Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-565/2024 08.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə “Toyota Prius” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 129.85 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2021-ci il tarixdə Cavabdeh oğlu tərəfindən idarə olunan “DAF FTXF 105.460” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Prius” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz E240” markalı **-UC-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” markalı **-JD-*** dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı **-AR-*** dövlət qeydiyyat nişanlı və “Nissan Navara” markalı **-ZZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir.
2. İNş materiallarına əlavə edilmiş ********** nömrəli sığorta şəhadətnaməsinin və 100082 nömrəli sığorta aktının çıxarışından görünür ki, “Toyota Prius” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə baş verən zaman İddiaçı Sığorta Şirkətində xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər müddətdə könüllü sığorta müqaviləsi əsasında sığortalı olmuşdur. xx.xx.2021-ci il tarixli Qüsur aktına əsasən, “Toyota Prius” markalı, **- OB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 450 manat məbləğində zərər dəymişdir. 4171 saylı ödəniş tapşırığından aydın olur ki, İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Toyota Prius” markalı, **-OB-***” markalı, dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 250 AZN azadolma məbləği çıxılmaqla 200 manat zərərçəkən Qaraxanov Ravib Bəylər oğluna sığorta ödənişini ödəmişdir. xx.xx.2021-ci il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın və xx.xx.2021-ci il tarixli İXP seriyalı ******* saylı protokolun surətindən görünür ki, X4 oğlu yol-nəqliyyat hadisəsinin baş verməsində İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Sığorta hadisəsinin baş verməsi və sığorta ödənişinin sığorta şirkəti tərəBindən ödənilməsi ilə ona qarşı subroqasiya hüququmuz yaranmışdır. 6. 200 manat məbləğin 70.15 manat hissəsi “DAF FTXF 105.460” markalı, ** TV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortaçısı olan “Qala sığorta” şirkəti” ASC tərəfindən İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Qalan məbləğ, yəni 129.85 manat məbləğində pul Cavabdeh oğlu tərəfindən hal-hazırda ödənilməmiş qalmaqdadır. Yuxarıda qeyd olunanlara əsasən 129.85 manat pul Cavabdeh oğlundan İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır.
Əsaslandırıcı hissə:
Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - 24.7.2020-ci il tarixli icbari sığorta şəhadətnaməsindən görünür ki, “Toyota Prius” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmışdır. - xx.xx.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. - 100082 nömrəli sığorta aktından görünür ki, 200 manat məbləğində pul vəsaiti X1 yolu ilə ödənilmişdir. - xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə - MM) 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). MM-in 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-in 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu (delikt) cavabdeh tərəfindən törədildiyindən, vurulmuş ziyan cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 129,85 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Anar Əsgərov