Məhkəmə qərarları › İş №e-2(016)-626/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-626/2024

14.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-626/2024 14.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ X1 Natiq oğlunun sədrliyi ilə İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Ford Fusion” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 230 AZN pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə" arayışa (forma 4) əsasən, xx.xx.2021-ci ildə Cavabdeh tərəfindən idarə olunan "Daewoo BS90” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törədərək "Ford Fusion" markalı, ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi iiə toqquşmuşdur. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta müqaviləsinin 103299 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan (isb) göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Daewoo BS9G" markalı, ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci ii tarixli nəqliyyat vasitəsinin zədəiənməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Ford Fusion” markalı. ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 280 AZN məbləğində zərər dəymişdir. “Atəşgah" Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 001XOH********** ödəniş qəbzinə əsasən, “Ford Fusion” markalı, ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 280 AZN sığorta ödənişi həyata keçirmişdir. Bildirirlər ki, xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan və İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh İXM-nin 327.6 və 327.1-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş izahatda da şəxs hadisə yerindən yayınması faktını təsdiqləmişdir. 280 AZN ödənişin 50 AZN hissəsi Cavabdeh tərəfindən ödənilmişdir. Qalan 230 manat isə ödənilməmiş qalmışdır. Həmin məbləğ Cavabdeh iddiaçı “Atəşgah" Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 284- 5.1-ci maddəsinə uyğun olaraq cavabdehə rəsmi qaydada bildiriş xx.xx.2022-ci il tarixdə göndərilmişdir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı hər hansı əsaslandırılmış etirazı məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli 103299 saylı Sığorta Aktından görünür ki, “Daewoo BS9G" markalı, ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuş, baş vermiş yolnəqliyyat hadisəsi ilə bağlı dəymiş ziyanın ümumi məbləği olan 280 manat sığorta ödənişi edilmişdir. - xx.xx.2022-ci il tarixli Dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “Ford Fusion” markalı, ** KY *** dövlət nömrə nişanlı avtomobilə cəmi 280 manat məbləğində zərər dəymişdir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2021-ci il tarixdə saat 08:51 dəqiqədə Bakı Şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisədə təqsiri olan şəxs "Daewoo BS90” markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdehdur. - İXP ******* saylı xx.xx.2021-ci il tarixli İnzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh barəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə protokol yazılmışdır. - TP ******* saylı xx.xx.2021-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh barəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, cavabdehdən borc məbləğinin ödənilməsi tələb edilmişdir. - Qəbzdən görünür ki, 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, PAT********** nömrəli sığorta müqaviləsinin 103299 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “Daewoo BS9G" markalı, ** TH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. xx.xx.2020-ci il tarixli PAT********** №-li sığorta müqaviləsi üzrə İddiaçı Sığorta Şirkəti ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən “Daewoo BS9G" markalı, ** TH *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdə Bakı Şəhərində xx.xx.2021-ci il tarixində Bakı şəhəri ərazisində “Ford Fusion” markalı, ** KY *** dövlət nömrə nişanlı avtomobili ilə toqquşmuş və sürücü Cavabdeh hadisə yerindən yayınmışdır. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü Cavabdeh barəsində İXM-nin 327.1-ci və 327.6-cı maddələri ilə xx.xx.2021-ci il tarixli protokol yazılmışdır. “Ford Fusion” markalı, ** KY *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı 280 manat sığorta ödənişi verilmiş, ödənişin 50 manat hissəsi Cavabdeh tərəfindən ödənildiyindən qalan 230 manat məbləğ hazırda cavabdehdən tələb edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1, 884, 897, 907, 922, 925, 926, 934 maddələrinin və “İcbari sığortalar haqqında” AR Qanununun 63.1-ci maddəsinin tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh baş vermiş sığorta hadisəsi zamanı hadisə yerindən yayındığı üçün sığortaçının ödədiyi pul vəsaitini mübahisəsiz qaydada geri tələb etmək hüququ yarandığından cavabdeh sığortaçının ödədiyi pul məbləğini və digər xərcləri ödəməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-5.3-cü maddəsinə əsasən kiçik iddialara dair ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 230 manat pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "Ford Fusion" markalı, ** KY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 230 AZN pul və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Babək Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar