Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-595/2024 08.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) Cavabdeh qarşı “sığorta ödənişi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 600 manat pul vəsaitinin və 30,40 manat məbləğində dövlət rüsumu əvəzinin iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 08 iyun 2022-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin tam sığortası üzrə sığortalanmış "Chevrolet Cruze" markalı 90PY407 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 01 may 2023-cü il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan mopedlə toqquşaraq zədələnmişdir. Bakı şəhəri Nizami RPİ TŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sığortalanmış avtomobilinin zədələnməsi ilə əlaqədar 600 manat məbləğində sığorta ödənişi verilmişdir. Hesab edirlər ki, zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2022-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, "Chevrolet Cruze" markalı 90PY407 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023cü il tarixinədək "xxxx" ASC-də sığortalanmışdır. - xx.xx.2023-cü il tarixli MİG-0039/23 saylı Sığorta ödənişi ilə bağlı aktdan görünür ki, zərərçəkənə bu sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi olan 600 manat məbləğində dəymiş zərər ödənilmişdir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 11:00 dəqiqədə Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisədə təqsiri olan şəxs “Kuba” markalı 49 kub mühərrik ölçülü mopedi idarə edən Cavabdehdur. - xx.xx.2023-cü il tarixli Dəymiş zərərin hesabatı cədvəlindən görünür ki, "Chevrolet Cruze" markalı 90PY407 dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1100 manat məbləğində zərər dəymişdir. - Nizami RPİ-nin TŞ-nin baş təhqiqatçısının 17 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasəsən toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Ağsu rayonu, S.Quliyev küçəsi ev 3-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, S.Dağlı küçəsi ev 3-də kirayədə yaşayan Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. - Cavabdeh Bakı şəhəri Nizami RPİ-nə verdiyi izahatın surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə saat 11:00 radələrində 30-40 km/saat sürətlə idarə etdiyi “Kuba” markalı 49 kub mühərrik ölçülü mopedlə Koroğlu metrosu istiqamətindən Bakı şəhəri Nizami rayonu, M.Əliyev küçəsi ilə kəsişməsindəki dairədə yol ayrıcına daxil olmuş, "Chevrolet Cruze" markalı 90PY407 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "Chevrolet Cruze" markalı 90PY407 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü il tarixinədək "xxxx" ASC-də sığortalanmışdır. 01 may 2023-cü il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan mopedlə toqquşaraq zədələnmişdir. Bakı şəhəri Nizami RPİ TŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Sığortalanmış avtomobilinin zədələnməsi ilə əlaqədar 600 manat məbləğində sığorta ödənişi verilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884, 897, 907, 922, 925, 936 maddələrinin və “İcbari sığortalar haqqında” AR Qanununun 63.1-ci maddəsinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yarandığından cavabdeh sığortaçının ödədiyi pul məbləğini və digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 600 manat pul vəsaiti və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin (ləğv prosesindədir) xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 600 manat məbləğində verilmiş sığorta ödənişi və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi "xxxx" ASC-nin (ləğv prosesindədir) xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov
Məhkəmə qərarları › İş №e-2(016)-595/2024
Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-595/2024
08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver