min manat) sığorta ödənişi həyata keçirilmişdir. xx.xx.2020-ci il tarilxi ƏN-V № 213382 nömrəli etibarnamənin surətindən görünür ki, hadisə vaxtı “Ford Transit” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında Cavabdeh2 qanuni sahibliyində olmuşdur. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh1 Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, sürücülük hüququ və etibarnaməsi olmadan nəqliyyat vasitəsini idarə etmişdir və buna görə də ona və etibarnamə əsasında nəqliyyat vasitəsinin qanuni sahibi Cavabdeh2 qarşı subroqasiya hüquqları yaranmışdır. Sığorta ödənişini həyata keçirikdən sonra sığorta şirkətinin subroqasiya hüququ yarandığından, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, X6 mülkiyyətində olan Ford Transit” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək üçün Cavabdeh2 xx.xx.2030-cu il tarixədək etibarnamə vermişdir. İş materiallarına əlavə olunmuş Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)- 58/2022 saylı hökmünün surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş sığirta aktları və ödəniş tapşırıqlarından görünür ki, “Mercedes Benz E220” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 5709 saylı ödəniş tapşırığına uyğun olaraq X4 5000 AZN (beş min manat), hadisə zamanı vəfat etmiş X5 görə 5945 saylı ödəniş tapşırığına uyğun olaraq X1 5000 AZN (beş min manat), ağır xəsarət almış X4 görə 5997 saylı ödəniş tapşırığına uyğun olaraq 1500 AZN (min beş yüz manat) sığorta ödənişi, az ağır dərəcəli xəsarət almış X2 6283 saylı ödəniş tapşırığına uyğun olaraq 1500 AZN (min beş yüz manat) sığorta ödənişi ümumilikdə 13000 AZN (on üç min manat) sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunur ki, qanunvericiliyə əsasən sığortaçının subroqasiya hüqüqu icbari sığorta şahadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Eyni zamanda Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İcbari Sığortalar haqqında Azərbaycan Respublikası Qanunun 25.1.3–cü maddəsinə əsasən sığortaçının subroqasiya hüqüqu icbari sığorta şahadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi nəticəsində müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 63.1-ci maddəsində isə təsbit olunmuşdur ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin tə`siri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi “Ford Transit” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi «Atəşgah” Sığorta Şirkəti ASC-də icbari sığortalı olmuş, xx.xx.2020-ci il tarixdə Cavabdeh1 sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi “Ford Transit” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Mercedes Benz E220” markalı, ** FZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)-58/2022 saylı hökmünə əsasən Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Digər tərəfdən hadisə vaxtı “Ford Transit” markalı, ** TE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi etibarnamə əsasında Cavabdeh2 qanuni sahibliyində olmuş və bu səbəbdən də cavabdeh X15 Salıfovla birlikdə iddiaçı təşkilat qarşısında bərabər maddi məsuliyyət daşıyır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqress qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Odur ki, ödənilmiş 13000 manat sığorta ödənişi cavabdehlərdən müştərək qaydada tutularaq «Atəşgah” Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Məhkəmə, MPM-nin 119.1-ci maddəsinin tələbinə əsaslanaraq hesab edir ki, iddiaçı təşkilatın çəkdiyi məhkəmə xərcinin əvəzi olan 129 manat dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada tutularaq «Atəşgah” Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 13000 manat sığorta ödənişi və 129 manat dövlət rüsumu olmaqla, cəmi 13129 manat «Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 13000 manat sığorta ödənişi və 129 manat dövlət rüsumu olmaqla, cəmi 13129 manat «Atəşgah” Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-766/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-766/2024
17.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver